Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-730/2024 10.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X5 oğlunun iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Betonzavod ərazisində fərdi evdə yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(060)-95/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində çəkilməmiş 02 (iki) il 04 (dörd) ay 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası olan, barəsində həbs qətimkan tədbiri seçilmiş X5 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X5 oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, ümumi təmiz çəkisi 0,272 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 may 2024-cü il tarixdə saat 13:10-da Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Çukur” kafesinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilib həmin tarixdə orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, ümumi təmiz çəkisi 10,913 qram olan tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi xaş-xaş(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 20 may 2024-cü il tarixdə saat 15:15-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Azərbaycan küçəsi, Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nın inzibati binasına gətirilib orada həmin tarixdə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan həmin narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddə olan metanfetamindən istifadə etmişdir, həmçinin arada “kakos” adlanan narkotik vasitə olan heroindən də istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Çukur” kafesinin qarşısında olan zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin istifadəsi ilə bağlı şübhəli olmasını bildirərək, onu Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla 3-cü Polis Bölməsinə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və vəkil təqdim edilmişdir. Bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan cibində saxlamış olduğu bir ədəd bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən bir ədəd bükümdə psixotrop maddə metamletamindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə çəkilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Sorğu zamanı həmin maddənin mütamfetamin olmasını, onu səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində bir nəfər tanımadığı şəxsdən 10 manata alıb öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Polis əməkdaşlarıt tərəfindən saxlanılan zaman və ya daha sonra ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə təxmini saat 15 radələrində Sumqayıt şəhərində Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında olan zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin istifadəsi ilə bağlı şübhəli olmasını bildirərək, onu Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla 4-cü Polis Bölməsinə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və vəkil təqdim edilmişdir. Bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan cibində saxlamış olduğu bir ədəd bükümdə olan narkotik vasitə olan tiryəki təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində həmin narkotik vasitə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən bir ədəd bükümdə psixotrop maddə metamletamindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə çəkilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Sorğu zamanı həmin maddənin olan narkotik vasitə olan tiryək olmasını, onu səhər saatlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsində bir nəfər tanımadığı şəxsdən 15 manata alıb öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Polis əməkdaşlarıt tərəfindən saxlanılan zaman və ya daha sonra ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs X5 oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 08 may 2024-cü il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz əldə edilməsi, istifadəsi və üzərində gəzdirilməsi barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin gün günorta saatlarında Sumqayıt şəhəri, 2- ci mikrorayonda yerləşən “Çukur” kafesinin qarşısında Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmişlər və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Bununla bağlı Təqsirləndirilən şəxs 3-cü Polis Bölməsinə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və vəkil təqdim edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan şalvarın cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin psixotrop maddə olan metamfetamin olmasını, onu həmin gün səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını və üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş büküm içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra heç bir mqavimət göstərməmiş və etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin kiçik əməliyyat müvəkkili Şahid2 oğlu məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı X5 oğlu əynində olan şalvarın cibindən bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 20 may 2024-cü il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz əldə edilməsi, istifadəsi və üzərində gəzdirilməsi barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin gün günorta saatlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyətinin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmişlər və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Bununla bağlı Təqsirləndirilən şəxs 4-cü Polis Bölməsinə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və vəkil təqdim edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan şalvarın cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində narktoik vasitə olan tiryəkə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narktoik vasitə olan tiryək olmasını, onu həmin gün səhər saatlarında Sumqayıt şəhəri, Novxanı bağlar massivində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını və üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş büküm içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra heç bir mqavimət göstərməmiş və etiraz etməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı X5 oğlu əynində olan şalvarın cibindən bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin narktoik vasitə olan tiryək olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid5 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımış, lakin sonnuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs birinci dəfə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsi ilə bağlı tutulan zaman həmin əməliyyat tədbirində o da iştirak etmiş, sonuncunu şübhəli şəxs qismində tutan polis əməkdaşlarından biri o, olmuşdur. Həmin vaxtdan Xaqaninin tanımışdır. O, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması ilə bağlı Sumqayıt şəhər Məhkəməsinin 2024-cü ilin əvvəllərində hökmü çıxdığını demişdir. O, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, üzərində gəzdirilməsi və istifadəsində şübhəli şəxs qismində tutulmasında iştirak etməmişdir. 0, bu barədə sonradan bilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər ərazisində şübhəli şəxs qismində tutulub bölməyə gətirilərkən, orada üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən zaman o, iştirak etməmişdir. Təqsirləndirilən şəxsla söhbət etməmiş, sonuncunu görməmişdir. O, Təqsirləndirilən şəxs 4-cü polis bölməsinin Elnur adlı əməliyyatçısı tərəfindən bölmədə olan zaman elektroşok cihazının ona göstərilməsi, onun toka verəcəyi ilə qorxudulması, həmçinin, çəkiliş zamanı üzərindən aşkar olunan narkotik vasitə tiryək onun olmaması barədə dediklərinin tam yalan olduğunu deyib sonuncunun bunu cinayət məsliyyətindən yayınmaq özündən uydurduğunu demişdir. Cinayət işinin 1-ci cild 18-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X5 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 69-70-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs X5 oğlu müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 111-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X5 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 107-109-cu vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X5 oğlu barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 27-28-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı X5 oğlu bir bükümdə olan maddəni təqdim edərək “patı” (psixotrop maddə olan metamfetamin) olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,34 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 118-119-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı X5 oğlu bir bükümdə olan maddəni təqdim edərək narkotik vasitə olan tiryək olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 11,08 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 16/16/2-6/2580 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 127” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan metanfetaminə bənzər kütlə; X.Daşdımirov “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,272 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,272 qram, təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,222 qram. Cinayət işinin 1-ci cild 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli 3-16-16/2-6/2834 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 128” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan tiryəkə bənzər kütlə; Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 10,913 qram olan tünd rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. Qeyd: tiryəkin təmiz çəkisi 10,913 qram, təhqiqata sərf edildi 0,6 qram, qalıq 10,313 qram. Cinayət işinin 1-ci cild 37 və 130-cu vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 və 110 manat, ümumilikdə 191 (yüz doxsan bir) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 204-205-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 20 iyul 2024-cü il tarixli 4465 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 84-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, X5 oğlunun üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,222 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin onun üzərində şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 195-196-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, X5 oğlunun üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 10,313 qram çəkidə narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin onun üzərində şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 216-217-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, X5 oğlu Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin 1-ci cild 207-215-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(060)-95/2024 saylı hökmündən görünür ki, X5 oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 1-ci cild 206-cı vərəqəsində olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 oğluna Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. X4 Elşad oğlu 20 may 2024-cü il tarixə cəzasından 01 (bir) ay 21 (iyirmi bir) gününü çəkmiş, çəkilməmiş cəzası isə 02 (iki) il 04 (dörd) ay 05 (beş) gün təşkil edir. Beləliklə, X5 oğlunun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini və bundan başqa təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan tiryəki əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də X5 oğlu həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs X5 oğlunun özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X5 oğlunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X5 oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, X5 oğlu Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(060)-95/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmün icrası üzrə cəzasından 01 (bir) ay 21 (iyirmi bir) gününü çəkmiş, çəkilməmiş cəzası isə 02 (iki) il 04 (dörd) ay 05 (beş) gün təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X5 oğluna Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(060)-95/2024 saylı hökmü ilə təyin edilmiş və bu günə qədər çəkilməmiş 02 (iki) il 04 (dörd) ay 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti X5 oğluna hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X5 oğlunun 08 may 2024-cü il tarixdən 10 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən X5 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 20 iyul 2024-cü il tarixli 4465 nömrəli rəyinə əsasən X5 oğlunun barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,222 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 10,313 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 191 (yüz doxsan bir) manat təqsirləndirilən şəxs X5 oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X5 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X5 oğluna Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(060)-95/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 04 (dörd) ay 05 (beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti X5 oğluna hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 oğlunun 08 may 2024-cü il tarixdən 10 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2024-cü il tarixdən hesablansın. X5 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,222 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 10,313 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 191 (yüz doxsan bir) manat X5 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. X5 oğluna göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-730/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-730/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver