Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-730/2023 25.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx xxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu olan, Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 9, mənzil 2 ünvanında qeydiyyatda olmaqla ünvan 1 yerləşən fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,915 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 23 may 2023-cü il tarixdə saat 21:15 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən 19 nömrəli orta məktəbin yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildikdən sonra, Polis Bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,915 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xeyli müddətdir narkotik tərkibli maddələr qəbul edir. Sonuncu dəfə 23 may 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 10 (on) manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə narkotik vasitə olan, “kakos” adlandırılan heroin almış və sonradan istifadə etmək məqsədilə üzərində saxlamışdır. Sonradan həmin gün saat 21:15 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən 19 nömrəli orta məktəbin yaxınlığında olarkən ona üç nəfər şəxs yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olduğunu bildirmişlər. Buna etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getməyə razılıq vermiş, Polis Bölməsinə gəldikdən sonra isə xidməti otaqlarının birinə daxil olmuşlar. Orda hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 ona təqdim edilmiş, ona həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə, həmçinin video kameranın yaddaşına qeyd edib video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləciyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub olmaması soruşulduqda, buna etirazının oldmağını bildirdikdən sonra polis əməkdaşlarının təklifi əynində olan göy rəngli cins şalvann sağ yan cibində saxladığı 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, həmin gün Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metrosatnsiyasının yaxınlığında olarkən adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 10 (on) manat pul verərək, şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisinə baxış keçirilmiş, daha sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, narkotik vasitə olan heroini xeyli müddətdir istifadə etdiyindən, həmin narkotik vasitə olan heroinidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmiş, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcə də digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2005-ci ildən DİO-da, tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində isə 2021-ci ildən xidmət aparmağa başlamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 2-ci PB-nə Mehman adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Mehman adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcə də qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qərar qəbul edilmiş, bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman adlı şəxsin xx.xx.1985-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 1 yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 21:15 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən 19 nömrəli orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və kiçik əməliyyat müwəkkili Şahid3la yaxınlaşaraq onu saxlamışlar, daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcə də istifadə etməkdə şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 2-ci PB-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər, daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və kiçik əməliyyat müwəkkili Şahid3, eləcə də Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcə də qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs sağ əlini əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə salaraq həmin cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərinə bundan sonra şəxsi axtarış keçirilsə də, lakin onun üzərindən digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümə baxış keçirildikdə, gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmiş, həmin bükümdəki maddə elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdəki maddənin nə olmasını, kimdən və harda, nə vaxt, nə məqsədlə əldə etməsini soruşduqda isə o, təqdim etdiyi bükümdəki maddənin “kakos” adlandırılan və narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni həmin gün Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar adlanan ərazidə olarkən təsadüfən tanış olduğu şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Abdullayev olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, onun təklifindən sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin məlumat verərək həmin şəxsin narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Polis Bölməsinə gətirilməsi, bununla əlaqədar üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verib, bundan sonra xidməti otaqdakı digər mülki geyimli şəxsi ona təqdim edərək, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 olduğunu bildirdiyi, müdafiəçinin iştirakına etirazının olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualı cavablandıraraq müdafiəçinin iştirakına etirazının olmadığını bildirdiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin xidməti otaqdakı digər şəxslərə müraciət edərək onlara özlərini təqdim etmələrini təklif etdiyi, bu təklifdən sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik əməliyyat müwəkkili Şahid3 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müwəkkili Şahid2 olduğunu, sonuncu özünü təqdim edən şəxsin Sumqayıt ŞPİnin 2-ci PB-nin əməliyyat müwəkkili Şahid1 olduğunu bildirdikləri, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrini izah etdiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etdiyi, həmin şəxsin təqdim edilmiş bildirişi qəbul edib tanış olduğu, sonra isə ilk əvvəl özü tərəfindən, daha sonra müdafiəçi tərəfindən imzaları ilə təsdiq edildiyi, daha sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə təkrar müraciət edib onun qanunsuz olaraq narkotik tərkibli maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən video çəklişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, həmin şəxsdən üzərinə video çəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə dair etirazının olub olmadığını, eləcə də üzərində narkotik vasitə olub olmadığını soruşduğu, həmçinin üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etdiyi, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərində narkotik vasitə olduğunu təsdiq etdiyi, daha sonra isə xidməti otaqdakı masaya yaxınlaşıb sağ əlini əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə salaraq həmin cibindən çıxartdığı 01 (bir) ədəd bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyduğu, daha sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddənin aşkar edildiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq həmin bükümün içərisində “kakos” adlandırılan və narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni həmin gün Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş büküm elektron tərəziyə qoyulub çəkilən zaman miqdarının 1,12 qram olmasının müəyyən edildiyi, daha sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, lakin həmin şəxsin üzərindən digər hər hansı əşya və ya pridmetin aşkar edilmədiyi, daha sonra isə özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş bükümdəki maddənin içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, zərfin üzərində qeydlər aparıldığı, daha sonra zərfin üzərində ilk əvvəl özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs, daha sonra müdafiəçi tərəfindən imzalar edildiyi, bundan sonra müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddənin nə olduğunu, özünə məxsus olub olmadığını, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları ardıcıl cavablandıraraq üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddənin “kakos” adlandırılan narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirdiyi, daha sonra isə özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş bükümün içərisində olan maddənin tərkibinin, çəkisinin müəyyən edilməsi məqsədilə məhkəmə kimyəvi ekspertzasına təqdim ediləcəyi barədə, eləcə də aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara məlumat verdiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2992 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ş/ş (imza) Təqsirləndirilən şəxs” yazısı, imzalar və dairəvi möhürlə möhürlənmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,915 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf’in İ siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,915 qram, tədqiqata istifadə edildi - 0,05 qram, qalıq - 0,865 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,915 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,865 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 2171 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il tarixdən opioidlərin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu, asılılıq sindromu diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan 20 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 12/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,915 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,865 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,865 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-730/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-730/2023
25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver