Məhkəmə qərarları › İş №1(060)-740/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-740/2025

06.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-740/2025 06.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs-mülki iddiaçı : Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Sumqayıt şəhər X4 Stansiyasına sürücü kimi işə düzəldilməsində köməklik edəcəyini vəd verib aldadaraq sonuncudan 2024-cü ilin sentyabr ayında Sumqayıt şəhəri, ərazisində yerləşən X2rşısında 5000 (beş min) manat məbləğində pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxs Nazlı Süleymanova 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq elmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilirərək əməlini etiraf etdi. İfadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2024-cü ilin sentyabr ayından tanıyır. Belə ki, onunla Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən çay evlərindən birində təsadüfən tanış olmuşdur. Həmin vaxt söhbət əsnasında Nazir Sumqayıt şəhər TTYX-da sürücü kimi işə düzəlmək istədiyini bildirmişdir. O, isə ona bu işdə köməklik edə biləcəyini bildirmiş və bu işin düzəlməsi üçün ondan 8000 manat pul istəmişdir. Nazir isə 5000 manat pul tapa biləcəyini bildirmişdir. Nazirlə razılaşmışdır. 2024-cü ilin sentyabr ayında Sumqayıt şəhəri ərazisində yerləşən X2rşısında Nazirlə görüşmüş, Nazir orada ona onu TTYX-na sürücü kimi işə düzəltməyi üçün 5000 manat pul vermişdir. Pulu aldıqdan sonra onun işə düzəldilməsi istiqamətində heç bir iş görməmişdir. Bu işi həll etmək üçün nə tanışı, nə də imkanı yoxdur. Aldığı pulu barəsində Zərdab rayonunda aparılan araşdırma ilə əlaqədar zərərçəkmiş şəxsə ödəmişdir. Sonradan Nazir onun heç bir iş görmədiyini başa düşüb pulunu tələb etməyə başlamışdır. Ona pulunu qaytaracağına dair vəd versə də Nazirin pulunu qaytara bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs ondan Sumqayıt ŞPİ-nin 4-cü PB-nə şikayət etmişdir. Bu müddət ərzində Zərərçəkmiş şəxs heç bir məbləğdə pul qaytarmamışdır. Əgər zərərçəkmiş şəxs onunla razılaşarsa ona 2000 manat ödəyə bilər. Daha sonra təqsirləndirilən şəxs göstərdi ki, əgər ona imkan yaradılarsa zərərçəkmiş şəxsə 2000 manat qaytara bilər. Lakin, zərərçəkmiş şəxs onunla razılaşmır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşını nəzərə alaraq ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, protokollar və işin digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanıyır. Onunla Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən, çayxanada təsadüfən tanış olmuşdur. Münasibətiləri yaxşı olub və aralarında heç bir ədavət və ya düşmənçilik olmayıb. Həmin vaxtlar heç bir yerdə işləmədiyindən onunla söhbət əsnasında işə düzəlmək istədiyini bildirmişdir. Əfqan onun işə düzəlmə məsələsində ona köməklik edə biləcəyini və onu Sumqayıt TTYX-da sürücü vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Əfqan ona maraqlanıb bu iş üçün nə qədər pul lazım olacağını deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra həmin çayxanada yenidən görüşəndə Əfqan onu sürücü kimi işə düzəltmək üçün 8000 manat lazım olduğunu bildirmişdir. O, qədər pulu olmadığını, ancaq 5000 manat verə biləcəyini demişdir. Əfqan bu məbləğlə razılaşmışdır. 2024-cü ilin sentyabr ayının əvvəllərində Sumqayıt şəhəri ərazisində yerləşən X2rşısında Əfqana onu Sumqayıt şəhər TTYX-da sürücü kimi işə düzəltmək üçün 5000 (beş min) manat məbləğində pul vermişdir. Əfqan işin təxminən bir həftəyə düzələcəyini bildirmişdir. Buna etiraz etməmiş və ona inanmışdır. Lakin bir neçə ay keçməsinə baxmayaraq görmüşdür ki, Əfqan işə düzəlməyi ilə bağlı heç bir iş görmür. Əfqanın onu aldatdığını hiss edib ondan pulun qaytarmasını tələb etmiş, lakin Əfqan hər dəfə müxtəlif bəhanələr gətirərək işin düzələcəyini bildirmişdir. Bundan sonra Əfqan onunla əlaqəni kəsmiş və pulunu qaytarmamışdır. Buna görə də ondan şikayət etmişdir. Hazırda Əfqan dəfələrlə söz versədə ondan aldığı 5000 manat puldan bir manat ona qaytarmamışdır. Ona görədə ya ondan aldığı 5000 manat pulun tam qaytarılmasını, əgər pulu qaytarması barəsində ağır cəza verilməsini tələb edir. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək 5000 manat pulun təqsirləndirilən şəxsdən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək Zərərçəkmiş şəxs aldığı pulun 2000 (iki min) manatını qaytarmaq və qalan məbləği isə hissə-hissə ödəmək barədə öhdəlik götürsə də istintaq müddətində zərərçəkmiş şəxsə heç bir məbləğdə pul ödəməmişdir. Təqsirləndirilən şəxs videogörüntü ilə dindirilməsini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən görünür ki, o, Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs kimi hesab edilmişdir. Cinayət işinin materiallarında olan Zərdab Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü 2 il 3 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 33-34-cü vərəqəsində olan 27 avqust 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 52-54-cü vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmədiyindən 14 noyabr 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2025-ci il tarixdə tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Amnistiya Aktının tətbiq edilməsi haqqında Sumqayıt şəhər probasiya şöbəsinin 27 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs «Konstitusiya və Suverenlik ili» münasibətilə amnistiya haqqında Azərbaycan Republikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəninə əsasən Zərdab Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunmuşdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı mülki iddia verərək Təqsirləndirilən şəxs 5000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanadək mülki iddiasına əlavələr və dəyişiklik etməyə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs –mülki cavabdeh Təqsirləndirilən şəxs 5000 manat pul alınaraq mülki iddiaçıya ödənilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakı ələ keçirmə –min manatdan iki min manatadək miqdarında cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, cinayətin törədildiyi vaxtdan bir ildən artıq vaxt keçməsinə baxmayaraq təqsirləndirilən şəxsin zərərçəkmişə vurduğu zərərin heç bir hissəsinin ödənilməməsi, ziyanın ödənilməsinə cəhd belə edilməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, təqsirləndirilən şəxsin əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkum olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 avqust 2025-ci il tarixdən 29 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, 5000 manat pul təqsirləndirilən şəxsdən alınıb zərərçəkmiş (mülki iddiaçı) şəxsə ödənilməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 avqust 2025-ci il tarixdən 29 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, 5000 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş şəxs-mülki iddiaçıya ödənilsin. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar