Məhkəmə qərarları › İş №1(060)-741/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-741/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-741/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxx 1994-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşi, orta təhsilli, subay, işləməyən, İmişli Rayon Məhkəməsinin 1(036)-14/2023 saylı, xx.xx.2023-cü il taixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddələri ilə təqsirli bilinərək 10 (on) ay 23 (iyimi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi, fərdi evdə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində 2009-cu il təvəllüdlü ögey qardaşı Şahid1 Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nərimanov küçəsi ərazisində yerləşən «Çanta aləmi» mağazasından oğurluq etməsini tapşırdıqdan sonra sonuncu qeyd edilən mağazaya müştəri qismində daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 800 (səkkiz yüz) manat dəyərində 01 (bir) ədəd “Samsung Galaxy S22” markalı mobil telefon aparatını gizli yolla talayaraq çöldə gözləyən qardaşı Təqsirləndirilən şəxs vermiş, sonuncu isə həmin telefonu Bakı şəhəri, 3cü mikrorayon dairəsi adlanan ərazidə yerləşən “Telefon aksesuarları” mağazasına satmaqla Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq elmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir və narkotik vasitələrdən istifadə edir. Şahid1 onun ögey qardaşıdır. Onlar birlikdə Bakı şəhəri ərazisində müxtəlif yerlərdə müvəqqəti yaşayırlar və heç bir yerdə işləmirlər. xx.xx.2023-cü il tarixdə o, qardaşı Vüsalla birlikdə oğurluq etmək üçün Sumqayıt şəhərinə gəlmişdir. Onlar birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nərimanov küçəsində yerləşən «Çanla aləmi» mağazasının yaxınlığına gəlmişlər. O, qardaşına demişdir ki, həmin mağazaya girib oradan oğurluq etsin, onlar əsasən telefon oğurlayıb satırlar. Qardaşı tək müştəri kimi mağazaya girmişdir. O, isə onu mağazanın yaxınlığında gözləmişdir. Bir neçə dəqiqədən sonra qardaşı mağazadan çıxıb ona yaxınlaşmış və oğurladığı 01 (bir) ədəd “Samsung Galaxy S22” markalı mobil telefonu ona vermişdir. Onlar dərhal oradan uzaqlaşmışlar. Bundan sonra onlar birlikdə Bakı şəhəri, 3-cü mikrorayon dairəsi adlanan əraziyə gəlmişlər. O, orada həmin telefonu «Vasifin dükanı» adlanan telefon dükanına 100 (bir yüz) manata salmış, həmin puldan qardaşına dönər, kökə, çipsi, şalvar və kofta almışdır. Qalan pul isə onda qalmışdır. O, qalan pulu öz ehtiyacları üçün xərcləmişdir. Onların mağazadan oğurluq etdiklərini və oradan uzaqlaşdıqlarını heç kim görməmişdir. O və qardaşı Sumqayıt şəhərində oğurluq etdikdən sonra Bakı şəhərində müxtəlif ünvanlardan telefon oğurlamışlar. Qeyd edilən telefonu qardaşı Vüsal onun təklifi ilə mağazadan oğurlayıb ona vermis, o isə satmışdır. Bu işdə onlara başqa heç kim kömək etməmişdir. O, oğurladıqları telefonu satıb əldə etdikləri puldan qardaşı üçün paltar almışdır. Yəni o, qardaşına paltar alacağını vəd vermişdir. O, ilk dəfə ifadə verərkən ağrıları olduğu üçün fikrini qısa formada ifadə edib telefonu tanımadığı şəxsə satdığını bildirmiş, telefonu satarkən telefonun oğurluq olduğunu bildirməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, o, Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən «Çanta aləmi» mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində mağazada olmuşdur. Bu vaxt mağazaya iki qadın, bir nəfər isə cavan oğlan uşağı daxil olmuşdur. Onlar mağazaya bir yerdə daxil olduqları üçün həmin şəxslərin bir yerdə olduqlarını fikirləşmişdir. Qadın müştərilər çantalara baxmağa başlamışlar. O isə onlara çantaları göstərməyə başlamışdır. Həmin vaxt o, özünə məxsus «Samsung Galaxy S22» markalı mobil telefonu kassanın yanına qoymuşdur. Onun başı müştərilərə qarışdığı üçün telefonu qoyduğu yerə fikir verməmişdir. Müştərilər getdikdən sonra kassaya yaxınlaşanda görmüşdür ki, telefonu yoxdur. O, başa düşmüşdür ki, telefonunu oğurlayıblar. Buna görə də, dərhal DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları mağazaya gəlmişlər və müvafiq sənədləşmə işlərini aparıb hadisə yerinə baxış keçirmişlər. O, «Samsung Galaxy S22» markalı mobil telefonu xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən «Baku Electronics» mağazasından 12 (on iki) aylıq kreditlə 2152 (iki min yüz əlli iki) manata almışdır. Ona dəyən maddi ziyan ödənilməmişdir. Ona görə də, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, «3-cü mikrorayon dairəsi» adlanan yerdə icarə əsasında «Telefon aksesuarları» adlanan mağazanı işlədir. O, orada telefonların təmiri, telefon və telefon aksesuarlannm alış-satışı ilə məşğul olur. Satmaq üçün gətirilən telefona baxıb satmaq istəyən şəxsə qiymət deyir, razılıq olarsa təyin olunmuş qiymətə həmin telefonu alır. O, telefonu alanda telefon satan şəxsin şəxsiyyət vəsiqəsinin surəti çıxarıb arxasına aldığı telefonun markasını, İMEİ kodunu və aldığı tarixi yazır. Satan şəxs isə ad soyadını yazdıqdan sonra həmin kağızı imzalayır. Bundan sonra o, aldığı telefonu vitrinə qoyub salır. xx.xx.2023-cü il tarixdə əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb özünə məxsus «Samsung Galaxy S22» markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, telefona baxıb ona həmin telefonu 250 (iki yüz əlli) manata ala biləcəyini bildirmişdir. Adının sonradan Yadigar olduğunu bildiyi şəxs onunla razılaşmış və o, həmin telefonu ondan 250 (iki yüz əlli) manata almışdır. Yadigar ona şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinin surətini çıxarıb arxasına qeydlər etmiş və o, imza etdikdən sonra çıxıb getmişdir. O, isə telefonu aldıqdan təxminən bir həftə sonra satmışdır. Bu gün isə polis əməkdaşları onu Sumqayıt SPİ-nə dəvət edərək həmin telefonun oğurluq olduğunu bildirmişlər. Telefon alanda əsasən telefonun texniki cəhətdən saz olub-olmamasını, kreditdə olub-olmamasını yoxlayır. Bundan başqa şəxs onun təqdim etdiyi sənədi imzalayarkən orada telefonun özünə məxsus olduğunu göstərən bəndi görür və imza edərək bunu təsdiq edir. Ümumiyyətlə o, həmin telefonun oğurluq olduğunu bilməmişdir. O, telefona təxmini qiymət deyib satmaq istəyən şəxslə razılaşır. Həmin telefonun təxmini qiymətini bilməmişdir. O, telefon alanda həmin telefonun üz qabığı cızılmış vəziyyətdə olmusdur. Eyni zamanda o, həmin telefonun İMEİ kodunu yoxlayıb kreditdə olduğunu öyrənmişdir. Telefon alqı-satqısında əgər telefon kreditdə olarkən satılırsa normaldan daha ucuz qiymətə alınır. Buna görə də, o, həmin telefonu neçəyə aldığı dəqiq yadında qalmamış, 250 (iki yüz əlli) və ya 350 (üç yüz əlli) manata almışdır. Telefonu satarkən alıcılar barədə heç bir məlumatı özündə saxlamır. Bu ümumi bir qaydadır. Təqsirləndirilən şəxs telefonu ona təqdim edən zaman telefon format olunmuş vəziyyətdə olmuşdur. Yəni telefonun ekranı şifrə ilə bağlı olmamışdır. O, telefonu alarkən tərtib etdiyi həmin sənədin surətini isitntaqa təqdim etmişdir. İş materiallarında olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 10 iyul 2023-cü il tarixli 9/4595 saylı rəyindən görünür ki, 01 (bir) ədəd «Samsung Galaxy S22» markalı mobil telefonun satış uçun komplektləşdirilməsinə daxil edilən aksesuarlarırı olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 800,00 (səkkiz yüz) manat müəyyən olunur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 1(060)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünr ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 1(060)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 10 (on) ay 23 (iyimi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1, 177.2.2, 180.2.1, 180.2.4 181-ci maddələrinin, X1 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin və X2 əməlində isə Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığına görə onların barəsində həmin maddələrlə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və İmişli Rayon Məhkəməsinin 1(060)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 1(060)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 10 (on) ay 23 (iyimi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, məkmumluğu olan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb elməyə imkan verən yaş həddinə çatmayan şəxsin cinayət törətməyə cəlb etməsini Azərbaycan Respublikası CMnin 61.1.5-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, İmişli Rayon Məhkəməsinin 1(060)- 14/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 10 (on) ay 23 (iyimi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri seçilməli və onun İmişli Rayon Məhkəməsinin 1(060)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 10 (on) ay 23 (iyimi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ olması izah edilməli və iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 50.00 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İmişli Rayon Məhkəməsinin 1(060)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 10 (on) ay 23 (iyimi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri seçilsin və İmişli Rayon Məhkəməsinin 1(060)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək 10 (on) ay 23 (iyimi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar