Məhkəmə qərarları › İş №1(060)-735/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-735/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-735/2024 20.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində fərdi evdə kirayədə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama qərarına gələrək, yaşadıqları evdə müvəqqəti qalıb müalicə alan xalası Zərərçəkmiş şəxs məxsus evin giriş qapısının açarını götürdükdən sonra sonuncunun yaşadığı ünvan 3 ünvanda yerləşən evinə daxil olub oradan oğurluq etmək məqsədilə uyğun vaxt və əlverişli şərait yaranmasını gözləyib xx.xx.2024-cü il tarixdə gecə saatlarında və xx.xx.2024-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı evinə qanunsuz daxil olub evdə qonaq otağında olan masanın siyirməsindən 01 ədəd 550 manat dəyərində 750 əyarlı, İtaliya istehsallı 5 qram çəkidə qızıl boyunbağ, 01 ədəd 680 manat dəyərində 585 əyarlı, Türkiyyə istehsallı 8 qram çəkidə qızıl boyunbağ, 01 ədəd 765 manat dəyərində 585 əyarlı, Türkiyyə istehsallı 9 qram çəkidə qızıl boyunbağ, 01 ədəd 850 manat dəyərində 585 əyarlı, Türkiyyə istehsallı 10 qram çəkidə qızıl boyunbağ, 01 ədəd 595 manat dəyərində 585 əyarlı, Türkiyyə istehsallı 7 qram çəkidə qızıl boyunbağ, 01 ədəd 1100 manat dəyərində 750 əyarlı, İtaliya istehsallı 10 qram çəkidə qızıl qolbaq, 01 ədəd 765 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 9 qram çəkidə qızıl qolbaq, 01ədəd 425 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 5 qram çəkidə qızıl qolbaq, 01 ədəd 340 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 4 qram çəkidə qızıl qolbaq, 01 ədəd 255 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 3 qram çəkidə qızıl qolbaq, 01 ədəd 340 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 4 qram çəkidə qızıl qolbaq, 01 ədəd (tək) 420 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 7 qram çəkidə (qırıntı kimi) qızıl sırğa, 01 cüt 255 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 3 qram çəkidə qızıl sırğa, 01 cüt 170 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 2 qram çəkidə qızıl sırğa, 01 ədəd 595 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 7 qram çəkidə qızıl üzük, 01 ədəd 510 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 6 qram çəkidə qızıl üzük, 01 ədəd 425 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 5 qram çəkidə qızıl üzük, 01 ədəd 425 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 5 qram çəkidə qızıl üzük, 01 ədəd 595 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 7 qram çəkidə qızıl üzük, 01 ədəd 425 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 5 qram çəkidə qızıl üzükləri vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 10.485 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində yerləşən fərdi evdə anası Simnarə ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun doğma xalasıdır, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Betonzavod ərazisində fərdi evdə yaşayır. Xalası Fərqanə əməliyyat olunduqdan sonra xx.xx.2024-cü il tarixdə onların evinə ona qulluq olunması üçün gəlib qalmış, həmçinin Fərqanənin oğlu Turqay da onlarda qalmışdır. Fərqanəyə onun anası qulluq etmişdir. Onun anası da xərçəng xəstəsidir, əməliyyat olunmuşdur. Maddi vəziyyətləri çətindir. Xalası Fərqanənin maddi imkanı yaxşıdır. Ona görə də Fərqanə onların evində qalanda onun evinə girib oğurluq etmək qərarına gəlmişdir. Fərqanənin evində qonaq otağında stolun siyirməsində qızıl-zinyət əşyaları saxladığını əvvəldən bilmiş, onlarda olan zaman Fərqanənin bir neçə dəfə həmin yerdən qızıl-zinyət əşyalarını götürüb qoyduğunu görmüşdür. Fərqanə onların evlərində olan zaman ev açarını otaqda güzgülü dolabının üzərinə qoyduğunu görmüş və xx.xx.2024-cü il tarixdə gecə saatlarında Fərqanə yatan zaman onun ev açarını götürüb onun yaşadığı evinə getmişdir. Həyətə daxil olmuş və Fərqanənin 1 mərtəbəli evinin giriş qapısını açarla açıb evə daxil olmuş, qonaq otağındakı stolun siyirməsini açıb orada çoxlu qızıl-zinyət əşyalarının olduğunu görmüş, həmin qızıl-zinyət əşyalarının bir hissəsini götürmüşdür ki, xalası oğurluğu bunu hiss etməsin. Sonra evin qapısını kilidləyib həyəti tərk etmişdir. Evə gəlib açarı götürdüyü güzgü dolabının üzərinə qoymuşdur. Səhər saatlarında evdən çıxıb Fərqanənin evindən oğurladığı qızıl-zinyət əşyalarından 03 ədəd qızıl qolbaq və 01 ədəd qızıl üzüyü Sumqayıt şəhəri Karvan bazarının yaxınlığında qızıl alqı-satqısı mağazasında mobil telefonunda olan şəxsiyyət vəsiqəsinin fotoşəklini göstərib ümumilikdə 1890 manata satmışdır. Əldə etdiyi pulu özünə xərcləmişdir. Bundan sonra Fərqanənin evindən oğurladığı onda qalan 01 ədəd qızıl boyunbağı və 01 cüt qızıl sırğanı Bakı şəhəri, Əcəmi metrosu yaxınlığında yerləşən "Moskva" univermağının yaxınlığındakı qızıl alqı-satqısı mağazasında mobil telefonunda olan şəxsiyyət vəsiqəsinin fotoşəklini göstərib ümumilikdə 1250 manata satmışdır. Həmin vaxtı tanışı İqbal və əmisi Namiqin oğlu Pərvin də onun yanında olmuşdur. Əldə etdiyi pulu özünə xərcləmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə yenə də eyni yolla Fərqanənin evinin açarını götürüb gündüz saatlarında onun evinə qapını açıb daxil olmuş, qonaq otağındakı stolun siyirməsini açıb orada qutularda olan qızıl-zinyət əşyalarından bir hissəsini özü ilə götürmüş, sonra evin qapısını kilidləyib həyəti tərk etmişdir. Evə gəlib açarı götürdüyü güzgülü dolabın üzərinə qoymuşdur. Fərqanə bunu hiss etməmişdir. Ertəsi gün xx.xx.2024-cü il tarixdə günorta saatlarında Fərqanənin evindən oğurladığı qızıl-zinyət əşyalarını "Moskva" univermağının yaxınlığında yerləşən qızıl alqı-satqısı mağazasına satmağa getmiş, orada satcıya mobil telefonunda olan şəxsiyyət vəsiqəsinin fotoşəklini göstərib qızılları satmaq istədiyini dedikdə, həmin satıcı şəxsiyyət vəsiqənin özünü istəmiş, o, şəxsiyyət vəsiqəni əvvəldən itirdiyinə görə də tanışı taksi sürücüsü olan Asifə zəng edərək qızıl satmağı üçün öz şəxsiyyət vəsiqəsini götürüb onun olduğu yerə gəlməsini xahiş etmişdir. Asif gəlmiş, Asifə qızılı onun şəxsiyyət vəsiqəsilə satmaq istədiyini demiş, Asif etiraz etməmiş, birlikdə biraz əvvəl müraciət etdiyi qızıl alqı-satqısı mağazasına getmiş, orada Asif öz şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra o, da 02 ədəd qızıl boyunbağ, 02 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbağı ümumilikdə 1500 manata satmışdır. xx.xx.2024-cü il tarixdə oğurladığı qızıllardan 01 ədəd qızıl boyunbağ, 01 ədəd "şahməran" modelli qızıl qolbağı, 01 ədəd qızıl qolbağ və 01 cüt qızıl sırğanı ümumilikdə 1600 manata bundan əvvəlki mağazaya satmışdır. Həmin qızılları satarkən Asif yanında olmuş və öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə onda qalan oğurluq qızıllardan 01 ədəd qızıl boyunbağ, 02 ədəd qızıl üzük və 01 ədəd qızıl sırğanı ümumilikdə 1350 manata bundan əvvəlki mağazaya satmışdır. Həmin qızılları satarkən Asif yanında olmuş və öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Əldə etdiyi pulları özünə xərcləyib sərf etmişdir. xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət olunanda bilmişdir ki, xalası Fərqanə evindən qızılların oğurlanması ilə bağlı polisə şikayət etmişdir. O da törətdiyi oğurluğu etiraf etmişdir. Asif, İqbal, əmisi oğlu Pərvin və qızılları ondan qəbul edən satıcılar həmin qızılzinyət əşyaları oğurladığını bilməmişlər. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş maddi ziyanı ödədiyini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi evdə oğlu Turqayla birlikdə yaşayır. Fərdi qaydada geyim əşyaları, həmçinin onlayn qaydada ətir və qızıl-zinyət əşyaları satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə səhhəti ilə bağlı Bakı şəhərində əməliyyat olunmuş və 2 gündən sonra Sumqayıt şəhəri, 76-cı məhəllədə fərdi evdə yaşayan bacısı Şahid6 evinə ona qulluq olunması üçün getmiş və xx.xx.2024-cü il tarixə qədər bacısının evində qalmışdır. Oğlu Turqay da onunla qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində öz evinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində evdə qonaq otağında olan stolun siyirməsində saxladığı qızıl-zinyət əşyalarına baxanda qızıl-zinyət əşyaların bir neçə qutuların boş olduğunu aşkar etmiş, bilmişdir ki, evindən oğurluq olmuşdur və bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis işçiləri gəlib araşdırma aparmışlar və araşdırma zamanı oğurluq hadisənin bacısı Simnarənin oğlu Qəhrəmanın törətməsi məlum olmuşdur. Qəhrəman onun onların evində qaldığı müddət ərzində evinin açarını gizlin götürüb evinə daxil olaraq qızıl-zinyət əşyalarını oğurlamışdır. İlkin ifadəsində evindən baş vermiş oğurluq nəticəsində ona dəymiş maddi ziyanın ümumilikdə təxminən 20.000 manat olduğunu, qızıl-zinyət əşyalarının isə təxminən 245 qram olduğunu göstərmişdir. Evində qızıl-zinyət əşyalarının oğurlandığını aşkar edən vaxtı həyəcanlı və stresli vəziyyətdə olduğuna görə də ona dəymiş maddi ziyanın məbləğini düz qeyd etməmişdir. Ona məxsus ümumi təxminən 10.000 manat qiymətində 01 ədəd 5 qram çəkidə 750 əyarlı, 01 ədəd 8 qram çəkidə 585 əyarlı, 01 ədəd 9 qram çəkidə 585 əyarlı, 01 ədəd 10 qram çəkidə 585 əyarlı, 01 ədəd 7 qram çəkidə 585 əyarlı boyunbaqlar, 01 ədəd 10 qram çəkidə 750 əyarlı, 01 ədəd 9 qram çəkidə 585 əyarlı, 01 ədəd 5 qram çəkidə 585 əyarlı, 01 ədəd 4 qram çəkidə 585 əyarlı, 01 ədəd 3 qram çəkidə 585 əyarlı, 01 ədəd 4 qram çəkidə 585 əyarlı qolbaqlar, 01 ədəd (tək) 7 qram çəkidə 585 əyarlı, 01 cüt 3 qram çəkidə 585 əyarlı, 01 cüt 2 qram çəkidə 585 əyarlı sırğalar, 01 ədəd 7 qram çəkidə 585 əyarlı, 01 ədəd 6 qram çəkidə 585 əyarlı, 01 ədəd 5 qram çəkidə 585 əyarlı, 01 ədəd 5 qram çəkidə 585 əyarlı, 01 ədəd 7 qram çəkidə 585 əyarlı, 01 ədəd 5 qram çəkidə 585 əyarlı üzükləri oğurlanmışdır. 750 əyarlı olan qızıllar İtaliya istehsallı, 585 əyyarlı qızılları isə Türkiyyə istehsallıdır. Ona görə də evindən baş vermiş oğurluq nəticəsində ona dəymiş maddi ziyanın 10.000 manat olması dəqiqdir. Həmçinin ona dəymiş maddi ziyan bacısı Simnarə tərəfindən tam olaraq ödənilmişdir. Ona dəymiş maddi ziyanla bağlı heç bir şikayəti yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Əliabbas oğlu ifadəsində göstərdi ki, təxminən 3 aydır qızıl-zinyət əşyalarının satışı ilə məşğul olur. Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin arxa hissəsində qızıl alqı-satqısı köşkündə işləyir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında iş yerində olan zaman mağazaya bir nəfər cavan oğlan gəlib qızıl-zinyət əşyalarını satmaq istədiyini demişdir. Sonradan adını Qəhrəman bildiyi şəxsdən şəxsiyyət vəsiqəsini verməsini demiş, Qəhrəman öz mobil telefonunda şəxsiyyət vəsiqənin fotoşəklini göstərmiş, o, kitabçada qeydiyyatını aparıb Qəhrəmanın ona təqdim etdiyi qızıllara baxıb tərəzidə çəkmiş, 01 ədəd qızıl üzük 1,33 qram çəkidə 585 əyyarlı, 01 ədəd qızıl qolbaq 10,82 qram, 01 ədəd qızıl qolbaq 4,70 qram və 01 ədəd qızıl qolbaq 4,84 qram çəkidə 750 əyyarlı olmaqla Qəhrəmana ümumilikdə 1890 manat pul vermişdir. Qəhrəmandan aldığı qızıl-zinyət əşyalarını bir neçə gündən sonra tanımadığı müştərilərə satmışdır. Təqsirləndirilən şəxs aldığı qızıl əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. Qəhrəmandan qızıllar barədə soruşduqda, ailə üzvlərinə məxsus olduğunu, hazırda maddi vəziyyətinə görə satdığını demişdir. Qəhrəmanın danışığı və hərəkətləri heç bir şübhə yaratmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Hüseyli Qəhrəman onun əmisi oğludur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında olan zaman Qəhrəman ona zəng edərək görüşmək istədiyini demiş və görüşmüşlər, sonra piyada Moskva univermağına tərəf gəlmişlər. Qəhrəman demişdir ki, qızıl satmaq istəyir, o, qızılların kimə məxsus olduğunu soruşanda, Qəhrəman anası satmağa verdiyini, maddi problemləri olduğunu demişdir. O da heç bir söz deməmişdir. Moskva univermağının yaxınlığındakı qızıl alqı-satqısı mağazasına girmişlər, orada Qəhrəman öz mobil telefonunda olan şəxsiyyət vəsiqəsinin şəklini göstərsə də, şəxsiyyət vəsiqəsinin özünü istəmişlər, ona görə də Qəhrəman qızılları sata bilməmişdir. Sonra onlar 20 yanvar dairəsinə getmiş, orada təsadüfən tanışı İqballa rastlaşmışlar. Söhbət zamanı Qəhrəman qızılları satmaq üçün İqbaldan şəxsiyyət vəsiqəsini soruşub onun sənədi ilə qızıllarını satmaq istədiyini demiş, İqbal etiraz etməmiş və birlikdə qızıl-alqı satqısı mağazasına getmişlər. Orada Qəhrəman qızılları 1250 manata satmışdır. Satıcı Qəhrəman və İqbal barədə qeydiyyat aparmışdır. Sonra Qəhrəman onun üçün paltar almağı təklif etmiş, "Şamaxinka" deyilən ərazidə mağazadan ona şalvar, köynək və ayaqqabı almış, İqbala da 01 qutu siqaret və kabab almışdır. Sonra Qəhrəman 28 may tərəfə getmək üçün ona avtomobil təşkil etməyini demiş, o da tanışı, taksi sürücüsü Asifə zəng edərək çağırmış və birlikdə 28 may yaxınlığında yerləşən kluba getmişlər. Sonra isə ayrılmışlar. Təxminən 10 gündən sonra eşitmişdir ki, Qəhrəman xalasının evindən qızılları oğurlamışdır. Həmin vaxtı bilmişdir ki, Qəhrəmanın satdığı qızıllar özünün dediyi kimi anasına yox, xalasına məxsus olmuşdur. Həmin qızılların oğurluq olması barədə ounn məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 30 ildir qızıl-zinyət əşyalarının satışı ilə məşğul olur. ünvan 4 ünvanda qızıl alqı-satqısı mağazasında satıcı işləyir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında iş yerində olan zaman sonradan adını Qəhrəman bildiyi bir cavan oğlan gəlib özü ilə gətirdiyi qızıl əşyalarını satmaq istədiyini söyləmişdir. O, Qəhrəmana şəxsiyyət vəsiqəsini verməsini demiş, Qəhrəman öz mobil telefonunda şəxsiyyət vəsiqənin fotoşəklini göstərəndə ondan vəsiqənin özünün verməsini istəmiş, Qəhrəman çıxıb getmişdir. Bir qədər sonra Qəhrəman yanında bir nəfər tanışı ilə gəlmiş və qızılları həmin şəxsin sənədi ilə satacağını söyləmiş, o, şəxsiyyət vəsiqəni alıb baxmış, Şahid5 adına olmuş, sonra isə Qəhrəmanın gətirdiyi qızıllara baxıb tərəzidə çəkmiş 02 ədəd qızıl boyunbağ, 02 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbaq 585 əyarlı olmaqla ümumi 22 qram olmuş, qramı 68 manatdan hesablamaqla Qəhrəmana 1500 manat pul vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Qəhrəman yenə idə mağazaya Şahid5 adlı tanışı ilə gəlmiş və Asifin şəxsiyyət vəsiqəsilə qızıl satmaq istədiyini söyləmiş, o, qızıllara baxıb tərəzidə çəkmiş 01 ədəd qızıl boyunbağ, 01 ədəd "şahməran" modelli qızıl əşyası, 01 ədəd qızıl qolbaq 585 əyarlı ümumi 20 qram, 01 cüt sırğa isə 375 əyarlı 7,3 qram olmaqla Qəhrəmana ümumi 1600 manat pul vermişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Qəhrəman yenə idə mağazaya Şahid5 adlı tanışı ilə gəlmiş və Asifin şəxsiyyət vəsiqəsilə qızıl satmaq istədiyini söyləmiş, o, qızıllara baxıb tərəzidə çəkmiş 01 ədəd qızıl boyunbağ, 02 ədəd qızıl üzük, 01 ədəd qızıl sırğa 583 əyarlı ümumi 19,8 qram olmaqla Qəhrəmana ümumi 1350 manat pul vermişdir. Qızıl əşyalarını qəbul edən zaman özündə olan "qızıl və brilyantların alqı-satqısı kitabında" qeydiyyatını aparmış və təqdim edə bilər. Qəhrəmandan əldə etdiyi qızıl-zinyət əşyalarını bir neçə gün ərzində tanımadığı müştərilərə satmışdır. Təqsirləndirilən şəxs aldığı qızıl əşyaların oğurluq olması barədə məlumatı olmamış, Qəhrəmandan qızıllar barədə soruşduqda, özünə, ailə üzvlərinə məxsus olduğunu, hazırda maddi vəziyyətlərinə görə satdığını demişdir. Qəhrəmanın danışığı və hərəkətləri heç bir şübhə yaratmamışdır. İş materiallarında olan Şahid2 xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-157/2024 saylı, 24 may 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 may 2024-cü il tarixdən hesablanmış, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-226/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri həmin müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 3 ünvanda baş vermişdir. İş materiallarında olan 22 may 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış zamanı Şahid2 təqdim etdiyi kitabçanın vərəqində 15 may 2024, Şahid5, AA15658604, sep, qolbaq, üzük (yararsız 2 ədəd sep), 22 qram, 585 əyyar, 5 ədəd, 1500 manat, 17 may 2024, Şahid5, AA15658604, sep, şah., qolbaq, sırqa, 20 qr., 585 əyyar, 7,3 qr., 375 əyyar, 5 ədəd, 1600 m, 19 may 2024, Şahid5, AA15658604, sep, üzük 2 ədəd, sörğa (yararsız lom), 19,8 qr., 583 əyyar, 4 ədəd, 1350 m, qeydinin yazılması müəyyən olundu. Şahid2 bildirdi ki, kitabçada qeyd etdiyi qızıl-zinyət əşyalarını Təqsirləndirilən şəxs xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Qəhrəman ona satmış, ondan satdığı qızıl-zinyət əşyalarını alarkən yanında olan tanışı Şahid5 şəxsiyyət vəsiqəsinin qeydiyyatını aparmışdır. İş materiallarında olan 28 may 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış zamanı Şahid1 təqdim etdiyi kitabçanın vərəqində 13 may 2024, sep, boyunbağı 1 əd., 10.30. 750, sırqa 1 əd., 4.20, 585 – 1250m, Təqsirləndirilən şəxs, X4 qeydinin yazılması müəyyən olundu. Şahid1 bildirdi ki, kitabçada qeyd etdiyi qızıl-zinyət əşyalarını xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona satmışdır. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış zamanı Şahid3 təqdim etdiyi kitabçanın vərəqində xx.xx.2024, üzük-1,33 qr., 585, qolbaq-10,82 qr., 750, qolbaq-4,70 qr., 750, qolbaq-4,84 qr., 750, 1890 m, Təqsirləndirilən şəxs AA******* qeydinin yazılması müəyyən olundu. Şahid3 bildirdi ki, kitabçada qeyd etdiyi qızıl-zinyət əşyalarını xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona satmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/4531 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 31 adda qızıl-zinyət əşyalarının 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 20645,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarından görünür ki, sübutların qiymətləndirilməsi haqqında qərara əsasən istintaq zamanı dəymiş maddi ziyana hüquqi qiymət verilmiş, belə ki, cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9\4531 saylı rəyindən görünür ki, ilkin olaraq dəymiş maddi ziyan Zərərçəkmiş şəxs ifadəsinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 31 adda qızıl-zinyət əşyalarının 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəfəri nəzəri hesablama yolu ilə təxminən 20645,00 manat müəyyən edilir. Lakin istintaqın sonrakı mərhələsində Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, bacısı oğlu Təqsirləndirilən şəxs onun yaşadığı evdən qızıl-zinyət əşyalarını oğurladığını, o, ilkin ifadəsində ona dəymin maddi ziyanın 20.000 manat olduğunu, qızılın qramını isə 245 qram kimi göstərdiyini, həmin vaxtı həyəcanlı və stresli vəziyyətdə olduğuna görə də ona dəymiş maddi ziyanın məbləğini düz qeyd etmədiyini, ona məxsus təxminən 105 qram çəkidə ümumi təxminən 10.000 manat qiymətində qızıl-zinyət əşyaları oğurlandığını, ona görə də baş vermiş oğurluq nəticəsində ona 10.000 manat maddi ziyanın dəyməsi dəqiq olduğunu bildirərək istintaq zamanı vermiş olduğu əlavə ifadəsində ona məxsus ümumi təxminən 10.000 manat qiymətində qızı-zinyət əşyalarının oğurlandığını göstərmişdir. Məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9\4531 saylı rəyin tədqiqi hissəsində qeyd olunanlara əsasən və Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərdiyi 1 ədəd 550 manat dəyərində 750 əyarlı, İtaliya istehsallı 5 qram çəkidə qızıl boyunbağ, 1 ədəd 680 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 8 qram çəkidə qızıl boyunbağ, 1 ədəd 765 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 9 qram çəkidə qızıl boyunbağ, 1 ədəd 850 manat dəyərində 585 əyarlı, Türkiyə istehsallı 10 qram çəkidə qızıl boyunbağ, 1 ədəd 595 manat dəyərində 585 əyarlı, Türkiyyə istehsallı 7 qram çəkidə qızıl boyunbağ, 1 ədəd 1100 manat dəyərində 750 əyarh,İtaliya istehsallı 10 qram çəkidə qızıl qolbaq,1 ədəd 765 manat dəyərində 585 əyarlı,Türkiyə istehsallı 9 qram çəkidə qızıl qolbaq,1 ədəd 425 manat dəyərində 585 əyarlı.Türkiyə istehsallı 5 qram çəkidə qızıl qolbaq,1 ədəd 340 manat dəyərində 585 əyarlı,Türkiyə istehsallı 4 qram çəkidə qızıl qolbaq, 1 ədəd 255 manat dəyərində 585 əyarlı,Türkiyə istehsallı 3 qram çəkidə qızıl qolbaq,1 ədəd 340 manat dəyərində 585 əyarlı,Türkiyə istehsallı 4 qram çəkidə qızıl qolbaq, 1 ədəd(tək) 420 manat dəyərində 585 əyarh,Türkiyə istehsallı 7 qram çəkidə(qırıntı kimi) qızıl sırğa, 1 cüt 255 manat dəyərində 585 əyarlı,Türkiyə istehsallı 3 qram çəkidə qızıl sırğa, 1 cüt 170 manat dəyərində 585 əyarlı.Türkiyə istehsallı 2 qram çəkidə qızıl sırğa, 1 ədəd 595 manat dəyərində 585 əyarlı,Türkiyə istehsallı 7 qram çəkidə qızıl üzük, 1 ədəd 510 manat dəyərində 585 əyarlı,Türkiyə istehsallı 6 qram çəkidə qızıl üzük, 1 ədəd 425 manat dəyərində 585 əyarh,Türkiyə istehsallı 5 qram çəkidə qızıl üzük, 1 ədəd 425 manat dəyərində 585 əyarh,Türkiyə istehsallı 5 qram çəkidə qızıl üzük, 1 ədəd 595 manat dəyərində 585 əyarh,Türkiyə istehsallı 7 qram çəkidə qızıl üzük, 1 ədəd 425 manat dəyərində 585 əyarlı.Türkiyə istehsallı 5 qram çəkidə qızıl üzüklərin oğurlanması nəticəsində-Zərərçəkmiş şəxs ümumilikdə dəymiş maddi ziyan 10.485 manat əsas götürülməlidir. İş materiallarında olan istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən qızıl-zinyət əşyaların oğurlanmasında başqa şəxslərlə əlbir olması təsdiq olunmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl-zinyət əşyalarını satdığı qızıl-alqı satqısı mağazalarında işləyən Şahid3 Əliabbas oğlu, Şahid1 və Şahid2 həmin qızıl-zinyət əşyaların oğurluq yolu ilə əldə olunmasından məlumatları olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl-zinyət əşyalarını qızıl alqısatqısı mağazalarında satarkən yanında olmuş əmisi oğlu Şahid4, tanışları Şahid5 və X4 ilə hər hansı bir əlbirliyinin olması təsdiq olunmamış, onların həmin qızıl-zinyət əşyaların oğurluq yolu ilə əldə olunmasından məlumatları olmamışdır.Alınmış məlumatlara əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı qızıl-zinyət əşyalarını satdıqdan sonra əldə etdiyi pulları özünə xərcləmişdir. İş materiallarında olan Beton zavod üzrə 1 saylı “İnşaatçı” Məhəllə Komitəsi tərəfindən verilmiş 418 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xaraktürizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, X2, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibi rədd edilmiş, X3 və Şahid4 Namiq oğlu barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Zərərçəkmiş şəxs qızma ümumilikdə dəymiş maddi ziyan 10.485 manat əsas götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özlərinin etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, baxış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar törətdiyi cinayətə görə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 03 (üç) ay 28 (iyirmi səkkiz) gün həbsdə olduğu müddət azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 26 (iyirmi altı) günə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 735/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1300 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 03 (üç) ay 28 (iyirmi səkkiz) gün həbsdə olduğu müddət azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 26 (iyirmi altı) günə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 6 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar