Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-729/2022 23.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Onun müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1980-cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları, ev 52 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, Xəzər bağları, ev 52 ünvanında birgə yaşadıqları keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncuya sağ təpə ənsə, sağ bazu və sağ bud nahiyyəsinin dərialtı hematoması, sağ baldırın qançırları xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşıdır. O onunla 2004-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar, birgə nigahlarından xx.xx.2005-ci ildə Zərərçəkmiş şəxs Elnur qızı adında qız, xx.xx.2006-cı ildə X3 adında oğlan, xx.xx.2013-cü ildə X4 adında oğlan övladları dünyaya gəlmişdir. Onların evliliklərinin ilk vaxtlarından münasibətləri normal olsa da, sonradan qısqanclıq zəmnində aralarında tez-tez münaqişələr baş vermişdir. Bu səbəbdən onlar yola gedə bilmədiklərindən 2020-ci il tarixdə rəsmi qaydada boşanmışlar. Bu barədə Sumqayıt şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. O, təxminən 08 (səkkiz) ay bundan əvvəl Türkiyə Respublikasından Azərbayacan geri dönmüş, ayrılmaqlarına baxmayaraq Xəyalə ilə birlikdə yaşamağa başlamışlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində birgə yaşadıqları ünvanda olan zaman Xəyalə ilə yenidən onların arasında qısqanclıq zəminində münaqişə baş vermişdir. Münaqişə vaxtı Xəyalənin ona cavab qaytarmasından əsəbiləşdiyi üçün yumruq zərbərləri onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. Həmin vaxt Xəyalə yerə yıxılmış və onların arasında olan münaqişə bitmişdir. Az sonra isə yaşadıqları ünvana polis əməkdaşları gəlmişlər, artıq ona məlum olmuşdur ki, Xəyalə onun barəsində polisə şikayət etmişdir. Əməlindən peşmandır. Onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. O onunla 2004-cü ildə rəsmi nigaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2005-ci ildə Zərərçəkmiş şəxs Elnur qızı adında qız, xx.xx.2006-cı ildə X3 adında oğlan, xx.xx.2013-cü ildə X4 adında oğlan övladları dünyaya gəlmişdir. Onlar evliliklərinin ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan qısqanclıq zəmnində aralarında tez-tez münaqişələr baş vermişdir. Bu səbəbdən onlar yola gedə bilmədiklərindən 2020-ci il tarixdə rəsmi qaydada boşanmışlar. Bu barədə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Elnur təxminən 08 (səkkiz) ay bundan əvvəl Türkiyə Respublikasından Azərbayacana geri dönmüş, ayrılmaqlarına baxmayaraq onunla birlikdə yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində birgə yaşadıqları ünvanda olan zaman Elnur ilə yenidən onların arasında qısqanclıq zəmnində münaqişə baş vermişdir. Münaqişə vaxtı Elnura öz etirazını bildirdiyindən o yumruq zərbərləri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. Həmin vaxt o yerə yıxılmış və onların arasında olan münaqişə bitmişdir. O, aralarında olan münaqişə barədə anasına məlumat vermiş, o da onun döyüldüyünü bildirdiyi üçün DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Az sonra isə yaşadıqları ünvana polis əməkdaşları gəlmiş və o PB-nə rəsmi şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1321 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sağ təpə ənsə, sağ bazu və sağ bud nahiyyəsinin dərialtı hematoması, sağ baldırın qançırları vardır. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, müayinədən 1 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ə himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan və 01 (bir) azyaşlı uşağı vardır (xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X4 oğlu). İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2873 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi X7 4 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 260 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Xəzər Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-729/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-729/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver