Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-726/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Suliddin oğlunun, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Suliddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Suliddin oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 13 (on üç) ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eyni olan ayrı-ayrılıqda təmiz çəkisi 0,040 qram, 0,073 qram, 0,058 qram, 055 qram, 0,052 qram, 0,039 qram, 0,046 qram, 0,045 qram, 0,027 qram, 0,035 qram, 0,025 qram, 0,245 qram, 0,039 qram, ümumi təmiz çəkisi 0,779 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 23:55-də Sumqayıt şəhəri, 9-cu mikrorayon, 44 saylı binanın qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə aparıldıqdan sonra xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan ağ rəngli şalvarın sağ arxa cibindən 13 (on üç) ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eyni olan ayrı-ayrılıqda təmiz çəkisi 0,040 qram, 0,073 qram, 0,058 qram, 0,055 qram, 0,052 qram, 0,039 qram, 0,046 qram, 0,045 qram, 0,027 qram, 0,035 qram, 0,025 qram, 0,245 qram, 0,039 qram, ümumi təmiz çəkisi 0,779 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Suliddin oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 1991 -ci ildən narkotik vasitəsi istifadəçisidir, son zamanlar isə narkotik vasitə istifadəçilərinin “patı”, “şüşə” adlandırdığı psixotrop maddə-metamfetamin istifadə edir. Metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul edir. xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən bir ədəd bükümdə psixotrop maddə-metamfetamini 25 manata almışdır. Həmin bükümdəki metamfetamini öz istifadəsi üçün üzərində yaşadığı ünvana aparmışdır. Sonra həmin bükümün üzərindən az miqdarda götürüb istifadə etmişdir. Uzun müddətdir ki, narkotik vasitə istifadəçisi olduğuna görə narkotik vasitə istifadə etmədikdə bədənində ağrılar olur. Buna görə də aldığı bir ədəd bükümün üzərindən götürüb əlavə 12 ədəd xırda büküm düzəltmişdir ki, ağrısı olarkən vaxt itirmədən istifadə etsin. Düzəltdiyi 12 ədəd bükümü və aldığı 1 ədəd bükümü şəffaf siqaret sellofanına qoyaraq istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra eyni tarixdə, saat 23:55 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon əraizisində 44 saylı binanın qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək saxlanıldığını qeyd etmişlər. Polis işçiləri üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-yə dəvət etmişlər. O, etiraz etməyərək polislərlə birlikdə 3cü PB-yə getmişdir. 3-cü PB-də olarkən ona şübhəli şəxs qismində tutulacağı elan olunub özünə müdafiəçi seçməyi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Siyahıdan özünə həmin gün növbədə olan Kazımov İsməlini müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı, sonra onu saxlayan polis əməkdaşları daha sonra isə o özlərini təqdim etmişlər. Ona saxlanılmağının səbəbi izah edilib müdafiəçisi təqdim edilmişdir. Ona hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, maddə varsa təqdim etməyi bildirildikdə əynində olan ağ rəngli şalvarın sağ və sol yan ciblərindən “Samsung” və “Nokia” markalı 2 ədəd mobil telefonu, həmin şalvarın sağ yan cibindən 6 manat pulu, həmin şalvarın sağ arxa cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Ona ünvanlanan suallara cavab olaraq şəffaf sellofanın içərisindəkinin “patı”, “şüşə” adlanan maddə olduğunu, saat 18 radələrində Corat qəsəbəsində tanımadığı şəxsdən 25 manata aldığını, 30 ildən artıqdır ki narkotik vasitə istifadə etdiyini, narkotik vasitələri çəkərək qəbul etdiyini, təqdim etdiyi narkotiki 1 büküm şəklində aldığını, ağrıları olduqda rahat istifadə etmək üçün bükümlərə ayırdığını bildirmişdir. Həmin büküm açıldıqda içərisindən 12 ədəd xırda büküm və 1 ədəd nisbətən böyük büküm olmaqla, ümumilikdə 13 ədəd büküm aşkar edilmişdir. Həmin 1 ədəd nisbətən böyük sellofan büküm və digər 12 ədəd xırda bükümlər açıldıqda içərisindən metamfetamin aşkar edilmişdir. Müdafiəçisi İsməli Kazımovun suallarına cavab olaraq üzərindən aşkar edilmiş maddəni çəkmək, yəni yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul etmək məqsədilə üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən təzyiq və işgəncəyə məruz qalmadığını bildirmişdir. Aşkar edilmiş ümumilikdə 13 ədəd büküm tərəzidə çəkildikdə çəkisinin 1,16 qram olması müəyyən olunmuşdur. Sonra aşkar olunmuş bükümlər qablaşdırılmış, üzəri onun, müdafiəçisinin və təhqiqatçı tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş 6 manat pul özünə qaytarılmış, mobil telefonlar isə götürülmüşdür. Videoçəkiliş yekunlaşdıqdan sonra üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. O, saxlanılarkən, 3-cü PB-yə aparılarkən və 3-cü polis bölməsində ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Həmin psixotrop maddəmetamfetamini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs Suliddin oğlu əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə 27 iyun 2022-ci il tarixdə, saat 23:55-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, 44 saylı binanın qarşısında o, 3cü PB-nin polis sahə rəisləri Şahid2 və Şahid3 tərəfindən saxlanılaraq ona polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsində şübhəli olduğundan saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə 3-cü PB-yə getmişdir. 3-cü PB-də olarkən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı elan olunub özünə müdafiəçi seçməyi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahıdan özünə həmin gün növbədə olan X1 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 3cü PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Allahverdiyev özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs saxlayan o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilib təqdim edilmiş siyahıdan seçdiyi, Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X3 təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş və tutma barədə protokol təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, maddə varsa təqdim etməsi xahiş edildikdə əynində olan ağ rəngli şalvarın sağ və sol yan ciblərindən “Samsung” və “Nokia” markalı 2 ədəd mobil telefon, həmin şalvarın sağ yan cibindən 6 manat pul, həmin şalvarın sağ arxa cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq şəffaf sellofanın içərisindəkinin “patı”, “şüşə” adlanan maddə olduğunu, saat 18 radələrində Corat qəsəbəsində tanımadığı şəxsdən 25 manata aldığını, 30 ildən artıqdır ki narkotik vasitə istifadə etdiyini, narkotik vasitələri çəkərək qəbul etdiyini, təqdim etdiyi narkotiki 1 büküm şəklində aldığını, ağrıları olduqda rahat istifadə etmək üçün bükümlərə ayırdığını bildirmişdir. Həmin büküm açıldıqda içərisindən 12 ədəd xırda büküm və 1 ədəd nisbətən böyük büküm olmaqla, ümumilikdə 13 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər açıldıqda içərisindən ağ rəngli, psixotrop maddəmetamfetaminə bənzər maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunsuz əşya, predmet aşkar edilməmişdir. Müdafiəçi İsməli Kazımovun suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni çəkmək məqsədilə üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən təziq və işgəncəyə məruz qalmadığını bildirmişdir. Aşkar edilmiş ümumilikdə 13 ədəd büküm tərəzidə çəkildikdə çəkisinin 1,16 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş bükümlər qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 manat pul özünə qaytarılmış, mobil telefonlar isə götürülmüşdür. Videoçəkiliş yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol təıtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir.Təqsirləndirilən şəxsin narkotik maddələrin satışı ilə məşqul olmasına dair hər hansı bir fakt aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Suliddin oğlunun Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda psixotrop maddə metamfetamin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3573 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №127” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddələr...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 13(on üç) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,040 qram, 0,073 qram, 0,058 qram, 0,055 qram, 0,052 qram, 0,039 qram, 0,046 qram, 0,045 qram, 0,027 qram, 0,035 qram, 0,025 qram, 0,245 qram, 0,039 qram, ümumi təmiz çəkisi 0,779 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş 13(on üç) ədəd bükümdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. (Metamfetaminin ümumi təmiz çəkisi-0,779 qram, cəmi tədqiqata sərf edildi-0,26 qram, qalıq-0,519 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3666 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Suliddin oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Suliddin oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs Suliddin oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətlərindən görünür ki, Məmmədov X2 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69-cü maddəsinə əsasən 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəlinin 27 sentyabr 2022-ci ildən hesablanması qərara alınmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Suliddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Suliddin oğluna hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-549/2022 nömrəli, xx.xx.2022ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Suliddin oğlu hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Suliddin oğlunun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Suliddin oğluna elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünü istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda CM-nın 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndiirlən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Cinayətlərin məcmusunun mövcud olduğu hərbir halda, o cümlədən birinci hökm üzrə cəzanın cəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Ona görə də Təqsirləndirilən şəxs Suliddin oğluna təyin olunacaq qəti cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı və cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Suliddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Suliddin oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,519 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 55 manat Təqsirləndirilən şəxs Suliddin oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Suliddin oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabrl 2022-ci il tarixli (İş № 1(060)-726/2022) qərarını icra edərək, 22 sentyabr 2022-ci il tarixli 1351/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Suliddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Suliddin oğluna Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və qəti olaraq Təqsirləndirilən şəxs Suliddin oğluna 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Suliddin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Suliddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Suliddin oğluna cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,519 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 manat Təqsirləndirilən şəxs Suliddin oğlundan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Suliddin oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-726/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-726/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver