Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-740/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqyıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızının iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barsində həbs qətimkan tədbiri seçilmiş Əhmədova (Abbasova) Səbinə Mübariz qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızı istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,268 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, xeyli miqdarda ümumi təmiz çəkisi 0,241 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023cü il tarixdə saat 13:30-da Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi, Səməd Vurğun küçəsində yerləşən Məkan restoranının qarşısında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin Bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əlinin ovcundan 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,113 qram olan, 01 ədəd üzərində «Fərid» yazısı olan ağ rəngli kağızın içərisində 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,035 qram və 0,039 qram olan, 01 ədəd üzərində “Şöşü 3.2” yazısı olan ağ rəngli kağızın içərisində iki ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,038 qram və 0,043 qram olan ümumilikdə 05 ədəd bükümdə ümumi təmiz çəkisi 0,268 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,079 qram olan ağ rəngli kristallik maddə, 01 ədəd üzərində “Fərid” yazısı olan ağ rəngli kağızın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,052 qram olan ağ rəngli kristallik maddə, 1 ədəd üzərində “Şüşü 3.2” yazısı olan ağ rəngli kağızın içərisində 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,041 qram, 0,034 və 0,035 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 0,241 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,502 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 05 dekabr 2023-cü il tarixdə saat 13:40 radələrində ünvan 2 ünvanının qarşısında Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməkdaşları tərəfindən saxlanılaraq, həmin Bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd bükümdə təmiz çəkisi 0,502 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq, götürülmüşdür. Bundan başqa, o təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,777 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 18:00-da Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yaxınlığında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd bükümdə təmiz çəkisi 0,777 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq, götürülmüşdür. Bundan başqa, o təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,440 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat ll:30da Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən «Avanqard» avtomobil ehtiyyat hissələri mağazasının qarşısında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd bükümdə təmiz çəkisi 0,440 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq, götürülmüşdür. Bundan başqa, o təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,674 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 11:45-də Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yaxınlığında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd bükümdə təmiz çəkisi 0,674 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-ci il tarixdə Səxavət adlı şəxs ona 4 ədəd kağıza bükülmüş bükümlər vermiş, onların içərisində üzərində “Fərid”, digərində “Şöşü” yazıları olan bükümlər də olmuşdur. Həmin bükümlərin içərisində heroin və metamfetamin olmuş və onları tanımadığı şəxslərə verməli imiş. Digər iki bükümdə olan narkotik vasitəni isə özü istifadə etməsi üçün vermişdir. Belə ki, üzərində “Fərid” və “Şöşü” yazıları olan bükümlərdə olan maddələri başqa şəxslərə çatdırması qarşılığında onun özünə də istifadə etməsi üçün iki büküm metamfetamin verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:30-da Sumqayıt şəhəri, Xəzər bağlar massivi, S.Vurğun küçəsində yerləşən “Məkan” restoranının yaxınlığında piyada hərəkət etmiş və bükümləri cibindən çıxarıb əlində saxlamışdır. Bu zaman polis əməkdaşları ona ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, satışı və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu 1-ci PB-nə dəvət etmişlər, PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman o, əlində olan həmin 04 ədəd bükümləri təqdim etmişdir. Həmin bükümlərdən 1-ci büküm təhqiqatçı tərəfindən açılmış və içərisində narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin büküm elektron tərəziyə qoyulub çəkilmişdir. Daha sonra 2-ci büküm təhqiqatçı tərəfindən açılmış və içərisində psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmin büküm də elektron tərəziyə qoyulub çəkilmişdir. Üzərində “Şöşü” yazısı olan 3-cü büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində 05 ədəd başqa kağız bükümlərin olması aşkar edilmişdir. Həmin bükümlərdən 02 bükümü narkotik vasitə olan heroin, digər 03 büküm isə psixotrop maddə olan metamfetamin olmuşdur. Onlar hər biri tərəziyə qoyularaq çəkilmişdir. Daha sonra üzərində “Fərid” yazısı olan 4-cü büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində 03 ədəd başqa kağız bükümlərin olması aşkar edilmişdir. Həmin bükümlərdən 02 bükümü narkotik vasitə olan heroin, digər 01 büküm isə psixotrop maddə olan metamfetamin olmuşdur. Onlar hər biri tərəziyə qoyularaq çəkilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminləri Səxavət adlı şəxsdən aldığını və tanımadığı şəxslərə vermək üçün küçəyə çıxdığını, bükümlərdən üzərindən yazı olmayan bükümləri Səxavət tərəfindən şəxsi istifadəsi üçün ona verildiyini bildirmişdir. Aşkar olunmuş həmin maddələr 01 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Bundan başqa müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixldə Sumqayıt şəhərində müxtəlif ərazilərdə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşları narkotik vasitə ilə bağlı şübhəli şəxs kimi onu 4-cü PB-nə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə həmin bölməyə getmişdir. Hər dəfə bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş, eləcə də hüquqlarının müdafiə etməsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra isə üzərində şəxsi axtarışlar keçirilmiş və hər dəfə üzərində şəxsi axtarış keçirilərkən o özü üzərində olan psixotrop maddə olan metamfetamini könüllü təqdim etmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin hər dəfə çəkilərək müvafiq qaydada qablaşdırılmışdır. Hər dəfə müvafiq sənədləşmə işləri aparılmış, o tərtib edilmiş sənədlərlə tanış olaraq imzalamışdır. Polis əməkdaşları tərəfindən heç vaxt təsir və ya təzyiqə məruz qalmamışdır. Aşkar edilmiş narkotik və psixotrop maddəllər həqiqətən də üzərində olmuşdur. Hazırda əməlindən peşmandır. Daha sonra özünü təqsirli bilməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızının təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Səbinə Əhmədovanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və Səbinə Əhmədovanın ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, “Xəzər bağları” yaşayış massivi, S.Vurğun küçəsində “Məkan” restoranının yaxınlığında saxlanılmış, sonra isə Səbinə Əhmədovaya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə müvafiq sənədləşmənin aparılması mümkün olmadığından Səbinə Əhmədovanı 1-ci PB-yə dəvət etmişlər. Səbinə Əhmədova da etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində Səbinə Əhmədovanın üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmazdan əvvəl Səbinə Əhmədovaya üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Səbinə Əhmədova özü əlində olan kağız bükümləri təqdim etmişdir. Həmin bükümlərin 04 ədəd olması müəyyən olunmuşdur. Həmin bükümlər açılmış və içərisindənarkotik vasitə olan heroin aşkar edilmişdir. Daha sonra 2-ci büküm açılmış və içərisində psixotrop maddə olan metamfetaminin olması aşkar edilmişdir. Həmin büküm də elektron tərəziyə qoyulub çəkilmişdir. Onlar hər biri tərəziyə qoyularaq çəkilmişdir. Sorğu zamanı Şəbinə Əhmədova üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə olan ınetamfetamini Səxavət adlı şəxsdən aldığını və tanımadığı şəxslərə vermək üçün küçəyə çıxdığını, bükümlərdən üzərindən yazı olmayan bükümləri Səxavət tərəfindən şəxsi istifadəsi üçün ona verildiyini bildirmişdir. Aşkar olunmuş həmin maddələr 01 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və Şəbinə də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Səbinə Əhmədovaya qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Səbinə Əhmədova saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahidlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin operatoru Şahid9 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişlər ki, xx.xx.2023cü il tarixdə şəxsi axtarış zamanı Səbinə Əhmədova əlində olan bükümləri təqdim edərək onların narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Şəbinə adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 13:40-da sonradan anket məlumatları bəlli olan Əhmədova Səbinə Mübariz qızı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən ev 78A-nın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Şəbinə Əhmədovanın üzərinə şəxsi axtarış keçirilməzdən hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Daha sonra video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilərək üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan şalvarın cibində saxlamış olduğu büküm təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Şəbinə Əhmədova üzərindən aşkar olunmuş metamfetamini həmin gün Novxanı bağları ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Aşkar olunmuş həmin maddə çəkilərək qablaşdırılmış və üzəri möhürlənmişdir. Daha sonra müvafiq sənədləşmə aparılmış və Səbinə Əhmədova da həmin sənədlərlə taııış olaraq, sənədlərə imza etmişdir. Səbinə Əhmədovaya qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Şəbinə Əhmədova saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Səbinə Əhmədovanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 4-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və Səbinə Əhmədovanın ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Azərbaycan prospektində yerləşən “Avanqard” avtomobil ehtiyat hissələrinin satışı mağazasının qarşısında saxlanılmış, sonra isə Səbinə Əhmədovaya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər və sonuncunu 4-cü PB-yə dəvət etmişlər. Səbinə əhmədova da etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində Səbinə Əhmədovanın üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmazdan əvvəl Səbinə Əhmədova üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Səbinə Əhmədova özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən saxlamış olduğu göy rəngli kağıza bükülmüş bükülünü çıxaraq təqdim etmişdir. Səbinə Əhmədovun üzərindən aşkar olunmuş bükülü açılan zaman içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Səbinə Əhmədova psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Səbinə Əhmədovanın üzərində axtarış aparılmış, üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra həmin maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin YYÇPİTB-nin inspektoru Şahid10 digər Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış zamanı Səbinə Əhmədova əynində şalvarının sağ yan cibindən saxlamış olduğu bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nın təşkili Qrupunun operatoru Şahid12 digər Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı Səbinə Əhmədova əynində şalvarının sağ yan cibindən saxlamış olduğu bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid6 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, xx.xx.2024cü il tarixdə şəxsi axtarış zamanı Səbinə Əhmədova əynində olan şalvarın cibindən saxlamış olduğu bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin Cinayət Axtarış kiçik inspektoru Şahid4 ifafdəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Sumqayıt şəhərində Səbinə adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 13:40-da sonradan anket məlumatları bəlli olan Əhmədova Səbinə Mübariz qızı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən ev 78A-nın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Şəbinə Əhmədovanın üzərinə şəxsi axtarış keçirilməzdən hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Daha sonra video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilərək üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan şalvarın cibində saxlamış olduğu büküm təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Şəbinə Əhmədova üzərindən aşkar olunmuş metamfetamini həmin gün Novxanı bağları ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Aşkar olunmuş həmin maddə çəkilərək qablaşdırılmış və üzəri möhürlənmişdir. Daha sonra müvafiq sənədləşmə aparılmış və Səbinə Əhmədova da həmin sənədlərlə taııış olaraq, sənədlərə imza etmişdir. Səbinə Əhmədovaya qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Şəbinə Əhmədova saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Bundan başqa Əhmədova Səbinə Mübariz qızı barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edildiyi üçün o, keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 18:00-da Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yaxınlığında saxlanılıb, Sumqayıt ŞPİ-nin 4-cü PB-yə aparılarkən üzərində narkotik vasitə olduğunu bildirmişdir. Həmin PB-yə gətirildikdən sonra orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, həmçinin vəkil təqdim edilmişdir. Daha sonra video çəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı Şəbinə Əhmədova üzərindən aşkar olunmuş metamfetamini həmin tarixdə Novxanı bağları ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. Aşkar olunmuş həmin maddə çəkilərək zərfə qablaşdırılıb üzəri möhürlənmiş, müvafiq sənədləşmə aparılmış və Şəbinə də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Şəbinə Əhmədovaya qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Şəbinə Əhmədova saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid5 və Sumqayıt ŞPİ-nin ƏRQ-nin operatoru Şahid11 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar məhkəmə iclasında ifadə vermiş Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişlər ki, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı Səbinə Əhmədova əynində olan şalvarın cibindən saxlamış olduğu bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Səbinə Əhmədovanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 4-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və Səbinə Əhmədova ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yaxınlığında yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Səbinə Əhmədovaya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər və sonuncunu 4-cü PB-nə dəvət etmişlər. Səbinə Əhmədova da etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində Səbinə Əhmədova üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmazdan əvvəl Səbinə Əhmədova üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Səbinə Əhmədova özü əynində olan şalvarının cibindən 01 ədəd bükülünü çıxaraq təqdim etmişdir. Səbinə Əhmədovanın üzərindən aşkar olunmuş bükülü açılan zaman içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Səbinə Əhmədova üzərindən aşkar olunan maddənin metamfetamin olduğunu, həmin maddəni həmin tarixdə, səhər saatlarında Suqmayıt şəhəri, 26-cı məhəllə ərazisində tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Səbinə Əhmədovanın üzərində axtarış aparılmış, üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra həmin maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə kiçik inspektoru Şahid8 digər Şahid7 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı Səbinə Əhmədova əynində şalvarının sağ yan cibindən saxlamış olduğu bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin ƏRQ-nin operatoru Şahid11 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid7 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı Səbinə Əhmədova əynində şalvarının sağ yan cibindən saxlamış olduğu bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin 2-ci cild 38-ci vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Əhmədova (Abbasova) Səbinə Mübariz qızı həmin tarixdə tutulmuşdur. Cinayət işinin 2-ci cild 91-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızı müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 55-56-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Əhmədova (Abbasova) Səbinə Mübariz qızının əlində olan bükümləri təqdim etmiş, 1-ci bükümün içərisində heroin olduğunu bildirmiş, həmin büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,26 qram olması müəyyən olunmuşdur. Daha sonra 2-ci büküm açılmış və içərisində psixotrop maddə olan metamfetaminin olduğunu bildirmiş, həmin büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,41 qram olması müəyyən olunmuşdur. Daha sonra üzərində “Şöşü 3,2” yazısı olan 3-cü büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində 05 ədəd başqa kağız bükümlərin olması aşkar edilmişdir. Səbinə Əhmədova həmin bükümlərdən 02 bükümünün narkotik vasitə olan heroin, digər 03 bükümün isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. 05 ədəd bükümlərdən 1-cisinin çəkisi 0,06 qram, 2-cisinin çəkisi 0,06 qram, 3-cüsünün çəkisi 0,06 qram, 4-cüsünün çəkisi 0,04 qram, 5-cisinin çəkisi 0,07 qram olması müəyyən edilmişdir. Həmin bükümlərdən heroinin kağızla birlikdə ümumi çəkisi 0,13 qram, metamfetaminin kağızla birlikdə ümumi çəkisi 0,17 qram olması müəyyən edilmişdir. Üzərində “Fərid” yazısı olan 4-cü büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində 03 ədəd başqa kağız bükümlərin olması aşkar edilmişdir. Bükümlərdən 1-ci çəkisinin 0,08 qram olması, 2-ci bükümün 0,07 qram olması, 3-cü bükümün 0, 08 qram olması, heroinin isə 0, 13 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 2-ci cild 67-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4458 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №125” dairəvi möhür əksləri olan, “Əhmədova (Abbasova) Səbinə Mbüraiz qızından aşkar...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki: 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,113 qram olan qəhvəyi oəngli maddə, 01 ədəd üzərində “Fərid” yazısı olan ağ rəngli kağızın içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,035 qram və 0,039 qram olan qəhvəyi rəngli maddələr, 01 ədəd üzərində “Şöşü 3,2” yazısı olan ağ rəngli kağızın içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0.038 qram və 0.043 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim olunmuş 05 ədəd bükümdə ümumi təmiz çəkisi 0,268 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,079 qram olan ağ rəngli kristallik maddə, 01 ədəd üzərində “Fərid” yazısı olan ağ rəngli kağızın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,052 qram olan ağ rəngli kristallik maddə, 01 ədəd üzərində “Şöşü 3,22 yazısı olan ağ rəngli kağızın içərisində 03 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0.041 qram. 0,034 qram və 0,035 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş 05 ədəd bükümdə ümumi təmiz çəkisi 0,241 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvai tərkib komponentlərinə görə eynidir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,241 qram olmuş, tədqiqata 0,075 qram sərf edilmiş, 0,166 qram qalıq qalmışdır. Qeyd: Heroinin təmiz çəkisi 0,268 qram olmuş, tədqiqata 0,075 qram sərf edilmiş, 0,193 qram qalıq qalmışdır. Cinayət işinin 2-ci cild 66-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 99-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızının üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,193 qram çəkidə narkotik vasitə heroin və 0,166 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 257-cı vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Əhmədova (Abbasova) Səbinə Mübariz qızı həmin tarixdə tutulmuşdur. Cinayət işinin 2-ci cild 21-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızı müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 263-264-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Əhmədova (Abbasova) Səbinə Mübariz qızının əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kütləni təqdim edərək psixotrop maddə metamfetamin olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,66 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 275-276-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 63-16-16/2-6/6290 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Əhmədova...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,502 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,502 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,452 qram qalıq qalmışdır. Cinayət işinin 1-ci cild 274-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 117-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızının üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,452 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 176-cı vərəqində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Əhmədova (Abbasova) Səbinə Mübariz qızı həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 219-cu vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızı müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 182-183-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Əhmədova (Abbasova) Səbinə Mübariz qızının əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli siqaret kağızına bükülmüş kütləni təqdim edərək psixotrop maddə metamfetamin olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,81 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 196-197-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1367 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №128” möhür əksi, “1...S.Əhmədova...” və s. Soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,777 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,777 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,727 qram qalıq qalmışdır. Cinayət işinin 1-ci cild 195-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 225-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızının üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,727 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 92-ci vərəqində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Əhmədova (Abbasova) Səbinə Mübariz qızı həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 142-143-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızı müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 98-99-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Əhmədova (Abbasova) Səbinə Mübariz qızının əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd göy rəngli siqaret kağızına bükülmüş kütləni təqdim edərək psixotrop maddə metamfetaminolmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,83 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2602 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “(imza) Əhmədova S.” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,440 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,440 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,390 qram qalıq qalmışdır. Cinayət işinin 1-ci cild 112-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 149-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızının üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,390 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 17-ci vərəqində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Əhmədova (Abbasova) Səbinə Mübariz qızı həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 60-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızı müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 25-26-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Əhmədova (Abbasova) Səbinə Mübariz qızının əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni təqdim edərək psixotrop maddə metamfetamin olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,84 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 37-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3166 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası Dİn Arayışlar üçün №128” dairəvi möhür əksi, “Əhmədova Səbinə Mübariz qızının üzərindən aşkar edilmiş...(imza) yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,674 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,674 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,624 qram qalıq qalmışdır. Cinayət işinin 1-ci cild 36-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 64-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızının üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,624 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 144-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024- cü il tarixli, 3621 nömrəli rəyindən görünür ki, müayinə zamanı Əhmədova (Abbasova) Səbinə Mübariz qızında opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 151-170-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Əhmədova (Abbasova) Səbinə Mübariz qızının üzərində şəxsi axtarış keçirilməsi barədə görüntüləri özündə əks etdirən 05 (beş) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin 1-ci cild 122-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Əhmədova (Abbasova) Səbinə Mübariz qızının əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallaırna əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-254/2024 saylı qərarından görünür ki, Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin icraatında olan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızı barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həb qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Əhmədova (Abbasova) Səbinə Mübariz qızının iki azyaşlı uşağı var (müvafiq olaraq xx.xx.2012-ci il və xx.xx.2013-cü il təvəllüdlü). Beləliklə, Əhmədova (Abbasova) Səbinə Mübariz qızının törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətlərini təkrar törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızına cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızının özünü təqsirli bilməsini, ilk dəfə məhkum edilməsini və iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar törətməsini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Əhmədova (Abbasova) Səbinə Mübariz qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızına təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən uşaqlarının on dörd yaşına çatana qədər təxirə salınıb-salınmaması məsələsini müzakirə edərək hesab edir ki, qeyd edilən normanın təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızına tətbiq edilməsi məqsədə müvafiq deyil. Belə ki, təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızı hazırda narkomaniya xəstəliyindən əziyət çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və bir ilə yaxın müddət ərzində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini beş dəfə təkrar törətmişdir. Hazırda isə barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan digər iş üzrə həbsdədir (həmin iş üzrə ilkin olaraq CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilsə də sonradan onun əməli CM-nin 234.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir). Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Əhmədova (Abbasova) Səbinə Mübariz qızının hazırki iş üzrə beş dəfə ayrı-ayrı vaxtlarda hər dəfə 02 (iki) gün olmaqla, ümumilikdə 10 (on) gün şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Əhmədova (Abbasova) Səbinə Mübariz qızı barəsində başqa iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hazırlıq iclasında Əhmədova (Abbasova) Səbinə Mübariz qızının başqa iş üzrə həbsdə olması nəzərə alınaraq hazırki iş üzrə də barəsində həbs qətimkan tədbiri seçilsə də o bu günə qədər faktiki olaraq digər işə görə həbsdə saxlanılır. Ona görə də Əhmədova (Abbasova) Səbinə Mübariz qızının cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 04 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3621 nömrəli rəyinə əsasən Əhmədova (Abbasova) Səbinə Mübariz qızının barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızına tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,193 qram çəkidə narkotik vasitə olan heroin, həmçinin müvafiq olaraq 0,166 qram, 0,452 qram, 0,727 qram, 0,390 qram və 0,624 qram çəkilərdə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci, ümumilikdə 451 (dörd yüz əlli bir) manat təqsirləndirilən şəxs Əhmədova (Abbasova) Səbinə Mübariz qızından tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Əhmədova (Abbasova) Səbinə Mübariz qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Əhmədova (Abbasova) Səbinə Mübariz qızının ayrı-ayrı vaxtlarda şübhəli şəxs qismində tutulduğu ümumilikdə 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2024-cü il tarixdən hesablansın. Əhmədova (Abbasova) Səbinə Mübariz qızının barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Əhmədova (Abbasova) Səbinə Mübariz qızının barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,193 qram çəkidə narkotik vasitə olan heroin, həmçinin müvafiq olaraq 0,166 qram, 0,452 qram, 0,727 qram, 0,390 qram və 0,624 qram çəkilərdə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 (beş) ədəd disk disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci, ümumilikdə 451 (dörd yüz əlli bir) manat Əhmədova (Abbasova) Səbinə Mübariz qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Əhmədova (Abbasova) Səbinə Mübariz qızına göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-740/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-740/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver