Məhkəmə qərarları › İş №1(060)-73/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-73/2021

10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-73/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittiham müdafiəsi şöbəsinin prokuroru Nəbiyev Tural Hüseyn oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Masallı rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri 47-ci məhəllə ev 10 mənzil 8-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1.109 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 sentyabr 2020-cu il tarixdə saat 19:48 radələrində Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində saxlanılıb üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1.109 qram narkotik vasitə olan heroini və 1 ədəd yuxarı hissəsi sınmış vəziyyətdə, üzərində “novokain” yazısı olan içərisində narkotik vasitə hesab edilən heroin izləri olan şüşə ampul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsindən görünür ki, o, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 03 sentyabr 2020-ci il tarixdə təxminən səhər saat 11-12 radələrində o Abşeron rayonu Novxanı qəsəbəsində tanımadığı kişidən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan kakos kimi tanıdığı heroini 30 manata almış, ondan aldığı narkotik vasitələri üzərində olan qara rəngli plastik siqaret qutusunun içərisinə qoyub əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyub Sumqayıt şəhərinə gəlmişdir. O aldığı narkotik vasitəni cibinə qoymuşdur ki, heç kəs görməsin. Həmin gün təxminən saat 19:48 radələrində o Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində olarkən bir neçə nəfər polis geyim formasında və mülki geyimdə olan şəxslər ona yaxınlaşıb onu saxlamışlar. Onlar özlərini təqdim edərək Sumqayıt Şəhər polis idarəsi və Şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarından biri əlində kamera ilə videoçəkiliş aparmışdır. Polis əməkdaşları onu üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün saxladıqlarını və üzərində şəxsi axtarış keçiriləcəyini demişlər.Ona hüquq və vəzifələri olan bildiriş təqdim olunmuş, daha sonra polis əməkdaşları üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini izah edib, bununla əlaqədar etirazının olub-olmadığını soruşmuşlar, o da etirazının olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları ona üstündə olan bütün qanunsuz əşyaları təqdim etməyi təklif etmişlər. O da könüllü olaraq üzərində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan kakos kimi tanıdığı heroini təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükülünün nə olduğunu dedikdə o onlara şəffaf rəngli sellofan bükümün içərisində 1 qram kakos olduğunu demişdir. Polis əməkdaşları həmin bükülünü açıb baxmışlar. Xəstə olduğundan həmin narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirmişdir. Daha sonra ona üzərində olan hər şeyi təqdim etməyi demişlər, o da şalvarının sağ cibindən 2 ədəd yandıran, sol cibindən isə həmin kakosu bişirib qəbul etməsi üçün içərisində narkotik vasitə izi olan şüşə flakonu, 1 ədəd şüşə flakonda olan ətiri, həmçinin şalvarının arxa yan cibində narkotik vasitəni qatışdırmaq üçün limon turşusunu çıxardıb təqdim etmişdir. Polis əməkdaşları 2 ədəd yandıran və ətiri ona qaytarmışlar, 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan kakosu, şüşə flakonu və limon turşusunu araşdıma üçün əhəmiyyət kəsb edildiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis əməkdaşları ondan həmin kütləni haradan əldə etdiyini soruşmuşlar, o da polis əməkdaşlarına həmin narkotik vasitə olan kakos kimi tanıdığı heroini Novxanıda olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını və üstündə gəzdirdiyini etiraf etmişdir. Daha sonra tutulduğu yerdə şərait olmadığı üçün sənədləşmə aparılması üçün Polis bölməsinə getmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 5-6 ildir ki, narkotik vasitələrdən istifadə etsə də, polis əməkdaşları onu saxlayan gün yəni 03 sentyabr 2020-ci il tarixində üzərində narkotik vasitə olmamışdır. O, 03 sentyabr 2020-ci il tarixdə axşam saatlarında deyil saat 12 radələrində Sumqayıt şəhəri «Sputnik» deyilən ərazidən aparmışlar. Polis Bölməsinə apararkən avtomobildə 4 nəfər olmuşlar. Avtomobildə olmuş Şahin və Elnur adlı polis əməkdaşları onun başına yumruqla və ayaqların təpiklə vuraraq ona xəsarət yetirmişlər. Onu Vaqif klubunun yanına gətirdikdən sonra Bəxtiyar adlı polis əməkdaşının haradansa narkotik vasitə, limon duzu və ampula gətirərək həmin sadalanan şeylərin üzərindən çıxmasını etiraf etməsini demiş, daha sonra onu 4-cü Polis Bölməsinə gətirərək orada ona fiziki zor tətbiq edərək və daha ağır ittiham elan edəcəkləri ilə hədələyərək sənədlərə imza etdirdiklərini, 48 saat ərzində onu buraxacaqlarını deyərək ona əgər narkotik vasitənin onun olmadığını bildirsə onu küllü miqdarda narkotik vasitəni daşımaq və gəzdirməklə ittiham elan olunacağını bildirdiklərini, müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına aparılarkən orada xəsarətləri barədə bildirdiyini, 03 sentyabr 2021-ci il tarixində tutularkən üzərində dostuna məxsus mobil telefonun olduğunu, həmin mobil telefonda isə 070 939 30 20 saylı mobil nömrənin olduğunu, həmin nömrənin onun dostu X4 istifadəsində olmasını və onun qardaşı X16 məxsus olmasını, tutulmamışdan əvvəl X13 deyilən ərazidə olduqlarını, Güloğlanın ona mobil telefonunu verərək bir neçə dəqiqəlik ondan ayrıldığını və elə bu zaman da yəni Güloğlan getdikdən sonra mülki geyimdə olan polis əməkdaşlarının onu yaxaladıqlarını, bölmədə ona təzyiq edərək müvafiq sənədlərə imza etdirdikdən sonra isə çəkilişə gətirərək onun tutulmasını səhnələşdirdiklərini bildirərək ona ittiham olunan cinayəti törətmədiyindən barəsindəki bəraət hökmünün çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt şəhər Polis İdarəsi Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında elan olunmuş və tərəfindən təsdiq olunmuş ifadəsindən görünür ki, 03.09.2020-ci il tarixdə Sumqayıt şəhərində Elməddin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 03.09.2020-ci il tarixdə, saat 19:48-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X14 Ağayevə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. X2 narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs bildirişlə tanış olmuşdur. Daha sonra X7 rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt X7 ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişdir. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü onlara təqdim etmişdir. Ondan həmin bükümdə nə olduğunu, haradan və kimdən əldə etdiyi soruşulduqda, Elməddin onlara demişdir ki, bükümdə olan heroindir, onu bir neçə saat əvvəl, yəni səhər saat 11-12:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 30 manata alıbdır. Daha sonra Elməddin şalvarının sağ cibindən 2 ədəd yandıran, sol cibindən isə həmin heroini bişirib qəbul etməsi üçün içərisində narkotik vasitə izi olan yuxarı hissəsi sınmış vəziyyətdə olan şüşə flakonu (ampulanı), 1 ədəd şüşə flakonda olan ətiri, həmçinin şalvarının arxa yan cibində narkotik vasitəni qatışdırmaq üçün limon turşusunu çıxardıb təqdim etmişdir. 2 ədəd yandıran və ətir ona qaytarılmış, 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan heroin, şüşə flakonu (ampula) və limon turşusunu araşdıma üçün əhəmiyyət kəsb edildiyindən onlar tərəfindən götürülmüşdür. Daha sonra həmin yerdə Elməddinin üzərindən götürülmüş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, videoçəkiliş dayandırılmış və o, Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət olunmuşdur. Elməddin də buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Elməddinin üzərindən götürülmüş heroin ona təqdim olunmuş vəkilinin və onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, heroin və içərisində narkotik vasitə izləri olan şüşə flakonu (ampula) zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş və tərəfindən təsdiq olunmuş Şahid3 ifadəsindən də görünür ki, o da Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəis müavini X10 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və qəbul edilməsi ilə məşğul olan bir adam kimi tanıdığını, üzərindən xeyli vaxt keçdiyindən Təqsirləndirilən şəxs tutulmasını xatırlamadığını, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tutularkən ona qarşı zor tətbiq olunmadığını, Təqsirləndirilən şəxs 3-4 dəfə polis əməkdaşları tərəfindən saxlanıldığını, lakin sənədləşmə aparılmadığını bilidrmişdir. X5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsindən görünür ki, 03.09.2020-ci il tarixdə Sumqayıt şəhərində Elməddin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 03.09.2020-ci il tarixdə, saat 19:48-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X14 Ağayevə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. X2 narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs bildirişlə tanış olmuşdur. Daha sonra X7 rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt X7 ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişdir. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü onlara təqdim etmişdir. Ondan həmin bükümdə nə olduğunu, haradan və kimdən əldə etdiyi soruşulduqda, Elməddin onlara demişdir ki, bükümdə olan heroindir, onu bir neçə saat əvvəl, yəni səhər saat 11-12:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 30 manata alıbdır. Daha sonra Elməddin şalvarının sağ cibindən 2 ədəd yandıran, sol cibindən isə həmin heroini bişirib qəbul etməsi üçün içərisində narkotik vasitə izi olan yuxarı hissəsi sınmış vəziyyətdə olan şüşə flakonu (ampulanı), 1 ədəd şüşə flakonda olan ətiri, həmçinin şalvarının arxa yan cibində narkotik vasitəni qatışdırmaq üçün limon turşusunu çıxardıb təqdim etmişdir. 2 ədəd yandıran və ətir ona qaytarılmış, 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan heroin, şüşə flakonu (ampula) və limon turşusunu araşdıma üçün əhəmiyyət kəsb edildiyindən onlar tərəfindən götürülmüşdür. Daha sonra həmin yerdə Elməddinin üzərindən götürülmüş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, videoçəkiliş dayandırılmış və o, Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət olunmuşdur. Elməddin də buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Elməddinin üzərindən götürülmüş heroin ona təqdim olunmuş vəkilinin və onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, heroin və içərisində narkotik vasitə izləri olan şüşə flakonu (ampula) zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin KTB-nin kriminalisti Şahid4 ifadəsində üzərindən xeyli vaxt keçdiyindən Təqsirləndirilən şəxs tutulmasını xatırlamadığını, lakin istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, tutularkən Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilmədiyini ifadəsində göstərmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsindən görünür ki, o da X5 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -cinayət işinin materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsinə dair 04.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis kapitanı Tural Əhmədli tərəfindən icraatına qəbul olunmuşdur. (cild İ, i.v.1); -cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 03 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2020-ci il tarixdə saat 19:48-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i.v.20); -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 sentiyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild İ, i.v.55-56); -Sumqayıt şəhər Məhkəməsinin (hakim Fikrət Əliyev) 05 mart 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v 74-75); -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 29.11.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi təqsirli bilinərək 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16.01.2018-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış və 22.04.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o məhkum olunmuş və məhkumluğu ödənilməmiş hesab edilir. -Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti yanında MKTİB-i tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmadığı göstərilmişdir. - Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04.09.2020-ci il tarixli, 6/1777 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,109 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin zərfdəki bir ədəd yuxarı hissəsi sınmış vəziyyətdə, üzərində “novokain” yazısı olan şüşə ampulun içərisində narkotik vasitə olan heroinin izləri vardır. Ampuladakı heroin iz şəklində olduğu üçün onun çəkisini və bükümdəki heroində eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. - Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 17.09.2020-ci il tarixli, 2565 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. -Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuş iş üzrə maddi sübut Təqsirləndirilən şəxs aşkar olunmuş sellofan bükümün içərisindən xalis çəkisi 1,33 qram narkotik vasitə olan heroininin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 1,109 qram heroin Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılır. -Cinayət işinin materiallarında olan istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin Pİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi tutulmasına dair görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. 05.09.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,109 qram narkotik vasitə olan heroin və 1 ədəd yuxarı hissəsi sınmış vəziyyətdə, üzərində “novokain” yazısı olan içərisində narkotik vasitə hesab edilən heroin izləri olan şüşə ampula saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. - Cinayət işinin materiallarında olan 03 sentyabr 2020-ci il tarixli şəxsi axtarışın keçirilməsinə dair protokoldan görünür ki, axtarış keçirilərkən şübhəli şəxsin müdafiəçisi X17 iştirak etməmişdir. Protokolun sonuna müdafiəçi tərəfindən imza edilərək «tanış oldum» qeydi verilmişdir. - Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 13 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərardan görünür ki, şəxsi axtarışın keçirilməsinə,diskə baxış keçirilməsinə dair protokol, şahid ifadələri və ekspert rəyləri və digər sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətini təmin edərək məhkəmə tərəfindən Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu edilmiş və Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına daxil olarkən keçirilmiş tibbi müayinənin nəticələrinə dair tibbi kartasının surətinin təqdim olunması xahiş olunmuş və həmin sorğuya əsasən Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş Tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində-sol saiddə üç ədəd çızıq toxuması, 2 ədəd bənövşəyi rəngli qançır, sol budda bir ədəd sol dizdə iki ədəd bənövşəyi rəngli qançırlar, sol qasıq nahiyyəsində bir ədəd çapıq toxuma aşkar olunmuşdur. Deməsinə görə həmin xəsarətləri həbs olunarkən almışdır. Təqsirləndirilən şəxs həbs olunarkən ona fiziki zor tətbiq olunması ilə bağlı araşdırma aparılması üçün Sumqayıt şəhər Məhkəməsi tərəfindən Sumqayıt şəhər Prokurorluğuna müraciət olunmuş və araşdırmanın nəticəsi olaraq 07 may 2021-ci il tarixində cinayət işinin başlanmasının rədd olunmasına dair qərar çıxarılmışdır. Qeyd olunan qərar Məhkəmə iclasında tədqiq olunarkən müəyyən olundu ki, 03 mart 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsində şahid qismində ifadə verən X10 hadisənin üzərindən xeyli vaxt keçdiyindən Təqsirləndirilən şəxs tutulmasını xatırlamadığını, Təqsirləndirilən şəxs tutulan zaman heç bir zor tətbiq olunmadığını bildirsə də, bundan sonra Sumqayıt şəhər Prokurorluğunda aparılmış araşdırma zamanı izahat vermiş X1 Elməddin Mirnağı oğlunun nə zaman və harda tutulması, təhqiqatı aparan şəxs, şəxsin tutulması zamanı baş vermiş hzadisələri ardıcıllıqla göstərərək, Təqsirləndirilən şəxs tutularkən sifət nahiyyəsində xəsarətlər olduğunu və həmin xəsarətləri tutulmamışdan əvvəl yıxılarkən aldığını, həmçinin ayaq nahiyyələrində olan xəsarətləri isə narkotik vasitəni ayağına yeritməsi ilə bağlı olan izlər olduğunu bildirdiyini, əməliyyat qrupunun üzvü olmadığını, həmin vaxtı ora köməklik məqsədi ilə getdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan əməliyyat qrupunun yaradılmasına dair Sumqayıt şəhər Polis İdarəsinin rəisi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli əmrdən isə görünür ki, X10 əməliyyat qrupunun üzvü olmuşdur. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində mülki geyimli polis əməkdaşları tərəfindən tutulduqdan sonra avtomobilə mindirildikdən sonra orada Şahin və Elnur adlı polis əməkdaşlarının da olduğunu və ona qarşı zor tətbiq etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs tutularkən fiziki təzyiqə məruz qalmasına dair məhkəmə araşdırması zamanı dediklərinin araşdırılması məqsədi ilə müvafiq sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. Sumqayıt şəhər Prokurorluğunda aparılmış araşdırmanın nəticəsi olaraq 07 may 2021-ci il tarixində cinayət işinin başlanmasının rədd olunmasına dair qərar çıxarılmışdır. Qeyd olunan Qərar Sumqayıt şəhər prokurorunun 07 may 2021-ci il tarixli məktubu ilə Sumqayıt şəhər Məhkəməsinə göndərilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Sumqayıt şəhər Prokurorluğunda aparılmış araşdırma zamanı izahat vermiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru X20 03 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutulması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvü olmasa da köməklik üçün onun tutulmasında iştirak etdiyini və rolunun olduğunu, Elməddini əvvəldən tanıdığını, onunla aralarında münasibətlərin normal olmadığını, bu səbəbdən də tutularkən Elməddinin ona tutulmasında təqsirkar olduğunu bildirərək ona hədə qorxu gəldiyini, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs qarşı zor tətbiq etmədiyini bildirmişdir. Həmçinin tədqiq olunan qərardan görünür ki,Təqsirləndirilən şəxs olan xəsarətlərin ağırlıq dərəcəsini müəyyən etmək və həmin xəsarətlərin özü özünə yetirilə bilmək ehtimalını müəyyən etmək üçün məhkəmə tibbi ekspertizası keçirilmədiyindən və qeyd olunan xüsusatları müəyyən etmək mümkün olmadığından cinayət işinin başlanqmasının rədd edilməsinə dair qərar çıxarılmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında 070 939 30 20 saylı mobil telefon nömrəsinin kimə məxsus olmasına, həmin nömrəyə 02-04 sentyabr tarixlərində daxil olan və çıxan zənglər, daxil olan SMS-lər, qeyd olunan nömrənin hansı antenin əhatə dairəsində işləməsinə dair məlumatların Azərfon MMC-dən götürülməsinə dair qərar icra olunması üçün Azərfon MMC-yə göndərilmişdir. Azərfon MMC-dən daxil olmuş 16 aprel 2021-ci il tarixli cavabdan görünür ki, həmin mobil nömrə həqiqətən də X23 adlı şəxsə məxsusdur və həmin nömrənin anten əhatə dairəsi 03 sentyabr 2021-ci il tarixində təqsirləndirilən şəxsin qeyd etdiyi müddətə tutulmasını bildirdiyi əraziyə, yəni Sumqayıt şəhərində «Sputnik» deyilən ərazinin yaxınlığında olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunaraq şahid qismində ifadə vermiş X11 da ifadəsində Təqsirləndirilən şəxs qismində ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxslə dostluq etdiyini, 03 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Sumqayıt şəhərinin «Sputnik» deyilən ərazisinə yaxın bir yerə gəldiklərini, onun istifadəsində olan və üzərində qardaşı Abbasov Elnura məxsus ********** saylı mobil nömrə olan telefonu müvəqqəti istifadə üçün Elməddinə verdiyini, Elməddinə onu gözləməsini deyib 5-10 dəqiqələik yaxınlıqdakı lombarda getdiyini, qayıtdıqda isə Elməddini daha görmədiyini və daha sonra onun polis tərəfindən tutulduğunu eşitdiyini, təxminən hadisədən 1 gün sonra polis bölməsinə gedərək oradan mobil telefonunu götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət Prosessual Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, işdəki sübutları işin halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən ictimai təhlükəli əməl törədilməmişdir, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmir və Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ibtidai istintaq zamanı verilmiş olduğu şahid ifadələrinə, şəxsi axtarışın keçirilməsinə dair protokola əsaslandığından, şahid ifadələri və şəxsi axtarışın nəticələrinə dair protokol digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ittiham əsaslı hesab edilə bilməz. İlk olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, 03.09.2020-ci il tarixində Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində axşam radələrində deyil, həmin gün günorta radələrində Sputnik deyilən ərazidən polis əməkdaşları tərəfindən tutulduğunu, həmin vaxtı üzərində narkotik vasitə olmadığını, narkotik vasitəni daha sonra Hacıyev Bəxtiyar adlı polis əməkdaşının gətirərək ona verdiyini və həmin narkotik vasitənin üzərində olmasını etiraf etməsini, polis bölməsinə aparılarkən yolda Elnur və Şahin adlı polis əməkdaşlarının onu yumruq və təpik zərbələri ilə ayağından və sifət nahiyyələrində vurduqlarını, xəsarət aldığını, müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına gedərkən üzərində olan xəsarətlər barədə məlumat verdiyini, polis bölməsində olarkən fiziki təzyiqlərə və hədə qorxuya məruz qaldığından narkotik vasitənin və üzərində aşkar olunmuş ampula və limon duzunun ona məxsus olması barədə ifadə verdiyini, bundan sonra axşam radələrində çəkiliş üçün Kotec ərazisinə aparılaraq guya orada tutulmasına dair çəkilişin aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdikləri məhkəmə istintaqı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid Güloğlan Abbasovun ifadəsi, Penitiensiar Xidmətin 3 saylı istintaq Təcridxanasından, Azərfon, Azərsell və Baksell MMC-dən daxil olmuş sorğuların cavabları, cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Prokurorluğunun 07 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-ın rəis müavini, polis mayoru Bəxtiyar Hacıyev tərəfindən yazılmış 03 sentyabr 2020-ci il tarixli raportdan və həmin raport əsasında qəbul edilmiş “Əməliyyat tədbirlərinin keçirilməsi haqqında” 03 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs saxlanılmasına səbəb və əsas onun narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması, satması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı olmuşdur (iş vərəqə: səh. 8). Tədqiq olunan həmin raportdan və onun əsasında verilmiş əməliyyat qrupunun yaradılmasına dair əmrdən görünür ki, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün CAŞ-ın rəis müavini Bəxtiyar Hacıyevdən, CAŞ-ın kiçik inspektorları Şahid2, Şahid3, 4-cü polis bölməsinin təhqiqatçısı Hacəhmədov Səyyad, Sumqayıt RPİİ-nin KTB-nin kriminalisti Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 03.09.2020-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində bir nəfər orta boylu, arıq bədən quruluşlu, videokameraya çatmasına az qalmış üç nəfər mülki, iki nəfər polis geyimdə olan polis əməkdaşı ona yaxınlaşır və özlərini təqdim edirlər. Həmin vaxt polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Səyyad Hacəhmədov həmin şəxsə yaxınlaşıb özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra digər 3 nəfər polis əməkdaşı da özlərini təqdim edirlər. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı X14 Ağayevə narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli olduğunu deyərək, ona hüquq və vəzifələrini izah edir. Daha sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirir, o da etiraz etmir. Həmin vaxt təhqiqatçı X19 Ağayevə üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşur, onu təqdim etməyi təklif edir. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü onlara təqdim edir. Ondan həmin bükümdə nə olduğunu, haradan və kimdən əldə etdiyi soruşulduqda, Elməddin onlara deyir ki, bükümdə olan heroindir, onu bir neçə saat əvvəl, yəni səhər saat 11-12:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 30 manata alıbdır. Daha sonra Elməddin şalvarının sağ cibindən 2 ədəd yandıran, sol cibindən isə həmin heroini bişirib qəbul etməsi üçün içərisində narkotik vasitə izi olan yuxarı hissəsi sınmış vəziyyətdə olan şüşə flakonu (ampulanı), 1 ədəd şüşə flakonda olan ətiri, həmçinin şalvarının arxa yan cibində narkotik vasitəni qatışdırmaq üçün limon turşusunu çıxardıb onlara təqdim edir. 2 ədəd yandıran və ətir ona qaytarılır, 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan heroin, şüşə flakonu (ampula) və limon turşusunu araşdıma üçün əhəmiyyət kəsb edildiyindən götürülür. Daha sonra həmin yerdə Elməddinin üzərindən götürülmüş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, videoçəkiliş dayandırılır. Şəxsi axtarış protokolunda göstərilənlər cinayət işinə əlavə edilmiş və maddi sübut kimi tanınmış DVD formatlı diskdə öz əksini tapmışdır. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Səyyad Hacəhmədov tərəfindən tərtib olunan “Şəxsi axtarış keçirilməsi haqqında” 03 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin protokol iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbulu, əldə edərək üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi, satması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması məqsədilə CAŞ-ın rəis müavini Bəxtiyar Hacıyevdən, CAŞ-ın kiçik inspektorları Şahid2, Şahid3, 4-cü polis bölməsinin təhqiqatçısı Hacəhmədov Səyyad, Sumqayıt RPİİ-nin KTB-nin kriminalisti Şahid4 CAŞ-ın rəis müavini Bəxtiyar Hacıyevdən, CAŞ-ın kiçik inspektorları Şahid2, Şahid3, 4-cü polis bölməsinin təhqiqatçısı Hacəhmədov Səyyad, Sumqayıt RPİİ-nin KTB-nin kriminalisti Şahid4 həmçinin Təqsirləndirilən şəxs iştirakları ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasında saat 20-35-dan saat 20-55-ədək olan müddətdə tərtib olunmuşdur. Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, təhqiqatçı özü də daxil olmaqla, protokolda adı keçən əməliyyat müvəkkilləri və inspektor-kriminalist Şahid4 03 sentyabr 2020-ci il tarixdə, saat 19:48-də Sumqayıt şəhərinin Kotec qəsəbəsində olan zaman sonuncu tərəfindən videoçəkiliş başlanılmış və həmin vaxt bir nəfərin tək olaraq yola çıxıb yolun ortası ilə gəldiyi müşahidə olunmuş, yolun ortası ilə gələn həmin şəxsə yaxınlaşıb polis əməkdaşları kimi özlərini təqdim etmiş, şəxsin hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmiş, sonuncu hüquq və vəzifələrinə dair bildirişlə tanış edilmiş, ona narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə, qəbulundan,əldə olunmasına vasitəçilik edilməsində və satılmasında şübhəli olduğu, buna görə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs Mirnağı oğlu üzərində videoçəkilişlə şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Tədqiq olunan həmin protokolun məzmunundan daha sonra görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılmış, təklif əsasənda sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən sellofana bükülmüş bükümdə heroin olduğunu bildirdiyi nqarkotik vasitəni və başı qırılmış vəziyyətdə olan ampula ,limon duzu, iki ədəd alışqanın təqdim olunduğunu və həmin an videoçəkiliş dayandırılmış və sonuncu ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedilmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitəyə bənzər kütlənin 1,33 qram olduğu müəyyənləşdirilmiş, sonuncu prosesin fotoşəkilləri çəkilmiş, ekspertiza tədqiqatına göndərilməsi üçün aşkar edilib götürülmüş zərfə qablaşdırılmışdır. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD-R formatlı diskə baxış keçirilməsi barədə protokolun məzmunundan görünür ki, həmin videogörüntülərin ardıcıllığı tədqiq olunan həmin protokolda qeyd olunmuşdur. Belə ki, aparılan qeydlərə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2020-ci il tarixdə, saat təxminən 19:48 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi deyilən yerlə gedərkən ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış və özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-ın və 4-cü PB-nin əməkdaşları olduqlarını bildirmiş, sonra onlara polis formasında daha bir nəfər şəxs yaxınlaşmış və özünü təqdim edərək 4-cü PB-nin təqhiqatçısı olduğunu bildirmişdir. Təhqiqatçının tələbinə əsasən saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, əldə edilməsində vasitəçilik edilməsində, üzərində gəzdirilməsində, satılmasında şübhəli bilindiyi üçün saxlanıldığını deyilmiş və saxlanılan şəxsə hüquq və vəzifələri barədə bildirişi təqdim etmiş .Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs axtarışın keçirilməsinə dair heç bir qərar elan və təqdim edilmədən videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə olan heroin olduğunu və öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Tədqiq olunan baxış keçirilməsi haqqında həmin protokolun məzmunundan daha sonra görünür ki, videogörüntülərdə təhqiqatçı Təqsirləndirilən şəxs onun saxlanıldığı yerdə sənədləşdirmənin davam etdirilməsinin mümkün olmadığını bildirmiş, 4-cü PB-nə gedəcəklərini ona demiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş və burada videoçəkiliş dayandırılimışdır. İbtidai istintaq orqanı tərəfindən maddi sübut kimi qiymətləndirilməklə cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk xüsusi proqram vasitəsi ilə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq edildi və bu zaman müəyyən edildi ki, nümayiş olunan DVD-R formatlı diskə 05 dəqiqə 27 saniyədən ibarət videogörüntü daxildir. Həmin videogörüntülərə baxış keçirilərkən müəyyən edildi ki, ki, Təqsirləndirilən şəxs mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılır. Həmin polis əməkdaşları özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları Hacıyev Bəxtiyar, Şahid2 və Şahid3 olmalarını bildirirlir. Daha sonra 4-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Səyyad Hacəhmədov özünü təqdim edərək Təqsirləndirilən şəxs onun narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilindiyi üçün saxlanıldığını qeyd edib, onun hüquqlarını 1 saylı vəkil Bürosundan Tahir Abbasovun müdafiə edəcəyini bildirir. Ona hüquq və vəzifələrinə dair bildirişi təqdim etsə də ona hüquq və vəzifələrini elan etmir, sonuncudan üzərində qeyri-qanuni əşya olub-olmadığını soruşur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən sellofan bükümü, başı qırılmış ampulanı və limon duzunu çıxardaraq, sellofan bükümdəkinin narkotik vasitə olan heroin olduğunu və üzərində olan limon duzunun isə həmin narkotik vasitəni istifadə etmək üçün gərəkli olduğunu bildirmişdir. Çəkilişdən görünür ki, təhqiqatçının əlindəki vərəq parçasını Təqsirləndirilən şəxs təqdim edərək onun hüquq və vəzifələri olduğunu bildirir və ona hüquqlarının isə Vəkil Abbasov Tahir tərəfindən müdafiə olunacağını bildirir. Şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə dair qərar elan edilmədən və ona bu barədə məlumat verilmədən üzərində axtarış keçirilir. Təqsirləndirilən şəxs ayaqqabılarını da çıxardaraq orada heç nəyin olmadığını bildirir, daha sonra corablarını çıxartmaq istərkən isə buna ehtiyacın olmadığı bildirilir. Nümayiş olunan həmin videogörüntülərdən daha sonra görünür ki, videogörüntülərdə X7 onun saxlanıldığı yerdə sənədləşdirmə aparılması üçün müvafiq şərait olmadığını bildirir və araşdırılmanın davam etdirilməsi, ondan götürülən marixuanaya bənzər kütlənin çəkisinin müəyyənləşdirilməsi və ekspertizaya göndərilməsindən ötrü hazırlanması üçün 4-cü PB-nə gedəcəklərini bildirir. 5 dəqiqə 27 saniyənin tamamında videoçəkiliş dayandırılır. Cinayət işinin materiallarından da görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavini, Bəxtiyar Hacıyevin 03 sentyabr 2021-cu il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. 03 sentyabr 2021-ci il tarixdə saat 20:35-dən 20:55-dək Sumqayıt RPİ-nin 4-cü PB-nin təhqiqatçısı Səyyad Hacəhmədov tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 51-ci, 86-cı və 246-cı maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Lakin, şəxsi axtarış keçirilməsi barədə hər hansı qərar cinayət işinin materiallarında yoxdur, həm də yuxarıda göstərilən əməliyyat-axtarış tədbiri keçirilməsi barədə 03 sentyabr 2021-ci il tarixli qərarda da şəxsi axtarış keçirilməsi göstərilməmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Səyyad Hacəhmədov Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi göstərilmiş və həmin baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin, narkotik vasitənin ihləri olan 01 ədəd ampulanın və limon duzunun aşkar edilib götürülməsi göstərilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə qərardan və protokoldan müəyyən edilir ki, tutma protokolu 03 sentyabr 2021-cu il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirildikdən sonra tətbiq edilmişdir. Azərbaycan Respublikası CPM-nin 90.11.2-ci maddəsinə əsasən şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Göstərilən maddələrin mənasına görə istintaq hərəkəti olan şəxsi axtarışın və götürmənin cinayət işi başlananadək keçirilməsinə, yalnız tutulmuş şəxs barəsində yol verilir. Hazırkı işin materiallarından müəyyən edilir ki, cinayət işi başlanmamışdan və Təqsirləndirilən şəxs barəsində tutma rəsmiləşdirilməmişdən əvvəl üzərində şəxsi axtarış və götürmə aparmaqla Azərbaycan Respublikası CPM-nin 90.11.2-ci və 207.4-cü maddələrinin tələbləri pozulmuşdur. Eyni zamanda bununla da Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Ona görə ki, şəxsin barəsində tutmanın rəsmiləşdirilməsi onun şübhəli şəxs qismində tanınmasını və onun müdafiəçisinin iştirakının məcburiliyini nəzərdə tutur. Bundan sonra tətbiq edilən şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirakı qanunla müəyyən edilən tələblərdir. Başqa sözlə cinayət işi başlamadan və şəxsin barəsində tutma tətbiq etmədən, onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərkətlərini müdafiəçinin iştirakı olmadan aparmaqla onun müdafiə hüququ pozulmuşdur.Bundlan başqa cinayət işinin materiallarında vəkillərin siyahısının tutulmuş şəxsə təqdim olunmasına dair protokol, həmçinin Təqsirləndirilən şəxs onun hüquqlarının Abbasov Tahir tərəfindən müdafiə edilməsinə etiraz etməməsinə dair ərizəsinin olmasına baxmayaraq şəxsin tutulmasına əks etdirən videogörüntülərdən də göründüyü kimi, Təqsirləndirilən şəxs artıq tutularkən ona hüquqlarının Abbasov Tahir tərəfindən müdafiə olunacağı bildirilir. Əməliyyat-Axtarış Fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunun 11-ci maddəsinin İİİ hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. Yuxarıda göstərildiyi kimi cinayət işi başlananadək şəxsi axtarış və götürmə, evdə axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsi qanunda nəzərdə tutulmuş subyekt tərəfindən müvafiq qərar qəbul edilmədən, həmin tədbirlərin məhkəmə qərarı olmadan, təxirəsalınmadan keçirilməsinə əsas verən halların mövcudluğu əsaslandırılmadan keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 177.4, 243.3 və 246-cı maddələrin tələbləri də pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı alınmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Bu qanunun mənasına görə cinayət işi başlananadək şübhəli şəxsin barəsində tutulma barədə qərar yoxdursa, məhkəmənin qərarı olmadan onun üzərində şəxsi axtarış aparıla bilməz. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən faktiki olaraq tutulmuş vəziyyətdə olsa da onun tutulması barədə protokolun sonradan tərtib edilməsi, müdafiə hüququnun pozulmaması görüntüsü yaratmışdır. Azərbaycan Respublikası CPM-nin 177.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması istintaq hərəkətlərini məcburi apara bilər. Həmin Məcəllənin 243.3-cü maddəsinə əsasən təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: 243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; 243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; 243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. Hazırkı cinayət işi üzrə təxirə salına bilməyən və Azərbaycan Respublikası CPM-nin 243.3-cü maddəsində sadalanan hər hansı halın mövcudluğunu güman etməyə əsas verən dəqiq məlumatların olması müəyyən edilməmiş, bu barədə əsaslandırılmış qərar qəbul edilməmişdir. Hazırkı cinayət işində əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatın mənbəyi müəyyən edilmədiyindən və Cinayət Prosessual Məcəllənin tələblərinə cavab vermədiyi üçün sübut kimi qəbul oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Rou və Devis Krallığa qarşı” məhkəmə işi üzrə 16 fevral 2000-ci il tarixli qərarında xatırlatmışdır ki, işə aid sübutların araşdırılması hüququ mütləq hüquq deyil və bunun əleyhinə dəlalət edən maraqlar, məsələn, şahidlərin müdafiəsi və cinayətin istintaqında polisin tətbiq etdiyi metodların məxfi saxlanması kimi məqamlar mövcud ola bilər. Lakin müdafiə tərəfinin hüquqlarının məhdudlaşdırılmasına 6cı maddə əsasında yol verilən yeganə tədbirlər ciddi zərurətdən irəli gələn tədbirlərdir. Məhkəmə qərara almışdır ki, ittiham tərəfinin məxfi saxlanılan informasiyanı mühüm informasiya kimi qiymətləndirməsi tərəflərin bərabərliyi və məhkəmə araşdırmasının tərəflərinin çəkişmə prinsipinə uyğun deyil. Axtarış və götürmə istintaq hərəkəti olaraq Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin XXXİ fəslində nəzərdə tutulmuşdur. Cinayət işi başlananadək şəxs tutularkən onun üzərində şəxsi axtarış və götürmə aparılarkən də Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunun müddəalarında nəzərdə tutulmuş qaydalar deyil, Azərbaycan Respublikası CPM-nin göstərilən fəslində təsbit edilmiş qaydalar tətbiq edilməli, qanunda nəzərdə tutulmuş tələblər yerinə yetirilməlidir. Göstərilən fəsildə şəxsi axtarış və götürmə, axtarış və götürmənin bir növü kimi təsbit edilmişdir və həmin fəsildə bu tədbirlərə məruz qalan şəxsin hüquqlarının təmin olunmasına dair nəzərdə tutulmuş tələblərə əməl edilməlidir. Azərbaycan Respublikası CPM-nin XXXİ fəslində nəzərdə tutulmuş 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş, təmiz çəkisi 1,33 qram təşkil edən narkotik vasitə olan heroin və 01 ədəd ampula iş üzrə maddi sübut kimi tanınmış və həmin narkotik vasitənin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1.109 qram hissəsi saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, Məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ümumi çəkisi 1,33 qram təşkil edən narkotik vasitə olan heroinin əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları, o cümlədən müdafiə hüquqları ciddi şəkildə pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyrihüquqi metodlardan istifadə olunmuş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin az ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər."Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İlk növbədə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1,109 qram çəkidə narkotik vasitə olan marixuana əldə edərək üzərində saxlaması və daşıması və onun 03 sentyabr 2020-ci il tarixdə, saat 19:48 radələrində Sumqayıt ŞPİ-nin və 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərinin Kotec qəsəbəsində saxlanılması və ondan qeyd olunan növdə və miqdarda narkotik vasitənin götürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müdafiə tərəfinin vəsatəti əsasında 03 sentyabr 2020-ci il tarixində keçirilmiş əməliyyat axtarış tədbirində iştirak etmiş Sumqayıt ŞPİ-nin əməkdaşlarını, həmçinin 4-cü Polis Bölməsinin əməkdaşlarının istifadəsində olan mobil telefonun hzansı antenin əhatə dairəsində olmasının müəyyən edilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsi tərəfindən qeyd olunan məllumatların götürülməsinə dair qərar çıxarılaraq Azərsell, Baksell və Azərfon MMC-yə göndərilmiş və həmin qurumlardan Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş müvafiq çıxarış məlumatlarından və antenn əhatədairəsinə dair məlumatlardan görünür ki, həmin əməliyyatda iştirak etmiş və şübhəli şəxsin tutulmasına dair və şəxsi axtarışın keçirilməsinə dair protokolda iştirakçı kimi qeyd olunmuş Şahid4 istifadəsində olan ********** saylı mobil telefonun antenn əhatə dairəsi 03 sentyabr 2020-ci il tarixində saat 19:56 və 20:05-də ünvan 1 ünvanını, Şahid3 istifadəsində olan 050 621 00 27 saylı mobil telefonun qeyd olunan vaxta antenn əhatə dairəsi Sumqayıt şəhəri Rustavi küçəsini, bundan başqa X5 istifadəsində olan 050200 22 81 saylı, 051 400 00 87 saylı mobil telefon nömrəsinin antenn əhatə dairəsi Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsini göstərir. Təqsirləndirilən şəxs saxlanılması və ondan heroin narkotik vasitəsinə bənzər kütlənin götürülməsi prosesinin videogörüntülərinin nümayişi zamanı müəyyən edildi ki, həmin prosesdə şübhəli şəxs olaraq saxlanılan Təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, nümayiş olunan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra sonra hələ şəxsi axtarış aparılmazdan, sonuncudan hər hansı əşya götürülməzdən əvvəl X7 saxlanılan Təqsirləndirilən şəxs onun hüquqlarını Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Abbasov Tahir tərəfindən müdafiə edəcəyini bildirib, saxlanılan Təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək hüququndan məhrum etmişdir. Qeyd olunan xüsusatla bağlı tədqiq olunan materiallardan görünür ki, saxlanılan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparıldıqdan sonra təhqiqatçı tərəfindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı saxlanılan Tahir Abbasova təqdim olunmaqla protokol tərtib edilmiş və guya sonuncu ona təqdim olunan siyahıda Tahir Abbasovun adını göstərərək hüquqlarının müdafiəsi üçün onun təyin edilməsini xahiş etmiş və hətta sonuncunun onun müdafiəçisi qismində iştirakını təmin etmək məqsədilə ərizə təqdim etmişdir. Məhz bundan sonra müdafiəçi təyin etmək barədə qərar qəbul edilib vəkilin mənsub olduğu Vəkil Bürosuna göndərilmiş və bundan sonra vəkil X17 müdafiəçi qismində 03 sentyabr 2020-ci il tarixli, order təqdim etməklə işə buraxılmış və cinayət işinin ibtidai istintaqının sonunadək müdafiəçi qismində işdə iştirak etmişdir. Lakin Təqsirləndirilən şəxs saxlanılmasını əks etdirən diskə baxış zamanı Təqsirləndirilən şəxs tutularkən X7 tərəfindən ona hüquqlarının müdafiə olunması üçün 1 saylı Vəkil Bürosundan Tahir Abbasovun müdafiə edəcəyini bildirmişdir. Bundan başqa, şəxsin şübhəli şəxs kimi tutulduqdan sonra, şəxsi axtarışın keçirilməsinin nəticələri Polis Bölməsində sənədləşdirilərkən şübhəli şəxsin müdafiəçisinin iştirak etməməsi də məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin materiallarında olan 03.09.2020-ci il tarixli protkol və şəxsi axtarışın keçirilməsinə dair protokola tam sübuta yetirilir. Belə ki, şəxsi axtarışın aparılmasına dair 03.09.2020-ci il tarixli protokoldan görünür ki, müdafiəçi həmin protokola imza etsə də protokolda tanış oldum qeydini əlavə etmişdir və prokolda iştirak edən şəxslərin siyahısında müdafiəçinin adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi yardım almaq hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarını qanuna uyğun həyata keçirməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərar). Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir. Qərarda vurğulanmışdır ki, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin qorunması üçün müdafiəçi müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməklə öz prosessual vəzifələrini yerinə yetirir. Cinayət prosesində müdafiəçinin qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının və vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi son nəticədə ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə kimi çıxış edir. Qeyd olunmalıdır ki, Məcəllənin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi Cinayət-Prosessual Məcəlləsinin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda Cinayət-Prosessual Məcəlləsinin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Qərarın nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Cinayət işinin materiallarından da göründüyü kimi, iş materiallarına 12.03.2020-ci il tarixli müdafiəçilərinin siyahısının şübhəli şəxsə təqdim olunmasına dair protokol əlavə olunsa da və şəxsi axtarışın keçirilməsinə dair protokolda müdafiəçinin iştirakı qeyd olunsa da, məhkəmə istintaqı zamanı şəxsi axtarışın keçirilməsi zamanı müdafiəçinin iştirak etməməsi məhkəmə istintaqı ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək, işdəki sübutları işin halları ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən ictimai təhlükəli əməllərin törədilməsi sübuta yetirilmir. Bu səbəbdən də sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Cinayət işi üzrə tərtib olunmuş ittiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs törətdiyini cinayət əməli şahidlərin ifadəsi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Ona görə Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünümüdafiə kimi qiymətləndirilməlidir. İlk olaraq məhkəmə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi Azərdmaycan Respublikasının CPM-nin 145 və 146-cı maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində irəli sürülmüş ittiham ibtidai istintaq zamanı polis nəfərlərinin verilmiş olduğu ifadələrinə, şəxsi axtarışın keçirilməsinə dair protokola əsaslandığından, qeyd olunan şahid ifadələri müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş Abbasov Güloğlanın ifadəsi, Azərfon, Bakcell və Azərcell MMC-dən alınmış çıxarışlar, cinayət işinin başlanmasının rədd edilməsinə dair 07 may 2021-ci il tarixli qərar və cinayət işinin digər materialları ilə tam təkzib olunduğundan verilmiş ittiham isə toplanmış digər sübutların məcmusu ilə sübuta yetirilmədiyindən həmin ittihamın əsaslı hesab edilə bilməz. Bu səbəbdən də şahidlər X10, Şahid2, Şahid3, Şahid4 Glövsət oğlunun istintaq zamanı şahid kimi Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə tutulmasına dair verdiyi ifadələri və şübhəli şəxsin üzərində axtarışın keçirilərək narkotik vasitənin aşkar edilməsinə dair tərtib edilmiş protkol və şübhəli şəxsin tutulmasını əks etdirək CD diskdəki görüntülər mötəbər sübut kimi qiymətləndirilə bilməz və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir və yuxarıda qeyd olunan şahid ifadələri arasındakı ziddiyyətlər və iş üzrə bütün şübhəli hallar təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətində formalaşmış təcrübəyə əsasən (Hoanq Fransaya qarşı) bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Həmçinin Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 126.2-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Deveyer Belçikaya qarşı işində qeyd edir ki, fərdin cinayət hüquq pozuntusu törətdiyinə dəlalət edən və ya şübhəli şəxs qismində onun vəziyyətinə mühüm təsir göstərən ehtimalların olduğu barədə səlahiyyətli dövlət hakimiyyət orqanı tərəfindən ona rəsmi məlumatın verilməsi cinayət ittihamının irəli sürülməsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Salduz Türkiyəyə qarşı işində AİHM qeyd edib ki, Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun kifayət qədər praktiki və səmərəli olması üçün vəkilin yardımı bir qayda olaraq şübhəli şəxs polis tərəfindən ilk dəfə dindirilərkən təmin edilməldir. Bu hüququn məhdudlaşdırılmasına yol verilə bilən xüsusi halların mövcudluğu istisna təşkil edir və bu cür halların mövcudluğu sübuta yetirilməlidir. Hətta hüququn məhdudlaşdırılmasına əsas verən səbəblər olsa da onlar ərizəçinin hüquqlarına zidd təsir göstərməməlidir. Belə ki, vəkilin iştirakı olmadan dindirmə zamanı ərizəçinin polisə verdiyi etiraf xarakterli ifadə onun məhkum edilməsi üçün sübut qismində qəbul edilə bilməz. İfadə verməmək və özünə qarşı ittihama yardım etməmək hüquqlarının pozulması ilə əldə edilmiş sübutlara gəldikdə, Məhkəmə xatırladır ki, bu hüquqlar hamılıqla tanınan beynəlxalq standartlardır və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması anlayışının təməlində durur. Onların mahiyyəti, inter alia, təqsirləndirilən şəxsi dövlət orqanlarının qanunsuz məcburetmə tədbirindən müdafiə etməkdən və bununla da ədalət mühakiməsinin yanlış şəkildə həyata keçirilməməsinə və Konvensiyanın 6-cı maddəsinin məqsədlərinin yerinə yetirilməsinə yardım etməkdən ibarətdir. Özünə qarşı ittihama yardım etməmək hüququ konkret olaraq onu nəzərdə tutur ki, cinayət işində ittiham tərəfi təqsirləndirilən şəxsə qarşı mövqeyini sübut etmək üçün təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq məcburetmə və ya təzyiq vasitəsilə əldə edilmiş sübutlardan istifadə etməməlidir. (bax: inter alia, “X6rşı” (Saunders v. the United Kingdom,17 December 1996, § 68, Reports 1996-Vİ); “Heni və Makginess İrlandiyaya qarşı” (Heaney and McGuinness v. İreland, no. 34720/97, § 40, ECHR 2000-Xİİ) və yuxarıda qeyd edilən “Yallo Almaniyaya qarşı”, 100-cü bənd). Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən hallar baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Cənnətov Azərbaycana qarşı işi arasında olan bənzərlik həmin presedentlərin hazırki işə tətbiqini şərtləndirir. Qeyd olunan Məhkəmə qərarında qeyd olunur ki, məhkəmənin rolu təkcə müəyyən bir sübut növünün - məsələn, daxili qanunlar baxımından qanunsuz olaraq əldə edilmiş sübutların qəbul edilə biləcəyini və ya həqiqətən ərizəçinin günahkar olub olmadığını müəyyənləşdirmək deyil. Cavablandırılması lazım olan sual həm də məhkəmə prosesinin, o cümlədən dəlilin əldə edilmə üsulunun ədalətli olub-olmamasıdır. Məhkəmə prosesinin bütövlükdə ədalətli olub-olmadığını müəyyənləşdirərkən, müdafiə hüquqlarına hörmət edilib-edilməməsinə də diqqət yetirilməlidir. Ərizəçiyə sübutların həqiqiliyinə etiraz etmək və onun istifadəsinə qarşı çıxmaq imkanı verildiyi xüsusən araşdırılmalıdır. Əlavə olaraq, əldə edilmiş şərtlərin etibarlılığına və ya dəqiqliyinə şübhə edib-etməməsi də daxil olmaqla, dəlillərin keyfiyyəti nəzərə alınmalıdır Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına qəbul olunarkən ilkin tibbi müayinəsinə dair sənəddən görünür ki, onun bədənində xəsarət izləri var və o həmin xəsarətləri həbs olunarkən aldığını bildirmişdir. Barberra, Messege və Habordo İspaniyaya qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, təqsirli şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələbinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Qafqen Almaniyaya qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Məhkəmə təkrarlayır ki, Razılığa gəlmiş Dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini təmin etmək Konvensiyanın 19-cu maddəsinə əsasən onun vəzifəsidir. Xüsusilə, yerli məhkəmələrin faktlar və ya qanunun tətbiqi ilə əlaqədar yol verdikləri səhvləri Konvensiyada təsbit edilmiş hüquq və azadlıqları pozmursa həmin çatışmazlıqların araşdırılması Məhkəmənin funksiyasına daxil deyil. Bununla müvafiq sübutların, misal üçün milli qanunvericiliyə əsasən qanunsuz əldə edilmiş sübutların, qəbul edilməsi məsələsi Məhkəmə tərəfindən araşdırılmamalıdır. Məhkəmə bütövlükdə icraatın, o cümlədən sübutların əldə edilməsi məsələsinin ədalətli olub olmadığını müəyyən etməlidir. Buraya həm bütövlükdə qanunsuzluğun, həm də Konvensiyada təsbit edilmiş hər hansı digər hüquq pozuntusu aşkar olunsa həmin pozuntunun təbiəti də araşdırılmalıdır (bax: inter alia, “X21rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000V); “P.Q. və C.H. Birləşmiş Krallığa qarşı” (P.G. and J.H. v. the United Kingdom, no. 44787/98, § 76, ECHR 2001-İX) və “X18rşı” (Allan v. the United Kingdom, no. 48539/99, § 42, ECHR 2002İX). Bütövlükdə məhkəmə prosesinin ədalətli olub olmadığını müəyyən etmək üçün müdafiə tərəfinin hüquqlarına hörmət edilib-edilmədiyinə də diqqət yetirmək lazımdır. Konkret olaraq ərizəçiyə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanının verilib verilmədiyi araşdırılmalıdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən, sübutların əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına qoyub qoymadığı da nəzərə alınmalıdır. Əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunmursa, onda prosesin ədalətli olub-olmadığının müəyyən edilməsi ilə bağlı hər hansı problem yaranmır, lakin qeyd etmək lazımdır ki, sübutlar ciddidirsə və onların etibarlı olmaması riski yoxdursa, müvafiq surətdə, sübutların iş üzrə digər materiallarla təsdiq edilməsinə də ehtiyac az olur (bax: inter alia, yuxarıda qeyd edilən “X21rşı”, 35-ci və 37-ci bəndlər, yuxarıda qeyd edilən “X18rşı”, 43-cü bənd və yuxarıda qeyd edilən “Yallo Almaniyaya qarşı”, 96-cı bənd). Bununla əlaqədar Məhkəmə sübutların icraatın nəticəsi üçün həlledici olub olmadığına diqqət yetirir (müqayisə et: xüsusilə, yuxarıda qeyd edilən “X21rşı”, 35-ci və 37-ci bəndlər). Konkret olaraq Konvensiyanın müəyyən edilmiş pozuntusunun təbiətinə gəldikdə, Məhkəmə xatırladır ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə əldə edilmiş sübutların istifadəsi nəticəsində məhkəmə baxışının bütövlükdə Konvensiyanın 6-cı maddəsinə zidd olaraq bütövlükdə ədalətsiz olub olmadığını müəyyən etmək üçün işin bütün halları, o cümlədən ərizəçinin hüquqi yardım almaq hüququnun təmin olunub olunmaması, həmçinin sübutların keyfiyyəti və vacibliyi araşdırılmalıdır (bax: yuxarıda qeyd edilən “X21rşı”, 35-40-cı bəndlər; yuxarıda qeyd edilən “P.Q. və C.H. Birləşmiş Krallığa qarşı”, 77-79-cu bəndlər və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC],no. 4378/02, §§ 94-98, ECHR 2009- ...) həmin işlərdə Konvensiyanın 6-cı maddəsinin pozuntusu aşkar edilməmişdir). Lakin, Konvensiyanın 3-cü maddəsinə zidd olaraq əldə edilmiş sübutların istifadəsi ilə əlaqədar xüsusi diqqət yetirilir. Konvensiya ilə təmin olunan ən mütləq və əsas hüquqlarından birinin pozuntusu nəticəsində əldə edilmiş sübutun istifadəsi hətta həmin sübutların qəbul edilməsi məhkum etmə üçün həlledici olmasa belə icraatın ədalətliliyi ilə əlaqədar həmişə ciddi məsələlər qaldırır (bax: “İçöz Türkiyəyə qarşı” (İçöz v. Turkey (dec.), no. 54919/00, 9 January 2003); yuxarıda qey edilən “Yallo Almaniyaya qarşı”, 99-cu və 104-cü bəndlər; “Göçmen Türkiyəyə qarşı” (Göçmen v. Turkey, no. 72000/01, §§ 73-74, 17 October 2006) və yuxarıda qeyd edilən “Harutünyan Ermənistana qarşı”, 63-cü bənd). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Şəxsi axtarış və götürmə haqqında” 03 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, videoçəkilişin dayandırılmasından və Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4cü PB-də aparılmasından sonra sonuncudan aşkar edilib götürülmüş narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, kütləsin 1,33 qram olduğu müəyyənləşdirilmiş, qeyd olunan sonuncu prosesin fotoşəkilləri çəkilmiş, ekspertiza tədqiqatına göndərilməsi üçün aşkar edilib götürülmüş kütlə qablaşdırılmış və möhürlənmiş, həmçinin videoçəkiliş aparılmış bir ədəd DVD-R formatlı disk protokola əlavə edilmişdir. Lakin tədqiq olunan “Şəxsi axtarış və götürmə haqqında” 03 sentyabr 2020-ci il tarixli həmin protokoldan görünür ki, sonuncu proses, yəni Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkilməsi, kütləsinin müəyyənləşdirilməsi, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüş kütlənin zərfə qablaşdırılması və möhürlənməsi prosesi videolentə alınmamış və ya həmin prosesdə hal şahidlərinin iştirakı təmin edilməmişdir. Proses Təqsirləndirilən şəxs sellofanda olan naməlum kütlənin elektron tərəzidə çəkilməsi anının fotoşəklinin çəkilib protokola əlavə edilməsi ilə kifayətlənilmişdir. Hansı ki, qeyd olunan proses şəxsi axtarış və götürmə aparılması prosesinin əsasını təşkil edir. Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinə əsasən axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparıla bilər. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 245.8-ci maddəsinin tələblərinə görə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir,onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-ın rəis müavini, Bəxtiyar Hacıyev tərəfindən yazılmış 03 sentyabr 2020-ci il tarixli raport, eyni şəxs tərəfindən qəbul edilmiş və Sumqayıt şəhər Polis İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat tədbirlərinin keçirilməsi haqqında” 03 sentyabr 2020-ci il tarixli qərar, “Şəxsi axtarış və götürmə haqqında” 03 sentyabr 2020-ci il tarixli protokol, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin DVD-R formatlı diskə yüklənilmiş videogörüntüləri, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin DVD-R formatlı diskə yüklənilmiş videogörüntülərə baxış keçirilməsi haqqında 10 sentyabr 2020-ci il tarixli protokol Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, gəzdirməsinin yeganə mənbəyi kimi təqdim edilmişdir ki, qeyd olunan həmin sənədlər "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası CPM-nin tələbərinin pozuntusu ilə əldə olunduğundan, həmçinin Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması yolu ilə ondan alınmış etirafedici izahat və ifadə, şahid qismində dindirilən əməliyyat müvəkkillərinin işin hallarına uyğun gəlməyən ifadələri Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülən ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Bütün qeyd olunanlarla yanaşı Məhkəmə həm də qeyd edir ki, məhkəməyədək icraat mərhələsində qəbul edilmiş və ibtidai istintaq orqanı tərəfindən ittiham aktına sübut növü kimi əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı işə mahiyyəti üzrə baxılmadan, mahiyyəti üzrə araşdırma aparılmadan və yalnız istintaq orqanının təqdim etdiyi sənədlər əsasında çıxarıldığından, həmçinin işə mahiyyəti üzrə baxılması nəticəsində "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası CPM-nin tələbərinin pozuntusu aşkar edildiyindən, Sumqayıt ŞPİ-nin CAŞ-ın rəis müavininin 03 sentyabr 2020-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib onun üzərinə baxış keçirilməsi barədə qərarın qəbul edilməsi qanunauyğun hesab edilə, Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı hüquqi qüvvəli sənəd olaraq mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. X29 Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşıiş üzrə 09.03.2006-cı il tarixli, Fadin Rusiyaya qarşı iş üzrə 27.07.2006-cı il tarixli, Lenskaya Rusiyaya qarşı iş üzrə 29.01.2009-cu il tarixli qərarına və radçikov Rusiyaya qarşı 24.05.2007-ci il tarixliqərarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan-təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur.“İnsan Hüquqlarının və X9 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yenə də həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə bir daha qeyd edir ki, cinayət işi və ya cinayət təqibi ilə bağlı əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar cinayət təqibi ilə bağlı sübut kimi qəbul edilə bilməz, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. Çünki həmin sübutlar həm cinayət prosessual qanunvericiliyin, həm də Avropa İnsan Hüquqları Konkensiyasının tələbləri pozulmaqla əldə edilmişdir. Bundan başqa, ittihamın irəli sürülməsi üçün əsas olmuş narkotik vasitənin aşkar olunmasının nəticələrinin rəsmiləşdirilməsi zamanı müdafiəçinin dəvət olunmaması da həmin sübutların Məhkəmə tərəfindən əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar kimi qiymətləndirməyə əsas verir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların istintaq zamanı yoxlanmaması məhkəmənin gəldiyi qənaəti daha da möhkəmələndirir və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona istinad olunan cinayəti törətməkdə təqsirli olmadığına dair məhkəmədə qəti inam yaradır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 03 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qəimkan təbiri ləğv edilməi və o, məhkəmə iclas zalıdan dəhal həsdən azad edilməidir. Məhkəmə baxışı zamanı məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2020-ci il tarixli 2565 saylı həmin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, lakin hazırda abstensiya və intoksikasiya əlamətləri olmadığından onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunan bu ekspertiza rəyi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalı olduğundan onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərində aşkar olunması iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1,109 qram çəkidə narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi qiymətləndirilmiş həmin narkotik vasitə olan heroini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, eyni zamanda maddi sübut kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onda olması aşkar edilərək götürülməsi iddia olunan narkotik vasitənin məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərc sərf olunmuşdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verildiyindən məhkəməkimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Məhkəmədə cinayət işinin baxılmasının nəticələrinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Səyyad Hacəhmədov barəsində xidməti fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı xüsusi qərar çıxarılmalıdır. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23.10.2020-ci il tarixli (iş № 1(060)-500/2020) qərarını icra edərək, 28.10.2020-ci il tarixli 375/2020 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt Regional Vəkil Bürosunun Turanbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut – Sumqayıt şəhər Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərində olan bir ədəd sellofan paketin aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1,109 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd ampul Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi qiymətləndirilmiş həmin narkotik vasitə olan heroini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verildiyindən onun barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməsin. Məhkəmədə cinayət işinin baxılmasının nəticələrinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Səyyad Hacəhmədovun barəsində xidməti fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs Minağı oğluna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verildiyindən məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 114 (yüz on dörd) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (yüz səksən) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt Regional Vəkil bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar