Məhkəmə qərarları › İş №1(060)-743/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-743/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-743/2022 24.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı: Zərərçəkmiş şəxs, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, ev 111də qeydiyyatda olan və Sumqayıt şəhəri, məhəllə 41 A, ev 2 A, mənzil 26-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 24 may 2021-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün qətnamə qəbul edilənədək hər ay hər uşağa görə 175,00 manat, cəmi 350,00 manat sabit pul məbləğində aliment tutulub X5 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qərardadını, həmçinin 05 oktyabr 2021-ci il tarixdən başlayaraq adıçəkilən övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment və 24 may 2021-ci il tarixdən başlayaraq həmin uşaqların 3 (üç) yaşı tamam olanadək hər ay hər uşaq üçün 25,00 manat olmaqla, cəmi 50,00 manat sabit pul məbləğində maddi yardımın tutulub X5 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 18 yanvar 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 16 may 2022-ci il tarixə kimi, cəmi 3978,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Məmmədli (Əsədova) Aytəkin Mikayıl qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş aktlarını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazırda Bakı şəhərində işəmuzd təmir-tikinti sahəsində fəhlə kimi çalışır, gündəlik qazancı 25-30 manat təşkil edir, Məmmədli (Əsədova) Aytəkin Mikayıl qızı onun keçmiş arvadıdır, sonuncu ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan Nurlan və Nərmin adlı uşaqları doğulmuş, arvadı ilə münasibəti pozulduqdan sonra 2021-ci ildə ayrılmış və Aytəkin nikahın pozulmasından və uşaqların saxlanmasına görə ondan aliment pulun alınmasından ötrü Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə tərəfindən barışmaq üçün onlara 3 aylıq möhlət verilmiş, lakin həmin dövrdə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(060)- 5055/2021 saylı qərardadına əsasən, ondan 24 may 2021-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün qətnamə qəbul edilənədək hər ay hər uşağa görə 175,00 manat, cəmi 350,00 manat sabit pul məbləğində aliment tutulub X5 ödənilməsi, həmçinin həmin mülki işin yekunu ilə əlaqədar həmin məhkəmənin 05 oktyabr 2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsinə əsasən, 05 oktyabr 2021-ci il tarixdən başlayaraq adıçəkilən övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment və 24 may 2021-ci il tarixdən başlayaraq həmin uşaqların 3 (üç) yaşı tamam olanadək hər ay hər uşaq üçün 25,00 manat olmaqla, cəmi 50,00 manat sabit pul məbləğində maddi yardımın tutulub X5 ödənilməsi qət edilmişdir. Qətnamə və qərardad üzrə verilmiş icra vərəqələri icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, qətnamə tərəfindən icra olunmamış, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və protokol üzrə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarına əsasən İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilmiş, inzibati həbsdən sonra icra məmuru tərəfindən yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş, qətnamə üzrə icra zamanı aliment borcundan cüzi məbləğdə ödəniş aparmış və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən ona xəbərdarlıq edilmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni xx.xx.2022-ci il tarixədək aliment üzrə borcu 3978,00 manat göstərilmiş, istintaq dövründə əlavə olaraq borcundan 2630,00 manat məbləğində ödəniş etmişdir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxsə olan aliment borcunu tam şəkildə ödəmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs olan 3978 manat aliment borcunu tam ödədiyini, ona görə də barəsində olan Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan cinayət işinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatını qurmuş, həmin nikahdan Nurlan və Nərmin adlı övladları dünyaya gəlmiş, ilkin dövrdə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuş, bu səbəbdən 2021-ci ildə Təqsirləndirilən şəxsla ayrılaraq uşaqlarla birlikdə valideyinlərinin evinə qayıtmış və 2021ci ilin iyul ayında aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qərardadına əsasən Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün qətnamə qəbul edilənədək hər ay hər uşağa görə 175,00 manat, cəmi 350,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qərara alınmış və sonradan mülki işin yekunu üzrə həmin məhkəmənin 05 oktyabr 2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdən başlayaraq adıçəkilən övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment və 24 may 2021-ci il tarixdən başlayaraq həmin uşaqların 3 (üç) yaşı tamam olanadək hər ay hər uşaq üçün 25,00 manat olmaqla, cəmi 50,00 manat sabit pul məbləğində maddi yardımın tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qərardadı və qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra idarəsinin icra məmurları tərəfindən icra işi başlanılaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə və qərardad üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə cüzi ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 3978,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanıldıqdan sonra istintaq dövründə borclu Təqsirləndirilən şəxs qətnamə üzrə əlavə 2630,00 manat məbləğində ödəniş aparılmışdır. Təqsirləndirilən şəxs uzun illərdi fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, əvvəllər Sumqayıt şəhərində yerləşən “Odlar Yurdu” adlanan kafeni icarəyə götürərək sahibkar kimi işlətmiş, lakin son illər ərzində isə taksi fəaliyyəti ilə məşğuldur, onun kifayət qədər maddi imkanı vardır, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs qərəzli olaraq alimenti ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs bir ata kimi öz övladları ilə maraqlanmır və uşaqların müalicəsinə heç bir köməklik göstərmir. Təqsirləndirilən şəxs yalan danışır, aliment borcunu hal-hazıra güclə ödəmişdir, yəni 16 may 2022-ci il tarixinə qədər olan aliment borcu ona ödənilmişdir. Buna baxmayaraq onunla barışmamışdır, onun son aylar üçün aliment borcu vardır, ona ən ağır cəza verilməsini və mülki iddiasının təmin olunmasının xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən dəymiş olan ziyandan 16 may 2022-ci il tarixinə qədər olan aliment borcu ona ödənilmişdir. Lakin 16 may 2022-ci il tarixdən indiyə kimi olan borcu tələb edir, aralarında barışıq yoxdur və hal-hazırda dəymiş ziyanı tələb edir və həmin şəxsdən şikayətçidir. Ona qarşı tələblərinin təmin olunmasını və qanunauyğun olaraq barəsində ən ağır şəkildə tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs anasıdır, hazırda qızı Zərərçəkmiş şəxs və nəvələri onunla birlikdə yaşayır, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs keçmiş əridir, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qərardadına əsasən Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün qətnamə qəbul edilənədək hər ay hər uşağa görə 175,00 manat, cəmi 350,00 manat sabit pul məbləğində aliment X5 ödənilməli və sonradan mülki işin yekunu üzrə həmin məhkəmənin 05 oktyabr 2021-ci il tarixli, 2(060)- 5055/2021 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdən başlayaraq adıçəkilən övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment və 24 may 2021-ci il tarixdən başlayaraq həmin uşaqların 3 (üç) yaşı tamam olanadək hər ay hər uşaq üçün 25,00 manat olmaqla, cəmi 50,00 manat sabit pul məbləğində maddi yardımın tutulub X5 ödənilməsi qət edilmişdir. Məhkəmə qərardadı və qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra idarəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Qətnamə və qərardad üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən qətnaməni icra etmək üçün borcluya yenidən müddət verilməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək aliment üzrə cüzi ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 3978,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs uzun illərdi fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, əvvəllər Sumqayıt şəhərində yerləşən “Odlar Yurdu” adlanan kafeni icarəyə götürərək sahibkar kimi işlətmiş, lakin son illər ərzində taksi fəaliyyəti ilə məşğul olmuşdur, kifayət gədər maddi imkanı olsa da Təqsirləndirilən şəxs qərəzli olaraq alimenti ödəməkdən yayınır, bir ata kimi öz övladları ilə maraqlanmır və uşaqların müalicəsinə heç bir köməklik göstərmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, idarənin icraatında Təqsirləndirilən şəxs cavabdeh qismində iki icra sənədi olmaqla, biri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5055/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Əsədova (Məmmədli) Aytəkin Mikayıl qızının xeyrinə ödənilməli, digər icra sənədi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5055/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs həmin övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində aliment və uşaqlarının 3 yaşına kimi 50,00 manat tutularaq tələbkar Əsədova (Məmmədli) Aytəkin Mikayıl qızının xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş və həmin tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilərək bildirişlə borcluya göndərilmiş, borclu tərəfindən icra sənədlərinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmiş, icra sənədləri xx.xx.2021-ci il tarixdə ümumi icraatda birləşdirilmiş, borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuş, inzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün Təqsirləndirilən şəxs yenidən müddət verilmiş və əks təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq olunmuş, məcburi icra tədbiri olaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan 4328,00 manat aliment borcundan Təqsirləndirilən şəxs cəmi 350,00 manat ödəniş etmiş və 3978,00 manat aliment borcu yaranmışdır. Eyni zamanda məhkəmə aktlarının icrası üzrə tələbin məcburiliyi borcluya dəfələrlə həm şifahi, həm də rəsmi xəbərdarlıq formasında nəzərinə çatdırılmasına baxmayaraq, borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5055/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadını və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5055/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini icra etməməkdə davam etdirməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə aktlarını qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5055/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün xx.xx.2021-ci il tarixdən hazırki iş üzrə qətnamə qəbul edilənədək cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir.(i.v 11-13) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50555/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında xx.xx.2019-cu il tarixdə Sumqayıt Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində bağlanmış 1424 nömrə qeydli nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 29 sentyabr 2020-ci il təvəllüdlü X11 və 29 sentyabr 2020-ci il təvəllüdlü X10 boşanmadan sonra iddiaçı X4 yanında qalması, 05 oktyabr 2021-ci il tarixdən başlayaraq adıçəkilən övladların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment və 24 may 2021-ci il tarixdən başlayaraq həmin uşaqların 3 (üç) yaşı tamam olanadək hər ay hər uşaq üçün 25,00 manat olmaqla, cəmi 50,00 manat sabit pul məbləğində maddi yardımın tutulub X5 ödənilməsi qət edilmişdir.(i.v 18-22) İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-432/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(060)-5055/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmişdir.(i.v 30-35) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-215/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir.(i.v 40-43) İş materiallarında olan “Evə baxış keçirilməsi haqqında” 02.2022-ci il tarixli aktdan görünür ki, borclu Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya məsuliyyət barədə xəbərdarlıq edilmişdir.(i.v 46) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-177/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.(i.v 51-53) İş materiallarında olan 8 saylı MKS-nin 656 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 64) İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Şahid1 tərtib etdiyi aliment ödəniş cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aliment borcundan 350 manat ödəniş etmiş, 3978 manat qalıq aliment borcu qalmışdır.(i.v 71) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 109) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v 110-115) İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 140 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 190 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 500 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı və işə məhkəmədə baxılan dövrdə 16 may 2022-ci il tarixə qədər olan aliment borcunu (ittiham verilən borcu) tam ödəmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 141-143) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmiş, iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, icra işindəki məlumatları, icra ilə bağlı görülən tədbiləri nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə borcu ödəməsini, zərərçəkmiş şəxsin verilən ittiham üzrə borcun tam həcmdə ödənilməsi barədə ərizəsini, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 16 may 2022-ci il tarixə kimi 448 manat məbləğində aliment borcunun alınıb verilməsini, əlavə olaraq xx.xx.2022-ci il tarixə kimi 2275 manat ödənilməmiş alimentin, 1000 manat mənəvi ziyana görə, ödənilməyən dövr üçün (5 %) 60 manat pulun, tərəfindən ödənilmiş 58 manat dövlət rüsumunun, cəmi 3841 manat pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddi icraata götürülmüşdür. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, mülki iddianı bütövlükdə bu işə baxılma hüdudlarında baxıb qanuni və əsaslı qərar qəbul etmək mümkün deyildir. Cinayət işi üzrə icrraat başa çatmış, sübutlar tədqiq edilmişdir. Mülki iddiada irəli sürülən tələblərin heç də hamısı bilavasitə bu cinayət işi bağlı deyildir, ayrıca araşdırma tələb edir. Mülki iddia üzrə tələblərin dəqiqləşdirilməsi üçün əlavə araşdırmalar aparılmalıdır ki, bu da məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Ona görə də, mülki iddia baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki mühakimə üsulu qaydasında həmin iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndində göstərilmişdir ki, “.......Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər”. İş üzrə maddi sübut, müsadirə olunası əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 179-180, 187, 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinə qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında ltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona mülki mühakimə üsulu qaydasında həmin iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi qızı tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********)hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar