Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-735/2025 26.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1982-ci ildə Goranboy şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, heç yerdə işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 0,252 qram çəkidə ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 08 avqust 2025-ci il tarixdə saat 01:18-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 41-ci məhəllə, 28 may mədəniyyət evinin qarşısında piyada hərəkətdə olarkən saxlanılaraq orada üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə çəkisi 0,252 qram olan həmin psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. Bir neçə müddətdir ki, narkotik vasitə istifadəçisidir. Əsasən psixotrop maddə olan metamfetamin istifadə edir. 2025-ci il 08 avqust tarixində Sumqayıt şəhəri, 41-ci məhəllə, 28 may mədəniyyət evinin qarşısında piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etdilər və polis əməkdaşları olduqlarını bildirdilər. Həmin şəxslər adını və soyadını soruşduqdan sonra, narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişlə baxış keçirəcəklərini dedilər. Daha sonra ondan dövriyyəsinə qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuşdur. O, isə əynində olan şalvarın cibində saxladığı 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisində psixotrop maddə olan metamfetamindir və onu Corat qəsəbəsində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, şəxsiyyəti ona məlum olmayan şəxsdən 10 manata almış və şəxsi istifadə məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə — metamfetamin elektron tərəziyə qoyularaq çəkildi və çəkisinin 0.30 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmiş və tərəflər tərəfindən üzəri imzalanmışdır. Çox tarixləri dəqiq xatırlamır. İstintaqda hər şeyi olduğu kimi göstərmişdir. İfadəsini tam təsdiq edir. Daha sonra təqsirləndirilən şəxs əməlindən peşiman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Narkotik vasitə olan marixuanadan, heroindən, psixotrop maddə olan metamfetamindən 10 ildir ki, həm inyeksiya, həm də yandırıb tüstüsünü udma yolu ilə istifadə etmişdir. Barəsində hazırda Sumqayıt şəhər Məhkəməsində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə cinayət işi üzrə məhkəmə prossesi getmişdir. O, xx.xx.2025-ci il tarixdə axşam saatlarında şəxsi işi ilə bağlı Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmiş, orada olan zaman təsadüfən rastlaşdığı, üzdən tanımadığı, şəxsiyyəti ona məlum olmayan şəxslə söhbət edərkən onun narkotik vasitə istifadəçisi olduğunu başa düşüb özünün də narkotik alüdəçisi olduğunu demiş, bu zaman həmin şəxs ona psixotrop maddə olan “metamfetamin” verə biləcəyini demiş, o, özü istifadə etmək məqsədi ilə həmin şəxsdən 10 (on) manat pul müqabilində 01 (bir) ədəd bükümdə psixotrop maddə olan “metamfetamin” alıb öz istifadəsi üçün əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuş, xx.xx.2025-ci il tarixdə saat 01:18 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə, Kotec qəsəbəsi, 28 may mədəniyyət evinin qarşısında piyada hərəkət edən zaman 03 (üç) nəfər mülki geyimli şəxslər küçədə ona yaxınlaşıb yaxalamışlar, özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pi-nin 3-cü Polis Böıməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər, həmin polis əməkdaşlarından biri tutulduğu andan əlində mobil telefon vasitəsi ilə videoçəkiliş aparmış, daha sonra polis əməkdaşları ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini bildirib videoçəkiliş aparılmaqla üzərinə baxış keçirəcəklərini demişlər, o, etiraz etməmiş, sonra, polis əməkdaşları bir daha özlərini təqdim edib qanuna müvafiq olaraq onun üzərinə baxışa başlamazadan qabaq ona üzərində qanunla qadağan olunmuş hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşmuş, o, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirib üzərində psixotrop maddə olan "metamfetamin” bükümü olduğunu deyib əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb polis əməkdaşına təqdim etmiş, bu zaman polis əməkdaşı üzərindən aşkar olunan həmin bükümü ondan alıb onun nə olduğunu soruşmuş, o, həmin 01 (bir) ədəd bükümdə olan şəffaf rəngli kristalşəkilli kütlənin psixotrop maddə olan "metamfetamin” olduğunu demiş, bundan sonra polis əməkdaşı tərəfindən üzərinə baxış keçirilmiş, lakin sonradan üzərindən əlavə olaraq heç bir əşya, yaxud, predmet aşkar olunmamış, daha sonra polis əməkdaşı üzərindən aşkar olunmuş psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütləni haradan, kimdən, nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşmuş, o, həmin psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütləni xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, şəxsiyyəti ona məlum olmayan şəxsdən 10 (on) manat pul müqabilində alıb öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddə büküldüyü şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəzi vasitəsi çəkisi ölçülən zaman sellofanla birlikdə çəkisinin 0,30 qram olması müəyyən olunmuş, daha sonra xüsusi qaydada Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürləyib qablaşdırılmış, qablaşdırılmış zərf əməliyyatçılar və onun tərəfindən imzalanmış, bundan sonra video çəkliş dayandırılmış, daha sonra əməliyyat müvəkkilləri onu müvafiq sənədləşmə aparılması üçün tutulduğu yerdən birbaşa Sumqayıt ŞPİ-nin 3cü Polis Bölməsinin inzibati binasına aparmışlar. PB-yə çatdıqdan sonra xidməti otaqların birində hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuş, o, hüquqlarının, vəkil siyahısında adı olan X9 tərəfindən müdafiə olunmasını istədiyini bildirmiş, vəkil X9 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə yenidən video çəkiliş aparılmalqa üzərinə şəxsi axtarış keçirilməyə və üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütlənin qoyulduğu zərfə baxış keçirilməyə başlanılmış, öncə bölmənin təhqiqatçısı, polis kapitanı X13 özünü təqdim edərək hansı səbəbdən saxlanılmağını bir daha bildirilməklə yanaşı onu, çəkilişdə iştirak edən polis əməkdaşlarını və müdafiəçi X6 təqdim etmiş, ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, bildirişlə tanış olub onu imzalamış, daha sonra sualları cavablandıraraq heç bir etirazı olmadığını bildirmiş, daha sonra təhqiqatçı üzərindən polis əməkdaşları tərəfindən aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüş üzəri DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş bağlamanı açıb içərisində olan kütləyə bir daha baxış keçirmiş, həmin psixotrop maddə olan “metamfetamin” bağlamasının üzərindən aşkar olunan bağlama olub-olmadığını soruşmuş, o, həmin bağlama olduğunu təsdiq etmiş, daha sonra təhqiqatçı həmin bağlamada olan psixotrop maddə “metamfetamin”-ə bənzər kütləni Azərbaycan Respublikası ƏN-nin MEM-ə göndərilməsi üçün yenidən xüsusi qaydada Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürləyib qablaşdırmış, qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi, əməliyyatçılar və onun tərəfindən imzalandı. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai araşdırma zamanı və məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 3-cü PB-yə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat tədbirləri həyata keçirmişlər. Daxil olmuş əməliyyat məlumatı əsasında 08 avqust 2025-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 28 may mədəniyyət evinin yaxınlığında “pusqu” qurub ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin ərazidə onu 08 avqust 2025-ci il tarixdə saat 01:18-də video çəkiliş aparılmaqla piyada hərəkətdə olarkən saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edərək üzərinə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə olub-olmamasını soruşanda sonuncu üzərində psixotrop maddə olan “metamfetamin” bükümü olduğunu bildirib əynində olan boz rəngli şalvarın sağ cibindən saxladığı gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə, 01 (bir) ədəd bükümündə olan kütləni çıxardıb təqdim etmişdir. Qanuna müvafiq qaydada bükümə vizual olaraq baxdıqda içərisində şəffaf rəngli kristal şəkilli, xarici əlamətlərinə görə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Daha sonra onun tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə baxış davam etdirilmiş, lakin sonradan Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra aşkar olunmuş 01 (bir) ədəd büküm büküldüyü siqaret kağızı ilə birlikdə elektron tərəzi vasitəsi ilə ölçülərkən çəksinin 0,30 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin büküm xüsusi qaydada qablaşdırılaraq DİN-in 127 nömrəli möhürü ilə möhürlənmişdir. Saxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs sualları cavablandıraraq üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər bükümü xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manat pul müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığı demişdir. Daha sonra sonrakı prossesual sənədləşmənin aparılması məqsədi ilə video çəkiliş dayandırılaraq şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanıldığı yerdən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmiş və təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Cinayət işinin 19-cu səhifəsinə olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 76-77-ci səhifəsində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2025-ci il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 127-ci səhifəsində olan axtarışdə olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 31 avqust 2025-ci il tarixdən hesablanmaqla 18 noyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-20/999 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 127” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan metamfetaminə bənzər kütlə; Şahid1 “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş olan bükümündə təmiz çəkisi 0,252 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd, Metamfetaminin təmiz çəkisi 0,252 qram, təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,202 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İİ) daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, “5690” saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında 08 avqust 2025-ci il tarixli protokoldan və eyni tarixli istintaq hərəkətinin videoçəkilişini əks etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş həmin 1-ci disk zərfdən çıxarılarkən ağ rəngdə, üzərində hər hansı CMC BİNGO 16X markalanma yazıları olması müəyyən edildi, həmin disk «Windovs-10» əməliyyat sistemi ilə işləyən personal kompyuterin disk ötürücüsünə qoyularaq əməliyyat sisteminin “My Compyuter” düyməsi açıldı. “My Compyuter” pəncərəsində disk ötürücüsünə aid olan hissənin alt mərkəz hissəsində “DVD- ROM” yazılmış disk şəkilli alt menyu vardır. Həmin alt menyu açıldıqda ümumilikdə 01 (bir) ədəd “MP4” formatlı video görüntünün olması görünür. Həmin görüntü “İMG_6919.MOV” başlıqlı 81 334 KB həcmlidir. Həmin diskdə mövcud olan video görüntü «Wındovs-İ0» əməliyyat sisteminin «MPC-HC Player» proqramı vasitəsi dinlənildi və həmin faylda aşağıdakı məzmunda video görüntü olması müəyyən edildi. Həmin diskdə olan faylda «İMG 6919.MOV» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 06 dəqiqə 38 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda 08 avqust 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 01:18-dən saat 01:24-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin şöbənin kiçik əməliyyat müvəkkili, polis serjantı X4 və video çəkilişi aparan 3-cü PB-nin başı əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə xx xxxxx 1982-ci ildə Goranboy şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 28 may mədəniyyət evinin qarşısında piyada hərəkətdə olarkən saxlanılması və orada video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 çıxışı ilə başlayır. Əməliyyat müvəkkili A.Cəfərli özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları özlərini təqdim edirlər. Əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını izah edir və ona video çəkiliş aparılmaqla üzərinə baxış keçirəcəyini deyir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsini deyir, şübhəli şəxs Təqsirləndirilən şəxs əvvəllcə əynində olan boz rəngli şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə içərisində psixotrop maddə matemfetaminə bənzər kütləni çıxardıb təqdim edir. Bu zaman əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin nə olduğunu, onu haradan, nə məqsədlə əldə etdiyini soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin şüşə, yəni, psixotrop maddə metamfetamin olduğunu deyib onu şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manat pul müqabilində alıb üzərində saxladığını bildirir. Sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəki kütləni, büküldüyü siqaret kağızı ilə birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin 0,30 qram olması müəyyən edilir. Bundan sonra həmin büküm 01 (bir) ədəd ağ rəngli içərisi boş olan zərfin içərisinə qoyulur, zərfin üstü DİN-in 127 nömrəli möhürü ilə möhürlənir, daha sonra polis əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır, daha sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxsin üzərinə keçirilməsi davam etdirilir, lakin onun üzərindən heç bir əşya, yaxud, predmet aşkar olunmur. Bundan sonra video çəkiliş dayandırılır. İkinci disk zərfdən çıxarılarkən ağ rəngdə, üzərində “CMC BİNGO 16X” markalanma yazıları olması müəyyən edildi, həmin disk «Windovs-10» əməliyyat sistemi ilə işləyən personal kompyuterin disk ötürücüsünə qoyularaq əməliyyat sisteminin “My Compyuter” döyməsi açıldı. “My Compyuter” pəncərəsində disk ötürücüsünə aid olan hissənin alt mərkəz hissəsində “DVD-ROM” yazılmış disk şəkilli alt menyu vardır. Həmin alt menyu açıldıqda ümumilikdə 01 (bir) ədəd “MP4” formatlı video görüntünün olması görünür. Həmin görüntü "İMG_6918.MOV” başlıqlı 61 809 KB həcmlidir. Həmin diskdə mövcud olan video görüntü «Windovs-10» əməliyyat sisteminin «MPC-HC Player» proqramı vasitəsi dinlənildi və həmin faylda aşağıdakı məzmunda video görüntü olması müəyyən edildi. Həmin diskdə olan faylda «İMG_6918.MOV» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 05 dəqiqə 02 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda 08 avqust 2025-ci il tarixli «şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 02:35-dən saat 02:40-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X10, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin şöbənin kiçik əməliyyat müvəkkili, polis serjantı X4 və video çəkilişi aparan 3-cü PB-nin başı əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxx 1982-ci ildə Goranboy şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ŞPİ-nin 3-cü PB-nin inzibati binasında, xidməti otaqlardan birində dindirilməsi, üzərinə şəxsi axtarış keçirilməsi və əməliyyat müvəkkili tərəfindən təqdim olunan bağlamaların götürülməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı X10 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və vəkil özlərini təqdim edirlər. Təhqiqatçı A.Əliyev şübhəli şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını bir daha izah edir və ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ona bu barədə bildirişi təqdim edir, şübhəli şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib təqdim olunmuş bildirişi imzalayıb heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı A.Əliyev şübhəli şəxs Təqsirləndirilən şəxs 3-cü PB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanlıması, üzərində gəzdirilməsi və istifadəsində şübhəli olduğunu üçün Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 28 may mədəniyyət evinin qarşısında saxlanıldığını və orada video çəkilişlə üzərinə baxış keçirildiyini deyib yanında dayanan şəxslərin həmin əməkdaşlar olub-olmadığını soruşur, şübhəli şəxs onu saxlayan polis əməkdaşlarının hazırda yanında dayanan şəxslər olduğunu deyir. Daha sonra təhqiqatçı əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş 01 (bir) DVD diski və 01 ədəd bağlamanı götürür, bağlaması göstərib şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanın həmin bağlama olub-olmadığını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanın məhz həmin bağlama olduğunu deyib içərisindəki psixotrop maddə matemfetamini şəxsi istifadəsi üçün saxlanıldığı xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manat pul müqabilində alıb üzərində saxladığını bildirir. Daha sonra təhqiqatçı əməliyyat müvəkkilindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən nə aşkar olunduğunu soruşur, əməliyyat müvəkkili onun üzərindən 0,30 qram çəkidə psixotrop maddə matemfetaminə bənzər kütlə aşkar olunduğunu deyir, daha sonra təhqiqatçı həmin bağlamanı açıb içərisindəki büküm çıxardıb onu saxlanılan şəxs Təqsirləndirilən şəxs göstərir, sonuncu üzərindən aşkar olunan bükümün həmin büküm olduğunu deyir. Sonra təhqiqatçı A.Əliyev şübhəli şəxsin üzərindən aşkar olunmuş və əməliyyat müvəkkili tərəfidən təqdim edilmiş 01 (bir) ədəd bükümü yeniən ağ rəngli zərfin içərisinə qoyub onu möhürləyir, üzəri imzalanır və təhqiqatçı həmin bağlamanı Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün götürür. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı A.Əliyevin və vəkilin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə və ya işgəncəyə məruz qalmadığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır. Cinayət işi materiallarına əlavə edilmiş 09 avqust 2025-ci il tarixli əşyaların maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,252 qram olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,202 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa həmin qərardan görünür ki, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında 08 avqust 2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişini əsk etdirmiş 02 (iki) ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(060)-182 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü ildə Xətai rayon Məhkəməsinin qərarı ilə 02 (iki) ay 07 (yeddi) gün cəsasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilib. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkum olunduğu sonuncu hökmü üzrə Azərbaycan Respublikası CM-in 177.1 və 180.2.2- ci maddələrində nəzərdə tutulmuş törətdiyi cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində ilə qeyd olunmuşdur ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə ona təyin olunmuş cəzanı başa çatmasından iki ildən az vaxt ötmüşdür. Bu səbəbdən onun məhkumluğu ödənilməmiş və o hazırda məhkum olunmuş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resdivini yaradır. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.CMin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 8 ay 28 ün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal törətdiyi cinayətin cinayətlərin residivi olmasıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci -cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni 24 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs kimi tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 12 sentyabr 2025-ci il tarixli, 5690 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,252 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 ( altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 03 oktyabr 2025-ci il tarixli hökm üzrə 11 iyun 2025- ci ildən 13 iyun 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün və hazırki cinayət işi üzrə 08 avqust 2025-ci ildən 09 avqust 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün, cəmi 4 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 31 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyat olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,252 qram psixotrop maddə olan metamfetmin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-735/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-735/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver