Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-74/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, əhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin hüquqi varisi Əliyeva (Əzimova) Təranə Abdul qızının, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2022ci il tarixli qərarı ilə axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2022-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,278 qram qəhvəyi rəngli dənəvari formada maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 17.00 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə, 7/79 saylı evin qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan ağ qara damalı qısaqol köynəyin sol döş cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,278 qram qəhvəyi rəngli dənəvari formada maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. 17 iyul 2022-ci ildə ibtidai istitnaqda və 10 noyabr 2022-ci ildə məhkəmə baxışında dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə baxışında elan edilmiş ifadəsindən görünür ki, o Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 79, mənzil 59 ünvanında qeydiyyatla yaşayır. 2002-ci ildən narkotik alüdəçisidir. Narkotik vasitə “kakos” deyilən heroindən, “şüşə” adlanan metamfetamindən inyeksiya ilə istifadə edir. Əvvəllər bir neçə dəfə narkotikdən istifadə etdiyinə görə məhkum olunmuş. xx.xx.2022-ci il tarixdə səhər saat 12 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 manata bir bükümdə narkotik vasitə olan heroini alıb şəxsi istifadəsi üçün üstündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 7/79-un qarşısında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 3cü polis bölməsinə gəlmişdir. Bölmənin inzibati otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirilmiş, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional vəkil bürosunun vəkili X4 təqdim olunmuşdur. Vəkilə etiraz etməmiş. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra, o, əynində olan ağ qara damalı qısaqol köynəyin sol döş cibində saxlamış olduğu bir ədəd şəffaf sellofanda olan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan büküm açılan zaman içində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə olduğu müəyyən edilmiş, sorğu zamanı aşkar edilmiş həmin kütlənin narkotik vasitə kakos olmasını, həmin bir bükümdə olan narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saat 12 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 manata bir bükümdə alıb şəxsi istifadəsi üçün üstündə saxladığını bildirdi. Sonra isə həmin maddə üzərində olan şəffaf sellofan büküm ilə birlikdə onun iştirakı ilə elektron tərəziyə qoyularaq çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol imzalanmışdır. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, narkotik istifadə etdiyini, narkotik aludəçisi olduğunu etiraf edir, onun həmin narkotiki almaqda məqsədi özü istifadə etmək olmuş, narkotik satmaq niyyəti olmamışdır Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə kəskin qaraciyər çatışmazlığı diaqnozundan öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 106-1.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin yaxın qohumlarına Azərbaycan Respublikası CPM-nin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildiriş göndərilmiş və Təqsirləndirilən şəxs bacısı Əliyeva (Əzimova) Təranə Abdul qızı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmiş və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş Əliyeva (Əzimova) Təranə Abdul qızı göstərmişdir ki, qardaşı narkotik maddələrdən istifadə etmiş, onu narkotik maddələrin istifadəsindən çəkindirməyə çalışsalar da bu mümkün olmamış, qardaşı xx.xx.2022-ci il tarixdə kəskin qaraciyər çatışmazlığı diaqnozundan ölmüş, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindiurilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 79, mənzil 59 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 17.00 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 45-ci məhəllə, 7/79 saylı evin qarşısında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Sumqayıt Regional Vəkil bürosunun vəkili X3 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan ağ qara damalı qısaqol köynəyin sol döş cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda narkotik vasitəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bükümü şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə səhər saat 12 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üstündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərlərində olan sellofan ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş. Həmin kütlənin çəkisinin 1,42 qram olması müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X6 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 127 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarına əlavə olunmuş DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17.00 radələrində Sumqayıt şəhəri, 45- ci məhəllə, 7Y79 saylı evin qarşısında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş, bölmədə Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları Şahid1 və Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı X6 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ qara damalı qısaqol köynəyin sol döş cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılmış, içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə kakosdur, həmin bir bükümdə olan narkotik vasitə kakosu xx.xx.2022-ci il tarixdə səhər saat 12 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üstündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büktimdəki kütlə üzərində olan şəffaf sellofan ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş. Həmin kütlənin çəkisinin 1,42 qram olması müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X6 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. İş materiallaında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6\3842 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Azərbaycan Respublikası DİN Zərflər üçün 127 nömrəli dairəvi möhür əksi, “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 1,278 qram qəhvəyi rəngli dənəvari formada maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Qeyd: heroinin ümumi təmiz çəkisi – 1,278 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,228 qram). İş materiallarında olan məhkəmə-narkoloji ekspertiza üzrə xx.xx.2022-ci il tarixli 3940 saylı saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,278 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq çəkisi 1,228 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 317505 seryalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs kəskin qaraciyər çatışmazlığı diaqnozu ilə xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası CPM-nin 106-1.3-cü maddəsində nəzərdə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinin tələbinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-də saxlanılan qalıq çəkisi 1,228 qram narkotik vasitə olan heroinin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114 ( bir yüz on dörd) manat məbləğində pul dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3-1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata o, öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,228 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114 (bir yüz on dörd) manat məbləğində pul dövlət büdcəsinə aid edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-74/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-74/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver