Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-729/2025 18.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Qubadlı rayonu, Milanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Milanlı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, yataqxana 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər yetirmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə saat 10:55 radələrində “B1 B C1 C” kateqoriyalı, BD 25555 seriya nömrəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **- EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən “Mutlu Kids” pallar mağazasının yaxınlığında avtomobili saxlamaq üçün arxaya doğru saatda 15 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa hissəsi ilə ehtiyatsızlıqdan vuraraq ona sağ iç topuğun xətti sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vuran xəsarət yetirməklə уol nəqliyyat hadisəsi törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yol nəqliyyat hadisəsi törətdiyi vaxt “Toyota Prius” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Hal-hazırda avtomobil idarə etmir, gözündən əməliyyat olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 10:55 radələrində o, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ilə yolun sağ zolağı ilə hərəkətdə olan zaman avtomobili yolun kənarında saxlamışdır. O, maşını saxladıqdan sonra həyat yoldaşı avtomobildən düşüb gül almaq üçün bir az aralıda olan gül dükanına getmişdir. Həmin gün qardaşının toyu olduğu üçün onlar toya hazırlaşmış, gül almalı olmuşlar. Maşını yolun sağ tərəfində saxlamaq üçün saatda 10-15 km surətlə arxaya doğru sürməyə başlamış, bu vaxt diqqətsizlikdən avtomobilin arxasından keçən piyada qadını görməmiş və avtomobilin arxa hissəsi ilə onu vurmuşdur. Qadın zərbənin təsirindən yerə yıxılmışdır. O, dərhal avtomobildən yerə düşüb həmin yaşlı qadına yaxınlaşmışdır. O. hadisə ilə bağlı ondan üzr istəmişdir. Sonra həyat yoldaşı ilə birlikdə həmin qadını Sumqayıt şəhər TTYXna aparmışlar. Hadisədən sonra ona məlum olmuşdur ki, həmin qadın Zərərçəkmiş şəxsdır. Xəstəxanada onun sağ ayağında sınıq olduğu müəyyən edilmiş və ayağı gipsə qoyulmuşdur. Onlar xəstəxanada olduqları zaman Zərərçəkmiş şəxs iki nəfər qohumu xəstəxanaya gəlmişdir. O, onları öz maşını ilə Zərərçəkmiş şəxs yaşadığı ünvana aparmışdır. O, öz telefon nömrəsini onlara verib qardaşının toyu olduğunu, buna görə də getməli olduğunu, toydan sonra yenidən ona baş çəkəcəyini bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Hadisədən bir gün sonra səhər onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər və onun barəsində şikayət olduğunu bildirmişlər. Məhkəmədə suala cavab olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını bildirmiş, hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3658647Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:55 radələrində o, Sumqayıt şəhəri, N.Nərimanov küçəsində “Mutlu Kids” mağazasının yaxınlığında avtomobil yolunu soldansağa doğru həmin mağaza istiqamətində keçmək istəyərkən bir anda sol tərəfindən arxaarxaya gələn avtomobil onu vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Hadisədən sonra sürücü avtomobildən düşüb ona yaxınlaşaraq ondan üzr istəmiş, eyni zamanda onu xəstəxanaya aparmışdır. O, adının Şahbaz olduğunu bildirmişdir. Sürücü ondan hadisə ilə bağlı üzr istədikdən sonra ona hadisə barədə heç kimə məlumat verməməsini istəmişdir. Bu vaxt yaxınlıqdakı gözəllik salonundan bir nəfər qadın çıxıb həyəcanlı şəkildə onlara yaxınlaşmış və hadisə barədə heç kimə məlumat verməməsini xahiş etmişdir. Həmin vaxt o, sağ ayağından xəsarət aldığını görmüş və müayinə olunmaq üçün xəstəxanaya getmək istədiyini bildirmişdir. Onlar onu Sumqayıt şəhər TTYX-nə aparmışlar. O, sürücüdən şikayət etmək istəmədiyi üçün xəstəxanada avtomobil vurması nəticəsində xəsarət aldığını bildirməmişdir. O, xəstəxanada olarkən bacısı qızına zəng edib xəstəxanada olduğunu bildirmişdir. Bir müddətdən sonra bacısı qızı həyat yoldaşı ilə birlikdə xəstəxanaya gəlmişdir. O, onlara hadisə barədə məlumat vermişdir. Xəstəxanada sağ ayağında sınıq olduğu müəyyən edilmiş və ayağı gipsə qoyulmuşdur. Bundan sonra onlar Şahbazın maşını ilə hadisə yerinə qayıtmışlar. Lakin, Şahbaz onun yanında dayanmayıb qardaşının toyu olduğu üçün getməli olduğunu bildirib öz telefon nömrəsini bacısı qızının yoldaşına verib çıxıb getmişdir. O isə Sumqayıt ŞPİ-nə gələrək ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs həmçinin, bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmışdır. Hazırda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını bildirmiş və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, yol nəqliyyat hadisəsi törətdiyi vaxt “Toyota Prius” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Hal-hazırda o, avtomobil idarə etmir. xx.xx.2024-cü il tarixdə saat 10:55 radələrində Şahbaz Sumqayıt şəhəri, N.Nərimanov küçəsi ilə yolun sağ zolağı ilə hərəkətdə olan zaman avtomobili yolun kənarında saxlamışdır. O, avtomobildən düşüb gül almaq üçün bir az aralıda olan gül dükanına getmişdir. Həmin gün Şahbazın qardaşının toyu olduğu üçün onlar toya hazırlaşmışlar və o, tez gül almalı olmuşdur. Şahbaz maşını yolun sağ tərəfində saxlamaq üçün aşağı sürətlə arxaya doğru hərəkət etməyə başlamışdır. O, maşına tərəf baxanda Şahbazın sürdüyü maşının arxadan keçən qadına dəydiyini və qadının yerə yıxıldığını görmüşdür. O, tez qaçaraq həmin qadına yaxınlaşmışdır. Şahbaz da maşından düşüb həmin qadına yaxınlaşmışdır. Şahbaz qadından üzr istəmişdir. Sonra o, Şahbazla birlikdə həmin qadını Sumqayıt şəhər TTYXna aparmışlar. Hadisədən sonra ona məlum olmuşdur ki, həmin qadın Zərərçəkmiş şəxsdır. Xəstəxanada Zərərçəkmiş şəxs Şahbazdan şikayətçi olmaq istəmədiyini bildirmişdir. Xəstəxanada ondan hansı şəraitdə xəsarət aldığını soruşduqda o, yıxılaraq xəsarət aldığını bildirmişdir. Xəstəxanada onun sağ ayağında sınıq olduğu müəyyən edilmiş və ayağı gipsə qoyulmuşdur. Onlar xəstəxanada olduqları zaman Zərərçəkmiş şəxs iki nəfər qohumu xəstəxanaya gəlmişdir. Şahbaz onları öz maşını ilə Zərərçəkmiş şəxs yaşadığı ünvana aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşından şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. (i.v 1) Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış aydın havada Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsi istiqamətində keçirilmişdir. Hadisənin növü piyadanı vurma, yol-nəqliyyat hadisəsi yeri Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, “Mutlu kids” mağazasının yaxınlığı, yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 7 metr, hərəkət zolaqlarının sayı 02, hərəkət hissəsinin eni 6 m olmuşdur. Hərəkət hissəsində həmin yolda nəqliyyat axınını ayıran qırıq-qırıq xətt ayırır. Hərəkət hissəyə sağdan səki, soldan səki, sonra sağdan şəhər tipli tikililər, soldan şəhər tipli tikililər birləşmişdir. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. Piyadanın vurulma yeri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları yolun sağ kənar hissəsindən 1,9 metr, sol kənar hissəsindən 5,1 metr məsafədədir. Piyada yolu soldan sağa “Mutlu kids” mağazası istiqamətində keçmişdir. Şinlərin izləri, tormozlama izləri, nəqliyyat vasitəsinin hərəkət istiqaməti əlamətləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu, nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar edilməmişdir. Baxış zamanı hadisə yerində asfalt örtüyün üzərində qanabənzər ləkələr aşkar edilmişdir. Protokola sxem və şəkillər əlavə edilmişdir. (i.v 7-9) Sərxoşluq vəziyyətinin 7073 nömrəli tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti yoxdur. (i.v 21) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 338.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. (i.v 22-23) Məhkəmə-Tibbi Ekspertiza və X4 X5 xx.xx.2024-cü il tarixli, 2129 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ iç topuğun xətti sınığı kimi xəsarət vardır. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2024cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v 25-27) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16-8/23921/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “B1B, C1C” kateqoriyalı BD255555 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (i.v 36) Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3658647Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 37-38) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/554 nömrəli rəyindən görünür ki, “Toyota Prius” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qaşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir.(i.v 52-55) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuş, onun barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2129 nömrəli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/554 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmişdir. (i.v 58-61) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan olunmuşdur. (i.v 71) Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. (i.v 86-87) https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3658647Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulan maddi və mənəvi zərər ödənilmişdir və ona qarşı şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə açılmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi 10 saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-729/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-729/2025
18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver