Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-734/2025 19.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, mebel ustası işləmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının müddəti bitmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, BTZ bağları, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 0,295 qram çəkidə ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 23 iyul 2025-ci il tarixdə saat 10:40-da həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, BTZ bağları, Sumqayıt şəhər qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 01 (bir) qutu “Winchester” markalı siqaret qutusunun içərisində saxladığı qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə çəkisi 0,295 qram olan həmin psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, BTZ bağlarından evə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları özlərini təqdim edib ona üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşdur. O, üzərində olan 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümdə metamfetamin var idi. O, içərisində metamfetamin olan 01 ədəd bükümü Novxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdı. O, saxlanıldığı vaxtdan 5-6 ay əvvəldən metamfetamin istifadə etməyə başladığını, yalnız psixotrop maddə olan metamfetamin istifadə etdiyini bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, o, saxlanılarkən və polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq edilməmişdir. Bölməyə getdikdən sonra müdafiəçi ilə təmin olunmuşdur. O, qeyri-rəsmi olaraq ailəli olduğunu, daha əvvəl isə rəsmi evli olub ayrıldığını, birinci ailəsindən bir uşağı, ikinci ailəsindən isə iki uşağı olduğunu söyləmişdir. Birinci ailəsindən ayrılsa da, keçmiş arvadı uşaqlar üçün aliment tələb etməmişdir. Lakin, o, uşaqların xərclərinin ödənilməsində iştirak edir, gedib-gəlir, onlarla görüşür. O, əməlindən peşman olduğunu, azyaşlı uşaqlarının olduğunu bildirərək, barəsində amnistiya qərarının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, barəsində amnistiya qərarının tətbiq edilməsinə dair ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, Sumqayıt şəhəri, BTZ bağları, Sumqayıt şəhər qəbiristanlığı yaxınlığında “pusqu” qurub ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görmüş və onu xx.xx.2025-ci il tarixdə saat 10:40-da videoçəkiliş aparılmaqla piyada hərəkətdə olarkən saxlamışlar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini, yəni, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğunu bildirmiş, hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya, narkotik vasitə olubolmamasını soruşanda sonuncu üzərində psixotrop maddə bükümü olduğunu bildirmiş əynində olan şalvarının cibində saxladığı qızılı rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümü çıxardıb təqdim etmişdir. Qanuna müvafiq qaydada Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə vizual olaraq baxdıqda içərisində şəffaf rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Daha sonra tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra aşkar olunmuş 01 ədəd bükümü tərəfindən tərəzi vasitəsi ilə ölçülərkən çəkisinin 0,47 qram olması müəyyən olunmuş, həmin büküm xüsusi qaydada qablaşdırılaraq zərfin üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükümü xx.xx.2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün alıb üzərində saxladığı demişdir. Daha sonra Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nın inzibati binasına gəlmişlər. Sumqayıt Şəhər Polis İdarəsinin 5ci PB-nın inzibati binasında, xidməti otaqlardan birində təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etmiş, onu hüquqlarının müdafiəsi üçün vəkil ilə təmin etmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümün qablaşdırıldığı zərf təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və qablaşdırılmış bağlamanı açmış içərisində olan bükümə bir daha baxış keçirilmişdir. Daha sonra təhqiqatçı həmin bükümü yenidən müvafiq qaydada qablaşdıraraq üzəri möhürləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəmədə dindirilmiş digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin kiçik inspektoru Şahid3 istintaqdakı ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, məhkəmə iclasında iştirak edən digər şahidlər Şahid2 və Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onların ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1) Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokola və həmin əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirməsi, qəbulu və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə, saat 10:40-da Sumqayıt şəhəri, BTZ bağları, Sumqayıt Şəhər qəbiristanlığı yaxınlığında saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə, üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cib hissəsindən 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Həmin metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,47 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. (i.v.6-7) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:40 radələrində Sumqayıt şəhəri, BTZ bağları, Sumqayıt Şəhər qəbiristanlığı yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması nəzərdə tutulmuşdur. (i.v. 25) Şəxsi axtarış və təqdim olunmuş əşyanın götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokola və həmin əməliyyat axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2025ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin xidməti otağında Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona narkotik maddələrin üzərində gəzdirməsində, qəbulu yə dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu bildirilərək, ona müdafiəçi təqdim olunmuş, videoçəkilişlə qeydə alınmaqla üzərində şəxsi axtarış aparılacağı izah olunmuşdur. Ona üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmiş və şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim olunan Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar olunaraq müvafiq qaydada qablaşdırılmış bir ədəd ağ rəngli kağız zərfdə olan bağlamaya baxış keçirilmişdir. Həmin zərfin üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,47 q kütlə; Saxlanılan şəxs: imza Təqsirləndirilən şəxs; İştirakçı: imza Şahid2; Tərtib etdi: imza Şahid1” sözləri yazılmışdır. Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin nə olduğu soruşulduqda həmin kütlənin narkotik vasitə olan “şüşə” olduğunu bildirmişdir. Ondan həmin kütləni haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşduqda, həmin narkotik vasitəni həmin gün səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində adını bilmədiyi şəxsdən 10 (on) manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümdə olan kütlə maddi sübut əhəmiyyəti kəsb edə biləcəyindən ekspertizaya göndərilməsi üçün götürülmüşdür. (i.v.26-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/641 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №242” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 0,47 qr kütlə; Saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs; İştirak etdi: /imza/ Şahid2; tərtib etdi /imza/ Şahid1 əl yazıları olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,295 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edildi 0,295 qram, nümunə götürüldü 0,05 qram, 0,245 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. (i.v.44-47) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmişdir. (i.v.70-71) Tutulmuş təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin MSY-dən həmin tarixdə saat 10:00-da azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v.91-92) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-758/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v 99-101) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qutardığı üçün qeydiyyatdan çıxarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qutarmışdır. (i.v.115- 117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 4597 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.124-125) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində xx.xx.2025-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri düzgün və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,295 qram psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla tədqiqatdan sonrakı qalıq qalmış çəkisi - 0,245 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında 23 iyul 2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (i.v.127-139) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-734/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, o, tutulanadək iş üzrə icraat dayandırılmışdır. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-xx/xx/27467/2025 nömrəli məktubunda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilməsi qeyd edilmişdir. AZ-T seriyalı №329705 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Əlizadə Dəniz adlı qızı vardır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Əlizadə Dəniz və xx.xx.2016-cı il təvəllüdlü Əliyev Əli adlı uşaqları vardır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağının olması müəyyən edilmiş və bu səbəbdən də “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin onun barəsində tətbiq edilməsi əsasları yaranmışdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 6-cı bəndinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Həmin Qərarın 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiqi dairəsinə düşmür. Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə uğun olaraq Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, həmin qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin onun barəsində müəyyən edilməməsini və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə müdafiə tərəfinin razılığının olmasını nəzərə alaraq hesab edir ki, qeyd edilən Amnistiya qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 4597 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,245 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının cəmi xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş X4 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 24 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən) 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 356, 381 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,245 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 24 saata görə 264 (iki yüz altmış dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-734/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-734/2025
19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver