Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-744/2023 20.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1963-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, 11 ədəd, təmiz çəkisi 1718,7 qram olan çətənə (kannabis) bitkisi kolunu yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsində yerləşən yarımçıq tikilidə əkdikdən sonra kultivasiya edərək, yəni aqrotexniki qaydada qulluq etməklə yetişdirmiş, 20 iyun 2023-cü il tarixdə, saat 18:05 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş, həmin tarixdə saat 19:56 radələrində sonuncunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədəki yarımtikilidən kökü üstə yaş halda, kultivasiya edilmiş, yəni əkilərək aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş tərkibində narkotik maddələr olan xeyli miqdarda 11 ədəd, təmiz çəkisi 1718,7 qram olan çətənə (kannabis) bitkisi kolu aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Özü istifadə etmək üçün təxminən 3 ay əvvəl, yəni 2023-cü ilin mart ayında kirayə yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsində yerləşən yarımçıq tikilinin içərisində çətənə kollan əkmişdir. 20 iyun 2023-cü il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evin qarşısında, küçədə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Orada ona şübhəli şəxs qismində tutulacağını bildirib hüquq və vəzifələrini izah etdikdən sonra vəkillərin siyahısını təqdim etmişlər. O, həmin siyahıdan özünə vəkil seçmişdir. Bundan sonra ona müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, o da buna etiraz etməmişdir. Sonra isə videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər-hansı əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O, isə üzərində qanunla qadağan olunmuş əşya və ya maddə olmadığını bildirmişdir. Üzərində şəxsi axtarış aparılan zaman qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı isə yaşadığı evin həyətində çətənə kollan əkdiyini bildirmişdir. Bundan sonra həmin gün yaşadığı evin həyətinə onun və vəkilinin iştirakı ilə videoçəkiliş aparılaraq baxış keçirilmişdir. Baxış zamanı əkmiş olduğu çətənə kollarını polis əməkdaşlarına təqdim etmişdir. Həmin kollar polis əməkdaşları tərəfindən götürülərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışır. Həmin kolları daha sonra yarpaqlarını yığıb qurudaraq özü istifadə etmək üçün əkmişdir. Həmin kolların hissələrindən yığaraq qurudub bir neçə dəfə özü istifadə etsədə heç kimə verməmiş və ya satmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki qüvvə tətbiq olunmamışdır. Polis idarəsində videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan və həyətinə baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən üzərində axtarış və həyətinə baxış keçirilməmişdir.Əməlindən peşman olmağını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 20 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməsi və yetişdirməsı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı ünvan 1 ünvanının ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 20 iyun 2023-cü il tarixdə, təxminən saat 18 radələrində Baraməli Məmmədovu yaşadığı evin yaxınlığında görüb bir neçə dəqiqə müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə insanların intensivliyini, hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışlar və bu məqsədlə sonuncunu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqların birində kriminalist Asəf Həbibovun video görüntüyə alması və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddənin olmadığını deyərək özü köynəyinin sol üst cibindən bir ədəd eynəyi, şalvarının sağ yan cibindən bir ədəd mobil telefonunu və sol yan cibindən bir ədəd 5 manatlıq pul əskinazmı çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkdiyini bildirmişdir. Bundan sonra baxış keçirmək məqsəi ilə həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmişlər. Orada Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımçıq tikilinin içərisində əkdiyi çətənə kollarını təqdim etmişdir. Həmin 11 ədəd yaş halda kökü üstə olan çətənə kolları yığılaraq ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1la eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmsindən ötrü sonuncunun evinin qarşısında olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub olmaması soruşulduqda sonuncu buna etiraz etmədiyini və yaşadığı evdən hər hansı şəxsin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə iştirakçılar həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra isə Təqsirləndirilən şəxs getdiyi istiqamətlə həyətdə yerləşən mişar daşından tikilmiş yarımçıq tikiliyə daxil olunur. Tikilinin otaqlarının birində olan yaşıl rəngli, tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər kökü üstə olan bitkiləri Təqsirləndirilən şəxs göstərərək həmin bitkiləri əkdiyini və qulluq göstərdiyini bildirmişdir. X2 tərəfindən həmin bitkilərə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq olunması qeyd olunur. Bundan sonra həmin bitkilər kökündən çıxarılaraq 11 ədəd olması müəyyən olunmuş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu, toxumlarını tapdığını və həmin yerdə əkərək qulluq göstərməklə yetişdirdiyini, tam yetişdikdən sonra istifadə etmək üçün yarpaqlarını yığmaq məqsədinin olduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023~cü il tarixli 7/899 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Saxlanılan şəxs....Təqsirləndirilən şəxs” Yazılar və imzalar olan 1 (bir) ədəd ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 11 (on bir) ədəd, ümumi çəkisi 1718,7 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, eyni növ tərkibli çətənə (kannabis) bitkiləridir. İş materiallarında olan Sumqayıt şəhər yaşıllaşdırma idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, yaşıllaşdırma idarəsinin baş aqronomu X1 iştirakı ilə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı evin həyətində torpaqda 11 ədəd əkilmiş narkotik bitki olan çətənə koluna bənzər aqrotexniki qulluq olunmuş bitki müəyyən edilmişdir Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan AR SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 4384 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. AR Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş 11 ədəd bükümdə təmiz çəkisi 1718.7 qram çətənə kolu, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 1718.15 qram çətənə kolu saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək əməlindən peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına, cəzanı yüngülləşdirən halı və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1718.15 qram çətənə kolu məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1718.15 qram çətənə kolu məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 72 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-744/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-744/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver