Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-73/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 hüquqi varisi və mülki iddia üzrə iddiaçı X1, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçisi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx xxxxx 1975-ci ildə İmişli rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İmişli rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 14 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 263.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə, saat 07:15 radələrində В koteqoriyalı, AE 809143 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X5” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun sağdan birinci zolağında Sumqayıt şəhəri istiqamətindən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını görüdükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi “X5” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə yolun sağ tərəfindən sol tərəfi istiqamətində hərəkətə başlamış piyada Zərərçəkmiş şəxs1 vurub, ehtiyatsızlıqdan ona sağ pəncənin İ-İİ-İİİ barmaqların bitişməsində olan yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya, sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı ikiqat sınığı, sağ ayağın İİ barmağın orta falanqasının, distal falanqasının sınıqları kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzün müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya, qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sağ alın-təpə nahiyəsinin subdural hematoması kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa o, təkrarən 27 aprel 2023-cü il tarixdə, saat 00:50 radələrində В koteqoriyalı, AE 809143 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Azərbaycan prospektində Sumqayıt narkoloji disponseri istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını görüdükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə yolun sol tərəfindən sağ tərəfi istiqamətində hərəkətə başlamış mərhum piyada Zərərçəkmiş şəxs2 vurub, Zərərçəkmiş şəxs2 ölümünə səbəb olan beyin maddəsinə və mədəciklərinə qansızma, subdural hematoma, sol təpə sümüyünün kəllə əsasına keçən sınığı, sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması, yarası, bədənin qançırı kimi insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1 və 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs özünü qismən, yəni Azərbaycan Respublikası CM-nın 263.1-1-ci maddəsi ilə təqsirli bilərək və Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində bildirdi ki, uzun illərdir taksi sürücüsü kimi fəaliyyət göstərir. Sonuncu dəfə 19 dekabr 2022-ci il tarixdə, saat təxminən 07:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində olarkən bir nəfər anket məlumatlarını bilmədiyi şəxs ona yaxınlaşıb taksi fəaliyyəti göstərdiyi, etibarnamə əsasında idarə etdiyi avtomobillə onu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən hərbi hissələrdən birinə aparmağını xahiş etmiş, bundan sonra gediş haqqının qiyməti ilə bağlı aralarında razılığa gəldikdən sonra həmin şəxsi idarə etdiyi avtomobilə əyləşdirib Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə yola düşmüşdür. Həmin gün saat 07:15 radələrində idarə etdiyi avtomobillə Bakı-Quba yolunun sağdan birinci zolağında Sumqayıt şəhəri istiqamətindən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olan zaman, həmin ərazidə yerləşən “STP” zavodunu keçdikdən təxminən 400-500 metrdən sonra piyada keçidi olmayan ərazidə iki nəfər qadın hərəkət istiqamətinin sağ hissəsindən yolun hərəkət hissəsinə daxil olaraq, yolun əks tərəfi istiqamətində hərəkətə başlamış, həmin qadınların yolun hərəkət hissəsinə daxil olub yolun əks tərəfi istiqamətində hərəkətə başlamalarını təxminən 6-7 metr məsafədən gördükdən sonra əyləcdən istifadə edərək idarə etdiyi avtomobili saxlamaq istəmişdir. Buna baxmayaraq idarə etdiyi avtomobilin ön hissəsi ilə digərinə nisbətən arxada hərəkət edən qadını vurmuş, qadın zərbədən sonra ilk əvvəl idarə etdiyi avtomobilin ön alın şüşəsinə çırpılmış, sonra isə asfalt yola yıxılmış, digər qadın isə yolun əks tərəfinə keçmişdir. Bundan sonra idarə etdiyi avtomobili yol kənarında saxlayıb, idarə etdiyi avtomobillə vurduğu anket məlumatlarını sonradan öyrəndiyi İslamova (Məmmədova) Elnarə Novruz qızına yaxınlaşmış, həmin vaxt qadının huşu özündə olsa da, suallara çətinliklə cavab vermişdir. Hadisə vaxtı idarə etdiyi avtomobilin alın şüşəsi sındığından, bu səbəbdəndə idarə etdiyi avtomobili idarə edə bilməyəcəyini fikirləşib başqa bir sürücüsünü tanımadığı və idarə etdiyi avtomobilin dövlət nömrə nişanını görə bilmədiyi avtomobili saxladıb, sürücüdən idarə etdiyi avtomobillə vurduğu piyada Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmasını xahiş etmiş, sürücü razılıq verdikdən sonra isə oraya yaxınlaşmış tanımadığı şəxslərin köməkliyi ilə idarə etdiyi avtomobillə vurduğu piyadanı həmin avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Daha sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə hadisə barədə zəng vurub məlumat vermiş, bundan sonra isə polis əməkdaşları ilə hadisə yerinə qayıdıb hadisə yerini onlara təqdim etmişdir. Sonradan idarə etiyi avtomobillə vurduğu piyadaya imkanı daxilində bütün maddi köməkliyi göstərmiş, onun müalicəsi üçün təxminən 5000 (beş min) manat pul xərcləmiş, bundan başqa həyat yoldaşı dörd ay müddətində xəstəxanada Zərərçəkmiş şəxs1 yanında qalaraq ona müalicəsində köməklik göstərmişdir. Bunun müqabilində isə Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, bu səbəbdən də aparılan araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, ancaq hadisədən təxminən 4-5 ay keçdikdən sonra Elnarə ona qarşı əlavə maddi tələblər irəli sürmüş, onun maddi tələblərini ödəyə bilmədiyini bildirdikdən sonra isə o, barəsində müxtəlif instansiyalara şikayət ərizələri yazmışdır. Bundan başqa AE 809143 seriya nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi **-VA-*** dövlət nömrə nişanlı, “Toyota Prius” markalı göy rəngli avtomobili tanışı Elbəy adlı şəxsdən baş etibarnamə ilə icarə əsasında götürmüş və taksi fəaliyyəti göstərmiş, “Maksim” və “Omega” şirkətlərinə qoşularaq, həmin şirkətlərdən gələn müştəriləri xidmət əsasında daşımışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 00:46 radələrində Sumqayıt şəhəri, Mərkəzi poçtun qarşısında iki nəfər kişi cinsindən müştərinin sifarişin qəbul etmiş, həmin şəxslər avtomobilə əyşədikdən sonra hərəkətə başlamış, hərəkət istiqaməti Sumqayıt şəhəri, Azərbaycan prospektində Mərkəzi poçtdan Sumqayıt şəhər Narkoloji dispanserə gedən istiqamətdə olmuş, müştəriləri Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən Kərim Kərimov küçəsinə aparmaq istəmişdir. İdarə etdiyi avtomobillə hərəkətdə olduğu yol iki istiqamətli olmuş, yolda öz hərəkət istiqamətində hərəkət etmiş, yerdə hərəkət istiqamətlərini ayıran düz xətt olmuş, yolda təxminən 50 km/saat sürətlə hərəkət etmişdir. Həmin ərazidə yerləşən Narkoloji dispanserə çatmamış qarşı tərəfdən gələn avtomobil bir nəfər kişi cinsindən olan şəxsi vuraraq onun idarə etdiyi avtomobilin üzərinə atmışdır. Bundan sonra avtomobili biraz öndə saxlamış, adamın yanına gəlmiş, ora gəldikdə adamın yerdə olduğunu və başından qan gəldiyini görmüş, bundan sonra DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək baş verən hadisə barədə məlumat vermiş, bundan sonra isə hadisə yerindən keçən TTY briqadasının avtomobilini saxladıb şəxsi xəstəxanaya aparmaları üçün maşına yerləşdirmiş, özü isə hadisə yerində gözləməyə başlamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, AE 809143 seriya nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi **-VA-*** dövlət nömrə nişanlı, “Toyota Prius” markalı göy rəngli avtomobili tanışı Elbəy adlı şəxsdən baş etibarnamə ilə icarə əsasında götürmüş və taksi fəaliyyəti göstərmiş, “Maksim” və “Omega” şirkətlərinə qoşularaq, həmin şirkətlərdən gələn müştəriləri xidmət əsasında daşımışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 00:46 radələrində Sumqayıt şəhəri Mərkəzi poçtun qarşısında iki nəfər kişi cinsindən müştərinin sifarişin qəbul etmiş, həmin şəxslər avtomobilə əyşədikdən sonra hərəkətə başlamış, hərəkət istiqaməti Sumqayıt şəhəri, Azərbaycan prospektində Mərkəzi poçtdan Sumqayıt şəhər Narkoloji dispanserə gedən istiqamətdə olmuş, müştəriləri Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən Kərim Kərimov küçəsinə aparmaq istəmişdir. İdarə etdiyi avtomobillə hərəkətdə olduğu yol iki istiqamətli olmuş, yolda öz hərəkət istiqamətində hərəkət etmiş, yerdə hərəkət istiqamətlərini ayıran düz xətt olmuş, yolda təxminən 50 km/saat sürətlə hərəkət etmişdir. Həmin ərazidə yerləşən Narkoloji dispanserə çatmamış qarşı tərəfdən gələn avtomobilin qarşısından çıxan bir nəfər kişi cinsindən olan şəxsin anidən yoluna girdiyini gördükdə, ani tormozlama edərək hadisədən yayınmaq istəsə də, həmin anda piyadanı avtomobilin ön sol nahiyəsəsi ilə vurmuş, həmin şəxs zərbədən sonra qarşı yola düşmüşdür. Bundan sonra avtomobili biraz öndə saxlamış və idarə etdiyi avtomobillə vurduğu adamın yanına gəlmiş, ora gəldikdə adamın yerdə olduğunu və başından qan gəldiyini görmüş, bundan sonra idarə etdiyi avtomobillə vurduğu şəxsin baş nahiyəsindən xəsarət aldığını dəqiqləşdirmiş, daha sonra DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək baş verən hadisə barədə və özü barədə məlumat vermiş, bundan sonra isə hadisə yerindən keçən TTY briqadasının avtomobilini saxladıb idarə etdiyi avtomobillə vurduğu şəxsi xəstəxanaya aparmaları üçün maşına yerləşdirmiş, özü isə hadisə yerində gözləməyə başlamışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onu sərxoşluq vəziyyətinin yaxlanılması üçün dispanserə aparmışlar, sonradan isə hadisə zamanı xəsarət almış piyadanın almış olduğu xəsarətlərdən öldüyünü öyrənmişdir. Hər iki hadisədən əvvəl spirtli içki və ya digər güclü təsir edən, bihuşedici maddə qəbul etməmiş, avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi olmuş, hər iki hadisə vaxtı idarə etdiyi avtomaşında yük olmasa da, birinci hadisədə idarə etdiyi avtomobildə bir nəfər tanımadığı, ikinci hadisə vaxtı isə iki nəfər sərnişin olmuş, həmin vaxt nə özü, nə də həmin sərnişinlərdən heç bir xəsarət almamışdır. xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərkən idarə etdiyi avtomobilin sürəti 70-80 km/saat olmuş, həmin vaxt idarə etdiyi avtomobillə vurduğu piyadanı təxminən 6-7 metr məsafədən yolda hərəkət etdiyini görmüş, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərkən ancaq idarə etdiyi avtomobilin əyləcindən istifadə edərək idarə etdiyim avtomobili saxlamaq istəmiş, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərkən idarə etdiyi avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə hər hansı texniki nasazlıq olmamışdır. İdarə etdiyi “Renault Megane” markalı ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 vurduqdan sonra, idarə etdiyi avtomobilin arxası ilə hərəkət edən ağ rəngli avtomobilin sürücüsünün idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 sağ ayaq barmaqlarının üstündən keçdiyini görməmiş, onun hansı səbəbdən bu barədə göstərməsinin səbəbi mənə məlum deyildir. xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi törədərkən idarə etdiyi avtomobilin sürəti təxminən 50 km/saat olmuş, hadisədən əvvəl piyadanı bir metr yarı məsafədən görmüş, hadisənin qarşısını almaq üçün tormozloma etmək istəsə də, bunu bacarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 07:15 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində, daha dəqiqi “STP” zavodundan 500 metr irəlidə, tək ağac dayanacağı deyilən yerdə, “Arzu” marketin yaxınlığında yolun hərəkət hissəsi ilə yolun əks tərəfinə keçməyə başlamış, təxminən beş metr irəli doğru hərəkət etdikdən sonra Sumqayıt şəhəri istiqamətindən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olan anket məlumatlarını sonradan öyrəndiyi “Renault Megane” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onu yolun hərəkət hissəsində vurmuş, zərbənin təsirindən ilk əvvəl onu vuran avtomobilin mühərrikinin üzlük və alın şüşəsinə çırpılmış, daha sonra asfalt yola yıxılmışdır. Həmin vaxt onu vuran avtomobilin arxası ilə gələn ağ rəngli, markasını və dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobilin sürücüsü idarə etdiyi avtomobillə sağ ayağının barmaqlarının üstündən keçmiş, bundan sonra “Renault Megane” markalı avtomobilin sürücüsü və oraya gəlmiş digər şəxslərin köməkliyi ilə Sumqayıt şəhər TTY xəstəxanasına aparılmış, həmin vaxtdan xx.xx.2023-cü il tarixədək xəstəxanada müalicə olunmuş, ilk vaxtlar sürücü Təqsirləndirilən şəxs onun vəziyyəti ilə maraqlanaraq, müalicə xərclərini ödəməkdə ona köməklik göstərmişdir. Bundan sonra isə gələcəkdədə tam sağalıb, əvvəlki həyat şəraitinə qayıtması üçün lazım olan bütün maddi köməkliyi göstərəcəyinə söz verməklə, aparılan araşdırma üzrə son qərar qəbul edilməsi üçün ərizə verməsini xahiş etdiyindən, təhqiqat araşdırması aparan Elnur adlı təhqiqatçıda ona söz verərək, Babəkin gələcəkdə tam sağalıb əvvəlki həyat şəraitinə qayıtmaq üçün lazım olan köməkliyi göstərəcəyinə özünün nəzarət edəcəyini bildirdiyindən, onlara inanıb şikayət və tələbinin olmadığını bildirmişdir. Ancaq ərizə verdikdən sonra isə sürücü Təqsirləndirilən şəxs ona verdiyi vədləri yerinə yetirməmiş, daha nə onunla, nə də müalicəsi ilə maraqlanmamışdır. xx.xx.2023-cü il tarixədək xəstəxanada müalicə olunmuş, sağ ayağının dörd ədəd barmağı amputasiya edilmiş, bundan başqa aparılmış çoxsaylı müalicələrə, cərrahiyyə əməliyyatlarına baxmayaraq ayağındakı sınıq xəsarətidə sağalmamış, bu barədə dəfələrlə Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar işləyə bilmədiyini, maddi vəziiyəti ilə əlaqədar müalicəsini davam etdirə bilmədiyini bildirib söz verdiyi kimi ona sağalıb əvvəlki həyat şəraitinə qayıda bilməsi üçün maddi köməklik göstərməsini xahiş etsə də, o heç onunla görüşmək istəməmiş, nə də zənglərinə cavab verməmiş, bu səbəbdən də, məcbur olub aidiyyatı orqanlara müraciət edərək bu barədə araşdırma aparılmasını, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməklə onu sağlamlığından məhrum etdiyindən cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. İlkin olaraq təhqiqat araşdırması aparan şəxsə şifahi şəklidə Təqsirləndirilən şəxs idarə etdiyi “Renault Megane” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurduqdan sonra, həmin avtomobilin arxası ilə hərəkət edən ağ rəngli avtomobilin sürücüsünün idarə etdiyi avtomobillə onun sağ ayaq barmaqlarının üstündən keçdiyini bildirsə də, Təqsirləndirilən şəxs sağalaraq əvvəlki həyat şəraitinə qayıtması üçün lazım olan maddi köməkliyi göstərəcəyinə söz verdiyindən, onlara inanıb bu barədə verdiyi izahatında bildirməmiş, sonradan isə aldadıldığını anladığından yazdığı şikayət ərizələrində hadisənin hansı şəraitdə baş verdiyini göstərmişdir. Sağ ayağının üstündən keçən avtomobilin markası və dövlət qeydiyyat nişanını görməmiş, srücüsünü tanımamış, ancaq həmin avtomobilin ağ rəngli olduğunu görmüşdür. Tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı iki qat sınığı, QKBT, baş beyin əzilməsi, sağ alıntəpə nahiyəsinin subdural hematoması xəsarətlərini Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobillə vurması zamanı almış, Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobillə vurduqdan sonra asfalt yola yıxılmış, bundan sonrä həmin avtomobilin arxası ilə hərəkət edən ağ rəngli avtomobilin sürücüsünün idarə etdiyi avtomobillə sağ ayağının barmaqlarının üzərindən keçmiş, ancaq ilk zərbədən sonra şiddətli ağrılar hiss etdiyindən, bu zaman ayaq barmaqlarına baxıb hər hansı xəsarət alıb almadığını dəqiqləşdirə bilməmiş, sonradan tibbi müayindən keçərkən isə Təqsirləndirilən şəxs sağalıb əvvəlki həyat şəraitinə qayıtması üçün ona lazımı maddi köməklik göstərəcəyinə söz verdiyindən bu barədə tibbi müayinəsini aparmış ekspert həkimədə hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxslə aralarında barışıq olmadığını və ona dəyən maddi ziyanın ödənilmədiyini bildirərək təqsirləndirilən şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi və mülki iddia üzrə iddiaçı qismində dindirilmiş X3 ifadəsində götərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 doğma oğludur. Oğlu Orxanla eyni ünvanda yaşamış, oğlu Orxan 2012-ci ildən ikinci dərəcəli, 2015-ci ildən isə birinci dərəcəli əlil kimi qeydiyyata alınmış, oğlunun rəsmi olaraq qəyyumu təyin edilsə də, oğlu birinci dərəcəli əlil olsa da özünü aparmaq və idarə etmək qabiliyyətinə malik olmuş, tez-tez oğlunu müalicələrə də aparmışdır. Sonuncu dəfə xx.xx.2023-cü ildə səhər saatlarında polis əməkdaşları ona oğlu Zərərçəkmiş şəxs2 yol nəqliyyat qəzası zamanı ölməsi barədə məlumat vermiş, lakin hadisədən sonra qarşı tərəfdən nə bir mənəvi köməklik, nə də maddi köməklik görməmişdir. Təqsirləndirilən şəxsə qarşı verdiyi mülki iddia ərizəsinin baxılmamış saxlanılmasını və təqsirləndirilən şəxslə aralarında barışıq olmadığını bildirərək ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Qubadlı RPŞ-nin DYPB YPX inspektoru vəzifəsində isə 2014-cü ildən xidmət aparmağa başlamışdır. Sonuncu dəfə 19 dekabr 2022-ci il tarixdə saat 08:00 radələrində Bakı Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində idarə etdiyi ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə xidmətdə olarkən, Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən məsul növbətçi Bakı Quba avtomobil yolunun kənarında yerləşən “Sumqayıt Kimya Sənaye Parkı”nı keçdikdən sonra piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə ona məlumat verdiyindən, dərhal həmin əraziyə yaxınlaşmış, bundan sonra həmin gün saat 07:15 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X5” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun sağdan birinci zolağında Sumqayıt şəhəri istiqamətindən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön hissəsi ilə yolun sağ tərəfindən sol tərəfi istiqamətində hərəkətə olan piyada Zərərçəkmiş şəxs1 vurduğunu öyrənmişdir. Daha sonra hadisə nəticəsində ayağından xəsarət almış piyada başqa bir avtomobillə ona tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTY xəstəxanasına aparılmış, bundan sonra isə xidməti əraziyə qayıdaraq xidmətini davam etdirməyə başlamışdır. Hadisə yerinə gəldikdə xəsarət almış piyada ayaq nahiyəsindən xəsarət aldığını bildirib, ona tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılmasını xahiş etmiş, həmin piyada onun birinci avtomobil vurduqdan sonra digər avtomobilin ayaq barmaqlarının üstündən keçməsi barədə ona hər hansı məlumat verməmiş, sürücüdən də hadisənin hansı şəraitdə baş verməsi ilə maraqlandıqda o, piyadanı idarə etdiyi avtomobillə vurduğunu bildirmişdir. Piyadanın ayaq barmaqlarının üstündən digər avtomobilin keçməsi barədə ona və ya orda olan digər polis əməkdaşlarına hər hansı məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2002-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə, yəni Sumqayıt ŞPİ-nin DYPŞ YPX-nin inspektoru vəzifəsində isə 2017-ci ildən xidmət aparmağa başlamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Azərbaycan prospekti və ətraf ərazilərdə xidmət apardığı 2026 çağrışlı, ** YP *** dövlət qeydiyyat nişanlı avto patrul avtomobilində xidmətdə olmuş, həmin gün saat 01:00 radələrində Sumqayıt ŞPİ-nin Növbətçi Hissəsindən ümumi rabitə əlaqəsi saxlanılaraq Sumqayıt şəhəri, Azərbaycan prospektində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verildiyindən yaxınlıqda xidmət aparan polis əməkdaşlarının həmin əraziyə yaxınlaşması tapşırıldığından, dərhal hadisə baş vermiş əraziyə yaxınlaşmışdır. Hadisə yerinə gedərkən hadisə yerində “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, həmin avtomobilin yanında isə sürücü Təqsirləndirilən şəxs olduğunu görmüş, bundan sonra sürücüdən hadisənin hansı şəraitdə baş verdiyini dəqiqləşdirdikdə o, həmin gün Sumqayıt şəhəri, Mərkəzi poçtun qarşısında iki nəfər müştərini idarə etdiyi avtomobilə əyşədirib Azərbaycan prospekti ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkət etdiyini, həmin ərazidə Narkoloji dispanserə çatmamış idarə etdiyi avtomobillə hərəkətdə olarkən bir nəfər piyadanın anidən yolun hərəkət hissəsinə daxil olduğunu gördüyünü, bundan sonra tormozlama edərək idarə etdiyi avtomobili saxlamaq istəsə də, piyadanı idarə etdiyi avtomobilin ön sol nahiyyəsi ilə vurduğunu, daha sonra piyadaya yaxınlaşdıqda onun başından qan gəldiyini görüb, həmin piyadanı hadisə yerindən keçən təcili tibbi yardım avtomobilinə əyləşdirib xəstəxanaya yola saldığını, özünün isə hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verib hadisə yerində polis əməkdaşlarının oraya gəlməsini gözlədiyini bildirmişdir. Bundan sonra hadisə yerinə əməliyyat qrupunun digər üzvüləri gəlmiş, sürücü Təqsirləndirilən şəxs hadisənin hansı şəraitdə baş verdiyini göstərdikdən və bu barədə protokol tərtib edildikdən sonra isə o izahatının alınması üçün polis idarəsinə dəvət edilmiş, o isə xidməti əraziyə qayıdaraq xidmətini davam etdirməyə başlamışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 74 nömrəli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nm tərtib etdiyi 3056 saylı xəstəlik tarixinə əsasən, göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı iki qat sınığı, QKBT, baş beyin əzilməsi, sağ alıntəpə nahiyəsinin subdural hematoması” 2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 54 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə tibbi müayinəsinə, laborator müayinənin cavabına və qərarda qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Mərhum Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Beyin maddəsinə və mədəciklərinə qansızma, subdural hematoma, sol təpə sümüyünün kəllə əsasına keçən sınığı, sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması, yarası, bədənin qançırı. 2. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilməsi inkar olunmur, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. 3. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb kəllə qapağı və əsas sümüklərin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 8-12 saat əvvəl baş vermişdir. 4. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,5% etil psirti aşkar edilmişdir ki, bu da müvafiq cədvəl üzrə canlı şəxslərdə yüngül dərəcəli alkaqol sərxoşluğuna uyğun gəlir. (Akt 15.2/K) İş materiallarında olan əlavə vməhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 15/74 əlavə nömrəli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nm tərtib etdiyi 3056 saylı xəstəlik tarixinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ baldır sümüklərinin aşağı 1/3-nin qapah iki qat sınığı, QKBT, baş beyin əzilməsi, sağ alıntəpə nahiyəsinin subdural hematoması, sağ pəncədə İ-İİ-İİİ barmaqların bitişməsində yara, sağ ayağın İİ barmağın orta falanqasının, distal falanqasının sınıqları”
2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən qaydada və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə qapah kəllə beyin travması, baş beyin əzilməsi, sağ almtəpə nahiyəsinin subdural hematoması yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər yəni sağ baldır sümüklərinin aşağı 1/3-nin qapalı iki qat sınığı, sağ ayağın İİ barmağın orta falanqasının, distal falanqasının sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, digər xəsarət yəni sağ pəncənin İ-İİ-İİİ barmaqların bitişməsində olan yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. 3. Zərərçəkmiş şəxs1 sağ İ-İİİ-İV-V ayaq barmaqlarının amputasiya halının onun yol nəqliyyat hadisəsi zamanı almış olduğu travma ilə bir başa səbəbli əlaqəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 11 avqust 2023cü il tarixli 3-16-16/2-8/2221 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, 1.2 İstintaq tərəfindən verilən məlumatlara əsasən “Renault Megane” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 25 iyun 2023-cü il tarixli 8/1749 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, 1.2 İstintaq tərəfindən verilən məlumatlara əsasən “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiha elan edilmişdir. İş materiallarında olan cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli və CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və əməl Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263.1-1 və 263.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Sumqayıt Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16-8/2-3348/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə “B” kateqoriyalı AE 809143 nömrəli on illik sürücülük vəsiqəsinin aldığı, mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında olmadığı göstərilmişdir. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınması” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış, X3 onun hüquqi varisi təyin edilmişdir. İş materiallarında olan 7190 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müayinə zamanı alkoqol sərxoşluğu vəziyyəti və narkotik qəbulu faktı aşkarlanmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 27 aprel 2023-cü il tarixli, 2681 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmadığı bildirilmişdir. İş materiallarında olan İmişli RHB Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 hüquqi varisi X1 xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 12000 (on iki min) manat pulun və ödənilmiş 140 (bir yüz qırx) manat məbləğində dövlət rüsumunun alınaraq X2 ödənilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 hüquqi varisi X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxsə qarşı verdiyi mülki iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 263.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib xx.xx.2023-cü il tarixdə törətdiyi yol nəqliyyat hadisəsi zamanı mərhumun başqa avtomobil tərəfindən vurulub onun avtomobilinin üzərinə atılmasını göstərərək verdiyi ifadəsi özünü müdafiə xarakter daşıyır və onun törətdiyi əməl şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır. O, Azərbaycan Respublikası CM-nin 263.1-1 və 263.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1 və 263.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 263.2-ci maddələrinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmalıdır. Bundan başqa, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Zərərçəkmiş şəxs2 hüquqi varisi X1 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia ərizəsi baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilməli və ekspertiza tədqiqatinin dəyəri olan 170,00 (bir yüz yetmiş) manat məbləğində pul ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Zərərçəkmiş şəxs2 hüquqi varisi X1 Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia ərizəsi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 170,00 (bir yüz yetmiş) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
HAKİM RÖVŞƏN XƏLİLOV