Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-742/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə, Ağdam rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bərdə rayonu, Divanlı kəndində qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə ümumi çəkisi 1,541 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən 02 dekabr 2022-ci il tarixdə, saat 18:20-də Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi yaşayış evlərinin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o fərdi əməklə məşğul olub usta kimi sifarişlə hovuz tikintisində işləyir. O, qeyri-rəsmi ailəlidir və iki yetkinlik yaşına çatmayan uşağı var. Hazırda ailə üzvləri ünvan 1 ünvanında yaşayırlar. O, adətən ayrı-ayrı evlərdə usta kimi işləyir və işlədiyi dövrdə həmin evlərdə qalır. Tutulduğu vaxt Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən bağ evində hovuz tikintisi ilə məşğul olurdu. Ev sahibləri həmin evdə qalmadıqlarından, o həm işləyir, həm də həmin evdə yaşayırdı. Onunla birlikdə əvvəllər tanımadığı “Məmməd” adlı şəxs də həmin evdə fəhlə kimi işləyirdi. Məmmədi işə o cəlb etmişdi. Belə ki, internetdə olan işçi elanlarından həmin şəxsi tapmış və ona köməy etməyi təklif etmiş, həmin şəxs də bununla razılaşmışdı. Məmməd bəzən onunla birlikdə qalır, bəzən isə işini bitirdikdən sonra axşam çıxıb gedirdi. xx.xx.2022-ci ildə, axşam saatlarında həmin bağ evində tək idi. Yorğun olduğu üçün yatmağa hazırlaşırdı. Bu vaxt Məmməd ona zəng vuraraq evə gələcəyini bildirib. O, evdə olduğunu Məmmədə deyib. Bir neçə dəqiqə sonra, xx.xx.2022-ci ildə təxminən saat 17-18 radələrində evin həyət qapısı döyülüb. O, qapını açdıqda Məmmədlə birlikdə bir neçə polis əməkdaşının da gəldiyini görüb. Polis əməkdaşları həyətə daxil olaraq onu tutub polis idarəsinə aparıblar. Tutulan vaxt onun üzərində heç bir narkotik vasitə olmayıb. Polis idarəsində tanımadığı, bədəncə dolu bir polis əməkdaşı tərəfindən döyülüb. Ona təzyiq edilib ki, heroinin ona məxsus olduğunu etiraf etsin. O, məcbur qalaraq videoçəkiliş zamanı heroinin ona məxsus olduğunu etiraf edib. Heroini Biləcəridə tanımadığı şəxsdən aldığını deyib. Çünki Novxanıda yaşayan şəxslərin çoxunu tanıyır və Novxanıda aldığını desəydi, kiminsə adını çəkməli idi. O, narkotik vasitəni mütəmadi istifadə etmir. Heroin ümumiyyətlə istifadə etməyib. Əvvəllər bir neçə dəfə metamfetamin istifadə edib. Son dövrlərdə isə ümumiyyətlə narkotikdən istifadə etmir. Onu döyən şəxsi tanımır. Onu tutan polis əməkdaşları onu döyməyiblər. İbtidai istintaq zamanı döyülməsi barədə şikayət etməmiş və heç kimə bildirməmişdir. Onu xx.xx.2022-ci ildə təxminən saat 17-18 radələrində yaşadığı evin həyətinə daxil olaraq, həyətdə tutublar. Tutduqdan sonra isə polis idarəsinə aparıblar. Tutulduğu, üzərində şəxsi axtarış aparıldığı saatlar iş materiallarında olan saatlara uyğundur. O, tutulan vaxt mobil telefonu üstündə olub. Lakin, sonradan telefonu itirmişdir. Həmin vaxt işlətdiyi mobil nömrəsi onun yadında qalmayıb. Məmməd adlı şəxsi sonralar görməyib. Həmin şəxsin soyadı və atasının adını bilmir. Həmin şəxsin mobil telefon nömrəsini də bilmir. Belə ki, nömrəsini dəyişdirdikdən sonra bütün köhnə nömrələri itirib. Məmməd adlı şəxsi tapıb şahid kimi məhkəməyə təqdim etmək onun imkanı xaricindədir. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi elan edilmiş ifadəsindən görünür ki, fərdi əməklə məşğul olur. Əvəllər məhkum olunsa da, məhkumluğu ödənilmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində tanımadığı bir nəfər şəxsdən öz şəxsi istifadəsi üçün 15 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Ürəyi istədiyi vaxt istifadə edə bilməsi üçün həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın arxa sağ cibinə qoymuşdur. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi yaşayış evlərinin yaxınlığında olduğu zaman mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə polis idarəsinə getməli olduğunu demişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Orada ona növbədə olan vəkillərin siyahısı təqdim etməsini istəmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O özü əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində saxladığı bir ədəd bükümü təqdim edib həmin bükümdə narkotik vasitə “geroin”, yəni heroin olduğunu və həmin narkotik vasitəni saxlanıldığı gün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış aparmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkilli, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə düşmənçilik və ədavət münasibətləri olmamışdır. xx.xx.2022-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, istifadəsi və daşıması barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, əməliyyat qrupu yaradılmışdır. O, qrupun digər üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi yaşayış evlərin yaxınlığına getmişdir. xx.xx.2022-ci ildə saat 18:20-də qeyd olunan ərazidə Təqsirləndirilən şəxs görmüşlər. Şəxs küçədə getdiyi vaxt ona yaxınlaşaraq, özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin əldə edilməsində, istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nə getməli olduğunu və orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini demişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün onu Sumqayıt ŞPİ-nə aparmışlar. Pİ-də xidməti otaqlarının birində təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək saxlanılan şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil təqdim etmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim etmişdir. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat vermişdir. Şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd bükümü təqdim etmişdir. Təhqiqatçının sualına Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” olduğunu, həmin narkotik vasitəni saxlanılan gün Biləcəri qəsəbəsi ərazisində tanımadığı adamdan öz şəxsi istifadəsi üçün 15 manat müqabilində alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə ekspertə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürü ilə möhürlənmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs tutulduğu gün Məmməd adlı hər hansı şəxs tutulmayıb. Onlar Təqsirləndirilən şəxs Novxanı bağlar massivində yaşadığı evin yaxınlığında küçədə tutmuşlar. Təqsirləndirilən şəxs tutularkən onunla birlikdə Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 olmuşdur. Onların yanında Məmməd adlı şəxs olmayıb. Təqsirləndirilən şəxs döyülməmiş, üzərinə narkotik maddə qoyulmamış, təqsirləndirilən şəxsin göstərdikləri həqiqəti əks etdirməmişdir. Digər şahidlər Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 məhkəmə iclasında Şahid1 ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 02 dekabr 2022-ci il tarixdə, saat 18:20 dəqiqədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarışın keçirilməsi haqqında” 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-nə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi evlərin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 18:20-də saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-yə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic" markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etməyini təklif etdmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmiş, həmin siqaret kağızı bükümü açılan zaman həmin bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan «heroin»ə bənzər maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitəni bu gün Biləcəri qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin gümüşü rəngli siqaret kağızı ilə birlikdə 1,92 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. 03 dekabr 2022-ci il tarixdə, saat 16:20-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 03 dekabr 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2022-ci il tarixli, 6/6878 saylı ekspert rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə, Təqsirləndirilən şəxs-imza, Təhqiqatçı: Z.Cəfərov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-1,491 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi-1,541 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,491 qram. “Cinayət təqibi üzrə icraatın dayandırılması və axtarış elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Sumqayıt Şəhər Polis İdarəsi 14-ci Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saxlanaraq Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə yoxlamanın xx.xx.2023-cü il tarixli 2711 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixo-aktiv maddələrdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilən video diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hansısa qanunla qadağan edilmiş əşya olub-olmaması soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmiş, həmin siqaret kağızı bükümü açılan zaman həmin bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan «heroin»ə bənzər maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitəni bu gün Biləcəri qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Təhqiqatçı ondan göz nahiyyəsində olan xəsarətlərin nədən baş verdiyini soruşduqda, bir gün əvvəl işlədiyi Biləcəri qəsəbəsində hovuzda yıxıldığını bildirmiş, polis əməkdaşları tərəfindən ona hər hansı xəsarət yetirilmədiyni qeyd etmişdir. “Maddi sübutun tanınması haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə aşkar olunaraq götürülmüş 1,541 qram narkotik vasitə heroin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 1,491 qram narkotik vasitə heroin saxlanılması üçün sübutların saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Qarnizon Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 850 saylı Fərmanına əsasən cəzadan azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanmış və barəsində eyni tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin məhkəmə-kimyəvi ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 6/6878 saylı rəyinə uyğun olaraq 1,541 qram olması əsas götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,541 qram narkotik vasitə heroinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla müvafiq olaraq ümumi qalıq çəkisi 1,491 qram narkotik vasitə heroinin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilməsi nəzərə alınmış, “Şəxsi axtarış keçirilməsi” barədə 02 dekabr 2022-ci il tarixli tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD” formatlı disk is üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, məhkəmə-kimyəvi ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 6/6878 saylı rəyi, məhkəmənarkoloji ekspertizasının 06 may 2023-cü il tarixli, 2711 nömrəli rəyi, şəxsi axtarış götürmə protokolları, təqsirləndirilən şəxsin ifadələri və şahid ifadələri iş materiallarına ğun olduğundan sübut kimi qiymətləndirilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin döyülməsi faktının araşdırılması ilə bağlı məhkəmə tərəfindən Sumqayıt Şəhər Prokuroruna xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Həmin məktub əsasında Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində alınmış izahatlara istinadən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində tutulan gün tanımadığı, ad və soyadını bilmədiyi polis əməkdaşlarının ona qarşı fiziki güc tətbiq etməsi,onu döyməsi, ona aid olmayan və hazırda ittiham olunduğu narkotik vasitənin onun üzərinə qoyması, videoçəkilişdə etiraf etməsinə məcbur edilməsi barədə məlumatı öz təsdiqini tapmamışdır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Novxanı bağlar massivində yaşadığı evin həyətində saxlanıldığını, saxlanılarkən polis əməkdaşlarının yanında onunla birlikdə həmin bağ evində fəhlə kimi işləyən “Məmməd” adlı şəxsin də olduğunu, polis idarəsinə aparılarkən üzərində narkotik vasitə olmadığını, polis idarəsində tanımadığı bir polis əməkdaşı tərəfindən döyülərək videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur edildiyini bildirmişdir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edilmir. Belə ki, Təqsirləndirilən şəxs saxlanmasında iştirak edən polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin aparılması barədə protokollar və iş üzrə digər sübutlar təqsirləndirilən şəxsin həmin ifadəsinin həqiqiliyini inkar edir. Təqsirləndirilən şəxs “Məmməd” adlı şəxsin tutularkən polis əməkdaşlarına narkotik vasitəni ondan aldığını bildirdiyini və saxlanarkən həmin şəxsin də polis əməkdaşları ilə birlikdə olduğunu qeyd etsə də, həmin şəxsin soyadını, ata adını, telefon nömrəsini, harada yaşadığını bilmədiyini bildirmişdir. Həmin şəxsin məhkəmə iclasında şahid kimi iştirakının təmin edilməsi təqsirləndirilən şəxsə təklif edilərək, bununla bağlı məhkəmə iclası təxirə salınsa da, Təqsirləndirilən şəxs həmin şəxsin onun tərəfindən şahid kimi məhkəməyə təqdim edilməsinin mümkün olmadığını qeyd etmişdir. Həmin şəxslə bağlı hər hansı eyniləşdirmə məlumatı olmadığından məhkəmə tərəfindən qeyd olunan şəxsin şahid qismində məhkəməyə cəlb edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin döyülməsi faktının araşdırılması ilə bağlı Sumqayıt Şəhər Prokuroruna xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, həmin məktub əsasında Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla da təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülərək ondan etirafedici ifadə almaları inkar edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi polis əməkdaşları tərəfindən saxlanma yeri, tarixi, saatı, tutulma və üzərində şəxsi axtarışın keçirilmə tarixləri və saatları iş materiallarında olan müvafiq istintaq hərəkətlərinin aparılması barədə protokollarda göstərilənlərə uyğun olmuşdur. Bu səbəbdən həmin istintaq hərəkətlərinin aparılmasının qanunauyğunluğunun müvafiq rabitə operatorlarından anten məlumatlarının götürülməsi yolu ilə yoxlanmasına zərurət qalmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında döyülməsi və üzərində narkotik maddə olmamasına dair verdiyi ifadəsi həmin hissədə işin faktiki hallarına uyğun olmadığından sübut kimi qiymətləndirilmir və yalnız özünümüdafiə xarakteri daşıyır və həqiqəti əks etdirmir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi işin faktiki hallarına uyğun olduğundan həmin ifadəni sübüt kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a əsasən (birinci Siyahı) heroinin 0,15 qram da daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində dövlətin mövqeyi kimi qəbul edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə yoxlamanın xx.xx.2023-cü il tarixli 2711 nömrəli rəyində təqsirləndirilən şəxsdə narkotik vasitələrdən və psixo-aktiv maddələrdən istifadə etmə hallarının oduğu, lakin, hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmadığı, narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı göstərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyindən cəza təyin edilərkən həmin hallar onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, məhkumluğunun olmamasını, narkomaniya xəstəsi olmamasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı əməlini ağırlaşdıran halların olmamasını, onun yaşını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 02 dekabr 2022-ci ildən 03 dekabr 2022-ci ilədək, həmçinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 1,491 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı, 92 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 1-da çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bərdə rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, həmçinin xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bərdə rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi, həmçinin təhsil alacağı barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 1,491 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(060)-742/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-742/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver