Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-725/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı il tarixdə Laçın rayonu, Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq 01 (bir) ay 13 (on üç) gün vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, məhkumluğu olan, Laçın rayonu, Laçın şəhəri, Seyidlər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə ilə xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs4 işlətdiyi ünvan 2 ünvanda yerləşən meyvə-tərəvəz dükanında olan zaman sonuncunun diqqətinin yayınmasından və dükanın qapısının açıq olmasından istifadə edib saxlanc yeri olan kassa aparatını açıb orada olan 8500 manat məbləğində pul vəsaitini talayıb uzaqlaşmağa çalışdıqda, Zərərçəkmiş şəxs4 onun bu hərəkətini aşkar edib, onun arxasınca qaçaraq, pulları qaytarmasını tələb etsə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus pulları qanunsuz götürüb saxlamasından ibarət hərəkətlərini davam etdirərək, pulları qaytarmaqdan imtina edib, hadisə yerindən qaçıb uzaqlaşmaqla zərərçəkmişə məxsus 8500 (səkkiz min beş yüz) manat pulu açıq yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdara maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını açıq talama məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 16:16 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində Zərərçəkmiş şəxs1, üzərində 05 (beş) manat dəyərində sim nömrə olan, 170 (yüz yetmiş) manat dəyərində 01 (bir) ədəd “Samsung Galaxy A32” markalı mobil telefonu, danışıb sonra qaytarmaq adı ilə sonuncudan alaraq, hadisə yerindən qaçmaqla zərərçəkmişə məxsus sim nömrə və mobil telefondan ibarət əmlakı açıq yolla talayıb təkrarən soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Əli-94” adlı mağazanın qarşısında Zərərçəkmiş şəxs2 məxsus “Renaut Megane” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobilin salonundan sonuncuya məxsus, üzərində 10 manat dəyərində sim nömrə olan 120 (yüz iyirmi) manat dəyərində 01 ədəd “Honor X5 2GB32GB Ocean Blue” markalı mobil telefonu və 03 manat pulu gizli yolla talayıb, sonuncuya ümumilikdə 133 (yüz otuz üç) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını açıq talama məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 00:20 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs3 üzərində 10 (on) manat dəyərində sim nömrə olan 220 (iki yüz iyirmi) manat dəyərində 01 (bir) ədəd “Samsung Galaxy M14SM-M1464/128GBDark Blue” markalı mobil telefonu danışıb sonra qaytarmaq adı ilə sonuncudan alaraq hadisə yerindən qaçmaqla zərərçəkmişə məxsus sim nömrə və mobil telefondan ibarət əmlakı açıq yolla talayıb təkrarən soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində 3 nömrəli Asan xidmətin yaxınlığında yük daşıma xidməti ilə məşğul olan şəxsin “Qazel” markalı yük avtomobili ilə dayandığını görüb həmin şəxsə yaxınlaşaraq Sumqayıt şəhərində olan evindən yükünü götürüb Bakı şəhərində olan evə aparmaq istədiyini bildirmişdir. Yük avtomobilinin sürücüsü, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 həmin yükü gətirmək üçün 50 manat pul istəmişdir. O, razılaşmış, birlikdə sürücünün avtomobilinə əyləşib Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində ünvana çatdıqlarını Davuda bildirib, avtomaşını saxlamasını xahiş etmişdir. Davud avtomobili saxlamış və hər ikisi də avtomobildən enmişdir. O, əlində olan sadə model, düyməli mobil telefonunu Davuda göstərərək telefonunda danışmaq üçün vəsait olmadığını deyib ailə üzvləri ilə danışmağı üçün mobil telefonunu ona verməsini xahiş etmişdir. Davud özünə məxsus “Samsung Galaxy A32” markalı mobil telefonunu ona vermişdir. O, telefonu Davuddan aldıqdan sonra Davud avtomobili doğru park etmədiyi üçün yenidən avtomobilinin sükanı arxasına oturub avtomobili park edərkən, o, “fürsətdən istifadə edərək” qaçıb həmin ərazidən uzaqlaşmağa başlamışdır. Davud onun arxasınca qaçaraq mobil telefonunu qaytarmasını tələb etsə də, o qaçmağa davam etmiş və həmin ərazidən uzaqlaşmışdır. Elə həmin gün Davuda məxsus olan mobil telefonu Bakı şəhəri ərazisində tanımadığı şəxsə 150 manata satmış və əldə etdiyi vəsaiti şəxsi ehtiyacları üçün xərcləmişdir. Onun yük daşımaq fikiri olmamış, öncədən niyyəti həmin şəxsin mobil telefonunu ələ keçirmək olmuşdur. Bundan başqa o, 2024-cü ilin yanvar ayının əvvəllərində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində meyvə-tərəvəz dükanının qarşısında keçən zaman orada satıcı işləyən adının sonradan bildiyi Səməndər adlı şəxsə yaxınlaşıb salamlaşdıqdan sonra özü barədə tanışlıq verərək yaxın ətrafda kirayə ev axtardığını və ona bu məsələdə köməklik edə biləcəyini maraqlandıqda Səməndər özünün bir otaqlı kirayə evi olduğunu, bəyəndiyi halda onun kirayə qala biləcəyini bildirmiş, o da dükanın arxa tərəfində yerləşən bir otaqlı evə baxış keçirmiş, evi bəyəndikdən sonra evdə qalmaq barədə Səməndərlə razılaşmış və orada qalmışdır. 28 yanvar 2024-cü il tarixdə saat 00:00 radələrində Səməndərin işlətdiyi dükana getmiş, Səməndər gec olduğundan dükanı bağlamamışdan əvvəl dükanda olan meyvə-tərəvəzləri yerbəyer edərkən, o, Səməndərlə söhbət edən zaman Səməndərin başının meyvə-tərəvəzlərə qarışdığını görmüş, Səməndərin diqqətinin yayınmasından istifadə edərək kassa aparatının yerləşdiyi piştaxtanın siyirtməsini çəkərək dəst halına salınmış müxtəlif məbləğdə olan pulları götürüb cibinə qoyaraq cəld şəkildə dükandan bayıra çıxıb qaçmağa başlamışdır. Həmin vaxt isə Səməndər dükandan onun arxasınca gedərək dayanmasını tələb etsə də, o Səməndərin dediklərinə məhəl qoymayıb qaçmağa davam etmişdir. Sonra oğurladığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Səməndərə məxsus olan oğurladığı məbləğ dəqiq xatıqlamir, amma düşünür ki, 8500 manat məbləğində olmamışdır. Bundan əlavə o, 08 fevral 2024-cü il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhər Mərkəzi bazarının yaxınlığında adını sonradan bildiyi Feyruz adlı şəxsin “Toyota Corolla” markalı avtomobil ilə dayanıb taksi kimi müştəri gözlədiyini görüb, Feyruza yaxınlaşaraq onu Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisinə aparmasını xahiş etmişdir. Yolda gedən zaman Feyruz ilə onun arasında ünsiyyəti yaranmışdır. Feyruz onu həmin ünvana apardıqdan sonra Feyruzun yol pulunu ödəyərək getmişdir. Həmin gün o, axşam saat 18:30 radələrində Mərkəzi bazarın yaxınlığında getmişdir. Həmin vaxtı Feyruzun yenə də orada dayanıb müştəri gözlədiyini görmüşdür. Feyruzun mobil telefonunu ələ keçirmək üçün ona yaxınlaşaraq Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 53 nömrəli binanın qarşısına aparmağını xahiş etmişdir. Feyruzda ona inam yaranması üçün yolda getdikləri zaman Feyruza bildirmişdir ki, həyat yoldaşını Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmar” dairəsi deyilən yerdən Bakı şəhərinə yola salacağını, bu səbədən həyat yoldaşını götürməyə getdiyini bildirmişdir. Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 53-ün qarşısına çatdıqdan sonra Feyruz avtomobili saxlamışdır. O, maşından düşən zaman Feyruza öz mobil telefonu ustada olduğuna deyərək, danışmaq adı ilə Feyruzun mobil telefonunu istəmişdir. Feyruz özünə məxsus olan “Honor X8a” markalı mobil telefonu ona vermişdir. O, Feyruzdan mobil telefonu aldıqdan sonra avtomobili arxaya verib binanın blokunun qarşısına sürməsini, arvadının əşyalarla düşən zaman rahat avtomobilə minməsini bildirmişdir. Bundan sonra Feyruz avtomobili arxaarxaya verib binanın blokunun qarşısına sürmüşdür. Həmin vaxt o, oradan qaçaraq uzaqlaşmışdır. Həmin telefonu Bakı şəhərinə aparıb 20 Yanvar metrostansiyasının yanadığından tanımadığı şəxsə 200 manat pul müqabilində satmış və pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 09 fevral 2024-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhər Avtovağzalın yaxınlığında yerləşən aerokassanın yaxınlığında bir nəfər yaşlı sürücünün “Renault Megan” markalı avtomobildə oturub sərnişin gözlədiyini görmüşdür. Həmin şəxsin də mobil telefonunu ələ keçirmək məqsədlə sürücüyə yaxınlaşaraq onu Sumqayıt şəhəri, 17-ci mikrorayon, 38 saylı binanın yanına aparmasını xahiş etmişdir. Sonrdan adını bildiyi Kamal avtomobili idarə edərək həmin ünvana getmiş, ünvana çatdıqda Kamala məxsus mobil telefonu avtomobilin salonunda mühərrik qutusunun yanında olmasını görüb, telefonu oğurlamaq üçün o, anasının əşyalarla birlikdə binadan düşəcəyini Kamala bildirərək Kamaldan maşının yük yerini açmasını xahiş etmişdir. Bundan sonra o, maşından düşmüş, maşından düşən zaman qabaq sağ qapını açıq vəziyyətdə saxlamışdır. O, Kamalın avtomobilin arxa tərəfinə keçib baqajı açmasına görə fikrinin yayınmasından istifadə edib salondan mühərrik ötürücüsünün yanında Kamala məxsus olan “HONOR X 5” markalı mobil telefonu və 03 manat pulu götürüb oradan uzaqaşmışdır. Kamal onun mobil telefonu və pulu götürməsini görməmiş və hiss etməmişdir. Oradan uzaqlaşan zaman oğurladığı mobil telefonu söndürmüş, bundan sonra Bakı şəhəri 20 yanvar metrostansiyası ərazisində tanımadığı şəxsə 120 manat satmışdır. Həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin, 2024-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Respublika Yol polisi İdarəsinin qarşısında “Opel Astra” markalı taksiyə minmiş, həmin avtomobilin sürücüsü Ələmdar adlı şəxslə aralarında ünsiyyət yaranmışdır. Ələmdar onu dediyi ünvana aparmış və o Ələmdarın yol haqqını vermişdir və onun mobil nömrəsini götürmüşdür. 10 fevral 2024-cü il tarixdə o, Ələmdara zəng edib əlaqə saxlayaraq, Xırdalan dairəsinə gedib oradan onu Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisinə aparmasını xahiş etmişdir. Ələmdar idarə etdiyi avtomobil ilə həmin yerə gəlmişdir. Ələmdar ilə birlikdə Sumqayıt şəhərinə yolda geden zaman o, Ələmdara onun ailə üzvlərini Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində götürdükdən sonra birlikdə Bakı şəhərinə qayıdacağını və ona yol haqqını artıqlaması ilə verəcəyini bildirmişdir. O, Əlamdara avtomobilini saat təxminən 22:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən binalardan birinin həyətinə sürdürmüş, binalardan birinin qarşısına çatdıqdan sonra orada avtomobili saxlatdırmışdır. O, az sonra ailə üzvlərinin düşüb gələcəyini və orada gözləmək lazım olduğunu bildirmişdir. Bir neçə saat orada gözlədikdən sonra Ələmdar gözləməyə görə ona etirazını bildirdikdə Ələmdara gözləmə haqqı ilə birlikdə pulunu artıqlaması ilə ödəyəcəyini bildirmişdir. Ələmdar maşından düşmədiyinə görə Ələmdarın mobil telefonunu götürməyə fürsəti olmamışdır. Bu səbəbdən də Ələmdara avtomobilin arxa tərəfini binanın blokunun qarşısına verməsini bildirmişdir. Ələmdar da maşını arxa hissəsini binanın blokunun qarşısına sürmüşdür. 11 fevral 2024-cü il saat 00:30 radələrində Ələmdara onun mobil telefonunda kontur olmadığına görə mobil nömrəsi ilə bir nəfər tanışına zəng edəcəyini bildirərək telefonu Ələmdardan istəmişdir. Ələmdar da mobil telefonu ona vermişdir. Bundan sonra Ələmdardan mobil telefonunu alaraq bir nəfər tanışına zəng etmişdir. Telefonu götürüb qaçmağa imkan olmadığına görə söhbəti uzatmış, Ələmdar maşından düşüb telefonu istəmişdir. Ələmdara telefonu qaytaracağını bildirmişdir. Həmin vaxtı Ələmdar yenidən avtomobilə əyləşmədiyinə görə Ələmdarın avtomobilinin yan tərəfinə keçən kimi mobil telefonu götürüərək oradan qaçmağa başlamışdır. Ələmdar da onun arxasınca qaçaraq mobil telefonu qaytarmasını qışqırmışdır. Lakin o, Ələmdara əhəmiyyət verməyərək oradan uzaqlaşaraq getmişdir. Ələmdar bir qədər onun arxasınca qaçdıqdan sonra o, binaların arasına girib gözdən itmişdir. Bundan sonra piyada hərəkət etməyə başlamışdır. Bir qədər piyada hərəkət etdikdən sonra Post patrul əməkdaşları avtomobili onun yanında saxlayaraq bir nəfər şəxsə qarşı soyğunçuluq etməkdə şübhəli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına səmimi etiraf edərək bir neçə dəqiqə əvvəl bir nəfər şəxsə qarşı soyğunçuluq edərək telefonunu ələ keçirdiyini və telefonun üzərində oluğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu öz avtomobillərinə mindirərək Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparmışlar. 1-ci polis bölməsində o, Ələmdardan ələ keçirdiyi mobil telefonu təqdim etmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədənə xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yerləşən meyvə-tərəvəz dükanını işlədir. İşdə olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq kirayə ev axtardığını bildirərək bu məsələ ilə bağlı ona köməklik etməsini xahiş etmişdir. O da Yasinə bir otaqlı evinin olduğunu və orada kirayə qala biləcəyini bildirmişdir. Yasin otağa baxdıqdan sonra yeri bəyənib tək qalacağını bildirmişdir. Yasin hərdən onun işlədiyi dükana müştəri qismində gələrək bir sıra meyvə almışdır. Zaman keçdikcə onunla Yasinin arasında səmimi münasibət yaranmağa başlamış, söhbət zamanı Yasin valideynlərinin Ağsu rayonunda yaşadığını, ailəsini avtomobil qəzasında itirdiyini bildirmişdir. 27 yanvar 2024-cü il tarixdə axşam saatlarında o, dükanda olan zaman evin pulu olan ümumilikdə 9500 manat məbləğində olan pulu sellofana büküb piştaxtanın siyirtməsinə qoymuşdur. 28 yanvar 2024-cü il tarixdə saat 00:30 radələri olduğundan dükanı bağlayıb evinə getmək istəyə vaxtı Yasin dükanın qarşısına gəlmiş və onunla görüşüb bir qədər söhbət etdikdən sonra Yasin piştaxtaya yaxın dayanmış, onun başı meyvə-tərəvəzləri yerbəyer etməyə qarışmışdır. Həmin vaxt o, dükanın qapısının örtüldüyünü, Yasinin də dükanda olmadığını, piştaxtanın siyirtməsinin açıq vəziyyətdə və orada ona məxsus olan pulunun yerində olmadığını gördükdə anlamışdır ki, Yasin pulu götürmüşdür. O da vaxt itirmədən dükandan bayıra çıxıb Yasinin arxasıyca qaçan zaman “Yasin pulu qaytar, qaçma dayan” səslənsə də, Yasin onu eşitsə də qaçmağa davam etmişdir. Ayağı ağrıdığından Yasinin arxasınca qaça bilməmişdir. Nəticədə isə baş vermiş hadisə ilə bağlı Binəqədi RPİ-nin 7-ci PB-nə yaxınlaşmış və bu barədə şikayət ərizəsi yazmışdır. 8500 manat dəyərində nəğd pulun Təqsirləndirilən şəxs tərəfindən talandığını, hadisə nəticəsində ona ümumilikdə 8500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanın ödənilmədiyini, ondan şikayətçi olduğunu və ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanın ödğnilmədiyini, ondan şikayətçi olduğunu, ona ağır cəza verilməsini və işləri və səhhəti ilə əlaqədar gələcək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilmiəsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində özünə məxsus olan və yük daşıma xidməti ilə məşğul olduğu “Qazel” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində 3 nömrəli Asan xidmətin yaxınlığında dayandığı vaxt, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs ona yaxınlaşıb, Bakı şəhərindən ev aldığını, Sumqayıt şəhərində olan evindən yükünü götürüb Bakı şəhərində olan evinə gətirmək istədiyini bildirmişdir. O, həmin yükü daşımaq üçün 50 manat pul ödəməli olacağını Yasinə demiş və Yasin də onunla razılaşmışdır. Sonra onlar birlikdə Sumqayıt şəhərinə getmişlər. Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində tanımadığı bir yerdə Yasin avtomaşını saxlamasını xahiş etmişdir. O, avtomobili saxlamış və hər ikisi də avtomobildən enmişlər. Yasin əlində olan sadə model düyməli mobil telefonunu ona göstərərək telefonunda danışmaq üçün vəsait olmadığını deyib kiminləsə danışması üçün onun mobil telefonunu ona verməsini xahiş etmişdir. O, özünə məxsus 250 manat dəyərində “Samsung Galaxy A32” markalı mobil telefonunu Yasinə vermişdir. Yasin telefonu ondan aldıqdan sonra o, avtomobili doğru park etmədiyi üçün yenidən avtomobilinin sükanı arxasına oturub avtomobili park edərkən, Yasinin qaçaraq həmin ərazidən uzaqlaşdığını görmüşdür. O, avtomobildən enib Yasinin arxası ilə qaçaraq uca səslə telefonunu qaytarmasını tələb etsə də, Yasin dayanmamış və onun telefonunu götürüb aparmışdır. O da DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və sonra bu barədə polis bölməsində ərizə yazmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanın ödənilmədiyini, ondan şikayətçi olduğunu və ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanın ödğnilmədiyini, ondan şikayətçi olduğunu və işləri və uzaqda yaşaması ilə əlaqədar gələcək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilmiəsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 09 fevral 2024-cü il tarixdə saat 14:20 radələrində Sumqayıt şəhər Avtovağzalın yaxınlığında yerləşən aerokassanın yaxınlığında dayanıb sərnişin gözlədiyi zaman bir nəfər sonradan adını bildiyi Yasin adlı şəxs ona yaxınlaşaraq onu Sumqayıt şəhəri, 17-ci mikrorayon, 38 saylı binanın yanına aparmasını xahiş etmişdir. O da həmin şəxsi dediyi ünvana aparmışdır. Saat 14:30 radələrində həmin ünvana çatmışdır. Yasin adlı şəxs ona evdən anasını da götürüb birlikdə düşəcəyini bildirmiş və maşından düşmüşdür. Yasin maşından düşdükdən sonra ona avtomobilin baqajını açmasını, gətirdiyi yükləri rahat maşına yükləyə bilməsini demişdir. Yasin maşından düşdükdən sonra qabaq sağ qapını açıq vəziyyətdə qoymuşdur. O, maşından düşüb avtomobilin arxa tərəfinə keçmiş və avtomobilin baqajını açmışdır. Həmin vaxtı Yasin orada olmamışdır. O, maşının salonuna qayıdan zaman salonda mühərrik ötürücüsünün yanında qoyduğu özünə məxsus olan “HONOR X5” markalı mobil telefonun orada və telefonun yanında olan 03 manat pulunun da olmadığını görmüşdür. Belə olan halda o, başa düşmüşdür ki, Yasin mobil telefonunu və 3 manat pulu oğurlayıb getmişdir. Orada olan tanımadığı şəxsdən onun mobil nömrəsinə zəng etməsini xahiş etmişdir. Həmin şəxs onun mobil nömrəsinə zəng edən zaman mobil telefonun sönülü olmasını görmüşdür. Buna görə də o, oradan Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Həmin vaxtı izahat yazaraq hadisəni olduğu kimi danışmışdır. Bundan bir neçə gün sonra 12 fevral 2024-cü il tarixdə polis bölməsindən ona zəng edərək bir nəfər şəxsi saxladıqlarını və onun telefonunu oğurlayıb aparan şəxs olubolmamasını tanımaq üçün polis bölməsinə getməsini bildirmişlər. O, polis bölməsinə getdikdən sonra ona bir nəfər şəxsin fotoşəklini göstərmişlər. O da həmin şəxsi tanımış və mobil telefonunu oğurlayan şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanın ödənilmədiyini, ondan şikayətçi olduğunu və ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına videogörüntü vasitəsi ilə qoşulmuş Zərərçəkmiş şəxs3 bildirdi ki, 2024-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Respublika Yol polisi İdarəsinin qarşısından keçən yol ilə üzü Binəqədi rayon mərkəzi istiqamətində hərəkətdə olan zaman bir nəfər şəxş əl eləyib maşını saxlatdıraraq avtomobilə əyləşmişdir. Həmin şəxs maşında oturduqdan sonra onunla səmimi ünsiyyət yaratmağa başlamışdır. Həmin şəxsin adının Yasin olmasını bilmişdir. Söhbət zamanı Yasin Laçin rayonundan olduğunu demişdir. Yasini dediyi ünvana apardıqdan sonra yol haqqı olaraq 07 manat pul verməli olduğunu bildirmişdir. Yasin ona 10 manat pul vermişdir. O, Yasinin 03 manat qalıq pulunu qaytarmaq istəsə də, Yasin pulun qalığını ondan götürməmişdir. Yasin özünə tez-tez taksi lazım olduğunu deyərək ondan mobil nömrəsini istəmiş və lazım olduğu halda ona zəng edəcəyini bildirmişdir. O da mobil telefon nömrəsini Yasinə vermişdir. Bundan sonra Yasin çıxıb getmişdir. Bu hadisədən bir neçə gün sonra 10 fevral 2024-cü il tarixdə Yasin onunla əlaqə saxlayaraq Xırdalan dairəsində olduğunu və Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisinə getmək istədiyini bildirmişdir. O da həmin vaxtı yaxınlıqda olduğuna görə Yasinə onu dediyi yerə aparacağını bildirmişdir. Az sonra saat təxminən 20:00 radələrində Yasini Xırdalan dairəsindən avtomobilə götürmüş və birlikdə Sumqayıt şəhərinə yola düşmüşlər. Yasin Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində anası və bacısının yaşadığını həmin şəxsləri götürdükdən sonra birlikdə Bakı şəhərinə qayıdacaqlarını bildirmişdir. Saat təxminən 21:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində hazırda dəqiq bilmədiyi binanın qarşısına gedib dayanmışlar. Yasin bir qədər sonra anası və bacısının binadan düşüb gləcəyini bildirib orada gözləməsini xahiş etmiş, onun yol haqqını gözləmək haqqı daxil olmaqla artıqlaması ilə ödəyəcəyini bildirmişdir. O da etiraz etməmişdir. Bir qədər gözlədikdən sonra Yasin dükana gedərək su və fıstıq alıb geri qayıtmışdır. Su və fıstıqdan ona da vermişdir. Bundan sonra Yasin maşının arxa tərəfini binanın blokunun qarşısına sürüb orada gözləməsini xahiş edib, anası və bacısının yük ilə düşəcəklərinə görə rahat şəkildə maşına minmələrini bildirmişdir. O da Yasinin dediyi formada avtomobilin arxa tərəfini binanın blokunun qarşısına sürmüşdür. Artıq 11 fevral 2024-cü il tarixə keçmiş, saat 00:20 dəqiqədə Yasin ondan mobil nömrəsində kontur olmadığını deyərək onun nömrəsi ilə kiməsə qısa zəng edəcəyini və həmin şəxslə danışacağını bildirmişdir. Bundan sonra o, mobil telefonunu Yasinə vermişdir. Yasin kiməsə qısa zəng etmişdir. Az sonra Yasinə zəng gəlmiş, Yasin həmin şəxs ilə mobil telefonda danışmağa başlamışdır. O, Yasinin hərəkətlərindən şübhə etdiyinə görə maşından düşmüş və maşından düşdükdən sonra Yasindən telefonu qaytarmasını istəmişdir. Yasin əli ilə işarə edərək telefonu verəcəyini bildirmişdir. Yasin avtomobilin qarşıdında sağa sola doğru getməyə başlamışdır. O, avtomobilin yan tərəfində olduğu zaman Yasin qəfildən telefonu götürüb qaçmağa başlamışdır. O da Yasinin arxasınca qaçaraq, telefonunu Yasindən almağa çalışmışdır. Yasinin arxasınca qaçarkən telefonu qaytarmasını desə də, Yasin əhəmiyyət verməyib qaçmağa davam etmişdir. Bir qədər Yasinin arxasınca qaçdıqdan sonra avtomobilin açarı maşının üstündə qaldığına görə maşının da oğurlanmasından ehtiyat etdiyi üçün geri qayıtmışdır. Geri qayıtdıqdan sonra maşına minərək yola çıxmışdır. Yaxınlıqda olan polis avtomobilinə yaxınlaşmış, avtomobildə olan 03 nəfər polis nəfərinə bir nəfər şəxsin onun mobil telefonunu danışmaq adı ilə aldıqdan sonra götürüb qaçdığını bildirmişdir. O, polis əməkdaşlarına Yasinin orta boylu dolu bədənli, başında dimdkli papaq, əynində qara rəngli gödəkçə olması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları oradan uzaqlaşaraq Yasini axtarmağa getmişlər. Az sonra polis əməkdaşları Yasinlə birlikdə həmin yerə qayıdaraq, Yasini yaxaladıqlarını və ona məxsus mobil telefonun da Yasinin üzərində olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları Yasini Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparmışlar. O da polis bölməsinə gedərək telefonunun oğurlanması haqqında yazılı ərizə ilə müraciət etmişdir. Müvafiq araşdırma aparıldıqdan sonra ona məxsus olan “Samsung Galaxy M 14 5G” markalı mobil telefon onun özünə qaytarılmışdır. Sonradan onu Sumqayıt şəhər Məhkəməsinə dəvət etmişlər. Yasinin barəsində olan işə baxılarkən ona məlum olmuşdur ki, Yasin başqa iki nəfər şəxsin də mobil telefonlarını talayaraq qaçıb getmişdir. Həmin vaxtı məhkəmənin qərarı ilə Yasin barəsində 01 ay müddətində inzibati qaydada həbs seçilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, şikayətçidir, zərərin ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir ki, işləyərək ziyanı ödəsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nun polis nəfəri vəzifəsində xidmət edən Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 00:30 radələrində xidmət yoldaşları Şahid2 və Elşad Aslanovla birlikdə Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi ərazisində, 91-77 çağrışlı avtopaturulla xidmətdə olarkən Zərərçəkmiş şəxs3 adlı vətəndaş onlara yaxınlaşaraq bir nəfər şəxsin onun mobil telefonunu əlindən alıb qaçdığını və həmin şəxsin əlamətlərini onlara bildirmişdir. Onlar soyğunçuluq edən şəxsin qaçdığı istiqamətdə bir qədər getdikdən sonra Zərərçəkmiş şəxs3 dediyi əlamətlərə uyğun olan bir nəfər kişinin küçədə saxlanılmış avtomobillərdən birinin arxasında gizləndiyini görüb həmin şəxsə yaxınlaşmışlar. O və xidmət yoldaşları özlərini təqdim edib, vətəndaşın mobil telefonunu talamaqda şübhəli olduğunu bildirmiş və özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu və az öncə taksi sürücüsünün mobil telefonunu alıb qaçdığını və telefonun üzrərində olduğunu bildirmişdir. Həmin şəxsi polis bölməsinə aparmaq üçün xidməti avtomobilinə əyləşdirmişlər. Həmçinin onlara yaxınlaşan Zərərçəkmiş şəxs3 da həmin şəxsi görüb tanıyaraq, onun mobil telefonunu götürüb qaçan şəxsin məhs saxladıqları şəxs olduğunu bildirmişdir. Onlar inzibati ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə yaxınlaşaraq saxladıqları şəxsi təhvil vermiş və raportla bölmə rəhbərliyinə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində Sumqayıt ŞPİ-nin PPXT-nun polis nəfəri vəzifəsində xidmət edən Şahid2 ifadəsində Şahid1 dediklərini təsdiqləyərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Seyfula oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci madəsi ilə olan ********* nömrəli cinayət işi, CM-nin 180.1-ci madəsi ilə olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəi ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və X2 Təqsirləndirilən şəxs barəsində müraciətləri Sumqayıt ŞPİ-nin 1-ci PB-də araşdırılmış, cinayət işinin başlanılması rədd olunmuş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həll olunması üçün aidiyyəti xidmətə təqdim olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-403/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətində inzibati həbs edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 180.2.3 və 180.2.5-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1, 180.2.3 və 180.2.5-ci maddələrindən həmin Məcəllənin 177.1, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələrinə tövsif edilmiş və həin maddələrlə ona ittiham elan olunmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-ci il tarixli, 9/3775 nömrəli rəyindən görünür ki, 01 ədəd “Samsung Galaxy M14 SM-M146 4/128 GB Dark Blue” markalı mobil telefonun kompleksləşməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla, orta istismar intensivliyi parametirlərinə müvafiq olaraq 2024-cü ilin fevral ayına olan orta bazr qiyməti nəzəri hesablama yolu ilə 220 manat, “Honor X% 2GB/32GB Ocean Blue” markalı mobil telefonun qiyməti 120 manat, “Honor X8A 6GB/128GB Midnight Black” markalı mobil telefonun qiyməti 250 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-ci il tarixli 9/3776 nömrəli rəyindən görünür ki, 01 ədəd **********4764 İMEİ kodlu, “Samsung Galaxy A32” markalı mobil telefonun orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2024-cü ilin fevral ayına olan orta bazr qiyməti nəzəri hesablama yolu ilə təxminən 170,00 manat, “Honor X% 2GB/32GB Ocean Blue” markalı mobil telefonun qiyməti 120 manat, “Honor X8A 6GB/128GB Midnight Black” markalı mobil telefonun qiyməti 250 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli. 24/802 nömrəli ekspert rəyindən görünür ki, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 09 ədəd əl izi xx.xx.1986-cı il tarixdə Laçın rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin çeçələ barmağının əksi, sol əlinin böyük, şəhadət, orta və adsız barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Şəki rayon Məhkəməsinin 7(075)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq 01 (bir) ay 13 (on üç) gün vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Şəki rayon Məhkəməsinin 7(075)-225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 180.2.4 və 181.1-ci maddələrinin tərkib əlamətləri yaranmadığından həmin xüsusat üzrə və eləcə də, X4 məxsus “Honor X8A 6GB/128GB Midnight Black” markalı mobil telefonun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi faktına görə cinayət təqibinin başlanması rədd edilmişdir, Zərərçəkmiş şəxs3 məxsus “Samsung Galaxy M14 SM-m 146 4/128 GB Dark Blue” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2, 180.2.3 və 180.2.5ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri 100.00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs3 məxsus “Samsung Galaxy M14 SM-m 146 4/128 GB Dark Blue” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah olunmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 725/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 1240 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs3 məxsus “Samsung Galaxy M14 SM-m 146 4/128 GB Dark Blue” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqlarının olması izah olunsun. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri 100.00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 180.2.2, 180.2.3 və 180.2.5ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-725/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-725/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver