Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-742/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və çəkilməmiş 04 (dörd) ay 03 (üç) gün azadlığın məhdudlaşdırılması cəzası olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 53 ünvanında qeydiyyatda olan və ünvan 1ayan, barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 31 may 2024-cü il tarixdə saat 11:35 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,245 qram xeyli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31 may 2024-cü il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında olarkən ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar və həmin şəxslər özlərini təqdim edib, polis əməkdaşı oluduqlarını, narkotiklə bağlı şübhəli olduğundan saxlanıldığını bildirib Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Polis bölməsinin xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşlarının təklifi ilə əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı içərisində psixotrop maddə olan gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və bükmdəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsə on manat pul verərək, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra psixotrop maddə elektron tərəzidə çəkilmiş və çəkisi təxminən 0,2-3 qram olmuş, sonra büküm ekspertiza üçün qablaşdırılmışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı güc tətbiq etməmişlər. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ- nin 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 3-cü PB-nə Vüsal adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 11:30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, nədə şübhəli olduğu izah edib, onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar vardırsa təqdim edilməsi təklif edildikdə o üzərində psixotrop maddə olduğunu təsdiq edərək, daha sonra əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən ağ rəngli, kristalşəkilli maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ ayağına elektron nəzarət cihazının bərkidildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdəki maddənin nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində saxladığını, eləcədə ayağına hansı səbəbdən elektron nəzarət cihazının bərkidilməsini soruşduqda, Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdəki maddənin psixotrop maddə olan və patı adlandırılan metamfetamin olduğunu, psixotrop maddəni həmin gün səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. bundan başqa 2022-ci ildə məhkəmə qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi səbəbindən ayağına elektron nəzarət cihazı bərkidildiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş içərisində ağ rəngli, kristalşəkilli maddə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi təxminən 0,3 qram olmuşdur. Həmin büküm qablaşdırılaraq ekspertizaya göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 11:35 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan və xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, video görüntünün xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Emin Alışov olduğunu bildirdiyi, daha sonra həmin şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilindiyindən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilməsi barədə məlumat verdiyi, bundan sonra isə xidməti otaqdakı mülki geyimli şəxslərə müraciət edərək həmin şəxslərdən özlərini təqdim etmələrini xahiş etdiyi, bu təklifdən sonra xidməti otaqdakı ilk mülki geyimli şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayət axtarışı üzrə kiçik inspektoru Rusal İsgəndərov olduğunu, ikinci şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvvəkkili Şahid1 olduğunu bildirdikləri, daha sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin xidməti otaqdakı digər şəxsədə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin xidməti otaqdakı digər şəxsində təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 olduğunu bildirdiyi, ondan müdafiəçinin iştirakına etirazının olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualı cavablandıraraq müdafiəçinin iştirakına etirazının olmadığını bildirdiyi, bundan sonra isə özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən video çəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi barədədə məlumat verdiyi, həmin şəxsdən üzərinə video çəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə dair etirazının olub olmadığını soruşduğu, həmçinin ondan üzərində qanunla saxlanması və ya daşınması qadağan olunmuş hər hansı əşya, pridmet varsa təqdim etməsini təklif etdiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları cavablandıraraq üzərinə video çəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdiyi, daha sonra isə əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kağız bükümü çıxarıb təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoyduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən ağ rəngli, kristalşəkilli maddənin aşkar edildiyi, daha sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin sağ ayağına elektron nəzarət cihazının bərkidildiyinin müəyyən edildiyi, həmin şəxsin üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmetin aşkar edilmədiyi, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə aşkar edilmiş bükümdəki maddənin nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində saxladığı barədə, eləcədə ayağına hansı səbəbdən elektron nəzarət cihazının bərkidilməsi barədə özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən suallar ünvanlandıqda, həmin şəxsin verilmiş sualları cavablandıraraq aşkar edilmiş həmin bükümdəki maddənin psixotrop maddə olan və patı adlandırılan metamfetamin olduğunu, psixotrop maddəni həmin gün səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını, bundan başqa 2022-ci ildə məhkəmə qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi səbəbindən ayağına elektron nəzarət cihazı bərkidildiyini bildirdiyi, daha sonra aşkar edilmiş içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümün elektron tərəzidə çəkildikdə çəkisinin 0,32 qram olmasının müəyyən edildiyi, sonra isə aşkar edilmiş içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümün içərisi boş zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, zərfin üzrində qeydlər aparıldığı, daha sonra isə qablaşdırmanın üzərində ilk əvvəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs, ondan sonra isə özünü təqdim edərək müdafiəçi olduğunu bildirən şəxs tərəfindən imzalar edildiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən şəxs tərəfindən aşkar edilərək götürülmüş maddənin tərkibinin, çəkisinin müəyyən edilməsi məqsədilə məhkəmə kimyavi ekspertzasına təqdim edilcəyi barədə məlumat verildiyi, bundan sonra müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddənin nə olduğunu, nə məqsədlə əldə edərək üzərində gəzdirdiyini və saxlanılarkən, eləcədə sonradan polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş sualları ardıcıl cavablandıraraq üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını, nə saxlanılarkən, nədə polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilmədiyini bildirdiyi, bundan sonra isə özünü təhqiqatçı kimi təqdim edən şəxsin aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara məlumat verdiyi, iştirakçılardan hər hansı vəsatət və ya etirazlarının olub olmadığını sonruşduğu, iştirakçılar tərəfindən etiraz və ya vəsatətləri olmadığı bildirildikdən sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 iyun 2024- cü il tarixli, 3-16-16/2-6/3053 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN “ “Zərflər üçün № 127” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 büküm metamfetaminə bənzər psixotrop maddə; 1) Şübhəli şəxs /imza/ H.Vüsal; Müdafiəçi: /imza/ A.Emin” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,245 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələf’in siyahısına (Siyahl İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,195 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05 iyun 2024-cü il tarixli, 3992 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki bir ədəd bükümdə psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, təmiz çəkisi 0,245 qram psixotrop maddə metamfetamindən 0,05 qram ekspertiza tədqiqatına sərf edildikdən sonra 0,195 qram qalıq çəkisinin qalması nəzərə alınaraq, həmin təmiz çəkisi 0,245 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,195 qram psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin CAŞ-dən daxil olan əməliyyat tapşırığına cavabdan görünür ki. keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəni kimdən, nə vaxt və harada əldə etməsi ilə bağlı, həmçinin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-778/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə məhkəmənin hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şöbədə qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixə çəkilməmiş cəzası 04 ay 23 gün təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli, 608 saylı arayış və xasiyyətnamədən görünür ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ünvan 2 ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3606 nömrəli. xx.xx.2024-cü l tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayından “eyni zamanda bir neçə narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntusu, asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş psixotrop maddə “Metamfetamin”i sonuncunun satış məqsədi ilə üzərində saxlamaqla daşımasına dəlalət edən hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibindən imtina edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən götürülmüş təmiz çəkisi 0,245 qram olan psixotrop maddə “Metamfetamin” maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,195 qram psixotrop maddə “Metamfetamin” iş üzrə saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128 və 135-ci maddələrinə əsasən maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nın 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halarl müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş və çəkilməmiş qalan 04 (dörd) ay 23 (iyirmi üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,195 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-742/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1375 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 04 (dörd) ay 23 (iyirmi üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,195 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-742/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-742/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver