Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-74/2024 09.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 1-ci məhəllə, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5233/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay, hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Sumqayıt Şəhəri Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)- 915/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuş və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-cü il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilmişdir. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün verilən xx.xx.2023-cü il tarixli təqdimata əsasən 4395 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da Zərərçəkmiş şəxs qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2017-ci il tarixdə X8 ilə rəsmi nikaha girməklə ailə qurmuş, Röya onun soyadın götürmüş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişdir. Birlikdə əvvəl X7 qəsəbəsində, sonra isə Sumqayıt şəhərində, təxminən 3 il 6 ay yaşamışlar. Əvvəl münasibətləri normal olmuş, sonra isə Röyanın valideyinləri onların ailə işlərinə qarışdığı üçün münasibəti pozulmuşdur. O, əvvəl hərbçi olmuş, lakin müəyyən səbəblərə görə hərbi xidmətdən azad olunmuş, sonra isə fərdi əməklə işlədiyi müddətdə imkanı daxilində ailəsinə və uşaqlarına baxmışdır. O, həmin ərəfədə iki işdə işləmiş, bu səbəbdən hərdənbir evə gec gəlmiş, hərbən-bir yeyibiçmək məclislərinə də getmişdir. Lakin Röya bunu anlamaq istəməmiş, həmçinin Röyanın valideyinlərini evinə buraxmamış və bu səbəbdən evində mübahisələr olmuşdur. O, hərbçi işləyəndə hər ay 500-600 manat qazancı olmuş, sonra isə o, hərbi xidmətdən təxris olandan sonra bir müddət işləməmiş, sonra isə fəhləliklə məşğul olmuş, tikintidə ustanın köməkçisi kimi işləmiş və bu zaman günə 10-15 manat qazancı olmuşdur. Lakin Zərərçəkmiş şəxs ondan aliment alınması üçün məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-5233/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020- ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, imkanı daxilində uşaqlarına baxmış, uşaqları gəlib götürərək 1-2 gün evində saxlamış, hazırda minik avtomobilini icrayəyə götürərək sərnişin daşımaqla qazancı təxminən 15-20 manat təşkil edir. Barəsində Sumqayıt şəhəri üzrə icra şöbəsində icra işi aparılmış, lakin alimenti tam ödəyə bilmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda verilmiş ittiham üzrə olan aliment borcunu tam şəkildə ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, Zərərçəkmiş şəxs atasıdır. Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxslə rəsmi nirkaha girməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşaqları dünyaya gəlmişdir. Onlar əvvəl X7 qəsəbəsində, sonra isə Sumqayıt şəhərində yaşamışlar. Əvvəl nişanlı olduqları müddətdə münasibətləri normal olmuş, sonra isə onun xasiyyəti dəyişmişdir. Belə ki, əvvəl Təqsirləndirilən şəxs hərbçi olmuş, lakin hansısa səbəbə görə işdən çıxmışdır. Sonra isə fərdi əməklə işlədiyi müddətdə qazandığını evə və uşaqlarına xərcləməmiş, öz ehtiyaclarına xərcləmiş, yeyib-içmək məclislərinə meyilli olmuş və bu səbəbdən qızı ilə münasibətləri korlanmışdır. Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmadığı üçün və maddi cəhətdən uşaqların böyüdülməsində köməklik etmədiyi səbəbindən qızı uşaqlar üçün alimentin alınmasından ötrü məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-5233/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhəri üzrə icra şöbəsində icra işi aparılmış, lakin Təqsirləndirilən şəxs alimenti ödəməmişdir. Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən verilmiş tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli təqdimat əsasında ödənilməmiş aliment borcu 4395 manat təşkil edir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən aliment borcu tam olaraq ödənilmişdir, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfiondən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-5233/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Sumqayıt Şəhəri Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-915/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan xx.xx.2022-cü il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-nin X4 Agentliyinin X2 Filialının **********7 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınmışdır. MEİS-də aktiv əmək müqaviləsi aşkar olunmamışdır. İş materiallarında olan 22 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə olan aliment borcundan müxtəlif vaxtlarda ödənişlər etmiş və həmin borc onun tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi, atası Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olan 4395 manat aliment tam şəkildə ödənildiyindən onun heç bir şikayətləri yoxdur və cinayət işinin icraatına xitam verilməsinə etiraz etmirlər. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələrini dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 306.1-ci maddəsində göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 306-cı maddəsinin “qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə borcu ödəməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin verilən ittiham üzrə borcun tam həcmdə ödənilməsi barədə ərizəsini, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi onun vəkili təyin edilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(060)-74/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-74/2024
09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver