Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-747/2022 17.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1979-cu ildə Cəlilabad rayonun Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonun Əhmədli kəndində qeydiyyatda olmaqla ünvan 1-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdə saat 03:30 radələrində yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə, ev 7A ünvanında yerləşən yataqxananın üçüncü mərtəbəsinin dəhlizində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs Hümmət oğlunun sağ göz nahiyyəsindən yumruqla qəsdən bir zərbə vuraraq ona sağ gözətrafı nahiyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qişasına qansızma əmələ gəlməsi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Yaşadığı mənzil 5 mərtəbəli yataqxananın üçüncü mərtəbəsində yerləşir. Həmin yataqxanada yaşayış evləri ayrı-ayrı olsa da hamam, tualet və mətbəx ümumi istifadə üçündür. Zərərçəkmiş şəxs onunla eyni mərtəbədə yaşayır. Familin evi yataqxananın hamam, tualet və mətbəxinin yaxınlığında yerləşir. Öz evi isə Familin evindən təxminən 10 metr aralıda yerləşir. Famil də həmin evdə ailəsi ilə birlikdə yaşayır. Famil ilə qonşu olsalar da aralarında münasibət yoxdur. 14 iyun 2022-ci il tarixdə saat 03 radələrində susadığına görə evdən çıxıb yataqxana sakinlərinin ümumi istifadəsində olan mətbəxə keçmişdir ki, orada çay qaynadıb içsin. Mətbəxdə çay qaynatdığı zaman saat 03:30 radələrində Famil mətbəxə gələrək ona “Hümmət gecə vaxtı nə edirsən burda” demişdir. Familə çay qaynadıb içəcəyini dedikdə Famil nalayiq ifadə ilə onu təhqir edərək gecə vaxtı niyə görə mətbəxə keçdiyini demişdir. O da mətbəxin ümumi istifadədə olduğunu və yataqxana sakinlərinin hamısının mətbəxdən istifadə eləmək hüququnun olmasını demişdir. Bu zaman Famil onun üstünə cumaraq yumruq atmışdır. Lakin əlini tutaraq yumruqla onu vurmasına imkan verməmiş və yumruğu ona dəyməmişdir. Familə gecə vaxtı olduğuna görə yataqxana sakinləri narahatlıq keçirib oyanmaması üçün həyətə çıxıb mübahisələrini çöldə davam etdirməyi bildirmişdir. Bundan sonra Famil ilə birlikdə dəhliz ilə gedirmiş ki, mübahisələrini həyətdə davam eləsinlər. Yataqxananın dəhlizindən çıxıb pilləkəndə olan zaman yumruqla Familin sağ göz nahiyyəsindən bir zərbə vurmuşdur. Zərbənin təsirindən Famil pilləkəndən yapışdığına görə yerə yıxılmamış, amma onu nalayiq ifadə ilə təhqir eləməyə davam eləmişdir. Evi pilləkənin yaxınlığında olduğundan həmin vaxtı evlərində qonaq olan qardaşı Rüfət yanlarına gələrək onları sakitləşdirmişdir. Famili vurmağını heç kim görməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs da onunla birlikdə yataqxanada qonşuluqda yaşayır. Hümmət spirtli içkilərə meyillidir, aralarında yaxın münasibət olmamışdır. 14 iyun 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı evdə yatdığı zaman saat 03 radələrində hamamda su səsi gəldiyini eşitmişdir. Kiminsə suyu vedrəyə doldurub yerə boşaltmasının səsi gəlmişdir. Əvvəlcə kiminsə paltar yumasını zənn etsə də, sonradan təxminən 20-30 vedrəyə yaxın suyun doldurulub yenidən boşaldıldığını eşitmişdir. Ona görə də maraqlanmaq üçün paltarlarını geyinib dəhlizə çıxmışdır ki, suyu kimin doldurub boşaltmasını öyrənsin. Hamama keçən zaman Hümmətin sərxoş vəziyyətdə olduğunu və heç bir səbəb olmadan suyu vedrəyə doldurub yerə boşaltdığını görmüşdür. Hümmətə sakit şəkildə “qardaş gecə saat dördə işləyir niyə görə suyu səbəbsiz yerə doldurub boşaltmaqla insanları narahat edirsən” deyə soruşmuşdur. Həmin vaxtı Hümmət ilə aralarında mübahisə yaranmış və bir-birinin yaxasından tutmuşlar. Bir neçə saniyə ərzində bir-birinin yaxasından tutduqdan sonra Hümmət onu buraxaraq çölə çıxıb söhbətlərini bayırda davam elətdirməyi bildirmişdir. Hümmətlə söhbətə aydınlıq gətirmək üçün onun yaxasından buraxıb dəhliz ilə pilləkənə tərəf gedərək aşağı düşmək istəmiş, dəhlizdən çıxıb pilləkənə çatan zaman arxa tərəfdən Hümmət qəfildən sağ göz nahiyyəsindən yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən özünü güclə saxlayaraq əli ilə pilləkənin sürahisindən yapışaraq müvazinətini itirməmişdir. Hümmət onu vurduqdan dərhal sonra qaçaraq evlərinə girmişdir. Bir neçə saniyə ərzində özünə gəldikdən sonra Hümmətin yaşadığı evə gedərək onu bayıra çağırmışdır. Lakin Hümmət həmin vaxtı bayıra çıxmamışdır. Hümmətin həmin vaxt onlara Masallı rayonundan qonaq gələn adını bilmədiyi qardaşı bayıra çıxmışdır. Hümmətin qardaşına Hümməti bayıra çağırmasını desə də Hümmətin qardaşı yalvararaq Hümmətdən şikayət eləməməyini bildirmişdir. Hümmətin bayıra çıxaraq ondan üzr istəyəcəyi halda ondan şikayət etməyəcəyini bildirmişdir. Lakin Hümmət bayıra çıxmamışdır. Ona görə də DİN-nin 102 xidmətinə zəng edərək Hümmət tərəfindən döyülməyi barədə məlumat vermişdir. Səhər açıldıqdan sonra Sumqayıt ŞPİ-nin 3-ü Polis Bölməsinə gedərək Hümmətin onu vuraraq döyməsi ilə bağlı yazılı ərizə ilə müraciət etmişdir. Ərizə yazdıqdan sonra müraciəti əsasında başlanmış araşdırma ilə bağlı təhqiqatçı onu məhkəmə-tibbi ekspertizasından keçirərək izahatını almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Masallı rayonunun Əhmədli kəndində yaşayır. Təqsirləndirilən şəxs doğma qardaşıdır. Hümmət ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Hümmətin yaşadığı mənzil 5 mərtəbəli yataqxananın üçüncü mərtəbəsində yerləşir. Həmin yataqxanada yaşayış evləri ayrı-ayrı olsa da hamam, tualet və mətbəx ümumi istifadə üçün olmuşdur. Əvvəllər bir neçə dəfə qardaşı Hümmətin evinə qonaq gələrək onun evində bir neçə günlük qalmışdır. Zərərçəkmiş şəxs Hümmətin qonşusudur və onunla bir mərtəbədə yaşayır. Hümmətin evində qalan zaman Famil ilə qonşu kimi aralarında salamları olmuşdur. Onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Famil ilə qardaşı Hümmətin də arasında əvvəllər hər hansı ədavət və düşmənçilik olmasını eşitməmişdir. 12 iyun 2022- ci il tarixdə qardaşı Hümmətin evinə qonaq gəlmiş və onların evində qalmışdır. 14 iyun 2022-ci il tarixdə gecə saat 03:30 radələrində Hümmətin evində yatmış, həmin vaxtı səs-küy olduğuna görə yuxudan oyanmışdır. Həmin vaxtı qardaşı Hümmətin səsinin ucadan gəldiyini eşitmiş, hiss etmişdir ki, qardaşı Hümmət kiminləsə mübahisə edir. Ona görə də dərhal yerindən qalxıb yataqxananın dəhlizinə keçmişdir. Həmin vaxtı qardaşı Hümmətin Famil ilə mübahisə edərək dalaşdıqlarını və Familin sağ göz nahiyəsində xəsarət olmasını görmüşdür. Familin Hümmət ilə dalaşdıqlarını başa düşmüşdür. Dərhal onları aralaşdırmışdır. Bundan sonra Hümməti evə aparmışdır. Özü də Hümmət ilə birlikdə evə keçmişdir. Bir-iki dəqiqə sonra Famil Hümmətin qapısına gələrək onu çölə çağırmışdır. Dəhlizə çıxdıqdan sonra Famil ona bildirmişdir ki, əgər qardaşı Hümmət ondan üzr istəsə onu bağşılayacaqdır. O da içəri keçərək Hümmətə dəhlizə çıxıb Famildən üzr istəməsini bildirmişdir. Hümmət mübahisəni birinci Familin başlatdığını, günahın onda olduğuna görə üzr istəməyəcəyini bildirmişdir. Lakin Hümmətə təkid edərək dəhlizə çıxıb Famildən üzr istəməsini bildirmişdir. Bundan sonra Hümmət onunla razılaşaraq birlikdə dəhlizə çıxacaqlarını bildirmişdir. X3 əl uzadaraq üzr istədiyini bildirsə də Famil onun üzürünü qəbul etmədiyini və ondan şikayət eliyəcəyini demişdir. Bundan sonra Famil çıxıb getmişdir. O da Hümmət ilə birlikdə evə girmişdir. Hümmətdən hadisənin hansı səbəbdən baş verməsini soruşan zaman Hümmətin deməsindən ona məlum olmuşdur ki, hadisə baş verən gecə saat 03 radələrində susadığına görə evdən çıxıb yataqxana sakinlərinin ümumi istifadəsində olan mətbəxə keçmişdir ki, orada çay qaynadıb içsin. Mətbəxdə çay qaynatdığı zaman saat 03:30 radələrində Famil mətbəxə gələrək Hümmətə gecə vaxtı mətbəxdə nə etdiyini souşduqda Hümmət ona çay qaynadıb içəçəyini demişdir. Həmin vaxtı Famil nalayiq ifadə ilə Hümməti təhqir edərək gecə vaxtı niyə görə mətbəxə keçdiyini dedikdə Hümmətdə ona mətbəxin ümumi istifadədə olduğunu və yataqxana sakinlərinin hamısının mətbəxdən istifadə eləmək hüququnun olmasını demişdir. Bu zaman Famil Hümmətin üstünə cumaraq ona yumruq atmışdır. X4 əlini tutaraq onu yumruqla vurmasına imkan verməmiş və Hümmətin yumruğu ona dəyməmişdir. Bundan sonra aralarında olan mübahisəyə həyətə düşüb aydınlıq gətirmək üçün yataqxanın dəhlizindən çıxıb pilləkəndə olan zaman Hümmət yumruqla Familin sağ göz nahiyəsindən bir zərbə vurmuşdur. Səhəri gün ona məlum olmuşdur ki, Famil Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə şikayət etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 837 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ gözətrafı nahiyyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış aşağıdakı qaydada keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Hadisə yeri ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli yataqxananın üçüncü mərtəbəsində dəhlizin sonunda olan pilləkənlərin yanıdır. Belə ki, dəhlizin taxta materialından olan qapısından çıxdıqda pilləkənlər vardır. Pilləkənlər beton olmaqla kənarları dəmir barmaqlıqlarla əhatələnmişdir. Dəmir barmaqlıqların üst hissəsi taxta materialdandır. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, 14 iyun 2022-ci il tarixdə saat 03:30 radələrində qonşusu Təqsirləndirilən şəxslə aralarında baş vermiş münaqişəyə aydınlıq gətirmək üçün dəhlizdən çıxıb pilləkənlə aşağı düşmək istədikdə sonuncu pilləkənlərin yanında yumruqla sağ göz nahiyyəsindən vuraraq xəsarət yetirmişdir. Zərbənin nəticəsində pilləkənlərin sütunundan tutması səbəbindən yerə yıxılmamışdır. Hadisə yerinə baxış gündüz vaxtı təbii işıq şəraitində keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan Masallı RİHB-nin Təzə Alvadı kənd İƏDÜN-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs RF Komi Respublikası Uxta Şəhər Federativ Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-nin 119-cu maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə şərti sınaq müddəti təyin edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, bundan başqa o Komi Respublikası Uxta Federal Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Rusiya Federasiyasının CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin” Q” bəndi, 30-cu maddəsinin 3-cü hissəsi, 69-cu maddəsinin 5-ci hissəsi və 70-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur, bundan başqa o Komi Respublikası Uxtin Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 2-ci hissəsinin “V” bəndi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında ltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-747/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-747/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver