Məhkəmə qərarları › İş №1(060)-732/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-732/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-732/2025 12.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 ədəd sellofan kəsiyinə yerləşdirilmiş 10 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı- ayrılıqda təmiz çəkiləri 0.127 qram, 0.110 qram, 0.082 qram, 0.184 qram, 0.107 qram, 0.125 qram. 0.101 qram. 0.083 qram, 0.152 qram. 0.090 qram olmaqla ümumi təmiz çəkisi 1.161 qram ağ rəngli, kristalşəkilli. kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 09 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı- ayrılıqda təmiz çəkiləri 0.269 qram. 0.122 qram. 0.109 qram, 0.199 qram, 0.130 qram, 0.224 qram, 0.165 qram, 0.088 qram, 0.155 qram olmaqla ümumi təmiz çəkisi 1.461 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən 06 avqust 2025-ci il tarixdə, saat 18:36-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsi. Dəmiryolu yaşayış massivində yerləşən 2A nömrəli binanın yaxınlığında saxlanılaraq üzəri yoxlanılan zaman həmin çəkilərdə və bükümlərdə olan psixotrop maddə metamfetamin, narkotik vasitə heroin. həmçinin üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu saat 12-1 radələrində saxlamışlar. O, müharibə iştirakçısı olmuş, həmin vaxdan ona əlillik təyin edilmişdir. O, ağrılarına görə narkotik vasitədən istifadə edir. Saxlanıldığı gün Samir adlı şəxsdən öz istifadəsi üçün əldə etdiyi falqanın üzərində heroin adlanan narkotik vasitəni evdə əritmiş və bir neçə tüstü qəbul etmişdir. Həmin zaman qapısı döyülmüş, qapını açdıqda bir nəfər qapının qarşısında olmaqla, pilləkanlarda olan 2 nəfər polis əməkdaşı evə daxil olmuşdur. Onun evdə narkotik vasitə qəbul etməsini görüb, bir şəxsə zəng edərək avtomobildən 9-10 büküm narkotik vasitə və tərəzi gətirməsini bildirdilər. Polis əməkdaşları ona narahat olmamasını bir ədəd tərəzi ilə heç nə olmayacağını, onu 2 gün tutub saxladıqdan sonra buraxacaqlarını bildirmişlər. Anası onkoloji xətə olmaqla yataq xəstəsidir. Onu aparanda anasına məxsus reseptli dərman vasitələrini də aparmışlar. Daha sonradan həmin dərmanları qohumu vasitəsi ilə anasına qaytarılmışdır. Polis əməkdaşları onu məhləyə apararaq 19 büküm narkotik vasitəni verib, cibinə qoymasını tapşırmışlar. Həmin zaman 4 nəfər polis əməkdaşı olmuşdur. Ona çəkiliş aparacaqlarını, onlara müqavimət göstərməsini bildirmişlər. Çəkilişdə aşkar olunan narkotik vasitələrin içərisində evdə istifadə etdiyi narkotik vasitə olmamışdır. Ona təzyiq edərək artıq danışmamasını, yoxsa daha çox miqdar narkotik vasitə ilə “yükləyəcəklərini” bildirmişlər. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxumuş, döyüşlərdə iştirak etmiş və yaralanmışdır. O, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Vətən uğrunda medallar ilə təltif olunmuşdur. Hazırda 3-cü qrup əlildir. Məhkəmədən xəstə anasının olmasını, əgər ona 3 il müddətində azadlıqdan məhrumetmə cəzası verilsə anasını görə bilməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona narkotik vasitəni verən şəxs videoçəkilişdə iştirak etməyən mülki geyimli 4-cü şəxs olmuşdur. O, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğundan bu baş verənlərin nəticəsinin belə olacağını bilməmişdir. Ona polis əməkdaşları tərəfindən təzyiq edilmişdir. Pentensiar Xİdmətin 3 saylı İstintaq Təcridxanasına qəbul edildiyi zaman bədəni üzərində olan xəsarət izləri qeydə alınmışdır. Lakin ekspertiza rəyi ilə xəsarəti izlərinin olmaması qeyd edilmişdir. Polis əməkdaşı tərəfindən ayağına vurulması nəticəsində yerə yıxılmışdır. Qorxduğuma görə polis əməkdaşlarının bildirdiyi formada ifadə vermişəm. Bir daha qeyd edir ki, onda sadalanan narkotik vasitələr olmamışdır. Saxlanıldığı saat 12-13 radələrində vəkili olmamış, axşam saatlarında vəkili olmuşdur. Baş verənlərlə bağlı vəkilinə heç nə deməmişdir. Belə ki, polis əməkdaşları ona buraxılacağını bildirmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan edilmişdir. Müəyyən edilmişdir ki, 2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Subaydır. ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Heç bir yerdə işləməmişdir. Narkotik vasitə və psixotrop maddə alüdəçisi olmuşdur. Narkotik vasitəni və psixotrop maddəni Sumqayıt şəhərində tanımadığım şəxslərdən əldə etmişdir. Son olaraq 06 avqust 2025-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsində yaşadığım ünvanın yaxınlığında olarkən şəxsiyyəti barədə dəqiq məlumatım olmasa da narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildiyi bir nəfərlə qarşılaşmışdır. Həmin şəxsə istifadəsi üçün ona metamfetamin və ya heroin satmasım istəmişdir. Həmin şəxs ona ucuz qiymətə həm heroin, həm də metamfetamin satmağı təklif etmiş və aralarındakı razılıq əsasında həmin şəxsdən ümumilikdə 150 manata 05 ədəd bükümdə “patı”. yəni psixotrop maddə metamfetamin, 05 ədəd bükümdə “kola”, yəni narkotik vasitə heroin almışdır. Əldə etdiyi bükümləri əynindəki şalvarın cibinə qoyaraq həmin şəxsdən uzaqlaşmışdır. Bədənində ağrılar həmin zaman olmadığı üçün şübhə çəkmədən oradan uzaqlaşıb yaşadığı ünvana gəlmişdir. Evdə olduğu zaman əvvəllər aldığı ona məxsus elektron tərəzidən istifadə edərək əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin kütlələrini tərəzidə çəkərək istifadə edə biləcəyi dozalara ayırıb, daha sonra psixotrop maddə metamfetamini 10 ədəd qızılı rəngli kağız bükümlərə, narkotik vasitə heroini isə 09 ədəd ağ rəngli kağız bükümlərə ayırmışdır. Həmin tarixdə, axşam saatlarında əldə etdiyi metamfetamin və heroindən istifadə etmək üçün yaşadığı ünvanı tərk etmək qərarına gəlmiş və buna görə 10 ədəd metamfetamin və 09 ədəd heroin bükümlərini 01 ədəd sellofan kəsiyinin içinə yerləşdirib əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Həmçinin elektron tərəzini də şalvarının sağ yan cibinə qoyub, özü ilə götürmüşdür ki, bəlkə lazım olar. Belə ki, 06 avqust 2025-ci il tarixdə, saat 18 radələrində yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryolu yaşayış massivində yerləşən 2A nömrəli binanın yaxınlığında piyada hərəkət edib, əldə etdiyi metamfetamin və heroindən istifadə etmək üçün sakit bir yer axtararkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğunu deyib, üzərinin yoxlanılacağını bildirmişlər. Yoxlamazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və o da əynindəki şalvarın sağ yan cibindən içində 10 ədəd qızılı rəngli kağız büküm və 09 ədəd ağ rəngli kağız büküm olan 01 ədəd sellofan kəsiyini, həmçinin 01 ədəd elektron tərəzini, şalvarının sol yan cibindən isə 01 ədəd “Samsung S24” markalı mobil telefonunu və 01 ədəd içində siqaret dənələri olan siqaret qutusu çıxarıb təqdim etmişdir. Saxlanıldığı zaman həyəcanlı olub, özünü itirdiyi üçün kütlələri əldə etdikdən daha sonra ümumilikdə 19 ədəd kiçik bükümlərə ayırdığım unudaraq sellofan kəsiyinin içində 05 ədəd bükümdə “patı”, yəni metamfetamin və 05 ədəd “kola”, yəni heroin olduğunu, həmin kütlələri şəxsən tanımadığı bir nəfərdən istifadəsi üçün ümumilikdə 150 manata aldığını, satışı ilə məşğul olmadığını, elektron tərəzinin özünə məxsus olduğunu və öz dozasını müəyyən etməkdən ötrü istifadə etdiyini demişdir. Üzəri yoxlanılan zaman 01 ədəd 5 manatlıq əskinas aşkar edilsə də. başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdi. Bükümlərin hər birinin içinə baxılıb, psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər kütlələr aşkar edildikdən sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdi. Metamfetamin kütlələrinin ümumi çəkisi 1.67 qram, heroin kütlələrinin ümumi çəkisi isə 2.25 qram müəyyən edilmişdir. Həmin kütlələr, həmçinin elektron tərəzi və mobil telefonu qablaşdırılıb, üzəri möhürlənərək götürülmüşdür. 01 ədəd siqaret qutusu və 01 ədəd 5 manatlıq əskinas ona geri qaytarılmış, daha sonra birlikdə Sumqayıt ŞPİ-nin inzibati binasına gedilmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Müdafiəçinin iştirak ilə üzəri yoxlanılmış və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra saxlanıldığı zaman aşkar edilərək götürülüb qablaşdırılmış zərflərə baxılmış, o, saxlanıldığı zaman üzərindən 10 ədəd bükümdə metamfetamin, 09 ədəd bükümdə heroin. 01 ədəd elektron tərəzinin, 01 ədəd mobil telefonun aşkar edildiyini, həmin kütlələrin, elektron tərəzinin və mobil telefonun özünə məxsus olduğunu, kütlələri istifadəsi üçün ümumilikdə 150 manata əldə etdiyini demişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid Sumqayıt ŞPİ-nin NBM-nın əməliyyat müvəkilli, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Sumqayıt şəhəri, H.Z,Tağıyev qəsəbəsi, Şirvan ərazisində videoçəkilişlə yaxınlaşıb sonuncunu saxlamışlar. Səmərqəndə qanunla daşınması qadağan olan əşya, predmet varsa təqdim etməsi təklif edilmişdir. O, könüllü olaraq 19 büküm və tərəzi təqdim etmişdir. Həmin bükümlərdən 10 ədədi qızılı rəngli bükümdə olan heroinə bənzər maddə, digərləri isə gümüşü rəngli bükümdə metamfetaminə bənzər maddə olmuşdur. Təqsirləndirilən şəxs tərəzini narkotik vasitələri istifadə edəcəyi zaman “dozalarının” müəyyən edilməsi üçün istifadə etdiyini bildirmişdir. Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi evindən deyil, binanın qarşısında saxlamışlar. Təqsirləndirilən şəxsin bildirdikləri yalandır. Həmçinin onun dərman vasitələri ilə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs təsirtəzyiq edilməmişdir. Əməliyyatda iştirak edən 4-cü şəxs olmamışdır. Məhkəmə istintaqı zamanı şahid Sumqayıt ŞPİ-nin NBM-nın əməliyyat müvəkilli, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, 06 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxslə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryolu yaşayış massivində yerləşən 2A nömrəli binanın yaxınlığında piyada hərəkətdə olduğunu müşahidə edib yaxınlaşıb, Təqsirləndirilən şəxs saxlamış və özlərini təqdim etmişlər. Sonuncu ilkin olaraq onlardan yayınmağa cəhd etmiş, lakin bunun qarşısını almışlar. Səmərqəndə qanunla daşınması qadağan olan əşya, predmet varsa təqdim etməsi təklif edilmişdir. O, narkotik vasitələrdən istifadə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Şalvarının yan sağ cibində selafan və tərəzi, telefon təqdim etmişdir. Selefonda 19 büküm aşkar edilmişdir. Həmin bükümlərdə heroinə və metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs tərəzini narkotik vasitələri istifadə edəcəyi zaman “dozalarının” müəyyən edilməsi üçün istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar edilən narkotik vasitələri qəsəbədən üzdən tanıdığı şəxsdən 150 manata əldə etdiyini bildirmişdir. Şahid2, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin evdə olması ilə məlumatı olmamış, onu piyada hərəkət edən zaman saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman əl-qol hərəkətləri edərək polis əməkdaşlarından yanınmağa cəhd etmişdir. Təqsirləndirilən şəxs evinin harada yerləşməsi, həmçinin sadalanan dərman vasitələri ilə bağlı məlumatlı deyildir. Məhkəmə istintaqı zamanı şahid Sumqayıt ŞPİ-nin NBM-nın əməliyyat müvəkilli, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin üzərində gəzidirilməsində, saxlanılmasında və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə edildikdən sonra bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryolu yaşayış massivində yerləşən 2A nömrəli binanın yaxınlığında təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Sonuncunun üzərindən selofon büküm, telefon, tərəzi və 5 manat pul aşkar edilmişdir. Selofon bükümün içərisindən isə heroinə və metamfetaminə bənzər predmetlər aşkar edilmişdir. Daha sonra sənədləşmə işləri aparılmışdır. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin bildirdikləri yalandır və özünü müdafiə xarakteri daşıyır. Dərman vasitələri ilə bağlı məlumatlı deyildir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs ünvan 4, mənzil 44 yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 18:36-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-236/2024 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli “Əməliyyat-Axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxs- Təqsirləndirilən şəxs qanunsuz olaraq müxtəlif növ narkotik vasitəni tanımadığı şəxsdən əldə edib üzərində gəzdirməsi, saxlaması və satması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 06 avqust 2025-ci il tarixdə saat 18:36 radəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, yaşadığı evin yaxınlığında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predmet və əşya vardırsa, bizə təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən saxladığı ağ rəngli salafanın içərisində ümumilikdə 19 (on doqquz) bükümdə 10 (on) büküm qızılı kağızıda metamfetaminə bənzər maddələr, 9 (doqquz) büküm ağ rəngli kağızda olan heroinə bənzər maddələr, bir ədəd göy rəngli üzərinə yazılmış DİGİTAL SCALE elektron tərəzi və bir ədəd qara rəngli “Samsung S24” markalı mobil telefonu bizə təqdim etdi və tərəfimizdən həmin bükümlərə baxış keçirildi və elektron tərəzidə çəkiləri müəyyən edilərək, metamfetaminə bənzər maddələrin ümumi çəkisinin 1.67 qram və heroinə bənzər maddələrin ümumi çəkisinin 2.25 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması, kimdən, nə vaxt, haradan və neçiyə alması barədə sual olundu və sonuncu həmin maddələrin müxtəlif növ külli miqdarda narkotik vasitə olan heroin və metamfetamin olduğunu, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində adini bilmədiyi şəxsdən 150 manat pul müqabilində aldığını bildirmişdir. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş və 01 (bir) ədəd DVD əlavə olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokoldan görünür Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 18:36-də saxlanılaraq Sumqayıt ŞPİnə gətirilmişdir. Albah Səmərqənd Səmərqənd oğlu ŞPİ-yə gətirildikdən sonra inspektorkriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirildi. Albah Səmərqənd Səmərqənd oğlunun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub- olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdi. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış davam etdirilən zaman onun üzərindən başqa qanunla qadağan olunmuş əşya predmet əşya aşkar edilmədi. Daha sonra Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 bir ədəd üzərində müvafiq qeydlər aparılmış ağ rəngli DİN- nin 124 dayh möhürü ilə möhürlənmiş 3 ədəd zərfi təqdim edərək, həmin zərflərin içərisində Təqsirləndirilən şəxs saxlanılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən təqdim etdiyi 10 ədəd qızılı rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələrin, 9 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələrin və 1 ədəd göy rəngli üzərində Digital Scale yazıları olan elektron tərəzinin olduğunu bildirdi. Bundan əlavə olaraq o qeyd etdi ki, Albah Səmərqənd Səmərqənd oğlu saxlanılan zaman videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən aşkar edilən və hazırda təqdim etdiyi zərfin içərisindəki 10 ədəd qızılı rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələrin elektron tərəzidə çəkilmiş və çəkisinin büküldüyü kağızla birlikdə çəkisinin 1,67 qram, 9 ədəd ağ rəngli kağıza bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroinə bənzər maddələr elektron tərəzidə çəkilmiş və çəkisinin büküldüyü kağızla birlikdə çəkisinin 2,25 qram olduğu müəyyən edilmişdin Həmçinin digər zərfin içərisində Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli üzərində Digital Scale yazıları olan elektron tərəzinin olduğunu bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, həqiqətən Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 təqdim etdiyi möhürlənmiş zərflərin içərisindəki maddələrin və elektron tərəzinin ona məxsus olduğunu, həmin maddələri adını bilmədiyi şəxsdən şəxsi isifadəsi üçün 150 manata aldığını, elektron tərəzini İsə istifadə etdiyi narkotik vasitənin çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirdi. Həmçinin zərflərin birinin içərisində Təqsirləndirilən şəxs məxsus Samsung S24 markalı mobil telefonun olduğunu bildirdi. Şəxsi axatırş keçirilən zaman Təqsirləndirilən şəxs təqdim etdiyi 5 manat pulu və PAL MALL markalı siqaretləri iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytınldı, lakin ona məxsus Samsung S24 markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olundu və video çəkilişin müddəti saat xx.xx.2025-ci il tarixdə saat 21:00-dan-21:13-dək davam etdi. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı istifadə olunmuş “Panasonic” markalı videokamerada həkk olunmuş videoçəkiliş diskə köçürüldü və “HP” markalı kompüterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edildi. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmadı. - Məhkəmə-kimyəvi ekspertizasının 20/697 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılmış şəxs S. S. Albah..." sözləri, imzalar olan zərfdəki 01 əddə elektron tərəzinin səthində psixotrop maddə metamfetamin izləri müəyyən edildi. Elektron tərəzinin səthində psixotrop maddə metamfetamin iz şəklində olduğundan təmiz çəkisi müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Tədqiqat obyekti üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindəmn aşkar edilmiş bükümlər..." sözləri, imzalar olan zərfdəki: - 10 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.127 qram, 0.110 qram, 0.082 qram, 0.184 qram, 0.107 qram, 0.125 qram, 0.101 qram, 0.083 qram, 0.152 qram, 0.090 qram, ümumi təmiz çəkisi 1.161 qram olan ağ rəngli, kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edir; - 09 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.269 qram, 0.122 qram, 0.109 qram, 0.199 qram, 0.130 qram, 0.224 qram, 0.165 qram. 0.088 qram. 0.155 qram, ümumi təmiz çəkisi 1.461 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. - Məhkəmə-tibbi ekspertizasının 1189 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 06 avqust 2025-ci il tarixdə, saat 18:36-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsi. Dəmiryolu yaşayış massivində yerləşən 2A nömrəli binanın yaxınlığında saxlanılmış, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu deyilmiş, üzərində qanunsuz əşya vardırsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan kəsiyi, 01 ədəd elektron tərəzi, şalvarının sol yan cibindən isə 01 ədəd "Samsung S24" markalı mobil telefon, 01 ədəd siqaret qutusu təqdim etmiş, bükümdəki kütlələrin "patı" və "kola" olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən ümumilikdə 150 manata aldığını, satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən isə qanunsuz əşya aşkar edilməsə də 01 ədəd 5 manatlıq əskinas aşkar edilərək götürülmüşdür. S. Albahdan götürülmüş 01 ədəd sellofan kəsiyi açıldıqda içindən ümumilikdə 19 ədəd olmaqla 10 ədəd qızılı rəngli, 09 ədəd ağ rəngli büküm aşkar edilmiş və həmçinin öz növbəsində 10 ədəd qızılı rəngli bükümün içində psixotrop maddə metamfetaminə bənzər, 09 ədəd bükümdə isə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, metamfetamin kütlələrinin ümumi çəkisi 1.67 qram, heroin kütlələrinin ümumi çəkisi isə 2.25 qram müəyyən edi İmişdir. Kütlələr qabşaldırılmış və daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd elektron tərəzi, həmçinin mobil telefon qablaşdırılmışdır. Qablaşdırılmazdan əvvəl elektron tərəzinin işlək vəziyyətdə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs tərəzidən öz doza miqdarını müəyyən etməkdən ötrü istifadə etdiyini bildirmişdir. Kütlələr, elektron tərəzi və mobil telefon qablaşdırıldıqdan sonra götürülmüş, 01 ədəd siqaret qutusu və 01 ədəd 5 manatlıq əskinas S. Albahya geri qaytarılmışdır. Daha sonra Sumqayıt ŞPİ-nin inzibati binasına gedilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisi X1 və ŞPİ- nin NMB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs saxlanıldığı zaman bildirdiklərini təkrarlamış, o cümlədən yaşadığı ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldığını, üzərindən aşkar olunmuş kütlələri istifadəsi üçün 150 manata aldığını bildirmişdir. - xx.xx.2025-ci il tarixli “telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd telefon ağıllı telefon kateqoriyalı, "Samsung S24" markalı mobil telefondur. Telefonun arxa qoruyucu örtüyü vardır, korpusu boz rənglidir, korpusun və ekranın üzərində zədə aşkar edilmir. Telefon saz vəziyyətdədir, daxilində sim kart vardır. Mobil telefona sosial şəbəkələr yüklənilmişdir. Mobil telefonun zənglər, mesajlar tarixçəsində, həmçinin digər fayıllarında iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, "Samsung S24" markalı mobil telefon, arxa qoruyucu örtüyü və daxilindəki sim kart ilə birlikdə X2 qaytarılmışdır. -Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD diskdə olan ***-***-**-** saylı mobil nömrənin sms tarixçəsi və zənglərin detallaşması ilə bağlı məlumatların əks olunduğu 04 ədəd qovluqda cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər m əh k u m olunmamışdır. - xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Polis İdarəsinin məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə tərəfimizdən keçirilən əməliyyat tədbirləri çərçivəsində xx.xx.2002-ci il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin istifadəçisi olması ilə bərabər satışı ilə məşğul olması barədə əməliyyat məlumatları əldə olunsa da, Səmərqənd Albahnın üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini və narkotik vasitəh heroini konkret olaraq kimdən, nə vaxt və harada əldə etməsi müəyyən edilməmişdir. Gələcəkdə bu istiqamətdə aparılan əməliyyat-axtarış tədbirləri davamında müsbət nəticə əldə olunacağı təqdirdə, əlavə olaraq istintaqa məlumat veriləcəyi qeyd edilmişdir. - Məhkəmə-narkoloji ekspertizasının 5346 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Albah Səmərqənd Səmərqənd oğlunda Opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-dən alınan məlumata əsasən Albah Səmərqənd Səmərqənd oğlu xx.xx.2024-cü il tarixdən Sumqayıt ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. -Cinayət işinin materiallarında olan komisyon kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının 19 sentyabr 2025-ci il tarixli, 3185 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sözügedən əməli törədərkən onda üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan "üzvi şəxsiyyət pozuntusu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional reaksiyalara meyillilik, hövsələsizlik, implsivlik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İttiham olunduğu əməl zamanı Təqsirləndirilən şəxs emosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. - Cinayət işinin materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. - xx.xx.2025-ci il “əşyaların maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 10 ədəd bükümdə ümumi təmiz çəkisi 1.161 qram (qalıq 1.061 qram) olan psixotrop maddə metamfetamin, 09 ədəd bükümdə ümumi təmiz çəkisi 1.461 qram (qalıq 1.281 qram) narkotik vasitə heroin, həmçinin Səmərəqənd Albalmın saxlanılıb üzərinin yoxlanılmasını və polis idarəsində şəxsi axtarış keçirilib, aşkar olunmuş əşyanın götürlməsini əks etdirən 02 ədəd diskdə videogörüntülər maddi sübut hesab edilsin. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəs ində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilib, üzərindən aşkar olunmuş 10 ədəd bükümdə psixotrop maddə metamfetamin, 09 ədəd bükümdə narkotik vasitə heroin kütlələrini şəxsi istifadəsi üçün əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirməsi öz məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilərək rədd edilsin, ifadəsinin həmin hissəsində bildirdikləri sübut kimi qəbul edilməmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 10 ədəd bükümdə ümumi təmiz çəkisi 1,161 qram (qalıq 1,061 qram) psixotrop maddə metamfetamin, 09 ədəd bükümdə ümumi təmiz çəkisi 1,461 qram (qalıq 1,281 qram) narkotik vasitə heroin. həmçinin Səmərəqənd Albalının saxlanılıb üzərinin yoxlanılmasını və polis idarəsində şəxsi axtarış keçirilib, aşkar olunmuş əşyanın götürlməsini əks etdirən 02 ədəd diskdə videogörüntülərin maddi sübut hesab edilməsi nəzərə alınsın, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış 1,061 qram psixotrop maddə metamfetamin. qalıq qalmış 1.281 qram narkotik vasitə heroin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməli, 02 ədəd diskdə videgörüntülər cinayət işinin materiallarında saxlanılmışdır. Narkotik vasitənin və psixotrop maddənin çəkisindəki fərqin polis əməkdaşı tərəfindən həmin kütlələrin bükümü ilə birlikdə miqdarının hesablandığı nəzərə alınmaqla daha yüksək dəqiqlikli ekspert tədqiqatları göstəricisi mötəbər sübut kimi qəbul edilmişdir. Cinayət işi üzrə dindirmə protokolları, şübhəli şəxsin üstünün yoxlanması və götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, maddi sübutlar və digər istintaq materialları sübut növü kimi qiymətləndirilsin, toplanmış sübutlar kifayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2025-ci il tarixli 8 №-li qərarının: - 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. - 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin Məcəllənin 234.2-ci maddəsinin tərkibini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (aşkar edilmiş tərəzinin, narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə elektron tərəzinin, narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını etiraf edib, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərdə də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və bir ədəd elektron tərəzini təqdim edərək ona məxsus olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (aşkar edilmiş tərəzinin, narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermiş, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən disklərdən, məhkəməkimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 3-cü qrup əlil olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, ilk dəə cinaəy törətməsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,281 qram çəkidə narkotik vasitə heroin, 1,061 qram psixotrop maddə “metamfetamin” və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə bağlı narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması və Sumqayıt ND-də F19x2 diaqnozu ilə dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100,00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-732/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 1849 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə bağlı narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması və Sumqayıt ND-də F19x2 diaqnozu ilə dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,281 qram çəkidə narkotik vasitə heroin, 1,061 qram psixotrop maddə “metamfetamin” və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100,00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar