Məhkəmə qərarları › İş №1(060)-727/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-727/2021

18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-727/2021 18.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Siyəzən şəhəri, Xətai küçəsi, ev 4-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 4, mənzil 40-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13.10.2021-ci il tarixdə saat 08 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, 4 saylı binanın girişində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş münaqişə zamanı yumruq və təpik zərbələri ilə sonuncunun bədən nahiyyəsinə zərbələr vurmaqla ona sol diz oynağının yumşaq toxumanın şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı, ənsə nahiyyəsinin sol hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol saidin yuxarı 1/3-nin arxa səthinin, sol əlin arxa səthinin İİ əl daraq sümüyü proyeksiyasının, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, fərdi yaşayış evlərində təmir tikinti işləri ilə məşğul olur. İşlədiyi ünvanlar Bakı şəhərində olduğu üçün yol ilə gedərkən taksi kimi Bakı şəhərinə sərnişin daşınması ilə də məşğul olur. Arvadı Zərərçəkmiş şəxs 14 oktyabr 2021ci il tarixdə DİN-nin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ünvanladığı müraciətlərlə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə 2006-cı il tarixdə ailə həyatı qurmuşdur. Onunla birgə nikahlarından 3 azyaşlı övladları vardır. Azyaşlı övladı Nihat nevroloji xəstədir, əqli və psixi xəstəliyi var. Ailəli ola–ola başqa bir qadınla münasibəti olduğuna görə Xanımla aralarında dəfələrlə ailədaxili münaqişələr olmuşdur. Sonuncu dəfə 13 oktyabr 2021-ci il tarixdə səhər saatlarında tanımadığı bir qadın Bakı şəhəinə getmək üçün avtomobilinə əyləşmişdir. Həmin qadın avtomobilə əyləşən zaman arvadı Xanım bunu görmüş və elə zənn etmişdir ki, onun əmin qadınla münasibəti var. Belə ki, Xanım həmin qadını onun avtomobilinə mindiyini görüb ona zəng etmiş və sual vermişdir ki, həmin qadın kimdir. O da cavab vermişdir ki, müştəridir, “evə qayıdım söhbət edərik”. Həmin qadını avtomobildən düşürüb evə qayıtmış, təxminən saat 08 radələrində Xanım onu mənzilin giriş qapısının önündə qarşılamış və üzərinə gələrək ünvanına nalayiq ifadə işlətməklə sifət nahiyəsinə sillə zərbəsi endirmişdir. O da əsəblərini cilovlaya bilməyib onun ayaq nahiyyəsinə təpiklə zərbə vurmuşdur. Üzərinə gldikdə isə əl zərbələri ilə vurmağa başlamışdır. Daha sonra itələdiyi üçün pilləkənlərdən yıxılmışdır. Bundan sonra səs-küy yarandığını görüb həmin yerdən uzaqlaşmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Barəsində amnistiya tətbiq edilib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Barəsində amnistiya tətbiq edib iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, azyaşlı övladı Nihat nevroloji xəstədir, əqli və psixi xəstəliyi vardır. Nihatın xaricdə müalicəsi üçün 5000 manat pul toplayıb həmin pulu da, özünə məxsus Hyundai Volester markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə qoymuşdur. Sonradan öyrənmişdir ki, əri Fariz avtomobildə olan pulu münasibətdə olduğu bir nəfər qadına saxlaması üçün vermişdir. Buna görə də Farizdən həmin pulu qaytarmasını tələb etmişdir. Belə ki, 13 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Farizin bir nəfər qadınla görüşdüyünü görüb ona zəng etmişdir. Farizə həmin qadının kim olduğunu, pulu ona verib vermədiyini soruşmuşdur. Fariz bildirdi ki, həmin qadını tanımır, müştəri kimi Bakı şəhərinə aparmaq üçün götürüb. Bundn bir neçə dəiqə sonra Fariz yaşadıqları evə qayıtmışdır. Onunla mənzilin qapısı qarşısında rastlaşmışdır. Fariz həmin pulu qaytaracağını demiş və həmin qadının müştəri olduğunun, aralarında heç bir münasibət olmadığını bildirmişdir. Bununla da aralarında sözlü mübahisə baş vermişdir. Mübahisə zamanı Fariz təpik zərbəsi ilə ayaq nahiyəsinə, həmçinin əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrinəzərbələr endirmişdir. Bundan sonra onu qəsdən itələdiyi üçün pilləkənlərdən aşağı yıxılmışdır. Beləliklə bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan 1371 saylı, 14.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol diz oynağının yumşaq toxumalarının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı, ənsə nahiyyəsinin sol hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol saidin yuxarı 1/3-nin arxa səthinin, sol əlin arxa səthinin İİ əl daraq sümüyü proyeksiyasının, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkmişin müayinəsindən bir-iki gün əvvəl olmaqla 13.10.2021-ci il tarixdə qərarın təsviri tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir.(i.v 10-12) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3549 saylı, 18.10.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 41) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 45) İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində (29.05.2007-ci il təvəllüdlü X4 oğlu, 14.10.2020-ci il təvəllüdlü X2 və 05.01.2014-cü il təvəllüdlü X5 oğlu) 3 uşağı vardır.(i.v 47-48) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 19.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 26.10.2019-cu ildə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir.(i.v 49) İş materiallarında olan Sumqayıt şəhəri 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin 1268 nömrəli, 20.10.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polilinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur və müraciət etməmişdir.(i.v 50) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi haqqında" 21.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayət əməlinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. (İ.V 53-56) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cinayət məsuliyyət məsuliyyətindən azad olunur. Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar