Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-728/2025 12.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 18 sentyabr 2006-cı ildə anadan olmuş X4, 23 sentyabr 2007-ci ildə anadan olmuş X5 və 28 sentyabr 2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 noyabr 2013-cü ildən başlayaraq hər ay hər bir uşaq üçün 70 (yetmiş) manat olmaqla cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin alınaraq Şahkərimova (Hacıyeva) Aygün Akif qızına ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli, 2(067)-2016/2013 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Xaçmaz Rayon Məhkəməsi tərəfindən 04 oktyabr 2021-ci il tarixli, 3(067)-946/2021 nömrəli qərarı ilə 15 (on beş) gün müddətinə, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 15 fevral 2024-cü il tarixli, 3(060)-450/2024 nömrəli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 18 mart 2024-cü il və 02 aprel 2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən 04 noyabr 2016-cı il tarixdən sonuncu təqdimat verilən 11 sentyabr 2024-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs Şahkərimova (Hacıyevə) Aygün Akif qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 5667 (beş min altı yüz altmış yeddi) manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə boşandıqda məhkəmənin qərarı ilə 3 uşağa görə 210 manat aliment ödənilməsi müəyyən edilmişdir. O, ikinci dəfə ailə qurmuş, lakin aliment məsələləri ilə bağlı problemlər yaşadıqlarından ikinci həyat yoldaşından da ayrılmışdır. X12 və Hacıyeva Aytən 18 yaşına çatdıqlarına görə onlara münasibətdə aliment ödənilməsi dayanmışdır. Həmçinin, Hacıyev Şahbaba 2015-ci il tarixdən onun yanında qalmışdır. Bu səbəbdən də alimentin ödənilməsində çətinlik çəkdiyindən Hacıyev Şahbabaya münasibətdə aliment borcunun silinməsi ilə bağlı məhkəməyə müraciət etmiş və borcdan 7560 manat silinmişdir. Cinayət işi başlanmamışdan öncə də, istintaq gedişində də borcundan ödənişlər etmiş və iş məhkəməyə gəldikdə 2400 manat aliment borcu qalmışdır. Hazırda aliment üzrə borcunu tam ödədiyini, zərər çəkmiş şəxslə barışdığını və zərər çəkmiş şəxsin ondan şikayətinin olmadığını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödədiyini bildirərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2005-ci ildə evlənmiş, 2013-cü il tarixdə nikahlarına xitam verilmiş, məhkəmənin qərarı ilə hər ay, bir uşağa görə 70 manat pulun onun xeyrinə ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcunu ödəmədiyi üçün barəsində cinayət işi başlanmış və o, cinayət işi başlandıqdan sonra ödənişlər etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona olan aliment borcu tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayəti yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir və ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-2016/2013 nömrəli qətnaməsi üzrə verilmiş xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 70 manat olmaqla, ümumilikdə 210 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Göstərilən icra vərəqəsi üzrə xx.xx.2015-ci il tarixdə Xaçmaz rayon İcra şöbəsində icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs dərhal icra haqqında bildiriş göndərilmiş, lakin tələb tam olaraq təmin olunmamışdır. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(067)-208/2016 nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8(067)-273/2016 nömrəli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə tələbi qərəzli şəkildə icra etmədiyinə görə barəsində cinayət işi başlanılmış və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(067)-136/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonrakı dövr ərzində borclu Təqsirləndirilən şəxs icra məmurunun çağırışlarına gəlmədiyi və yaşadığı yeri müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2021-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilərək, Xaçmaz Rayon Polis Şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə barəsində 780594 nömrəli axtarış işi açılmışdır. Təqsirləndirilən şəxs yenidən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədi üzrə tələbi təmin etmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(067)-946/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsindən ərazi aidiyyəti üzrə göndərilmiş və Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. İcraata daxil olduqdan sonra Təqsirləndirilən şəxs izahatı alınmış və tələbi təmin etməsi üçün yeni müddət verilmişdir. Borclu Təqsirləndirilən şəxs çağırışlara gəlmədiyindən barəsində axtarış qərarı qəbul olunaraq xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün Xaçmaz Rayon Polis Şöbəsinə göndərilmiş, barəsində müvafiq axtarış işi açılmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən idarəyə gətirilən Təqsirləndirilən şəxs izahatı alınmış və tələbi icra etməyəcəyi halda barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Təqsirləndirilən şəxs yenidən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədi üzrə tələbi təmin etmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-450/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonrakı dövrdə yaranmış aliment borcunun ödənilməsi üçün Təqsirləndirilən şəxs yeni müddət verilmiş, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, lakin sonuncu öz hərəkətlərini davam etdirərək icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Tələb təmin olunmadığına görə Təqsirləndirilən şəxs əmlak və gəlirlərinin yoxlanması üçün “Elektron icra” informasiya sistemi vasitəsilə aidiyyəti təşkilara müvafiq sorğular edilmiş, lakin sonuncunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs adına aktiv VÖEN olsa da, bank hesabının mövcud olmadığı müəyyən edilmiş, habelə fəaliyyət göstərib-göstərməməsi istiqamətində görülmüş tədbirlər müsbət nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə ilk dəfə cinayət məsuliyyətinə cəlb edildikdən sonrakı dövr üçün, yəni xx.xx.2016-cı il tarixdən təqdimat verilən dövrədək 11967 manat məbləğində aliment borcu vardır. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, icraat dövründə dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq üzərinə düşən vəzifələri yerinə yetirməmiş, tələbin icrasına maneçilik törədən hallara yol vermişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizə ilə idarəyə müraciət edərək aliment borcunu ödəməkdən boyun qaçırdığına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsində toplanmış materiallar əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v 1) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün cinayət məsuliyyətinə cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli təqdimat göndərilmişdir. (i.v 7-8) İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)- 2016/2013 nömrəli icra sənədi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. (i.v 10) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-2016/2013 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X4, xx.xx.2007-ci ildə anadan olmuş X5 və xx.xx.2009-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 noyabr 2013-cü ildən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment alınaraq X8 verilməlidir. (i.v 12-14) xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-2016/2013 nömrəli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş Təqsirləndirilən şəxs təqdim olunmuşdur. (i.v 15-16) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(067)-208/2016 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) gün müddətinə inzibati həbs edilmişdir. (i.v 17-19) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 8(067)-273/2016 nömrəli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v 20-21) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(067)-136/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v 24-30) Borclunun (onun əmlakının və ya uşağının) axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v 42) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-450/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v 50-53) xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmə haqqında xəbərdarlıq təqdim edilmişdir. (i.v 54) Borclunun ünvanına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu yaşayış yeri kimi göstərilən ünvan 3 ünvanına baxış zamanı müəyyən olunmuşdur ki, borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər yoxdur. Hamısı yaşayış üçün zəruri olan əşyalardır. Baxış keçirilməsi ilə bağlı fotoşəkillər akta əlavə edilmişdir. (i.v 57-59) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X2 filialının xx.xx.2024-cü il tarixli, 3-17-2/2-27348/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) işaxtaran və ya işsiz kimi qeydiyyata alınmadığından onun münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. (i.v 63-64) Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 1961 nömrəli məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs adına Sumqayıt Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. (i.v 68) Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-199/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair 23 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. (i.v 79-84) Zərər çəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahkərimova (Hacıyeva) Aygün Akif qızı zərər çəkmiş şəxs qismində tanınmışdır. (i.v 94) Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 06 (altı) azadlıqdan məhrum etməyə endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək 01 (bir) il islah işləri cəzasına məhkum edilmişdir.(i.v 115-117) Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-820/2025 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(067)-2016/2013 saylı icra sənədi üzrə yaranmış ümumi aliment borcundan xx.xx.2006-cı il təvəllüdlü X1 üçün 2015-ci ilin may ayından etibarən hesablanmış 7560 manat məbləğində aliment borcu silinmişdir. (i.v 163-167) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v 174-176) Qətimkan tədbiri seçmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v 197-198) Şahkərimova (Hacıyeva) Aygün Akif qızı tərəfindən yazılmış ərizədən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2016/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi üzrə Təqsirləndirilən şəxs ona ödənilməmiş 2400 (iki min dörd yüz) manat məbləğində aliment borcu mövcuddur. (i.v 201) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, cinayət işi üzrə şahidlərin ifadələri və digər sənədlər sübut növü kimi qəbul edilmiş, X11 adlı şəxsin soyadı dəyişdirildiyi üçün Zərərçəkmiş şəxs kimi oxunmuş, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları özünü müdafiə xarakterli sübut növü kimi qiymətləndirilmişdir. (i.v 206-216) Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 1300 və 200 manat olmaqla ödənişlər edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmiş, iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, icra işindəki məlumatları, icra ilə bağlı görülən tədbiləri nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin, Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırda təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə borcu ödəməsini, zərər çəkmiş şəxsin verilən ittiham üzrə borcun tam həcmdə ödənilməsi barədə ərizəsini, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin maddənin qeydinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 28 saata görə 308 (üç yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-728/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-728/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver