Məhkəmə qərarları › İş №1(060)-725/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-725/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-725/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə etibardan sui- istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 xarici ölkədən 01 ədəd Samsung S22+ markalı mobil telefon gətirilməsinə köməklik göstərəcəyini vəd vermiş, Zərərçəkmiş şəxs1 bunun müqabilində Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Səda Store” mağazasında olan “eManat” terminal vasitəsilə Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi 50501166 nömrəli “LoeBank” kart hesabına 1400 manat pul göndərdikdən sonra Təqsirləndirilən şəxs vədinə əməl etməyərək aldadaraq 1400 manat pulu ələ keçirməklə zərərçəkmiş şəxs X3 1400 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən vahid niyyətlə xx.xx.2023-cü il tarixdə etibardan suiistifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəssiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 01 ədəd “İphone” 14 pro (deep pruple) markalı, 256 GB yaddaş tutumlu mobil telefonu, 01 ədəd “İphone” 13 (Black) markalı, 128 GB yaddaş tutumlu mobil telefonu və 01 ədəd “Airpods” markalı qulaqcığı ümumilikdə 2830 manata satacağına vəd vermiş, sonuncu bunun müqabilində 31 yanvar 2023-cü il tarixdə özünə məxsus **********385529 nömrəli “Leo Bank” kart hesabından Təqsirləndirilən şəxs məxsus **********501166 nömrəli “Leo Bank” kart hesabına 2000 manat məbləğində pul, 08 fevral 2023-cü il tarixdə özünə məxsus **********385529 nömrəli “Leo Bank” kart hesabından Təqsirləndirilən şəxs məxsus **********501166 nömrəli “Leo Bank” kart hesabına 600 manat məbləğində pul, 08 fevral 2023-cü il tarixdə atasının yaşadığı evdə, yəni ünvan 2 ünvanında olarkən öz mobil telefonunda olan M 10 hesab vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus **********233102 nömrəli “Kapital Bank” kart hesabına 230 manat məbləğində pul göndərdikdən sonra Təqsirləndirilən şəxs vədinə əməl etməyərək 2830 manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 2830 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qimsində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cii ilin yanvar ayına kimi Bakı şəhərində Beynəlxalq bankın baş ofisində işgüzar görüşlərin təşkili şöbəsində aparıcı mütəxəssis işləmişdir. Bankda işlədiyi müddətdə əlavə qazanc əldə etmək məqsədi ilə tanıdığı insanlara Dubaydan müxtəlif mobil telefonlar gətizdirmiş və gətizdirdiyi mobil telefonun üstünə özü üçün əlavə gəlir əldə etmişdir. Təxminən bir ildən çox müddət olar ki, iş yoldaşı İmanov Əfqana və Əfqanın əmisinə mobil telefon gətizdirmişdir. xx.xx.2022-ci il tarixdə İmanov Əfqanın əmisi oğlu Zərərçəkmiş şəxs1 onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq “Samsung S22 plus” markalı mobil telefon almaq istədiyini bildirmişdir. O, da Fuada bildirmişdir ki, nağd yəni hazırda mağazada olan telefon almaq istəyirsə telefonun dəyəri 1730 manatdır, əgər gətizdirmək istəyirsə 1400 manata təşkil edə bilər. Fuad da gətizdirməklə razılaşmış və o, pulu necə ona verəcəyini soruşanda ödəməni ona göndərdiyi kart hesabına etməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə ona məxsus LEOBANK kartına Fuad 1400 manat pul göndərmişdir. Pulu göndərəndən sonra 14 gün sonra ona sifariş etdiyi telefonu ona çatdıracağını bildirmişdir. Lakin, Fuad pulu ona göndərəndən sonra o, telefonu sifariş etməmiş və kartının balansından həmin məbləği çıxardıb öz ehtiyaclarına xərcləmişdir. İki həftə keçmiş Fuad onunla əlaqə saxlayanda ona demişdir ki, telefonu sifariş edib, amma gömrükdə mallar gecikdiyinə görə bir qədər gözləsin. Fikirləşirmişdir ki, Fuadın pulunu düzəldib özünə qaytarar. Lakin pulu düzəldə bilmədiyindən Fuadın pulunu qaytara bilməmişdir. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Zərərçəkmiş şəxs2la söhbət edən zaman mobil telefonların alqısatqısı ilə məşğul olduğunu, xarici ölkələrdən ucuz qiymətə mobil telefon gətizdirə biləcəyini bildirmişdir. O, da onun mobil telefon nömrəsini öz mobil telefonuna qeyd etmiş və bildirmişdir ki, mobil telefon almaq istəsə onunla əlaqə saxlayacaq. 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb özünə “İphone” 14 pro max mobil telefon sifariş etmiş, razılaşmaya əsasən Kənan ona 2700 manat pul vermişdir. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs2 “İphone” 14 pro mak mobil telefonu gətirib vermişdir. Qiymət sərf etdiyindən Zərərçəkmiş şəxs2 ona yenidən “İphone” 14 pro (deep pruple) markalı, 256 GB yaddaş tutumlu mobil telefon. "İphone" 13 (Black) markalı 128 GB yaddaş tutumlu mobil telefon və 1 ədəd Airpods markalı qulaqlıq sifariş etmişdir. Razılaşmalarına əsasən Kənan ona ümumilikdə 2830 pul vermişdir. xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxs2 özünə məxsus "Leo Bank" kart hesabından ona məxsus "Leo Bank" kart hesabına 2000 manat məbləğində, 08 fevral 2023-cü il tarixdə 600 manat məbləğində və sonuncu dəfə 08 fevral 2023-cü il tarixdə 230 manat məbləğində pul göndərmişdir. Pulu göndərəndən sonra 15 gün sonra Kənana sifariş etdiyi telefonu ona çatdıracağını bildirmişdir. Kənanın onun kartına göndərdiyi 2830 manatı həmin ərəfədə başqa problemləri olduğundan kartının balansından çıxardıb öz ehtiyaclarına xərcləmişdir. İki həftə keçmiş Kənan onunla əlaqə saxlayanda ona demişdir ki, sifariş verib, mallar gömrükdə gecikdiyinə görə gözləsin. Əslində malları sifariş verməmişdir, vaxt udub Kənanın pulunu düzəldib özünə qaytarmaq üçün belə demişdir. Lakin pul tapa bilmədiyindən Kənanın pulunu qaytara bilməmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi zərəri bir dəfəyə ödəməyə maddi imkanının olmadığını, başqa şəxslərə də borclu olduğunu, lakin həmin şəxslər şikayətçi olmadığından onların pulunu az az qaytardığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o "xxxx" bank ASC-də işlədiyindən 2022-ci ilin noyabr ayında iş yoldaşının vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə söhbət edən zaman mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, xarici ölkələrdən ucuz qiymətə mobil telefon gətizdirə biləcəyini bildirmişdir. O, da Ramilin mobil telefon nömrəsini öz mobil telefonuna qeyd edib bildirmişdir ki, mobil telefon almaq istəsə əlaqə saxlayar. 2022-ci ilin noyabr ayında ona “İphone” 14 pro max mobil telefonu lazım olduğundan Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə əlaqə saxlayıb ona “İphone” 14 pro mak mobil telefon sifariş etmiş və razılaşmaya əsasən o, Ramilə 2700 manat pul vermişdir. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ona “İphone” 14 pro mak mobil telefonu gətirib vermişdir. Həmin mobil telefonu həyat yoldaşına vermişdir. Qiymət sərf etdiyindən Təqsirləndirilən şəxs inam yarandığından ona yenidən “İphone” 14 pro (deep pruple) markalı, 256 GB yaddaş tutumlu mobil telefon, “İphone” 13 (Black) markalı 128 GB yaddaş tutumlu mobil telefon və 1 ədəd Airpods markalı qulaqcıq sifariş etmişdir. Ramillə razılaşmaya əsasən o, Ramilə ümumilikdə 2830 manat pul verməli idi. O xx.xx.2023-cü il tarixdə özünə məxsus “Leo Bank” kart hesabından Təqsirləndirilən şəxs “Leo Bank” kart hesabına 2000 manat, 08 fevralda eyni kartdan Ramilin kart hesabına 600 manat və sonuncu dəfə atasının yaşadığı evdə yəni, ünvan 2 ünvanında olarkən 08 fevral 2023-cü il tarixdə öz mobil telefonunda olan M10 hesab vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus “Kapital Bank” kart hesabına 230 manat məbləğində pul göndərmişdir. Ramil ona bildirmişdir ki, 15 günə sifarişlərini gətirəcək. Lakin, o, 1 ay gözləmiş və görmüşdür ki, Təqsirləndirilən şəxs ona bəhanə gətirir və onun sifarişlərini gətirmir və o, da bu səbəbdən Sumqayıt şəhər prokurorluğuna bu barədə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri hazırki vaxtadək ödəmədiyini bildirərək sonuncunun barəsində qanunamüvafiq qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş maddi zərərin ödənilmədiyini, şikayətçi olduğunu və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, rəsmi olaraq "xxxx" MMC-də maliyyə meneceri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarından qiyabi olaraq tanıyır, Ramili mobil telefon satışı ilə məşğul olan şəxs kimi tanımış, onun özü ilə ünsiyyəti və görüşü olmamış, lakin Ramilin onun əmisinə mobil telefon satması barədə məlumatı olmuşdur. O, əmisi ilə söhbət edib həmin telefonu Ramildən necə əldə etməsini soruşanda əmisi ona bildirmişdir ki, Ramilə pul köçürmüş və sonra Ramil onun istədiyi mobil telefonu ona təqdim etmişdir. Bundan əlavə “Beynəlxalq Bank”da işləyən digər əmisi oğlundan Ramil barədə soruşanda həmin əmisi oğlu da Ramil haqqında müsbət fikir söyləmiş və bankın bir neçə əməkdaşına mobil telefon satdığını demişdir. O, da özünə münasib qiymətə telefon almaq qərarına gəlmiş və bunun üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Ramilin “WhatsApp” nömrəsinə zəng etmiş və onunla danışaraq ‘'SAMSUNG S22 PLUS” markalı mobil telefon almaq istədiyini ona bildirmişdir. Ramil ona bildirmişdir ki, həmin mobil telefon nəğd almaq istəsə telefonun dəyəri 1730 manatdır, əgər iki həftə gözləyə bilsə həmin telefonu ona 1400 manata təşkil edə bilər. O, da razılaşmış və 1400 manat pulu Ramilə ödəmək qərarına gəlmiş, Ramil pulun tam məbləğinin ödənilməsini istəmiş və ödəməni ona göndərdiyi kart hesabına etməyini xahiş etmişdir. O, da etiraz etməmiş və xx.xx.2022-ci il tarixdə saat 15:05-də Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “SədaStore” ticarət mərkəzindəki E-manat ödəmə terminalı vasitəsilə Ramilin ona təqdim etdiyi özünün adına son 8 rəqəmləri 5050 1160 olan “Leo Bank” kartının hesabına 1400 manat pul göndərmişdir. Ramil 14 gün sonra dekabr ayının 16 və 17-si ona sifariş etdiyi telefonu ona çatdıracağını bildirmişdir. 2022-ci ilin dekabr ayının 16 və 17-si o, Ramil ilə əlaqə saxlayanda ona bildirmişdir ki, gömrükdə mallar gecikir və bir qədər gözləsin. Belə ki, bir neçə dəfə Ramildən mobil telefonu istədikdə hər dəfə eyni sözləri demişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o, Ramildən telefonu istəmiş, Ramil ona cavab vermişdir ki, gün ərzində götürə bilsə çatdıracaq əks halda ödəniş onun kartına geri qaytaracaq. O, da telefonu ona çatdıra bilmədiyi halda həmin günün sonunadək ona ödədiyi 1400 manat pulunu o, geri qaytarmasını və kart hesabına köçürməsini istəmis, eləcə də kartın nömrəsini Ramilə təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Ramil bir neçə şəxslərdən telefon gətirəcəyi adı ilə müxtəlif məbləğlərdə pullar almış, lakin həmin vətəndaşların da mobil telefonlarını verməmişdir. Bundan sonra o, dəfələrlə Ramilə müraciət edib pulunu geri qaytarmasını tələb etmiş, Ramil ilk dəfə 700 AZN, bir həftə keçmiş yenidən 700 AZN ona qaytaracağını bildirsə də, onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onu aldadıb və ona sifariş etdiyi telefonu ona çatdıracağı adı ilə onun kart hesabına göndərdiyi 1400 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və Təqsirləndirilən şəxs ona 1400 manat maddi ziyan vurmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. ( maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməməsi, cinayət işinin başlanıldığı 14 mart 2023-cü ildən məhkəmə iclaslarının keçirildiyi müddətdə keçən 6 aydan artıq müddətdə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə təşəbbüs belə göstərməməsi, zərərçəkmişlərin şikayətçi olmaları nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının 05 may 2023-cü il tarixli qərarı ilə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:10 radələrində Sumqayıt şəhəri ərazisində Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bplməsinin əməkdaşları tərəfindən tutulmuş, xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılaraq, o, MSY-dən azad olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 26 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 (bir) ədəd ödəniş qəbzi və “Whatssap” proqram təminatı vasitəsi ilə aparılmış çıxarışlar, habelə Zərərçəkmiş şəxs2 təqdim etdiyi pul köçürmələrinə dair qəbzlər cinayət işində saxlanılmalıdır. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 96 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 (bir) ədəd ödəniş qəbzi və “Whatssap” proqram təminatı vasitəsi ilə aparılmış çıxarışlar, habelə Zərərçəkmiş şəxs2 təqdim etdiyi pul köçürmələrinə dair qəbzlər cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 16 (on altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar