Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-727/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər- “Şimal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları, xx.xx.1988-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılmasın cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilərək 02 il müddətə azadlığın məhdudlaşdırılmasın cəzası 09 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 06 noyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah məqsədilə özgə əmlakını gizli olaraq talama, yəni oğurluq cinayətini birgə törətməkdən ötrü 10 dekabr 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda və yerdə tanışı digər şəxslə cinayətkar əlaqəyə girib Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yaşayış sahəsi olan evlərin birinə qanunsuz daxil olub oradakı özgə əmlakını gizli olaraq taladıqdan sonra satıb qazancını xeyirlərinə yönəltmək barədə qəsdən birləşib razılaşmaqla qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq həmin gün saat 23:30 radələrində Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi evin yaşayış sahəsinə boş qapı yerindən heç kimin olmadığı vaxtda qanunsuz olaraq birgə daxil olub həyətə yığılmış sonuncuya məxsus özgənin əmlakı ümumilikdə 1057 manat, ayrı-ayrılıqda bir ədədinin dəyəri 31 manat olmaqla, 23 ədəd ümumi dəyəri 713 manat təşkil edən 16 mm ölçüdə dəmir armaturları, sayı istintaqa məlum olmayan 200 manat dəyərindəki 18 mm ölçülü xamutları, bir ədədinin dəyəri 3 manat olan 48 ədəd ümumi dəyəri 144 manat təşkil edən 8 mm ölçülü xamıtları gizli olaraq taladıqdan sonra yaxınlıqdakı Sumqayıt şəhəri Corat qəbristanlığına birgə daşıyaraq orada saxlayıb səhəri gün, yəni 11 dekabr 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda cinayətkar niyyətlərindən xəbərsiz metal qəbulu ilə məşğul olan istintaqa məlum olmayan şəxslərə 120 manat müqabilində birgə sataraq əldə etdikləri qazancı öz aralarında bölüşdürüb xeyirlərinə yönəltməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1057 manat maddi ziyan vurmaqlaqəsdən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,287 qram çəkidə bir bükümdə qablaşdırılmış vəziyyətdə heroin narkotik vasitəsini pul müqabilində satın alaraq qanunsuz olaraq əldə etmiş, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 dekabr 2022-ci il tarixdə saat 15:30-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsində yerləşən “Ruzi1’ marketin qarşısında saxlanılaraq 1-ci polis bölməsinə aparılıb xidməti otaqların birində şəxsi axtarış istintaq hərəkəti zamanı əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən aşkar edilib götürülənədək həmin 1 bükümdə 0,287 qram heroin narkotik vasitəsini qanunsuz olaraq faktiki surətdə malik olub saxlamış və üzərində gəzdirməklə yerini dəyişərək daşımışdır. Bundan başqa o, təkrarən tamah məqsədilə özgə əmlakını gizli olaraq talama, yəni oğurluq cinayətini birgə törətməkdən ötrü 15 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda və yerdə tanışı digər şəxslə cinayətkar əlaqəyə girib Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yaşayış sahəsi olan evlərin birinə qanunsuz daxil olub oradakı özgə əmlakını gizli olaraq taladıqdan sonra satıb qazancını xeyirlərinə yönəltmək barədə qəsdən birləşib razılaşmaqla qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq həmin gün saat 19 radələrində Sumqayıt şəhəri Novxanı bağları ərazisində yerləşən “Diana” adlı restoranın yaxınlığındakı Zərərçəkmiş şəxs1 məxsus fərdi evin hasarından tullanıb yaşayış sahəsinə heç kimin olmadığı vaxtda qanunsuz olaraq birgə daxil olub həyətə yığılmış sonuncuya məxsus özgənin əmlakı ümumilikdə 3380 manat, ayrı- ayrılıqda bir ədədinin dəyəri 80 manat olan 30 ədəd ümumi dəyəri 2400 manat təşkil edən dəmir barmaqlıqları, bir ədədinin dəyəri 300 manat olan 2 ədəd ümumi dəyəri 600 manat təşkil edən 6x3 ölçüdə dəmir barmaqlıqları, 30 manat dəyərində 1 ədəd üzəri taxta yanları dəmir olan oturacağı, bir ədədinin dəyəri 15 manat olan 10 ədəd ümumi dəyəri 150 manat 1.2 metr uzunluğunda dəmir boruları, bir ədədinin dəyəri 20 manat olan 10 ədədümumi dəyəri 200 manat 100-lük ölçülü dəmir boruları gizli olaraq taladıqdan sonra həmin gün saat 20 radələrində cinayətkar niyyətlərindən xəbərsiz istintaqa məlum olmayan şəxsi çağırıb sonuncuya məxsus avtomobil ilə Sumqayıt şəhəri 13-cü mikrorayona daşıyıb, həmin gün saat 21:15-də orada metal qəbulu fəaliyyəti ilə məşğul olan cinayətkar niyyətlərindən xəbərsiz Şahid1 170,50 manat müqabilində birgə sataraq əldə etdikləri qazancı öz aralarında bölüşdürüb xeyirlərinə yönəltməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3380 manat maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,588 qram çəkidə bir bükümdə qablaşdırılmış vəziyyətdə heroin narkotik vasitəsini pul müqabilində satın alaraq qanunsuz olaraq əldə etmiş, Sumqayıt şəhər Polis İdarəsinin 1-cİ polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yanvar 2023-cü il tarixdə, saat 14:30-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsində yerləşən 38 saylı evin yaxınlığında saxlanılaraq 1-ci polis bölməsinə aparılıb xidməti otaqların birində şəxsi axtarış istintaq hərəkəti zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən aşkar edilib götürülənədək həmin 1 bükümdə 0,588 qram heroin narkotik vasitəsini qanunsuz olaraq faktiki surətdə malik olub saxlamış və üzərində gəzdirməklə yerini dəyişərək daşımışdır. Bundan başqa o, təkrarən tamah məqsədilə özgə əmlakını gizli olaraq talama, yəni oğurluq cinayətini birgə törətməkdən ötrü 2 mart 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda və yerdə tanışı X5 ilə cinayətkar əlaqəyə girib Sumqayıt şəhəri ərazisində eviərin birinə qanunsuz daxil olub oradakı özgə əmlakını gizli olaraq taladıqdan sonra satıb qazancını xeyirlərinə yönəltmək barədə qəsdən birləşib razılaşmaqla qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq həmin gün axşam saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində Zərərçəkmiş şəxs3 məxsus 267 nömrəli evin giriş qapısının kilidli olmamasından istifadə edərək yaşayış sahəsinə heç kimin olmadığı vaxtda oradan qanunsuz olaraq birgə daxil olub sonuncuya məxsus özgənin əmlakı 150 manat dəyərindəki 1 ədəd plastik pəncərəni gizli olaraq talayıb Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən tarixi hamam abidəsinin yanına birgə daşımış, qrupun üzvü Tariel Rüstəmov həmin gün axşam saatlarında tanışı cinayətkar niyyətlərindən xəbərsiz Şahid2 oraya çağırıb qeyd edilən pəncərəni 40 manat müqabilində birgə sataraq əldə etdikləri qazancı aralarında bölüşdürüb xeyirlərinə yönəltməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 150 manat maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə 6 mart 2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində Zərərçəkmiş şəxs3 məxsus 267 nömrəli evin giriş qapısının kiiidii olmamasından istifadə edərək yaşayış sahəsinə heç kimin olmadığı vaxtda oradan qanunsuz olaraq daxil olub sonuncuya məxsus özgənin əmlakı 150 manat dəyərindəki 1 ədəd plastik pəncərəni gizli olaraq taiayıb yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi 38 nömrəli evin həyətinə daşımış və 7 mart 2023-cü il tarixdə axşam saatlarında cinayətkar niyyətindən xəbərsiz Şahid2 yaşadığı həmin evin həyətində 40 manat müqabilində sataraq əldə etdiyi qazancı öz xeyirinə yönəltməklə, özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 150 manat maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə 10 mart 2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində Zərərçəkmiş şəxs3 məxsus 267 nömrəli evin giriş qapısının kilidli olmamasından istifadə edərək yaşayış sahəsinə heç kimin olmadığı vaxtda oradan qanunsuz olaraq daxil olub sonuncuya məxsus özgənin əmlakı 150 manat dəyərindəki 1 ədəd plastik pəncərəni gizli olaraq talayıb yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi 38 nömrəli evin həyətinə daşımış və 11 mart 2023-cü il tarixdə axşam saatlarında cinayətkar niyyətindən xəbərsiz istintaqa məlum olmayan şəxsə yaşadığı həmin evin həyətində 30 manat müqabilində sataraq əldə etdiyi qazancı öz xeyirinə yönəltməklə, özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 150 manat maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgə əmlakını gizli olaraq talama, yəni oğurluq cinayətini birgə törətməkdən ötrü 17 mart 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda və yerdə tanışı Təqsirləndirilən şəxs2 cinayətkar əlaqəyə girib Sumqayıt şəhəri Corat qəsəbəsi 267 nömrəli evin həyətinə qanunsuz daxil olub oradakı özgə əmlakını gizli olaraq taladıqdan sonra satıb qazancını xeyirlərinə yönəltmək barədə qəsdən birləşib razılaşmaqla qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq həmin gün axşam saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində Zərərçəkmiş şəxs3 məxsus 267 nömrəli evin giriş qapısının kilidli olmamasından istifadə edərək yaşayış sahəsinə heç kimin olmadığı vaxtda oradan qanunsuz olaraq birgə daxil olub sonuncuya məxsus özgənin əmlakı 300 manat dəyərindəki 1 ədəd göy rəngli dəmir darvazanı gizli olaraq talayıb yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi 38 nömrəli evin həyətinə daşımış, səhəri gün, yəni 18 mart 2023-cü il tarixdə saat 08:30-da yaşadığı evə taksi kimi çağırdığı cinayətkar niyyətlərindən xəbərsiz Şahid3 QAZ-24 markalı **-DS-*** dövlət nömrə nişanlı avtomobilə qeyd edilən qapını yükləyərək Sumqayıt şəhəri 13-cü mikrorayona gətirib həmin gün saat 08:47-də metal qəbulu fəaliyyəti ilə məşğul olan cinayətkar niyyətlərindən xəbərsiz Şahid1 94 manat müqabilində birgə sataraq əldə etdikləri qazancı öz aralarında bölüşdürüb xeyirlərinə yönəltməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 300 manat maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə özgə əmlakını gizli olaraq talama, yəni oğurluq cinayətini birgə törətməkdən ötrü 17 mart 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda və yerdə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayətkar əlaqəyə girib Sumqayıt şəhəri Corat qəsəbəsi 267 nömrəli evin həyətinə qanunsuz daxil olub oradakı özgə əmlakını gizli olaraq taladıqdan sonra satıb qazancını xeyirlərinə yönəltmək barədə qəsdən birləşib razılaşmaqla qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq həmin gün axşam saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində Zərərçəkmiş şəxs3 məxsus 267 nömrəli evin giriş qapısının kilidli olmamasından istifadə edərək yaşayış sahəsinə heç kimin olmadığı vaxtda oradan qanunsuz olaraq birgə daxil olub sonuncuya məxsus özgənin əmlakı 300 manat dəyərindəki 1 ədəd göy rəngli dəmir darvazanı gizli olaraq talayıb qrupun üzvü Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi 38 nömrəli evin həyətinə birgə daşımış, səhəri gün, yəni 18 mart 2023-cü il tarixdə saat 08:30-da taksi kimi çağırdıqları cinayətkar niyyətlərindən xəbərsiz Şahid3 QAZ-24 markalı **-DS-*** dövlət nömrə nişanlı avtomobilə qeyd edilən qapını yükləyərək Sumqayıt şəhəri 13-cü mikrorayona gətirib həmin gün saat 08:47-də metal qəbuiu fəaliyyəti ilə məşğul olan cinayətkar niyyətlərindən xəbərsiz Şahid1 94 manat müqabilində birgə sataraq əldə etdikləri qazancı öz aralarında bölüşdürüb xeyirlərinə yönəltməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 300 manat maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı ünvanın yəni, ünvan 3şən Ruzi marketin yaxınlığında olarkən 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğuna görə saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PByə dəvət etmişlərlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİnin 1-ci PB-yə getmiş, PB-nə getdikdən sonra o özünə müdafiəçi seçmişdir. Həmin vəkil PB-yə gəldikdən sonra xidməti otaqların birində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona saxlanılmağının səbəbi izah edilmişdir. Hüquq və vəzifələrinə dair bildiriş və müdafiəçisi hazırki vəkili Müdafiəçi1 təqdim edilmişdir. Ona üzərində qanunsuz əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibində saxladığı olduğu 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli narkotik vasitə-heroin aşkar edilmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,49 qram olması müəyyən edilmiş və kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Ona ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümün içərisindəkinin “kakos” yəni, narkotik vasitə-heroin olduğunu, həmin maddəni eyni tarixdə, səhər saatlarında Bakı şəhəri, 3-cü mikrorayon dairəsi adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəs üçün aldığını, polis əməkdaşları tərəfindən təziqə məruz qalmadığını bildirmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə əvvəlcədən tanıdığı Çingiz adlı şəxslə öz aralarında söhbət etdiyi zaman pulunun olmadığı üçün razılaşmışlar ki, oğurluq etsinlər, belə ki, bunu Çingiz təklif etmiş və həmin gün saat 19 radələrində Sumqayıt şəhəri Novxanı bağları ərazisində gəzmiş və orada Diana restoranının yaxınlığında yerləşən boş evlərdən birinin hasarından aşaraq həyətə daxil olmuş və oradan sayını xatırlamadığı dəmir məhəccərləri, 1 ədəd üzəri taxta yanları dəmir olan oturacağı, 10 ədəd 1.2 metr uzunluğunda, 10 ədəd isə 100-lük ölçüdə dəmir boruları oğurlayaraq həyətdən çıxartmış və divarın kənarına yığmışlar. Həmin dəmirləri aparmaq üçün 156 yük xidmətinə zəng etmiş və bir yük maşını dedikləri yerə gəlmişdir. Təxminən saat 20 radələrində, həmin sürücünü buradakı həyətə fəhlə kimi işlədiyiklərini və həmin dəmirlərin yararsız olduğundan oradan sökdüklərini demiş və yük maşınına yükləyərək birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən dəmir qəbulu məntəqəsinə 170 manata satmışlar və əldə olunan gəliri öz aralarında bölmüşlər. Sonradan polis əməkdaşları oğurluq etdikləri müəyyən etmiş və hər ikisi törətdikləri oğurluq əməlini etiraf etmişlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə Çingiz ilə birlikdə olduqları zaman qərarlaşdırmışlar ki, Corat bağları ərazisindən oğurluq etsinlər. Buna görə də bir qədər gəzmiş, Corat bağlar massivi ərazisində Qəbirstanlıqdan bir qədər yuxarı hissədə tikinti gedən həyətlərdən birindən oğurluq etməyi qərarlaşdırmışlar. Oradan evin hasarının yanından rahat həyətə daxil olmaq mümkün olduğunu və həyətdə çoxlu dəmir armatur və dəmir xamutlar oluğunu görmüşlər. Elə buna görə də əvvəlcədən danışdıqları kimi həmin gecə saat 23.30 radələrində həmin evə getmiş və köməkliklə oradan dəqiq sayını xatırlamadıqları qədər dəmir armatur və dəmir xamutları həyətdən daşıyaraq bir qədər irəlidə olan qəbirstanlıq ərazisinə yığmışlar, gecə diqqət çəkəcəyini düşünmüş və bir gün sonra həmin dəmirləri yoldan keçən tanımadıqları yük maşını ilə yaşadığı evin həyətinə aparmış, oradan isə bir neçə gün sonra məhəllələrinə gələn dəmir alan şəxslərə ümumilikdə 120 manata satmışlar, əldə olunan pulu öz aralarında bölmüşlər. Bundan başqa Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs3 ərizəsi ilə tanış olmuşdur. ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluğu o, etmişdir. Ancaq bu oğurluğu bir neçə dəfəyə törətmişdir. Heç bir yerdə işləmir. Buna görə də pula ehtiyacı olmuşdur. Ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. 2023-cü ilin mart ayının əvvəllərində yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışı X5 ilə Zərərçəkmiş şəxs3 məxsus həyət evinin qapısının açıq olmasından istifadə edərək oğurluq etmək üçün həyətə qanunsuz daxil olmuşlar. Oradan böyük ölçülü bir ədəd plastik pəncərəni yerindən çıxarıb qapıdan çölə çıxarmışlar. Plastik pəncərəni yaxınlıqda olan hamamın yanına aparmışlar. X10 adlı tanışına zəng edib plastik pəncərə olduğunu və onu satmaq istədiklərini bildirmişdir. Bundan sonra həmin plastik pəncərəni Vüqara 40 manata satmışlar. Bundan bir neçə gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə axşam saatlarında yenidən həmin ünvana getmişdir. Bu dəfə tək olmuşdur. Yenidən axşam saatlarında həyətə qanunsuz daxil olub oradan 01 ədəd plastik pəncərəni oğurlayıb yaşadığı evə aparmış, evdə saxlayaraq yenidən Vüqara 40 manata satmışdır. Daha sonra bir dəfə də xx.xx.2023-cü il tarixdə həmin həyətdən gecə saatlarında 1 ədəd də pəncərə götürmüş həmin pəncərəni öz yaşadığı həyətə aparmışdır. Artıq bunu da Vüqara satsa diqqət çəkəcəyini düşünmüş və səhəri gün yaşadığı evin yaxınlığında işlənmiş əşyalar alan tanımadığı şəxsə 30 manata satmış və onun avtomaşınına yüklədikdən sonra o, pəncərəni özü ilə aparmışdır. Həmin həyətdən oğurluq etməyi rahat olduğunu görmüş və düşünmüşdür ki, yenidən oradan oğurluq etsin, çünki əvvəlki dəfələr oğurluq etdikdən sonra həmin evdə sakitlik olmuş və ev sahibinin maraqlanmadığını görmüş buna görə də bir daha oğurluq etmək qərarına gəlmişdir. Sonuncu dəfə o, yenə də həmin ünvandan oğurluq etmək qərarına gəlmişdir. Orada darvaza yerindən sökülüb həyətdə qoyulmuşdu. xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2lə həmin ünvana getmişdir. Həyətə qanunsuz daxil olub ordan bir ədəd göy rəngli dəmir darvazanı oğurlamışlar. Həmin darvazanın taylarını çərçivədən çıxararaq bir neçə dəfəyə onun yaşadığı evin həyətinə aparmışlar. xx.xx.2023cü il tarixdə səhər saatlarında isə darvazanı satmaq üçün saat 08.30-da tanımadığı taksi ilə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. O, çöldə gözləmiş, Coşqun məntəqəyə daxil olub darvazanı 90 manata satmışdır. Həmin pulu aralarında bölmüşlər. İlk iki oğurluq hadisəsini tanışı Çingiz ilə, sonrakı dəfə pəncərələrdən birini Tariel ilə, daha sonrakı iki dəfə tək, sonuncu dəfə isə tanışı Coşqun ilə 1 ədəd darvaza oğurlamışdır. Başqa hər hansısa şəxs olmamışdır. Yalnız qeyd etdiyi əmlakları oğurlamışdır. Saxlanılarkən, 1-ci PB-yə aparılarkən və PB-də olarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmişdir. Harkotik vasitə olan heroioni üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuşdur, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmişə və satmamışam. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində yaşadığı ünvanın yəni, ünvan 5ən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğuna görə saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİnin 1-ci PB-yə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getmişdir. Bölmədə ilkin olaraq ondan üzərində narkotik vasitə olub-olmamsı soruşulmuş, o, üzərində qanunsuz heç bir əşyanın olmadığını bildirmiş, bundan sonra adını və soyadını bilmədiyi, lakin üzdən tanıdığı polis əməkdaşı ona təsir, təzyiq göstərərək narkotik maddə vermiş və ona üzərində axatarış aparılacağını, axtarış zamanı ona verdiyi narkotik maddənin özünə məxsus olmasını bildirməsini demiş, o da məcbur olaraq həmin polis əməkdaşı ilə razılaşmışdır. Belə ki, həmin polis əməkdaşı ona başqa oğurluq cinayətlərini də boynuna almasını bildirmiş, o, bununla razılaşmamış və yalnız narkotik maddənin üzərindən aşkar olunması ilə bağlı razılaşmışdır. Təqsirləndirilən şəxs1 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsinə maddi imkanının olmadığını və narkottik maddə ilə bağlı yalnız bir epizodda cinayət əməlin törətdiyini bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs1 hissəvi elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:30 radələrində yaşadığı ünvanın yəni, ünvan 5ən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğuna görə saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getmişdir. PByə getdikdən sonra ona şübhəli şəxs qismində tutulacağı bildirilib özünə müdafiəçi seçməyi üçün Sumqayıt Regional vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, həmin siyahıdan Sədirxan Sədirxanovu seçmişdir. Həmin vəkil PB-yə gəldikdən sonra xidməti otaqların birində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona saxlanılmağının səbəbi izah edilmişdir. Hüquq və vəzifələrinə dair bildiriş və seçdiyi müdafiəçi təqdim edilmişdir. Ona üzərində qanunsuz əşya, predmet varsa təqdim etməyi təklif edilən zaman sualı düzgün başa düşmədiyi və narkotik vasitənin nəzərdə tutulmadığını fikirləşib “xeyr” cavabını vermişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərində olan qara rəngli şalvarımın sağ yan cibində 1 ədəd büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli narkotik vasitə-heroin aşkar edilmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0,72 qram olması müəyyən edilmiş və kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümün içərisindəkinin “kakos” yəni, narkotik vasitəheroin olduğunu, həmin maddəni eyni tarixdə, səhər saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən təziqə məruz qalmadığını bildirmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmir. Buna görə də pula ehtiyacı olmuşdur. Əvvəlcədən tanıdığı Səxavətlə görüşəndə Səxavət oğurluq etməyi təklif etmişdir. Onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında birlikdə Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən bir evin qarşısına gəlmişlər. Həmin vaxt tanımadığı «QAZ-24» markalı taksi ilə getmişlər. Həyətdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra həyətə daxil olmuşlar. Həyətdəki dəmir darvazanı çölə çıxarmış və taksinin üzərindəki yük yerinə yükləyib Səxavətin yaşadığı evə aparmışlar. xx.xx.2023-cü il tarixdə isə oğurladıqları həmin darvazanı 13-cü mikrorayon ərazisində yerləşən metal qəbulu məntəqəsinə gətirmişlər. Orada həmin darvazanı 94 manata satmışdır. Taksinin pulunu verdikdən sonra Səxavət həmin puldan ona 35 manat pul vermişdir. Darvazanı satarkən özünə məxsus olduğunu bildirmişdir. Özü tək başqa ünvanlardan və ya Səxavətlə birlikdə başqa oğurluqlar etməmişdir. «QAZ-24» markalı avtomaşınla apardığını bildirdiyi sürücüyə Səxavətin guya həmin evdə yaşadığını demiş və bir qədər irəlidə kənarda saxlamışlar. O, dəqiq olaraq hansı ünvana necə daxil olduqlarını görməmişdir. Həmin darvazanı çöl tərəfə çıxarmış və bundan sonra avtomaşına bir qədər də həyət tərəfə gəlməsini demişlər, avtomaşın həyət tərəfə gəlmiş və darvazanı avtomaşının üzərinə qoyaraq Səxavətin yaşadığı evin həyətinə aparmışlar, evdə heç kim olmamış, həyətdə dəmir darvazanı yerə qoymuşlar. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə maddi imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evi vardır. Evdə daimi yaşayış olmur və orada hal-hazırda tikinti işləri gedir. Hər gün gedib görülən işlərə baxır. xx.xx.2022-ci il həmin bağ sahəsinə yollanmış, hər şey qaydasında olmuş, xx.xx.2023-cü il tarixdə yenidən oraya getmiş və evin həyətinə daxil olub baxdığı zaman 12 metrlik armaturlar və təxminən 40-45 ədəd dəmir xamutların yerində olmamasını aşkar etdikdə başa düşmüşdür ki, oğurlanmışdır. Buna görə də DİN-nin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. 23 ədəd 1 ədədinin dəyəri 31 manat olan 16-lıq ölçüdə dəmir armaturlar, sayını xatırlamadığı ümumilikdə 200 manat dəyərində 18-lik dəmir armaturlar, 48 ədəd 1 ədədinin dəyəri 3 manat olan 8-lik ölçüdə dəmir xamutlar oğurlanmaqla ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini, hazırda vurulmuş maddi zərəri tələb etdiyini, əks halda sonuncuların barəsində qanuna müvafiq qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, özü Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yaşayasa da uzun illərdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evləri vardır. Evdə daimi yaşayış olmur, tikinti işləri gedir və vaxtaşırı gedib gəlir. Sonuncu dəfə 2023-cü ilin aprel ayının əvvəlləri bağ evlərinə getdiyi zaman evin üç pəncərəsinin yerindən sökülüb çıxarıldığını aşkar etmiş və evi gəzib baxdığı zaman evin üç pəncərəsinin yerindən söküldüyünü bundan başqa isə həyətə qoyduqları dəmir darvazanın yerində olmadığını görmüş və əvvəlcə ustalardan bu barədə maraqlanmış, onlar pəncərələri yerinə taxdıqlarını dedikdən sonra ona məlum olmuşdur ki, həmin pəncərələr və dəmir darvaza, oğurlanmışdır. Buna görə də DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. Ona ümumilikdə 2300 (iki min üç yüz) manat maddi ziyan dəymişdir. Belə ki, 3 ədəd plastik pəncərələrin hər birinin ölçüsü eni 1.2 metr uzunluğu isə 1.4 metr idi, hər birinin şüşəsi Tuner sınmayan şüşə olmuş, bir ədədini 600 manata olmaqla ümumilikdə 3 ədəd plastik pəncərəni 2022-ci ilin avqust ayında 1800 manata Bakı şəhərindən almışdır. Qapının ölçüsünü dəqiq xatırlamır, rus dəmir darvazası olmuşdur, üzərində rus yazıları olmuş, həmin darvazanın dəyəri 500 manat olmuşdur. Həyətdən 3 ədəd plastik pəncərə və dəmir darvaza oğurlanmışdır, ilkin məlumat verdiyi zaman həyəti dəqiq yoxlamamış, sonradan bir daha baxmış və qeyd etdiyi pəncərə və darvazanın oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini, hazırda vurulmuş maddi zərəri tələb etdiyini, əks halda sonuncuların barəsində qanunamüvafiq qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək ona vurulmuş maddi zərərin ödənilmədiyini, şikayətçi olduğunu və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə bu səbəbdən də işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, özü Bakı şəhərində yaşayasa da uzun illərdir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evi vardır. Evdə daimi yaşayış olmur və vaxtaşırı gedib gəlir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, həmin bağ sahəsində olmuş və hər bir əşya yerində olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmin bağ evinə həyət işlərini görmək üçün gəlmiş, həmin vaxt həyətdə olan dəmir barmaqlıqlar yerində olmamış və bu da diqqətini çəkmiş və dəqiq baxdığı zaman, bağın içərisində olan 1x2 metr ölçüdə təxminən 30 ədəd dəmir barmaqlıqların, toyuq hininin 2 ədəd 6x3 metr ölçüdə dəmir barmaqlıqlarının, 1 ədəd üzəri taxta yanları dəmirdən olan oturacaq və 10 ədəd təxminən 1.2 m uzunluğunda dəmir borular, 10 ədəd 100-lük dəmir su borularının oğurlandığını aşkar etmiş və buna görə də DİN-nin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. Ona ümumilikdə 3380 (üç min üç yüz səksən) manat maddi ziyan dəymişdir ki, 30 ədəd dəmir barmaqlıqların bir ədədi 80 manatdan düzəltdirmiş ümumi dəyəri 2400 manat təşkil edir, 2 ədəd 6x3 metr ölçüdə dəmir barmaqlıqlar armaturdan yığılma olmuş, bir ədədi 300 manat olmaqla iki ədədinin dəyəri 600 manat təşkil edir, 1 ədəd üzəri taxta yanları dəmir oturacağı 30 manata düzəltdirmişdir, 10 ədəd 1.2 mter ölçüdə dəmir boruların bir ədədi 15 manat olmaqla ümumi dəyəri 150 manat olmuş, 10 ədəd 100-lük dəmir su borularının 1 ədədini 20 manata almışdır, ümumi dəyəri 200 manat olmuşdur. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü 1-ci PB-nin əməliyyat müvəkkili Şahid5 və CA üzrə kiçik inspektoru Şahin Cəfərov ilə birlikdə Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 16 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 16.00-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsi Ruzi marketin yaxınlığında hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamışlar və yaxınlaşıb Təqsirləndirilən şəxs1 tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiyinə görə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o müqavimət göstərmədən avtomobilə mindikdən sonra PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şahmar Səfərov əvvəlcə özünü təqdim etmiş daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli göndəkçənin sağ yan ibində saxlamış olduğu 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərədindən açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan madənin olduğu görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar edilmiş maddənin kakos olduğunu həmin maddəni saxlanılmazdan Bakı şəhəri 3-cü mikrorayon Dairəsi adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0.49 qram olduğu müəyyən edilmişdir və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə heroini haradan əldə etməsi barədə özündən soruşulduqda o, Bakı şəhəri 3-cü mikrorayon Dairəsi adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmiş, mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs1 əvvəllər və ya tutulduğu ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə hər hansı məlumat olmamışdır. Təqsirləndirilən şəxs1 saxlanılarkən təhqiqatçıdan əvvəl üzərinə baxış keçirilməmişdir, təhqiqatçı şəxsi axtarış keçirmişdir. Məhkəmə iclasında Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa Şahid6 başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün onunla birlikdə 1-ci PB-nin əməliyyat müvəkkili Şahid6 Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 18 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 14.30-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, Cürət küçəsi 38 nömrəli evin yaxınlığında hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Təqsirləndirilən şəxs1 tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə mindikdən sonra PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ayxan İsgəndərli əvvəlcə özünü təqdim etmiş daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş. 01 ədəd şəffaf sellofana bükülmüş büküm təhqiqatçı tərədindən açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan madənin olduğu görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar edilmiş maddənin kakos olduğunu həmin maddəni saxlanılmazdan Bakı şəhəri 20 Ynavar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0.72 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan narkotik vasitə heroini özündən soruşulduqda o, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər və ya tutulduğu ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olamamışdır. Təqsirləndirilən şəxs1 saxlanılarkən təhqiqatçıdan əvvəl üzərinə baxış keçirilməmişdir, təhqiqatçı şəxsi axtarış keçirmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, Sumqayıt şəhəri ərazisində dəmir qəbulu ilə məşğul olur. Hal-hazırda da Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən dəmir qəbulu emalatxanasında işləyir. Səxavət və Çingiz adlı şəxsləri əvvəlcədən tanımamış, təxminən xx.xx.2022-ci il tarixdə onlar işlədiyi dəmir qəbulu yerinə gələrək bir neçə dəmir əşyalar olduğunu bildirmiş və satmaq üçün gətirdiklərini demişlər və əvvəlcə dəmirlərə baxmış və onlardan kimin olduğunu soruşduqda onlar özlərinə məxsus olduğunu və istifadəsiz olduğundan satmaq istədiklərini demişlər və mən onlardan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Onlar hər ikisi vəsiqələrini vermiş və onların anket məlumatlarını dəftərə qeyd edərək, şəxsiyyət vəsiqələrinin şəklini çəkib özündə saxlamış və onnarın gətirdiyi, dəmir əşyaları almış və onlara 170.50 qəpik pul vermişdir. Həmin dəmir əşyaların oğurluq olduğunu güman etməmiş, şəxsiyyət vəsiqələrinin də şəklini verdiyindən düşünmüşdür ki, həqiqətən də özlərinə məxsusdur. Həmin dəmir əşyaların dəqiq nələrdən ibarət olduğunu bilmirəm, ümumi hesablayaraq ödəniş etmişdir. Bundan başqa təxminən təxminən 2023-cü ilin mart ayında işdə olduğu zaman Coşqun adlı şəxs iş yerinə göy rəngdə dəmir darvaza gətirmiş və satdığını bildirmişdir. Ondan darvazanın kimə məxsus olduğunu bildirdikdə o, işlədiyi yerdən pul əvəzi verildiyini demişdir. Ondan darvazanı təhvil adlığı zaman videoçəkiliş edəcəyini demiş və o, buna etiraz etməmişdir. Bundan sonra onun taksi ilə gətirdiyi darvazanı düşürmüş və ümumilikdə çəkisinin 209 kiloqram olduğuna görə ona 94 manat pul vermiş və satış barədə dəftərində qeydiyyat aparmışdır. Coşqun özü də yazdığı yazıya imza çəkmiş və videoçəkilişlə də bunu qeyd etmişdir. Həmin dəmir darvazanın oğurluq olduğunu güman etməmişdir. Dəmir darvazanı Coşqun adlı şəxs satıb, onun yanında heç kim olmayıb, yük taksisi ilə gətirmişdir. Səxavət adlı şəxsi görməmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus Qaz-31 markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur və Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən daş bazarı adlanan yerdə dayanır. Təxminən 2023-cü ilin mart ayında daş bazarında dayandığı yerdə olduğu zaman üzdən tanıdığı sonradan adının Tariel olduğunu bildiyi şəxs telefonla zəng edərək, işlənmiş plastik pəncərə olduğunu və satdığını demişdir. Bu onun diqqətini çəkmiş və baxmaq üçün Corat qəsəbəsinə gəlmişdir. Həmin şəxslərin iki nəfər olduğunu görmüşdür. Pəncərəyə baxmış və öz aralarında danışıb razılaşdıqdan sonra 40 manata almışdır. İdarə etdiyi avtomaşına qoyaraq işlədiyi yerə geri qayıtmış, sonradan həmin pəncərəni 60 manata satmışdır. Bir neçə gün sonra tanımadığı, sonradan adının Səxavət olduğunu bildiyi şəxsdən zəng gəlmiş və o, Tarielin yanında gördüyü şəxs olduğunu və bir ədəd də pəncərə olduğunu satmaq istədiyini demişdir. Yenidən Corat qəsəbəsinə getmiş Orada həmin şəxslə görüşmüş və eyni əvvəlki pəncərədən olduğunu görmüş və aralarında danışdıqdan sonra bunu da 40 manata almışdır. Eyni qaydada bu pəncərəni də işlədiyi yerə gətirmiş və 70 manata satmışdır. Həmin pəncərələrin oğurluq olduğunu güman etməmişdir, çünki hər ikisini də gündüz vaxtı ona satmışlar, usta işlədikləri evdən pul əvəzinə verildiyini demişdilər, ona görə də oğurluq ola biləcəyini güman etməmişdir. Birinci dəfə Səxavət və Tariel adlı şəxslər, ikinci dəfə isə tək Səxavət adlı şəxs olmuş, başqa heç kimi görməmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, özünə məxsus Qaz-24 markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2023-cü ilin mart ayında Corat qəsəbəsində olduğu zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq dəmir darvazaları olduğunu və həmin darvazanı Corat qəsəbəsindən Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən dəmir qəbulu yerinə aparmaq istədiyini demiş və aralarında razılaşdıqdan sonra fərdi evlər yerləşən yerə getmişlər. Orada başqa bir nəfər də olmuş, bir evin həyətindən dəmir darvaza götürmüşlər və avtomaşının yük yerinə qoyduqdan sonra onlarla birlikdə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən dəmir qəbulu yerinə gəlmişlər. Orada onlardan sonradan adının Səxavət olduğunu bildiyi şəxs köməkli darvazanın hissələrini yerə endirmiş, digər Coşqun adlı şəxs isə dəmir qəbulu yerinə getmişdir. Səxavətdən 5 manat pul almış və çıxıb getdim. Həmin dəmir darvazanın oğurluq olduğunu güman etməmiş, günorta saatları olduğundan, onlardan Səxavət adlı şəxsin evinin həyətindən çıxarıb gətirdikləri üçün oğurluq ola biləcəyini güman etməmişdir. Həmin şəxslərin yanında başqa heç kimi görməmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyul 2023-cü il tarixli 3-16-16/1-9/5041/2023 nömrəli rəyindən görünür ki, ekspertiza təyini edilməsi haqqında qərarda göstərilən 3 adda malların orta istisimar müddəti və orta istisimar intensivliyi parametirlərin müvafiq olaraq qərarda göstərilən tarixlərə olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 894,00 manat müəyyən edilir. Digər 8 adda mallar haqqında kifayət qədər məlumat (miqdar, ölçülər və.s) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiq hissəsində göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü tarixli diskə baxış və götürmə haqqında protokoldan görünür ki, 32 saniyəlik olması müəyyən edilir. Baxış zamanı həmin görüntüdə olan Təqsirləndirilən şəxs2v tərəfindən 13 mikrorayon ərazisində yerləşən metal qəbulu məntəqəsində satıcı tərəfindən ona verilən həmin əmlakın oğurluq olub olmaması ilə bağlı suala göy rəngli dəmir darvazanın oğurluq olmadığını bildirmiş, həmin darvazanın Kifayət adlı şəxsə məxsus olmasını bildirmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş iki ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə heroin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/451 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “125 nömrəli” möhür əksi “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 oğlunun üzərindən aşkar olunan heroinə bənzər kütlə ” sözləri imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.588 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Heroinun təmiz çəkisi - 0,588 qram tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,538 qram) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/7175 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “125 nömrəli” möhür əksi “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs1” sözləri imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.287 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Heroinun təmiz çəkisi - 0,287 qram tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,237 qram) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1027 nömrəli rəyindən görünür ki, müayinə zamanı müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROM(Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 08 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 1877.2.3-cü və 234.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işindən şəxsə görə X2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə başqa cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi və ********* saylı cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış cinayət işinə əlavə olunması və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdı. İş materiallarında olan 08 iyul 2023-cü il tarixli cinayət işinin istintaq materiallarından başqa cinayət işinin ayrılması barədə qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 1877.2.3-cü və 234.1ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işindən şəxsə görə X2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. İş materiallarında olan 25 iyul 2023-cü il tarixli ittiham aktının dəyişikliklərlə təsdiq edilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cimayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətdikdən sonra öldüyündən hüquqi varisi olan qardaşı X4 razılığı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan hissəvi xitam verilmiş və cinayət işi üzrə xx.xx.2023-cü il tarixli ittiham aktının məzmunundan vətəndaş X3 Azərbaycan Respublikası Cimayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair bəndləri xaric edilmiş və ittiham aktı qərarda göstərilən dəyişikliklərlə təsdiq edilmiş və cinayət işi məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 24 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilməzdən əvvəl ona təsir və təzyiq göstərərək narkotik maddə verməsi və həmin narkotik maddənin şəxsi axtarış zamanı üzərindən aşkar olunarkən ona məxsus olmasını demələri və.s barədə göstərdiyi xüsusatlar məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət işi üzrə özünü qismən təqsirli bilmsəinə dair dəlillərini müdafiə mövqeyinə söykənərək subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır, onların cinayət əməlləri- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar törətdiyi cinayətlərə görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş tarixli arayışdan (tələbnamədən) və görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar kimi cinayətlərin təkrar törədilməsi müəyyən olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilərək 02 il müddətə azadlığın məhdudlaşdırılmasın cəzası 09 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin olunmuş cəzadan çıxışılmı və üzərində qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 06 noyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmış və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmış və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun əvvəllər də qəsdən cinayət törədərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməməsi nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyası həddində CM-nin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əvvəllər qəsdən cinayət törətməsinə görə barəsində ibtidai istintaq orqanında cinayət işi başlanılaraq istintaq aparılmasına baxmayaraq yenidən qəsdən cinayət əməli törətməsi, üzərindən aşkar olunmuş narkotik maddənin çəkisi və narkomaniya xəstəliyindən əziyyət çəkməsi, zərərçəkmişlərə vurulan ziyanın ödənilməməsi nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşadığı ərazi üzrə dispanser qeydiyyatına götürülməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,538 və 0,237 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 195 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 77.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkillər Müdafiəçi2 və Müdafiəçi1 müvafiq olaraq onların müdafiəçiləri təyin etmişdir. Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 22 saat olmaqla cəmi 44 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 264 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşadığı ərazi üzrə dispanser qeydiyyatına götürülsün. İş üzrə mülki iddia yoxdur. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,538 və 0,237 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 195 manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 77.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 “Şimal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 göstərdikləri 22 saat hüquqi yardıma görə hər birinə 132 manat olmaqla, cəmi 264 manat məbləğində pul dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-727/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-727/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver