Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-731/2024 21.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1999-cu ildə Naxçıvan MR-da anadan olmuş, subay, natamam ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18.30 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində idarə etdiyi avtomaşınla hərəkətdə olduğu zaman onu ötüb keçməyə çalışan ‘Honda” markalı **-EZ-*** nömrə nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs ötüb keçməsi üçün yol verə bilmədiyi üçün sonuncunun ona irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı avtomaşınından düşüb ona tərəf gələn Zərərçəkmiş şəxs çənəsindən yumruq zərbəsi ilə vuraraq ona sağ yanağın gözaltı nahiyyəni və çənəni tutan şişkinliyi-hematoması, gözün ağlı qişasına qansızıma, başın sol təpə nahıyyəsinin, sol dirsəyin qançırı xəsarətləri kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığana yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində arvadını Sumqayıt Dövlət Pernital mərkəzindən götürüb onun əməliyyatdan yeni çıxması səbəbindən orta sürətdən “Bravo” marketdən “Araz” market istiqamətində avtomobilini idarə edərkən “Honda” markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomobil ara məsafəsi saxlamadan tam şəkildə arxadan işıq və səs siqnalları ilə onu narahat etmişdir. Sol zolağın boş olmasına baxmayaraq ötmə əməliyyatı etməmiş, onu narahat etməyə davam etmişdir. Sonra sol tərəfdən yaxınlaşaraq avtomobili ilə onun önünü kəsmiş və təhqir etməyə başlanmışdır. Arvadının halı pisləşdiyi üçün o da avtomobili qarşıda saxlamış, bu zaman həmin şəxsə yaxınlaşmış, avtomaşından düşüb üzərinə gəldiyi zaman o, həyəcanlanaraq sağ əli sarığlı olduğundan sol əli ilə onun sifət nahiyyəsinə bir dəfə vurmuş və həyat yoldaşı ilə birlikdə oradan uzaqlaşmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə 18:00 radələrində öz şəxsi «Honda Civic» markalı, **-EZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə işdən çıxıb evə getmişdir. Maşında özü tək olmuşdur. Həmin gün saat 18.30 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi ilə yoluna davam etmiş, qarşısında avtobus və digər bir maşın olmuşdur. Sfetoforun qırmızı işığında gözləmiş və yaşıl işıq yandıqda qarşısında dayanan avtobus işıqforu keçib dayanacaqda saxlamışdır. Onun arxasındakı maşın isə birbaşa olaraq onun yoluna çıxıb və hərəkətinə maneə törətmişdir. Həmin maşını da sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etmişdir. O, siqnal verərək yoluna çıxmamağını demişdir. Bu zaman o maşının şüşəsini endırərək qışqırmağa başlamışdır. Ona bir neçə dəfə qışqırmamağın, sakit olmağını bildirmiş, o isə maşını qarşıda saxlayıb onu gözləməyini bildirmişdir. O, maşınını dayanacaqdan qarşıda saxlamış və maşından düşmüşdür. Maşından düşdükdən sonra həmin şəxslə üzbə-üz gəlmişlər. Həmin şəxsin sağ əli qipsdə olmuş və ona çatdıqda heç bir söz demədən onun çənə nahiyəsinə bir dəfə yumruqla vurmuş və o, müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Daha sonra həmin şəxs çıxıb getmişdir. O isə evə getmiş, evdə olarkən çənəsi ağrıdığı üçün xəstəxanaya müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Şikayəti yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir maddi və mənəvi iddia tələbi və şikayəti yoxdur, barışmışdır, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 548 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ yanağın gözaltı nahiyyəni və çənəni tutan şişkinliyi-hematoması, gözün ağlı qişasına qansızma, başın sol təpə nahiyyəsinin, sol dirsəyin qançırı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş matriallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə tərəflər arasında baş vermiş mübahisənin şahidi ola biləcək şəxslərin müəyyən edilməsi və eləcə də qeyd edilən hadisəni özündə əks etdirən hər hansı videogörüntü olub-olmamasının müəyyən edilməsi, əgər varsa istintaqa təqdim edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 3-cü PB-nə məktubla müraciət edilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-dən daxil olan cavab məktubunda qeyd edilmişdir ki, bu istiqamətdə bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından fakt üzrə toplanmış materialda vətəndaş Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat materiallarının araşdırılması davam etdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 1(060)-731/2024 saylı qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 12995 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi X4 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 08 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-731/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-731/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver