Məhkəmə qərarları › İş №1(060)-739/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-739/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-739/2022 19.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, Sumqayıt Yaşıllaşdırma İdarəsində bağban işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 56 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,310 qram, 0,384 qram, 0,147 qram, 0,326 qram, 0,324 qram, 0,262 qram, 0,333 qram, 0,289 qram, 0,314 qram, 0,315 qram, 0,277 qram, 0,240 qram, 0,313 qram, 0,272 qram, 0,317 qram, 0,151 qram, 0,236 qram, 0,294 qram, 0,350 qram, 0,264 qram, 0,238 qram, 0,159 qram, 0,289 qram, 0,100 qram, 0,150 qram, 0,206 qram, 0,129 qram, 0,126 qram, 0,180 qram, 0,180 qram, 0,155 qram, 0,311 qram, 0,224 qram, 0,168 qram, 0,195 qram, 0,107 qram, 0,145 qram, 0,209 qram, 0,292 qram, 0,307 qram, 0,212 qram, 0,185 qram, 0,201 qram, 0,223 qram, 0,231 qram, 0,265 qram, 0,248 qram, 0,212 qram, 0,218 qram, 0,045 qram, 0,279 qram, 0,336 qram, 0,284 qram, 0,312 qram, 0,347 qram və 0,365 qram olmaqla, ümumi çəkisi 13,551 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı ünvanda saxlamış, 16 iyul 2022-ci il tarixdə, saat 13:45 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, st.Sumqayıt yaşayış massivində yaşadığı evin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana yaşadığı evin qonaq otağında olan rəfin üzərindəki şüşə qabın içərisindən 01 ədəd şəffaf rəngli sellofanın içərisindən aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Bu səbəbdən onda narkotik vasitələrə asılılıq yaranmışdır. Belə ki, bu iş üzrə saxlanılmamışdan təxminən on gün əvvəl şəxsi istifadəsi üçün Bakı şəhərində, 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 300 manat müqabilində bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana almış və yaşadığı evə gələrək gizlətmişdir. O, 16 iyul 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı evdən çıxıb küçə ilə hərəkət edərkən mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onu 5-ci Polis Bölməsinə dəvət etmiş və orada müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirmişlər. Həmin vaxt üzərindən heç bir qanunsuz əşya və maddə aşkar olunmamışdır. Buna baxmayarq o, polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmiş və könüllü olaraq təhvil verə biləcəyini bildirmişdir. Bununla əlaqədar o, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana gəlmiş və evdə gizlətdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları, vəkilin iştirakı ilə həmin sellofan torbaya baxış keçirmiş və içərisində 56 büküm aşkar etmişlər. O, həmin narkotiki alarkən hazır bükümlərdə olmuş və elədə saxlamışdır. O, narkotik vasitəni alarkən hazır bükülülərdə olduğunu, həmçinin ucuz olduğu üçün şəxsi istifadəsi üçün çox aldığını bildirdi. Bundan başqa onun heç kimə narkotik vasitə satmaq niyyəti olmamışdır. Bu səbəbdən o, özünü narkotik vasitələrin satışında təqsirli bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində saxlaması və yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar raport ilə bölmə rəhbərliyinə məruzə olunmuş və əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün təxminən saat 13:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılmış və birlikdə polis bölməsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasına gəlmişlər. Xidməti otaqların birində saxlanılan şəxsə özünü təqdim etməsini və narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi, həmçinin yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi ilə məşğul olduğundan şübhəli şəxs qismində saxlanıldığı bildirilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini təklif etmiş, lakin o üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını bildirsə də yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra onların və müdafiəçinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin qonaq otağında olan şüşə qabın içərisində saxladığı şəffaf rəngli sellofan paketi təqdim etmiş və paketin içərisinə baxış keçirilən zaman orada rəngli bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Müstəntiqin suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 300 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin evdən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 17 iyul 2022-ci il tarixli 7/778 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Şübhəli şəxs imza...” sözləri yazılmış zərfi açdıqda içərisində 56 (əlli altı) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,310 qram, 0,384 qram, 0,147 qram, 0,326 qram, 0,324 qram, 0,262 qram, 0,333 qram, 0,289 qram, 0,314 qram, 0,315 qram, 0,277 qram, 0,240 qram, 0,313 qram, 0,272 qram, 0,317 qram, 0,151 qram, 0,236 qram, 0,294 qram, 0,350 qram, 0,264 qram, 0,238 qram, 0,159 qram, 0,289 qram, 0,100 qram, 0,150 qram, 0,206 qram, 0,129 qram, 0,126 qram, 0,180 qram, 0,180 qram, 0,155 qram, 0,311 qram, 0,224 qram, 0,168 qram, 0,195 qram, 0,107 qram, 0,145 qram, 0,209 qram, 0,292 qram, 0,307 qram, 0,212 qram, 0,185 qram, 0,201 qram, 0,223 qram, 0,231 qram, 0,265 qram, 0,248 qram, 0,212 qram, 0,218 qram, 0,045 qram, 0,279 qram, 0,336 qram, 0,284 qram, 0,312 qram, 0,347 qram və 0,365 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi -13,551 qramdır. Tədqiqata təqdim olunmuş 56 (əlli altı) ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 20 iyul 2022-ci il tarixli 3942 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 56 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,310 qram, 0,384 qram, 0,147 qram, 0,326 qram, 0,324 qram, 0,262 qram, 0,333 qram, 0,289 qram, 0,314 qram, 0,315 qram, 0,277 qram, 0,240 qram, 0,313 qram, 0,272 qram, 0,317 qram, 0,151 qram, 0,236 qram, 0,294 qram, 0,350 qram, 0,264 qram, 0,238 qram, 0,159 qram, 0,289 qram, 0,100 qram, 0,150 qram, 0,206 qram, 0,129 qram, 0,126 qram, 0,180 qram, 0,180 qram, 0,155 qram, 0,311 qram, 0,224 qram, 0,168 qram, 0,195 qram, 0,107 qram, 0,145 qram, 0,209 qram, 0,292 qram, 0,307 qram, 0,212 qram, 0,185 qram, 0,201 qram, 0,223 qram, 0,231 qram, 0,265 qram, 0,248 qram, 0,212 qram, 0,218 qram, 0,045 qram, 0,279 qram, 0,336 qram, 0,284 qram, 0,312 qram, 0,347 qram və 0,365 qram olmaqla, ümumi çəkisi 13,551 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı ünvanda saxlamış, 16 iyul 2022-ci il tarixdə, saat 13:45 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, st.Sumqayıt yaşayış massivində yaşadığı evin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİnin 5-ci PB-nə gətirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana yaşadığı evin qonaq otağında olan rəfin üzərindəki şüşə qabın içərisindən 01 ədəd şəffaf rəngli sellofanın içərisindən aşkar olunaraq götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını və uşaqlarından birinin kvadroplegik spastik serebral iflic xəstəsi olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdən 18 iyul 2022-ci tarixədək saxlanıldığı müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun məhkəmə iclas zalından həbsə alındığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 12,431 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası CPMin 132.1.1-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müaliə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına, həmçinin 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək saxlanıldığı müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun həbsə alındığı 19 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 12,431 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASCnin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar