Məhkəmə qərarları › İş №1(060)-737/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-737/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-737/2025 19.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Füzuli rayonu, Xələfşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, Füzuli rayonu, Xələfşə kəndində qeydiyyatda olmaqla, ünvan 1 yaşayan, barəsində "polisin nəzarəti altına" seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd şəffaf sellofon bükümdə ümumi təmiz çəkisi 0,583 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 20:32də Sumqayıt ŞPİ-nin ÇAŞ-ın əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Çerkassi küçəsi, 12-ci mikrorayon, “Üstü bağlı” dayanacağın yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd şəffaf sellofon bükümdə ümumi təmiz çəkisi 0,583 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə adlarını bilmədiyi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əvvəllər narkotik vasitələrdən istifadə edib, lakin 1 il 7 ay istifadə etməmiş, atası vəfat etdikdən sonra yenidən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Müalicələr alsa da, nəticəsi olmamışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, psixotrop maddəni şəxsi istifadəsi üçün alıb, satış məqsədi olmayıb. Polis əməkdaşları tərəfindən saxlanıldıqda psixotrop maddə olan metamfetamin onun üzərində olub. Həmin psixotrop maddəni Bakıdan 20 manata əldə edib. Metamfetamindən iynə vasitəsilə istifadə edir. Polis əməkdaşları onu saxlayarkən hər hansı qanunsuz hərəkət etməmiş, ona təzyiq göstərməmişdir. Saxlandıqdan sonra da psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs 2 övladının olmasını, yaşlı xəstə anasının olmasını, ondan başqa ailəni maddi cəhətdən təmin edəcək kimsənin olmamasının məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir və əvvəllərdə məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə, təxminən saat 20:32 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsi, 12-ci mikrorayon, "Üstü bağlı dayanacağın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib videoçəkilişlə üzərinə baxış keçirtmişlər. Baxış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan büküm aşkar edilərək götürülmüş və büküm elektron tərəzidə çəkilərək çəkisinin müvafiq olaraq 0.66 qram olduğu müəyyən edilmiş, bundan sonra isə həmin büküm zərfdə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Pİ-nə dəvət edilmiş, Pİdə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman o, əynidə olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd üzərində 077 ***-**-** mobil nömrəsi olan "Samsung" markalı mobil telefonu və 01 ədəd mənzilinin açarını təqdim edərək üzərində başqa heç bir qanunsuz əşya, predmet və ya narkotik vasitə olmadığını bildirmişdir. Bundan başqa o, saxlanılan zaman üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddənin "şüşə" olduğunu, həmin bükümü həmin gün günorta saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilmiş və əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilməmiş, üzərindən aşkar edilmiş 01 ədəd üzərində 077 ***-**-** mobil nömrəsi olan "Samsung" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Eləcə də, o, ifadəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, saxlanılarkən və ya polis idarəsində olarkən polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Sumqayıt ŞPİ-nin ÇAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2025-ci il tarixdə, saat 20:32-də Sumqayıt şəhəri, 12-ci mikrorayon, Çerkassi küçəsi, “Üstü bağlı” dayanacağın yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs özü üzərində olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunmuşdur. Həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş və möhürlənərək qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə aparılmış, orada təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları, Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi, şəxsi axtarış və diskə baxış keçirilməsi haqqında protokollar, şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaucan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:32-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-74-cü vərəqələrində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 62-63-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 9-10-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən “Samsung” markalı qara rəngli mobil telefon, sağ yan cibindən bir ədəd ev açarı, qara rəngli idman şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofon bükülü təqdim etdi. Sorğu zamanı həmin kütlənin “şüşə” yəni psixotrop maddə - metamfetamin olduğunu, öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Həmin büküm açılır yə içərisində ağ rəngli, kristal şəkilli pisxotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunur. Həmin büküm elektron tərəzidə çəkilir və 0.66 qram olması müəyyən olunur. Aşkar olunmuş büküm 1 ədəd ağ rəngli zərfə qoyulmaqla müvafiq qaydada qablaşdırılmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmur. Sorğu zamanı həmin psixotrop maddə metamfetamini 15 manata, Bakı şəhəri, “20 yanvar” deyilən ərazidən əldə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan Samsung markalı telefon və ev açarı təhqiqata təqdim olunması üçün özünə qaytarılır. Əməliyyat tədbirinin protokollaşdırılması məqsədi ilə Sumqayıt ŞPİə gediləcəyi elan edildi və çəkiliş yekunlaşdı. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Sumqayıt ŞPİ-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara rrotokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif ə protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edildi və 01 (bir) ədəd DVD əlavə olundu. Cinayət işinin 31-32-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” barədə protokoldan görünür ki, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddənin “şüşə” olduğunu, həmin bükümü bugün günorta saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdi və o əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd üzərində 077 ***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefonu və 01 ədəd mənzilinin açarını təqdim edərək üzərində başqa heç bir qanunsuz əşya, predmet və ya narkotik vasitə olmadığını bildirdi Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilmədi və üzərindən aşkar olunmuş 01 ədəd üzərində 077 ***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü, 01 ədəd mənzilinin açarı isə ailə üzvlərinə təqdim edilməsi üçün götürüldü. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olundu və videoçəkilişin müddəti saat 22:31-dən, 22:37-dək davam etdi. Eyni zamanda şəxsi axtarış zamanı istifadə olunmuş “Panasonic” markalı videokamerada həkk olunmuş videoçəkiliş diskə köçürüldü və “HP” markalı kompyuterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edildi. Cinayət işinin 86-cı vərəqəsində olan 20 sentyabr 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, üzərində “BİNGO” yazısı olan birinci diskə baxış keçirilərkən görünür ki, xx.xx.2025-ci ildə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 12ci mikrorayon, “Üstü bağlı” dayanacağın yaxınlığında piyada hərəkətdə olan zamanı üç nəfər mülki geyimli şəxslər sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində gəzdirilməsində şübhəli bilinərək saxlanıldığı, üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefonu və 01 ədəd yaşadığı mənzilin açarını, sol yan cibindən isə 01 ədəd şəffaf rəngli sellofan bükümünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahid olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükümdə “şüşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Həmin maddə Şahid1 tərəfindən elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,66 qram olması müəyyən edilir. Daha sonra həmin büküm qablaşdırılır və iştirakçılar tərəfindən imzalanır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 87-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçı, polis mayor Elnur Feyzullayev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində və gəzdirilməsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Bundan sonra X4 Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil X5 təqdim edir və polis əməkdaşlarına da özlərini təqdim etmələrini bildirir və onlar da özlərini təqdim edirlər. ÇAŞ-ın əməkdaş, Şahid1 sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənmiş bir ədəd zərfi təqdim edərək Təqsirləndirilən şəxs saxlanılan zaman və saxlanıldığı yerdə onun üzərindən aşkar olunaraq götürüldüyünü bildirir. X4 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, üzərində hər hansısa bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmamasını, əgər varsa təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefonu və 01 ədəd yaşadığı mənzilin açarını təqdim edir. Daha sonra X4 tərəfindən şəxsi axtarış keçirilir və üzərindən qanunla qadağan olunmuş heç bir əşya və predment aşkar edilmir. Üzərində ***-***-**-** nömrəsi olan “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılır və DİN-in 124 saylı möhürü ilə möhürlənir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəffaf rəngli sellofan bükümdə “şüşə” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 46-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1366 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar edilmədi. Cinayət işinin 50-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 20/793 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN: “Zərflər üçün N124” möhür əksi, Təqsirləndirilən şəxs /imza/;Şahid1 /imza/; Şahid2 /imza/ ; Şahid3 /imza/” əl yazıları olan zərfdəkl 01 ədəd bükümdə təmiz çəkisi 0,583 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamdir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,583 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,533 qram. Cinayət işinin 49-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış ) manat müəyyən edilmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5631 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2021-ci il tarixdən Füzuli rayon MX-da (F11x2) diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Cinayət işinin 84-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,583 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq qalmış xalis çəkisi 0,533 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 110-115-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə şəxsi axtarış və diskə baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin, şahidinlərin dindirilmə protokolları, ekspert rəyləri və digər cəhətlər,Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,583 qram psixotrop maddə metamfetamin, ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,533 qram psixotrop maddə metamtefamin maddi sübut kimi tanınması və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilməsi barədə görüntünü əks etdirən disklər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 66.5, 69.3-cü maddələri ilə 01 il, 02 ay, 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilib. Cinayət işinin 104-109-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli Sumqayıt şəhər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-699/2022 saylı hökmü ilə təyin edilmiş 07 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə 01 il 03 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 gün ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 02 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(003)-863/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 05 ay 27 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, qərar dərhal icra edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq müddətində etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, 2 yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 66.5, 69.3-cü maddələri ilə 01 il, 02 ay, 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,xx.xx.2023-cü ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 27 (iyirmi yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, qərar dərhal icra edilmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5631 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicə təyin edilməli və xx.xx.2021 -ci il tarixdən Füzuli rayon MX-da (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olmağı nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,553 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,553 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar