Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-744/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlu İcraata daxil olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilir. İttihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 5,703 qram külli miqdarda narkotik vasitə olan heroini öz üzərində gəzdirməklə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:09 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, Şaurma №1 restoranının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-m əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, saat 19:01-də xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 5,703 qram olan külli miqdarda qəhvəyi rəngli, küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə işi öyrənərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət aidiyyatı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməli idi, ancaq səhvən Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Ona görə də, cinayət işi aidiyyatı üzrə göndərilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 292, 298ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* №li cinayət işi səhvən Sumqayıt Şəhər Məhkəməsinə daxil olduğundan aidiyyatı üzrə göndərilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna geri göndərilsin. Bu Qərardan apellyasiya şikayəti və ya protesti verilməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-744/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-744/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver