Məhkəmə qərarları › İş №1(060)-739/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-739/2025

07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-739/2025 07.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 15, mənzil 1də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 40A, mənzil 169-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 13 iyun 2025-ci il tarixdə saat 17:35 radələrində “BD 677949” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında X1 mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi “Toyota Prius minik” markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti ilə S.Vurğun küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələbləri pozaraq, onun hərəkət istiqaməti üzrə yolu soldan sağa doğru keçmək istəyən piyada xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sol yan hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid edilən sol qamış sümüyünün çoxqəlpəli azyerdəyişmiş oynaq daxili sınığı, lll-İV-V sol ayaq daraq sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan xəsarətlər almasına səbəb olan yolnəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 avqust 2025-ci il tarixdə zərərçəkmişlə notarial qaydada barışıq sazişi imzalayaraq barışmışlar. Bundan sonra onun anası və zərərçəkmişin anası barışıq sazişini aparıb müstəntiqə təqdim etmişlər. Qeyd edir ki, bu hadisədən sonra iş üzrə müvafiq sənədlər ekspertizaya göndərilmişdir. Müstəntiq isə sonuncuya bildirmişdir ki, aralarında barışıq sazişi var, buna görə də ekspert rəyinin iş üzrə bir əhəmiyyəti yoxdur. İşə xitam verilməsi üçün ekspertizanın rəyi ilə razılaşaraq onu imzalamalıdır. Qeyd edir ki, iş üzrə icraata xitam verilməsi üçün bir prosedur olduğunu düşünərək ekspert rəyi ilə razılaşmışdır. Bundan sonra müstəntiq təqdim olunmalı olan sənədləri təqdim etməmiş, işə xitam verməmişdir. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında saat 17:35 radələrindən baş vermişdir. Avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə baş verən zaman avtomobilində özü və 3 xanım olmuş, içkili və ya yuxulu olmamışdır. Bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsində sürətinin 40-45 olduğunu bildirsə də, sürəti daha az olmuşdur. Hadisə piyada Göyçay marketin qabağından yolu keçərkən baş vermişdir. Qeyd edir ki, piyada yolu çox sürətlə keçmişdir, o, piyadanı görən kimi avtomobilini yolun kənarına çəksə də, piyada avtomobilin sol qapısına dəyərək xəsarət almışdır. Qeyd edir ki, uşağı təxminən 3 metr məsafədən görmüşdür. Hadisə baş verən zaman yol boş olmuşdur. Bildirir ki, piyadanı vurduqdan sonra orada olan bir şəxs piyadanı və onun 3 bacısını avtomobilinə qoymuş və onlar birlikdə yaralını Travmatologiya xəstəxanasına çatdırmışlar. Lakin xəstəxana işçiləri onu X5 aparmalı olduqlarını bildirmişdir. Bildirir ki, uşağın sağalması üçün demək olar ki, bütün dövlət və özəl xəstəxanalara müraciət etmişlər. Sonuncu dəfə Bakıda zərərçəkmişin valideynləri ilə birlikdə Bakıda yerləşən özəl xəstəxanaların birinə müraciət etmişlər. Orada fəaliyyət göstərən türk həkim zərərçəkmişi rentgen etmiş, onun azyaşlı olduğuna görə əməliyyat olunmasını tövsiyə etmədiyini bildirmişdir. O, qeyd etmişdir ki, uşağın ayağı 3 ay müddətində sağalacaq, 3 ay keçdikdən sonra yenidən yoxlanışa gəldikdə əməliyyata ehtiyac olub-olmamasına qərar verəcəklərini bildirmişdir. Lakin həkimin tövsiyələrinə və həkim müayinəsindən 1 ay müddətin keçməməsinə baxmayaraq, uşağın valideynləri onu müxtəlif xəstəxanalara aparmış, rentgendən keçirmişdir. Qeyd edir ki, hətta valideynləri uşağı çox sayda rentgendən keçirdiyi üçün uşağın qan dəyərləri düşmüş, o əməliyyata götürülməmişdir. Hadisə baş verdikdən sonra müstəntiq onun barəsində axtarış elan etmişdir. Lakin o, dövlət işində işlədiyi üçün həmin müddətdə Hesablama Palatasında yoxlama keçirildiyi üçün çağırışlara gələ bilməmişdir. Daha sonra o, işdən icazə alaraq PByə yaxınlaşmış, 2 gün müddətinə tutulmuşdur. Qeyd edir ki, çıxdıqdan sonra görmüşdür ki, onun anası ilə zərərçəkmişin anası razılaşaraq barışmışdır, 1000 manat verməklə prosesin başa çatacağını bildirmişlər. Müstəntiq tərəfindən təqdim olunmuş ekspert rəyi ilə tanış olmuşdur, işin dərininə getmək üçün vaxtı olmadığına və zərərçəkmişlə aralarında barışıq sazişi olduğuna görə ekspert rəyini imzalasa da, eskpert rəyi ilə razı deyildir, təkrar ekspertiza keçirilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, öz müdafiəsi ilə bağlı hər hansı bir əsaslı dəlillər gətirməyərək ifadəsində göstərmişdir ki, evlidir, 1 övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 13 iyun 2025-ci il tarixdə təxminən saat 17:25 radələrində etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə S.Vurğun küçəsinin kəsişməsi istiqamətində yolun sağdan 1-ci hərəkət zolağı ilə təxminən 40-45 km/saat sürətlə düzünə hərəkətdə olduğu zaman, qarşıda yolun sol kənarından yolun hərəkət hissəsinə daxil olan yeniyetmə piyadanın qaçaraq yolu keçdiyini görmüş və dərhal əyləci sıxaraq avtomobili nisbətən sağa tərəf çəkmiş, lakin piyada qaçaraq öz hərəkətini davam etdirdiyindən özü avtomobilinin sol yan hissəsinə çırpılaraq yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayaraq ona yardım göstərmiş və onu hadisə yerində olan şəxsə məxsus avtomobilə qoyaraq əvvəl Təcili Tibbi yardım xəstəxanasına aparmışlar. O da həmin avtomobilin arxasınca getmişdir. Azyaşlı olmasına görə TTY xəstəxanasında qəbul etməyib uşaq xəstəxanasına aparmalarını bildirmişlər. O, həmin uşağı və yanında olan 2 nəfər bacılarını öz avtomobilinə əyləşdirib Uşaq xəstəxanasına aparmışlar. Orada lazımi tibbi yardımlar göstərilmişdir. Bundan sonra xəstəxanaya gələn polis əməkdaşları ilə birlikdə Polis idarəsinə gedib izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, hadisədən əvvəl onun hərəkət sürəti təxminən 40-45 km/saat olmuşdur. O, hadisədən əvvəl təxminən 6-7 metr məsafədən həmin azyaşlının yola qaçdığını görmüş və onu vurmamaq üçün əyləci sıxıb avtomobili sağa doğru çəkmişdir. Lakin azyaşlı piyada onun idarə etdiyi avtomobilin sol yan hissəsinə dəyərək yerə yıxılmış və hadisə nəticəsində xəsarət almışdır. O, həmin vaxtı yalnız yola baxaraq avtomobili idarə etmişdir. Hər hansı diqqətini yayındıracaq fəaliyyətlə məşğul olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs Rafael oğluna yol-nəqliyyat hadisəsi ilə əlaqədar vurulmuş maddi ziyanı tam ödədiyini və onunla barışdığını, barışmağını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmağını xahiş etmiş, amnistiya aktının tətbiqindən imtina etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bacıları ilə avtomobil yolunu piyada keçmək istəyərkən avtomobilin gəldiyini görüb iti addımlarla yolu keçməyə çalışmışdır. Lakin avtomobil onu vurmuş və ayağından xəsarət almışdır. Bundan sonra yolda dayanan avtomobildə olan şəxslər onu həmin avtomobil ilə Sumqayıt şəhər TTY xəstəxanasına aparmışlar. Ona tibbi yardım göstərmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. 13 iyun 2025-ci il tarixdə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri Heydər Əliyev prospektində avtomobil yolunu keçərkən həmin yolda sürətlə hərəkət edən Toyota Prius markalı avtomobil tərəfindən vurularaq xəsarət almışdır. Bundan sonra oğlu Ramal orada olan şəxslər tərəfindən xəstəxanaya aparılmış və orada ilkin tibbi yardım göstərilmişdir. O, bu barədə məlumat aldıqdan sonra Uşaq xəstəxanasına gedərək oğlu Ramalı Bakı şəhərində yerləşən Travmatologiya xəstəxanasına aparıb müayinə etdirmişdir. Oğlunu idarə etdiyi avtomobil ilə vuraraq xəsarət yetirən sürücü tərəfindən ona hər hansı maddi yardım göstərilmədiyindən o, ondan şikayətçi olmuşdur. Əlavə olaraq bildirmişdir ki, o, hadisə zamanı orada olmamış, lakin sonradan ona məlum olmuşdur ki, sürücü avtomobili idarə edərək yolu keçmək istəyən oğlu Ramal vuraraq xəsarət yetirmişdir. Qanuni nümayəndə xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə yazaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyini bildirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs həmin ərizəni əlavə olaraq imzalamışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 15 iyul 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan 21 iyul 2025-ci il tarixli ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan olunması və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığından barəsində axtarış elan edilmişdir. Cinayət işinin 60-cı vərəqəsində olan 30 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ 4-cü PB-nin məktubundan görünür ki, 30 iyul 2025-ci il tarixdə saat 09:30-da Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 78-79-cu vərəqələrində olan 01 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 88-89-cu vərəqələrində olan 01 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 99-cu vərəqəsində olan 15 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan 15 avqust 2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, həmin tarixdə iş üzrə təqqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqdan yayındığından barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Cinayət işinin 104-cü vərəqəsində olan 22 sentyabr 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata götürülməsi barədə qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnərək istintaqı davam etdirilmişdir. Cinayət işinin 111-ci vərəqəsində olan 25 sentyabr 2025-ci il tarixli könülü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində olmadığına, həmçinin fərdi əmək fəaliyyəti ilə məşğul olub müxtəlif yerlərdə işlədiyinə, iş saatının çox olduğu ilə əlaqədar, eləcə də maddi imkanı olmadığı üçün mobil telefondan istifadə etmədiyinə görə hüquq-mühafizə orqanı tərəfindən axtarışda olması barədə heç bir məlumatı olmamış, istintaq orqanına işi ilə maraqlanmaq məqsədilə gəlmiş və axtarışda olmasını bildirmişdir. Cinayət işinin 05-13-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospektində hadisə yerinə baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli 3708 nömrəli “sərxoşluq vəziyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. Cinayət işinin 28-ci vərəqəsində olan 01 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X8 tərəfindən təqdim olunmuş 3-28-11/2-919 nömrəli məktubundan görünür ki, vətəndaş 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində müəssisədə ambulator müalicə almışdır. Həkim Apayev E. ayaq daraq sümüklərinin sınığı diaqnozu təyin edilmişdir. Cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyi X7 Sumqayıt şəhər şöbəsinin xx.xx.2025-ci il tarixli 954 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol qamış sümüyünün çoxqəlpəli az yerdəyişmiş oynaq daxili sınığı. İİİ-İV-V sol ayaq daraq üsüklərinin qapalı sınıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər Uşaq xəstəxanasına qəbul edildiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni YNHsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 41-ci vərəqəsində olan 15 iyul 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 43-44-cü vərəqələrində olan 15 iyul 2025-ci il tarixli yetkinlik yaşına çatmayan şəxsə qanuni nümayəndə təyin edilməsi haqqında qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan 01 avqust 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Sumqayıt TŞ kameralarından əldə edilmiş 01 ədəd diskə baxış keçirilmiş və baxış zamanı 01 ədəd 03:01 dəqiqə davam edən videonun olması müəyyən olunmuşdur. Videoda 13 iyun 2025-ci il tarixdə saa 17:35 radələrində Sumqayıt şəhəri, Heydər Əliyev porspektində 1 nəfər azyaşlı piyadanın qaçaraq yolu keçməyə çalışması, qırmızı rəngli, Toyota Prius markalı avtomobilin hərəkətdə olarkən avtomobilinin sol yan hissəsi ilə həmin piyadanı vurması və piyadanın yerə yıxılması müəyyən olunmuşdur. Diskin içərisindəki məlumatlarda iş üçün sübut əhəmiyyəti kəsb edəcək digər hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/1786 saylı rəyindən görünür ki, Toyota Prius markalı, 99TO970 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 108-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16-8/2 624/2025 saylı məktubundan görünür ki, sonuncuya məxsus “BC” kateqoriyalı AE046062 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. Cinayət işinin 115-118-ci vərəqələrində olan 07 oktyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Sumqayıt TŞ kameralarından əldə edilmiş 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarında saxlanması nəzərə alınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi, zərərçəkmiş şəxsin, şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, digər istintaq hərəkətləri protokolları sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 İdarəsi tərəfindən 26 iyun 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər kateqoriyasına daxil olsa da (qərarın 1.16-cı bəndi), şəxsin amnistiya qərarına əsasən deyil, Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad olunması barədə istəyi nəzərə alınmalı, amnistiya qərarına əsasən cinayət məsuliyyətdən azad edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X6, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt TŞ kameralarından əldə edilmiş 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar