Məhkəmə qərarları › İş №1(060)-73/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-73/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-73/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1-də qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz şəkisi 0,966 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 15.07.2021-ci il tarixdə, saat 18:42 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 1ci PB-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 3(üç) ədəd şəffaf sellofana bükülmüş bükümlər açıldıqda ayrı-ayrılıqda təmiz çəkiləri 0,353 qram, 0,316 qram, 0,297 qram, ümumi təmiz çəkisi 0,966 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 15.07.2021-ci tarixdə, təxminən 18:42-də ünvan 1 ünvanı yaxınlığında polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib özünü təqdim etməyi xahiş etdikdə o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona narkotik vasitə əldə etmə, saxlama və üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını izah edərək saxlanıldığı yerdə müvafiq şərait olmadığından sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirtmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət olunmuş və buna etirazının olmadığını bildirmişdir. Bundan sonra o, xidməti avtomobilə əyləşdirilmiş və polis əməkdaşlarının müşaiyəti ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində hüquq və vəzifələri barədə bildiriş verilmiş və müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində qanunla qadağan olunmuş hər hansı əşya var isə onları təqdim etmək təklif olunmuşdur. Bundan sonra sol əli ilə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 3 (üç) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan “heroinə” oxşar kütlələri çıxardaraq təqdim etmişdir. Ondan narkotik vasitəyə bənzər maddələrin nə olduğu, haradan, kim və ya kimlərdən əldə etdiyi, həmin kütlələrin müqabilində nə qədər ödəniş etdiyi və nə məqsədlə üzərində saxladığı soruşulduqda, o, həmin kütlələrin narkotik vasitə olan “kakos” olduğunu, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş 03 (üç) ədəd şəffaf sellofana bükülmüş maddələr narkotik vasitəyə bənzər maddələr elektron tərəzi vasitəsilə çəkilmiş və birinci bükümün 0,46 qram, ikinci bükümün 0,43 qram, üçüncü bükümün isə 0,42 qram olması müəyyən olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə müvafiq sənədləşmə və qablaşdırılma davam etdirilmişdir. Narkotik vasitə alqı-satqısı ilə məşğul deyildir, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Əməlindən peşmandır. Evlidir, himayəsində azyaşlı uşağı və əlil anası vardır. Bir daha belə əməl etməyəcəyinə söz verir və barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Sumqayıt şəhər Corat qəsəbəsi sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 15 iyul 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa o başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat alındıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvləri Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid3 və polis kiçik serjantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 18.45 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra həmin şəxsin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə ərazisində piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamışlar və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq Təqsirləndirilən şəxs hərəkətsiz hala gətirmişlər. Sonra özlərini həmin şəxsə təqdim etmişlər və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra 1-ci PB-nə gətirilmişdir. 1-ci PB-də Təqsirləndirilən şəxs təhqiqatçı, polis kapitanı Elvin Allahquliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi Sumqayıt Regioanal Vəkil Bürosunun vəkili X2 və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. X5 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü sol əli ilə əynində olan cins şalvarın sol yan cibindən 03 (üç) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli kütlələri çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli bükümün içərisində olan qəhvəyi rəngli kütlələrin nə olduğu, haradan, kimdən hansı məqsədlə əldə etdiyi, üzərində hansı məqsədlə daşıdığı soruşulduqda, həmin kütlələrin narkotik vasitə olan heroin olduğunu, Abşeron rayonu Saray qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün əldə edərək, üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri bir daha yoxlanılmış və qanunla qadağan olan hər hansı əşya və ya vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan üç ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf bükümlər X5 tərəfindən tərəzi vasitəsilə çəkildikdə birinci bükümün çəkisi 0.46 qram, ikinci bükümün çəkisi 0.43 qram, üçüncü bükümün isə 0.42 qram olması tərəzinin ekranında görünmüş və həmin bükümlər ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİNnin 124 nömrəli möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik vasitə olması və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da saxlanılarkən üzərindən narkotik vasitə olan heroin aşkar olunmuş, lakin satışına dair hər hansısa sübut dəlil əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin inspektoru Baxşəliyev orxan Xudail oğlu ifadəsində Şahid1 göstərdiklərini təsdiq etdi. Şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin inspektoru Şahid3 da ifadəsində Şahid1 göstərdiklərini təsdiq etmişdir. İşdə olan tutma protokolunadan görünür ki, 15.07.2021-ci ildə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(i.v 19) Sumqayıt şəhər Məhkəməsinin 17 iyull 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v.75-80) İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 iyul 2021-ci il tarixli, 6/2896 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “ Şübhəli Təqsirləndirilən şəxs üzərindən.... “ yazılar və imzalar olan 03 ədəd bükümdə təmiz çəkiləri 0.353 qram, 0.316 qram, 0.297 qram, ümumi təmiz çəkisi 0.966 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir.(i.v 38-44) İş üzrə keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının Məhkəmə-narkoloji ekspertizasının 04.09.2021-ci il tarixli, 3246 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 108-109) İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 iyul 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin 1-ci PBnin təhqiqatçısı Elvin Allahquliyev tərəfindən, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahbaz Şahbazovun, CAŞ-nin inspektoru Şahid2 və Şahid3 və Sumqayıt şəhər Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmağa başlanılır. X5 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, İsa Vəliyev heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü sol əli ilə özü əynində olan cins şalvarın sol yan cibindən 3 ( üç) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli kütlələri çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli bükümün içərisində olan qəhvəyi rəngli kütlələrin nə olduğu, haradan kimdən hansı məqsədələ əldə etdiyi, üzərində hansı məqsədlə daşıdığı soruşulduqda o, həmin kütlələrin narkotik vasitə olan heroin olduğunu, Abşeron rayonu Saray qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün əldə edərək, üzərində daşıdığını bildirir. Təqsirləndirilən şəxs üərindən aşkar olunan üç ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf bükümlər tərəzi vasitəsilə çəkildikdə birinci bükümün çəkisi 0.46 qram, ikinci bükümün çəkisi 0.43 qram, üçüncü bükümün isə 0.42 qram olması tərəzinin ekranında görünür və həmin bükümlər ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırlır, DİN-nin124 nömrəli möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır.(i.v 30-31) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 iyul 2021-ci il tarixli protokolda göstərilənlər təsdiq edilmişdir. (i.v 89-90) Məhkəmə iclasında DVD diskinə yazılmış görüntülər nümayiş olundu və göstərilənlər təsdiq olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar oluraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0.876 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən bir ədəd disk də maddi sübut kimi tanıənmış və iş materiallarına əlavə edilmişdir.(i.v 83-84, 91, 121-126) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 12.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 10.08.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtağı gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olan hesab edilir və Azərbaycan Respublikası CM-nin 18-ci və 83.3.3–cü maddəsinə əsasən əməlində cinayətlərin residivi yaranır. (i.v 100-101) İşdə olan və təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, ailəsi 1967-ci il təvəllüdlü anasından, 31.10.2018-ci il təvəllüdlü oğlundan və arvadından ibarətdir, atası 17.08.2018-ci ildə ölmüşdür, anası 1-ci qrup əlildir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nın 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, özünün və anasının İİİ qrup əlil olmasını, ağır ailə vəziyyətini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15.07.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra tədqiqatdan sonra qalıq qalmış 0.876 qram narkotik vasitə olan heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 iyul 2021-ci il tarixdən hesablansın və cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut– ekspertiza tədqiqatından sonra qalıq çəkisi tədqiqatdan sonra qalıq qalmış 0.876 qram narkotik vasitə olan heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar