Məhkəmə qərarları › İş №1(060)-733/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-733/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-733/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Zəngilan rayonu, Məlikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, BTZ bağları, fərdi evdə yaşayan, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-369/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,129 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində Sumqayıt şəhəri, BTZ bağlan ərazisində yerləşən "Brend" marketin qarşısında Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 5-ci PB-уэ gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofan bükümə bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,129 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, gödəkçənin sol yan cibindən üzərində heroin izləri olan 01 (bir) ədəd 2ml-lik şpris və 01 (bir) ədəd şüşə ampula aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı bir nəfər şəxsdən öz şəxsi istifadə üçün 20 (iyirmi) manat müqabilində 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin almış, həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində tanışı Elminlə birgə Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən "‘Brend” marketin qabağında olarkən mülki geyimli bir neçə şəxs onlara yaxınlaşaraq PPX əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları ilə həmsöhbət olduqları zaman onlara özlərini şübhəli apardıqlarını deyib, üzərlərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmadığını soruşmuşlar. O həmin vaxt polis əməkdaşları tərəfindən Polis Bölməsinə aparılıb üzərinə şəxsi axtarış keçirilə biləcəyini bildiyi üçün etiraf edib üzərində narkotik vasitə heroin olduğunu demişdir. Onunla birgə Elmin də üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına demişdir. Halbuki həmin vaxta qədər o Elminin üzərində narkotik vasitə olmasını bilməmişdir. Bundan sonra polis əməkdaşları onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etdikləri üçün onlara etiraz etməyib birlikdə Polis Bölməsinə getmişlər. Orada ona növbədə olan vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıda adı qeyd olunmuş Sahil Allahverdiyevin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş apanlmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmişdir. O özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroini, həmin gödəkçənin sol yan cibindən 02 (iki) ədəd istifadə olunmamış tibbi şprisi, 01 (bir) ədəd istifadə olunmuş tibbi şprisi, 01 (bir) ədəd tibbi ampula qırığını, əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən isə 01 (bir) ədəd «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Daha sonra həmin büküm açıldıqda, içərisində narkotik vasitə olan heroin müəyyən edilmişdir. Sorğu zamanı o üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu Sulutəpə qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata alıb üzərində gəzdirdiyini, üzərindən aşkar olunmuş 01 (bir) ədəd istifadə olunmuş tibbi şprisi və 01 (bir) ədəd tibbi ampula qırığını özü narkotik vasitə qəbul edən zaman istifadə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış aparmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində daşımış, kimsəyə vermək fikri olmamışdır. Himayəsində 01 (bir) azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində postaçı yoldaşı polis serjantı Şahid1 ilə birlikdə 9187 çağırışlı avtopatrulda Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən «Brend» marketin yaxınlığında xidmət aparan zaman 02 (iki) nəfər şəxsin avtopatrulu görüb özlərini şübhəli apardıqları üçün onlara yaxınlaşıb özlərini təqdim edib söhbət apararaq üzərlərində qeyriqanuni əşya olub-olmadığını soruşduqda, hər ikisi üzərlərində narkotik vasitə olduğunu etiraf etdikləri üçün onları aidiyatı üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə dəvət etmişlər. Onlar da etiraz etmədən Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gəlmişlər. Bölməyə gətirildikdən sonra onlara məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və Elmin Azər oğludur. Bölmənin xidməti otaqlardan birində ayrı-ayrılıqda onların üzərlərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Belə ki, xidməti otaqların birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı X4 Səfərzadəyə özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş etmiş və saxlanmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Daha sonra onlar yenə də özlərini təqdim etmişlər. Xəyalın üzərinə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili Sahil Allahverdiyev təqdim olunmuş, o bildirişlə tanış olmuş və vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli parça gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd bükümdə şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroin, həmin gödəkçənin sol yan cibindən 02 (iki) ədəd istifadə olunmamış tibbi şpris, 01 (bir) ədəd istifadə olunmuş tibbi şpris, 01 (bir) ədəd tibbi ampula qırığını, əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən isə 01 (bir) ədəd «Samsung» markalı mobil telefonu təqdim etmişdir. Daha sonra həmin büküm açıldıqda, içərisində narkotik vasitə olan heroin müəyyən edilmişdir. Sorğu zamanı Xəyal üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata alıb üzərində gəzdirdiyini, üzərindən aşkar olunmuş 01 (bir) ədəd istifadə olunmuş tibbi şprisi və 01 (bir) ədəd tibbi ampula qırığını özü narkotik vasitə qəbul edən zaman istifadə etdiyini bildirmişdir. Həmin vaxt Xəyalın üzərindən aşkar olunmuş heroin elektron tərəziyə qoyulub çəkilmiş, aşkar olunmuş həmin maddə, eləcə də 01 (bir) ədəd istifadə olunmuş şpris və 01 (bir) ədəd tibbi ampula qırığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa sübut əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində üzərlərində narkotik vasitə olması ilə əlaqədar Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən «Brend» marketin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PByə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin baş inspektoru tərəfindən videoçəkiliş aparılmaqla baş təhqiqatçı Zaur Ağayev Təqsirləndirilən şəxs özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş etmiş, saxlanmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Xəyalın üzərinə şəxsi axtarışa başlamazdan əvvəl baş təhqiqatçı Zaur Ağayev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili Sahil Allahverdiyev təqdim olunur, o bildirişlə tanış olub, vəkilə etiraz etmir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildiriləcək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli parça gödəkçənin sağ yan cibindən 01 (bir) bükümdə şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroin, həmin gödəkçənin sol yan cibindən 02 (iki) ədəd istifadə olunmamış tibbi şpris, 01 (bir) ədəd istifadə olunmuş tibbi şpris, 01 (bir) ədəd tibbi ampula qırığını, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) qutu «Kent» markalı siqaret, 01 (bir) ədəd alışqan, həmin şalvarın sol yan cibindən isə 01 (bir) ədəd «Samsung» markalı mobil telefonu təqdim edir. Daha sonra həmin büküm açıldıqda, içərisində narkotik vasitə olan heroin müəyyən edilir. Sorğu zamanı Xəyal üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Sulutəpə qəsəbəsi ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata alıb üzərində gəzdirdiyini, üzərindən aşkar olunmuş 01 (bir) ədəd istifadə olunmuş tibbi şprisi və 01 (bir) ədəd tibbi ampula qırığını özü narkotik vasitə qəbul edən zaman istifadə etdiyini bildirir. Həmin vaxt Xəyalın üzərindən aşkar olunmuş heroin tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 1,22 qram olduğu müəyyən edilir və aşkar olunmuş həmin maddə, eləcə də 01 (bir) ədəd istifadə olunmuş şpris və 01 (bir) ədəd tibbi ampula qırığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa sübut əhəmiyyət kəsb edən əşya aşkar olunmur. Xəyalın üzərindən aşkar olunan 02 (iki) ədəd istifadə olunmamış şpris, 01 (bir) qutu «Kent» markalı siqaret və 01 (bir) ədəd ahşqan onun özünə qaytarılır, 01 (bir) ədəd «Samsung» markalı mobil telefon isə götürülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2009 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Arayışlar üçün №242»-li dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,1129 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd 02 ml-lik şprisin və 01 ədəd şüşə ampulanın içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Qeyd: Heroinin təmiz çəkisi 1,129 qram, tədqiqata sərf edildi 0,05 qram, qahq 1,079 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2023-cü il tarixli, 2327 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,129 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,079 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-369/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş mateialarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 469 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2019-cu il təvəllüdlü X1). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-cimaddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilməli və onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-369/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 1,129 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,079 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-369/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,079 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar