Məhkəmə qərarları › İş №1(060)-734/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-734/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-734/2022 16.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,594 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Novruz küçəsi, “Panarama” restoranının yanında Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılıb xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,594 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31 may 2022-ci il tarixdə saat 15:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Novruz küçəsində yerləşən “Panarama” restoranının yanında olarkən 02 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz olaraq istifadə etməkdə, saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğundan saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 1-ci PB-nə getmişdir. PB-nə getdikdən sonra ona şübhəli şəxs qismində tutulacağı bildirilmiş və özünə müdafiəçi seçməyi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. O, həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün X1. Həmin vəkil PB-nə gəldikdən sonra üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona özünü təqdim etməyi bildirildikdə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona saxlanılmağının səbəbi izah edilmiş, sonra onu saxlayan polis əməkdaşları özlərini təqdim etmişdir. Ona müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Emil Mirzəyev təqdim edilmişdir. Ona hüquq və vəzifələri izah edilməklə hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirmişdir. Ona üzərində olan əşyaları təqdim etməyi bildirildikdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən digər əşya, predmet aşkar edilməmişdir. Ona ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümün narkotik vasitə “kakos” olduğunu, istifadəçisi olduğunu, 02 (iki) gün əvvəl 20 yanvar adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manata aldığını, 01 (bir) ildir “kakos” və “patı” adlanan narkotiklərdən istifadə etdiyini bildirmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmişdir. Aşkar edilmiş 01 (bir) ədəd büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Müdafiəçisinin suallarına cavab olaraq polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmadığını bildirmişdir. O, saxlanılarkən, 1-ci PB-nə aparılarkən və PB-də olarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, qeyd olunan heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Novruz küçəsində yerləşən “Panarama” restoranının yanında o və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Orxan Rzayev tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin istifadəsi, saxlaması və üzərində gəzdirməsində şübhəli olduğuna görə saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onlarla birlikdə 1-ci PB-nə getmişdir. 1-ci PB-nə getdikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı bildirilmiş və özünə müdafiəçi seçməyi üçün təhqiqatçı tərəfindən Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün X1. Həmin vəkil PB-nə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməyi bildirildikdə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmağının səbəbi izah edilmiş, sonra Təqsirləndirilən şəxs saxlayan o və Orxan Rzayev özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Emil Mirzəyev təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməyi bildirildikdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən digər əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümün narkotik vasitə “kakos” olduğunu, istifadəçisi olduğunu, 02 (iki) gün əvvəl 20 yanvar adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manata aldığını, 01 (bir) ildir “kakos” və “patı” adlanan narkotiklərdən istifadə etdiyini bildirmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş 01 (bir) ədəd büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev özünü təqdim edib saxlanılan şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilir. Polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Emil Mirzəyev təqdim edilir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi bildirildikdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd büküm çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərindən digər əşya, predmet aşkar edilmir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümün narkotik vasitə “kakos” olduğunu, istifadə etdiyini, 02 (iki) gün əvvəl 20 yanvar adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manata aldığını, 01 (bir) ildir “kakos” və “patı” adlanan narkotiklərdən istifadə etdiyini bildirir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Aşkar edilmiş 01 (bir) ədəd büküm tərəzidə çəkildikdə çəkisinin 0,74 qram olması müəyyən olunur. Daha sonra aşkar olunmuş 01 (bir) ədəd büküm qablaşdırılaraq götürülür. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin gün 40 dəqiqə 01 (bir) saat əvvəl Novruz küçəsində yerləşən “Panarama” restoranının yanında saxlanıldığını, polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmadığını bildirir. Videoçəkiliş yekunlaşır. Odur ki, qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmalı və cinayət işinə əlavə edilməlidir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3054 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,594 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,594 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,544 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X4" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli, 3418 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,594 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,544 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin şərtlərini pozduğundan təqsirləndirilən şəxs barəsində axtarış elan edlməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmiş və tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 124-13673-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,594 qram narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,544 qram heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,544 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar