Məhkəmə qərarları › İş №1(060)-747/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-747/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-747/2024 20.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-cü maddələri ilə 01 (bir) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, X8 qəsəbəsi, K.Perekeşkül küçəsi, ev 38 ünvanında qeydiyyatda olmaqla ünvan 2də yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxta və mənbədən satış məqsədi ilə xeyli miqdarda 06 (altı) ədəd siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram, 0,12 qram, 0,25 qram, 0,22 qram, 0,23 qram, 0,15 qram olmaqla ümumi təmiz çəkisi 1,20 qram və 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,2 qram olan bitki mənşəli kütlə tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, 01 (bir) ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,15 qram olan narkotik vasitə qurudulmuş marixuananı 29 may 2024-cü il tarixdə 10 manata Şahid4 satdıqdan sonra geri qalanını üzərində saxlayaraq daşımış, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən 29 may 2024-cü il tarixdə, saat 19:30 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Nənəmin təndiri” təndir evinin yaxınlığında olduğu zaman saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən 05 (beş) ədəd siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 0,23 qram, 0,12 qram, 0.25 qram, 0,22 qram, 0,23 qram və 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,2 qram olmaqla ümumi təmiz çəkisi 5,25 qram olan narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “Opel Astra" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik kirayə əsasında idarə etmiş və həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2-3 aydır Sumqayıt şəhər sakini İldırım adlı şəxsi müştəri kimi tanımışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 18:00 radələrində İldırım onunla telefon əlaqəsi saxlayıb, onu Sumqayıt şəhəri, St.Sumqayıt ərazisindən Sumqayıt şəhərinə gətirməyini istəmişdir. O da idarə etdiyi avtomobil ilə İldırımı dediyi ünvandan götürüb, Sumqayıt şəhərinə gətirmişdir. Yolda İldırım gediş haqqı üçün onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 9059 1179 nömrəli kart hesabına 5 manat pul göndərmişdir. Təxminən saat 19:30 radələrində onlar Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Nənəmin təndiri" təndir evinin yaxınlığında olan zaman mülki geyimli polis əməkdaşlar onlara yaxınlaşıb, onların narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirməkdə şübhəli olduqlarını bildirib, hər ikisini 5-ci PB-nə dəvət etmişlər. Onlar onun idarə etdiyi avtomobil ilə birlikdə PB-nə gəlmişlər. PB-də ona vəkil təqdim olunmuşdur. Sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da əynində olan şalvarın sol qabaq cibindən saxlamış olduğu 01 (bir) ədəd “OPPO” markalı mobil telefonu, həmin şalvarın sağ qabaq cibində saxlamış olduğu 05 (beş) ədəd siqaretin gümüşü kağızındakı bükümləri və avtomobilin açarını təqdim etmişdir. Həmin bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. Həmin marixuananı Bakı şəhəri, “20 yanvar” metrosunun yaxınlığında üzdən tanıdığı şəxsdən 50 manata almışdır. Üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “OPPO” markalı üzərində ***-***-**-** və ***-***-**-** nömrələr olan mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra onun razılığı və iştirakı ilə anası X4 ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən fərdi evdə videoçəkiliş vasitəsi ilə axtarış keçirilmiş, lakin evdən qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Ona qarşı zor tətbiq edilməmişdir. O, narkotik vasitələrin satışı və ya sair formada qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. O, İldırıma narkotik vasitə olan qurudulmuş marixuananı verməmişdir. Yalnız istifadəçi kimi özünü təqsirli bilir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan marixuandan çəkmə yolu ilə istifadə edir. O, narkotik vasitələri əsasən tanımadığı şəxslərdən əldə etmişdir. O, “Opel Astra" markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik kirayə əsasında idarə etmiş və həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2-3 aydır ki, Sumqayıt şəhər sakini İldırım adlı şəxsi müştəri kimi tanımışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 18:00 radələrində İldırım onunla telefon əlaqəsi saxlayıb, onu Sumqayıt şəhəri, st. Sumqayıt ərazisindən Sumqayıt şəhərinə gətirməyini istəmişdir. O da idarə etdiyi avtomobil ilə İldırımı dediyi ünvandan götürüb, Sumqayıt şəhərinə gətirmişdir. İldırımın da narkotik vasitələrdən istifadə etdiyi bildiyi üçün üzərində olan narkotik vasitə olan “marixuana”dan bir büküm istifadə etməsi üçün İldırıma vermişdir. Həmçinin yolda İldırım gediş haqqı üçün onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169 7388 9059 1 179 nömrəli kart hesabına 5 manat pul göndərmişdir. Təxminən saat 19:30 radələrində onlar Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Nənəmin təndiri" təndir evinin yaxınlığında olan zaman mülki geyimli polis əməkdaşlar onlara yaxınlaşıb, onların narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirməkdə şübhəli olduqlarını bildirib, hər ikisini 5-ci PB-nə dəvət etmişlər. Onlar onun idarə etdiyi avtomobil ilə birlikdə PB-nə gəlmişlər. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərimdə hər hansı narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməyini bildirdmişlər. O da əynində olan şalvarın sol qabaq cibindən saxlamış olduğu 1 ədəd “OPPO” markalı üzərində 070-610- 9696 və ***-***-**-** nömrələr olan mobil telefonu, həmin şalvarın sağ qabaq cibində saxlamış olduğu 5 ədəd siqaretin gümüşü kağızındakı bükümləri, bir ədəd şəffaf sellofanda olan bükümü və avtomobilin açarını təqdim etmişdir. Həmin bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. Sorğu zamanı o, üzərindən aşkar olunmuş 6 bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 2-3 gün bundan əvvəl Bakı şəhəri, “20 yanvar” metrosunun yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 50 manata aldığını, özü istifadə etmək üçün bükümlərə ayıraraq üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərində aşkar olunmuş 6 bükümdə olan narkotik vasitələr onun iştirakı ilə tərəzidə çəkilən zaman çəkilərinin 9.11, 0.33, 0.20, 0.29, 0.30 və 0.28 qram olamaları müəyyən edilmiş və aşkar olunmuş həmin kütlələr ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 242 saylı möhürü ilə möhürlənmişdir. Üzərindən aşkar edilərək götürülmüş 1 ədəd “OPPO” markalı üzərində ***-***-**-** və ***-***-**-** nömrələr olan mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülərək xüsusi qaydada qablaşdırılıb DİN-nin möhürü ilə möhürlənmişdir. Üzərindən aşkar olunan avtomobil açarı isə özünə qaytarılmışdır. Bundan sonra 5-ci PBnin həyətində ssaxlanılan idarə etdiyi “Opel astra” markalı **-FS-*** d.q.n. avtomobilə onun razılığı və iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş və avtomaşından dövriyyəsi qadağan olunmuş və ya sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya aşkar edilməmişdir. Daha sonra onun razılığı və iştirakı ilə anası X4 ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən fərdi evdə videoçəkiliş vasitəsi ilə axtarış keçirilmiş, lakin evdən dövriyyəsi qadağan olunmuş və ya sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı 2-3 gün bundan əvvəl Bakı şəhəri, “20 yanvar” metrosunun yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 50 manata almışdır. Məqsədi istifadə etmək olmuşdur. Ona qarşı heç bir formada zor tətbiq edilməmişdir.O, narkotik vasitələrin satışı və ya sair formada qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. İldırım yalan danışır, o İldırıma bir büküm narkotik vasitə olan qurudulmuş marixuananı pay vermişdir, lakin ona hər hansı pul qarşılığında satmamışdır. İldırımın ona ödədiyi pul isə ona göstərdiyi taksi xidmətinin ödənişi olmuşdur. Bəli, şəxsi axtarış zamanı təqdi etdiyi mobil telefon ona məxsusdur, həmin mobil telefonunda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vardır. Həmin narkotik vasitələri dediyi kimi, Bakı şəhəri, “20 yanvar” metrosunun yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 50 manata almışdır. Həmin narkotik vasitələrin tərkiblərinin fərqli olması ilə bağlı heç bir fikri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər polis idarəsinin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında saat 19:30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Çerkassi küçəsi, “Nənəmin təndiri” təndir evinin yaxınlığında “Opel Astra” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomaşının yaxınlığında olan Şahid4 və Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Onların qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən tərəflərindən videoçəkilişlə üzərlərinə şəxsi axtarış aparılacağını izah edərək onları Sumqayıt ŞPİ-nin 5ci PB-nə gətirmişlər. Polis Bölməsində xidməti otaqlardan birində Şahid4 üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və İldırm əynindəki cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş bir büküm kütləni təqdim edərək nəşə olduğunu demişdir. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində tanıdığı Sumqayıt şəhər sakini Əli adlı şəxslə görüşdüyünü, Əli idarə etdiyi “Opel Astra” markalı avtomaşınla onu Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Nənəmin təndiri” təndir evinin yaxınlığına gətirib, həmin narkotik vasitə olan nəşəni 10 manata ona satdığını və bunun müqabilində öz mobil telefonunda olan "xxxx" tətbiqi vasitəsilə Əlinin istifadəsində olan “Kapital Bank” kartının hesabına 5 manat pul göndərdiyini, qalan 5 manatı isə Əliyə borclu qaldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparılmış, lakin mənzildə və həyəndə qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər polis idarəsinin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə saat 19:30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Çerkassi küçəsi, “Nənəmin təndiri” təndir evinin yaxınlığında Opel Astra markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomaşının yaxınlığında olan Şahid4 və Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Özlərini təqdim edərək Şahid4 və Təqsirləndirilən şəxs özlərini təqdim etmələrini bildirmişlər. Həmin şəxslər özlərini təqdim edərək Şahid4 və Təqsirləndirilən şəxs olduqlarını bildirmişlər. İldırım və Əli nə üçün saxlanıldıqlarını soruşmuşlar. Onların qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirməkdə və qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilindikləri üçün saxlanıldıqlarını və bu səbəbdən tərəflərindən videoçəkilişlə üzərlərinə şəxsi axtarış aparılacağını izah edərək onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirmişlər. Polis Bölməsində xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın qabaq sol cibində saxlamış olduğu 01 (bir) ədəd “OPPO” markalı mobil telefonu, həmin şalvarın qabaq sağ cibində saxlamış olduğu 05 (beş) ədəd siqaretin gümüşü kağızındakı bükümləri və 01 (bir) ədəd şəffaf rəngli sellofonda olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan nəşə olduğunu demişdir. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 (əlli) manata aldığını və şəxsi istifadə üçün gəzdirdiyini demişdir. Həmçinin qeyd etmişdir ki, onunla birlikdə saxlanılaraq bölməyə gətirilən İldirim adlı şəxsə istifadə etməsi üçün 01 (bir) büküm hədiyyə vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 (altı) ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Həmçinin üzərindən aşkar olunan 01 (bir) ədəd “OPPO” markalı mobil telefon qablaşdırılaraq möhürlənmişdir. Eyni zamanda videoçəkiliş zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra" markalı, 77-FS- 218 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparılmışdır. Axtarış zamanı mənzildə və həyətdən qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis leytenantı X9 və prosess iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Şahid3 şahidlər Şahid1 və Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişdir. Məhkəmədə videokonfrans əlaqə sistemi vasitəsilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda İran vətəndaşından narkotik aldığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə barəsində cinayət işi açılmışdır və bu səbəbdən istintaq təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxsla bağlı qeyd edə bilər ki, onu taksi sürücüsü kimi tanıyır və onları polis əməkdaşları saxlayan gün o, Əlinin maşınında taksi kimi əyləşmiş, onun kart nömrəsinə yol haqqı olaraq 5 manat ödəmiş, gedəcəyi ünvana çatmamış polis əməkdaşları onları saxlamışdır. O, polis əməkdaşlarının təyziqi altında ifadə vermişdir ki, güya Əli ona 5 manata narkotik satıb. Əslində onun üzərində heç narkotik vasitə olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, narkotik vasitə olan “nəşə”dən istifadə edir. Sumqayıt şəhər sakini Əli adlı şəxsi bir neçə aydır ki, tanıyır və onun narkotik vasitə satışı ilə məşğul olması barədə məlumatı vardır. Belə ki, əvvəllər bir neçə dəfə özü istifadə etmək üçün Əlidən pulla narkotik vasitə olan «nəşə», yəni «marixuana» almışdır. 29 may 2024-cü il tarixdə yenə Əlidən narkotik vasitə almaq üçün onunla telefon əlaqəsi saxlamış və təxminən saat 19:00 radələrində Əli ona narkotik vasitə satmaq üçün onunla Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində görüşmüşdür. O, Əlinin idarə etdiyi dövlət nömrə nişanlarını xatırlamadığı «Opel» markalı avtomaşına əyləşmiş və onunla Sumqayıt şəhəri, Çerkasi küçəsində yerləşən «Nənəmin təndiri» təndir evinin yaxınlığına gəlmişdir. Avtomaşında Əli ona 10 manata bir büküm narkotik vasitə olan «nəşə» satmışdır. Onun üzərində nağd pul olmadığı üçün mobil telefonunda olan "xxxx" tətbiqi vasitəsilə özünə məxsus 4098 5844 9434 1330 nömrəli bank kartının hesabından Əlinin istifadəsində olan nömrələrini xatırlamadığı «Kapital Bank»ın bank kartına 5 manat pul göndərmiş və ona 5 manat borclu qalmışdır. Əlidən aldığı bir büküm narkotik vasitəni üzərində saxlamış və bu vaxt polis əməkdaşları onlara yaxınlaşıb, xidməti vəsiqələrini göstərib özlərini biz təqdim etmişlər. Polis əməkdaşları onların hər ikisini üzərlərində narkotik vasitə gəzdirməkdə şübhəli olduqları üçün dəvət edərək Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə gətirmişlər. Polis Bölməsində otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkil X2 iştirakı ilə və onun razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynindəki tünd göy rəngli jins şalvarın sol yan cibindən özünə məxsus «Redim» markalı mobil telefonu, həmin şalvarın arxa sağ cibindən içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və "xxxx"a aid bank kartı olan qara rəngli dəridən pul kisəsini, həmçinin həmin şalvarın sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində narkotik vasitə olan «nəşə»ni polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə narkotik vasitə olan «nəşə» onun iştirakı ilə elektron tərəzidə ölçülmüş və 0.24 qram olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmçinin üzərindən aşkar olunan bir ədəd mobil telefon və bir ədəd bank kartı da götürülərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı yuxarıda qeyd etdiklərindən başqa üzərindən heç nə aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokol tərtib olunduqdan sonra ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə protokola imza etmişdir.O, həmin narkotik vasitə olan «nəşə»dən heç kimə satmamış və ya pay verməmişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik maddə aşkar edilməsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən 29 may 2024-cü il tarixdə, saat 19:30 dəqiqədə keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Nənəmin təndiri” təndir evinin yaxınlığında olduğu zaman saxlanılaraq cinayət törətməkdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-164/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 may 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Şahid4 Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən 29 may 2024-cü il tarixdə, saat 19:30 dəqiqədə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Nənəmin təndiri” təndir evinin yaxınlığında olduğu zaman saxlanılaraq cinayət törətməkdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli olan şəxs qismində tutulmuş, aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisinin 5 qramdan az olmaqla xeyli miqdardan artıq olmaması cinayət tərkibini yaratmadığından Şahid4 barəsində davam edən araşdırma ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi iştirakına xitam verilərək 31 may 2024-cü il tarixdə saat 18:00 radələrində saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19.30 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Nənəmin təndiri” təndir evinin yaxınlığında saxlanılaraq idarə etdiyi “Opel Astra” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilmiş, bölmədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin CAŞ-ın əməkdaşlarının və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol qabaq cibindən saxlamış olduğu 01 (bir) ədəd “OPPO” markalı mobil telefonu, həmin şalvarın sağ qabaq cibində saxlamış olduğu 05 (beş) ədəd siqaretin gümüşü kağızındakı bükümləri və 01 (bir) ədəd şəffaf sellofanda olan bükümü, həmçinin avtomobilin açarını təqdim etmişdir. Həmin bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. Sorğu zamanı o, üzərindən aşkar olunmuş 06 (altı) bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 2-3 gün bundan əvvəl Bakı şəhəri, “20 yanvar” metrosunun yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 50 manata aldığını, özü istifadə etmək üçün bükümlərə ayıraraq üzərində saxladığını bildirmişdir. Həmçinin qeyd etdi ki, üzərində aşkar edilmiş narkotik vasitədən onunla birlikdə saxlanılaraq bölməyə gətirilən İldırım adlı şəxsə də istifadə etməsi üçün 01 (bir) büküm hədiyyə etmişdir. Üzərindən aşkar edilmiş 06 (altı) ədəd bükümdə olan maddə üzərində olan kütlələr elektron tərəzidə çəkilən zaman bükümlərin çəkilərinin 9,11, 0,33, 0,20, 0,29, 0,30 və 0,28 qram olmaqla, ümumilikdə çəkilərinin 10,51 qram olduğu müəyyən edilmişdir. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan göründüyü kimi, Şahid4 narkotik vasitələrin gəzdirməsində və dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək, xx.xx.2024-cü il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, Çerkasi küçəsində yerləşən «Nənəmin təndiri» təndir evinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gətirilmişdir. Şahid4 özünü təqdim etdikdən sonra ona narkotik maddələrin üzərində gəzdirməsində, qəbulu və dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə Şahid4 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılaraq üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olundu, Şahid4 əynində olan tünd göy rəngli cins şalvarın sol yan cindən 01 (bir) ədəd qara rəngli «Redmi» markalı mobil telefonu, həmin şalvarın arxa sağ içindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və "xxxx"a aid 4098 5844 9434 1330 nömrəli bank kartı olan qara rəngli dəridən pul kisəsini və həmin şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 (bir) büküm kütləni təqdim etdi. Həmin bükülünü açdıqda içərisində yaşıl rəngli, ot halında, spesifik iyə malik narkotik vasitə olan «marixuana»ya bənzər kütlə aşkar olundu. Ondan həmin bükümdə olan kütlənin nə olduğu soruşulduqda Şahid4 həmin kütlənin narkotik vasitə olan «nəşə» olduğunu bildirdi. Ondan həmin kütləni haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşduqda bildirdi ki, bu gün, yəni xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində narkotik vasitə almaq üçün Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində tanıdığı Sumqayıt şəhər sakini Əli adlı şəxslə görüşmüş, Əli idarə etdiyi «Opel Astra» markalı avtomaşınla onu Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən «Nənəmin təndiri» təndir evinin yaxınlığına gətirib, həmin narkotik vasitə olan «nəşə»ni 10 manata ona satmış və bunun müqabilində öz mobil telefonunda olan "xxxx" tətbiqi vasitəsilə Əlinin istifadəsində olan «Kapital Bank» kartının hesabına 5 manat pul göndərmiş, qalan 5 manat isə borclu qalmışdır. Həmin vaxt isə polis əməkdaşları onları saxlayaraq, hər ikisini Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gətirmişlər, Şahid4 təqdim etdiyi içərisində narkotik vasitə olan «marixuana”ya bənzər kütlə olan büküm onun öz iştirakı ilə Çin istehsalı olan elektron tərəzidə çəkildi. Tərəzidə çəkilərkən həmin kütlənin ümumi çəkisinin 0,24 qram olması müəyyən edildi. Həmin bükümdə olan kütlə maddi sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürüldü və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürləndi. Həmçinin üzərindən aşkar olunan 01 (bir) ədəd «Redmi» markalı mobil telefon və "xxxx"a aid 4098 5844 9434 1330 nömrəli bank kartı da iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada götürülərək protokola əlavə olundu, Üzərindən aşkar olunmuş 01 (bir) ədəd qara rəngli dəridən olan pul kisəsi, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi Şahid4 özünə geri qaytarıldı. Şəxsi axtarış zamanı Şahid4 üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyalar aşkar olunmadı. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 30 may 2024-cü il tarixli 3- 16-16-2-7/867 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız paketdəki 05(beş) ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,23 qram; 0,12 qram; 0,25 qram; 0,22 qram; 0,23 qram, ümumi çəkisi - 1,05 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş həmin kağıza paketdə 01 (bir) ədəd sellofon bükülüdə nəm vəziyyətdə təmiz çəkisi - 8,61 qram olan bitki mənşəli kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır. Həmin marixuananın quru çəkisi - 4,2 qramdır. Tədqiqata təqdim edilmiş kağıza paketdəki 05 (beş) ədəd gümüşü rəngli kağız bükülüdə olan marixuanadan tərkiblərinə görə öz aralarında eynidirlər, 01 (bir) ədəd sellofan bükülüdə olan marixuanadan fərqlənirlər. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 01 (bir) ədəd sellofan bükülüdə olan 1,469 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 30 may 2024-cü il tarixli 3- 16-16-2-7/868 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid4 üzərindən ...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd gümüşü rəngli kağız bükülündə təmiz çəkisi - 0.15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra 0,13 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09 iyul 2024-cü il tarixli 3- 16- 16-2-7/1058 nömrəli rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs götürülmüş kağız paketdəki 05 (beş) ədəd gümüşü rəngli kağız bükülüdə olan marixuanalar ilə vət. Şahid4 götürülmüş kağız paketdə 01 (bir) ədəd gümüşü rəngli kağız bükülüdə olan marixuana tərkiblərinə görə eynidirlər və 01 (bir) ədəd sellofan bükülüdə olan marixuanadan fərqlənirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsin tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 878 saylı rəyinin nəticə hissəsində görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. İş materiallarından görünür ki, 31 may 2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ilə Şahid4 arasında müdafiəçilərin iştirakı ilə üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Şahid4 X14 oğlunun üzünə 29 may 2024-cü il tarixdə saat 19 radələrində ondan 1 büküm içərəsində narkotik vasitə olan marixuananı 10 manat müqabilində aldığını, həmin vaxt üzərində nağd pul olmadığı üçün mobil telefonunda olan "xxxx" tətbiqi vasitəsilə özünə məxsus 4098 5844 9434 1330 nömrəli bank kartının hesabından Əlinin istifadəsində olan nömrələrini xatırlamadığım «Kapital Bankwın bank kartına 5 manat pul göndərdiyini və ona 5 manat borclu qaldığını demişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,25 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 4,9 qram çəkidə qurudulmuş marixuana saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs Şahid4 üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı video görüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4342 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 29 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı, əldə etməsi, qanunsuz üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saat 19:30 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə salır. X5 özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir və ona hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim edir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Əli Hüseynounn üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 (bir) ədəd “OPPO” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 05 (beş) ədəd siqaretin gümüşü kağızındakı bükümləri və 01 (bir) ədəd şəffar rəngli sellofanda olan bükümü, həmçinin avtomobilə aid 01 (bir) ədəd açarı təqdim edir. Həmin 06 (altı) ədəd bükümlər təhqiqatçı tərəfindən açılan zaman bükümlərin içərisində yaşıl rəngli ot halında spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər maddələrin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin narkotik vasitə olan ‘’nəşə” olduğunu, həmin narkotik vasitələri 2-3 gün öncə Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 (əlli) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan "Marixuana"ya bənzər bitki kütləsi olan 06 ədəd bükümlər tərəziyə qoyulub çəkilən zaman bükümlərin çəkilərinin 9,11, 0,33, 0,20, 0,29, 0,30 və 0,28 qram olmaları, ümumilikdə isə çəkilərinin 10,51 qram olduğu müəyyən edilir. Aşkar olunmuş həmin bükümlərdə olan kütlələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Repsublikası DİN-nin 242 saylı möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar olunmuş 01 (bir) ədəd “OPPO” markalı üzərində ***-***-**-** və ***-***-**- ** nömrələr olan mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılıraq Azərbaycan Repsublikası DİN-nin 242 saylı möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd avtomobil açarı onun özünə qaytarılır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən başqa dövriyyəsi qanunla qadağan olmuş hər hansı əşya və predmet aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs onunla birlikdə saxlanılan Şahid4 onun üzərində narkotik vasitə olması haqqında məlumatının olduğunu, polis əməkdaşları onları saxlamamışdan əvvəl Şahid4a 01 (bir) büküm narkotik vasitə olan qurudulmuş marixuana pay verdiyini bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 29 may 2024-cü il tarixdə Şahid4 narkotik vasitələrin alqı-satqısı, əldə etməsi, qanunsuz üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saat 19:30 dəqiqədə Şahid4 saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Təhqiqatçı özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Şahid4 olduğunu bildirir. Sonra təhqiqatçı Şahid4 nə üçün saxlanıldığını izah edir və ona hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim edir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Şahid4 Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra İldirim Quliyevin üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Şahid4 əynindəki cin şalvarın sol yan cibindən 01 (bir) ədəd qara rəngli "Redmi" markalı mobil telefonu, həmin şalvarın arxa sağ cibindən içərəsində özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və "xxxx"a aid 4098 5844 9434 1330 nömrəli bank kartı olan qara rəngli dəridən pul kisəsini və həmin şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 (bir) büküm kütləni təqdim edir. Həmin büküm təhqiqatçı tərəfindən açılan zaman bükümün içərisində yaşıl rəngli ot halında spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər maddələrin olduğu müəyyən edilir. Sorğu zamanı Şahid4 bildirir ki, üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə olan “nəşə” dir, həmin narkotik vasitələri həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində narkotik vasitə almaq Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində tanıdığı Sumqayıt şəhər sakini Əli adlı şəxslə görüşmüş, Əli idarə etdiyi “Opel Astra” markalı avtomaşınla onu Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən "Nənəmin təndiri" təndir evinin yaxınlığına gətirib, həmin narkotik vasitə olan “nəşə”ni 10 manata ona satmış və bunun müqabilində öz mobil telefonunda olan "xxxx" tətbiqi vasitəsi ilə Əlinin istifadəsində olan "Kapital Bank" kartının hesabına 5 manat pul göndərmiş, qalan 5 manat pulu isə borclu qalmışdır. Şəxsi axtarış zamanı Şahid4in üzərindən aşkar olunan içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan "Marixuana"ya bənzər bitki kütləsi olan 01 (bir) ədəd büküm tərəziyə qoyulub çəkilən zaman bükümün çəkisinin 0,24 qram olması müəyyən edilir. Aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Repsublikası DİN-nin 242 saylı möhürü ilə möhürlənir. Şahid4 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar olunmuş 01 (bir) ədəd “Redmi” markalı olan mobil telefon və "xxxx"a aid 4098 5844 9434 1330 nömrəli bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılıraq Azərbaycan Repsublikası DİN-nin 242 saylı möhürü ilə möhürlənir. Şahid4 üzərindən aşkar olunmuş 01 (bir) ədəd pul kisəsi, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi onun özünə qaytarılır. Daha sonra təhqiqatçı tərəfindən Şahid4 üzərindən başqa hər hansı dövriyyəsi qanunla qadağan olmuş hər hansı əşya və predmet aşkar olunmur. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən 29 may 2024-cü il tarixdə, saat 19:30 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Nənəmin təndiri” təndir evinin yaxınlığında olduğu zaman saxlanılaraq idarə etdiyi “Opel Astra” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı 06 (altı) bükümdə olan narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən fərdi evin giriş qapısı döyülür. Qapını açan Təqsirləndirilən şəxs anası Lüdmila Hüseynova özünü təqdim etdikdən sonra mənzildə axtarış keçiriləcəyi izah olunmuş və sonuncu buna heç bir etirazının olmadığını bildirmişdir. Həmin ev 1 mərtəbəli mişar daşından tikilmişdir. Evin sağ tərəfində həyətdə 1 otaqlı əl damı yerləşir. Həyət 4 tərəfdən hasara alınmışdır, ev dəhlizdən, 2 yataq otağı, 1 qonaq otağı, 1 mətbəx və 1 hamam otağından ibarətdir. Mənzil orta təmirlidir və səliqəlidir. Axtarış zamanı mənzildən, əl damından və həyətdən qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən 29 may 2024-cü il tarixdə, saat 19:30 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Nənəmin təndiri” təndir evinin yaxınlığında olduğu zaman saxlanılaraq idarə etdiyi “Opel Astra” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı 06 (altı) bükümdə olan narkotik vasitə marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Eyni zamanda çəkiliş zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsini bildirən zaman o, buna etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə video çəkiliş vasitəsilə baxışa başlamazdan əvvəl sonuncuya avtomobilində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübut saxlamadığını deyir. Bundan sonra onun avtomobilinə baxış keçirilir, baxış zamanı avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və ya maddi sübut aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində saxladığı özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edir və protokola əlavə olunur. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “OPPO” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, "OPPO" markalı mobil telefon tünd boz rənglidir. “OPPO" markalı mobil telefonun daxilində "***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələr vardır. İşlək vəziyyətdədir, daxilində “whatsapp” ani mesajlaşma mübadiləsi sistemi aşkar olunmuşdur. Həmçinin telefonun “whatsapp" ani mesajlaşma mübadiləsi sistemində, kontaklar, zənglər və mesajlar bölməsində cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Baxış zamanı, mobil telefonun menyu hissəsində "xxxx" ASC-yə aid mobil tətbiq proqramı aşkar edilmişdir. Mobil tətbiq proqramında 4169 7388 9059 1179 nömrəli bank kartının əlavə edildiyi, həmin bank hesabına xx.xx.2024-cü il tarixdə "xxxx" proqramı vasitəsi ilə 5 azn məbləğində pulun köçürülməsi müəyyən edilmişdir. Bundan başqa “OPPO” markalı mobil telefondan çəkilmiş fotoşəkillər iş üçün əhəmiyyət kəsb etdiyi üçün protokola əlavə olunmuşdur. İş materiallarından görünür ki, Şahid4 məxsus 01 (bir) ədəd “Redmi” markalı mobil telefona və 01 (bir) ədəd "xxxx" ASC-yə məxsus bank kartına baxış keçirilmişdir. Mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, “Redmi” markalı mobil telefon qara rənglidir. "xxxx" ASC-yə aid bank kartı qara rəngli, üzərində 4098 5844 9434 1330 rəqəmləri vardır. “Redmi” markalı mobil telefonun daxilində “***-***-**-**” saylı mobil nömrə vardır. İşlək vəziyyətdədir, daxilində “whatsapp” ani mesajlaşma mübadiləsi sistemi aşkar olunmuşdur. Həmçinin telefonun “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində, kontaklar, zənglər və mesajlar bölməsində cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Baxış zamanı, mobil telefonun menyu hissəsində "xxxx" ASC-yə aid mobil tətbiq proqramı aşkar edilmişdir. Mobil tətbiq proqramında 4098 5844 9434 1330 nömrəli bank kartının əlavə edildiyi, həmin bank hesabından xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “Kapitalbank" ASC-yə aid 4169 7388 9059 1179 saylı kart hesabına proqram vasitəsi ilə 5 azn məbləğində pulun köçürülməsi müəyyən edilmişdir. Bundan başqa “Redmi” markalı mobil telefondan çəkilmiş fotoşəkillər iş üçün əhəmiyyət kəsb etdiyi üçün protokola əlavə olunmuşdur. İş materiallarında olan istintaq zamanı verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələri satış məqsədilə əldə etməsi barədə məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən mütəmadi olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuana onun özünə məxsus olmuş və satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitədən tanışı X3 01 (bir) ədəd siqaret kağızının bükümündə 10 (on) manata satmışdır. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitə marixuana satdığı şəxs (şəxslərin) müəyyən olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Bu istiqamətdə müsbət nəticə olarsa istintaqa əlavə məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-453/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmiş, Şahid4 üzərində təmin çəkisi 0,15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin İctimai Təhlükəsizlik şöbəsinə göndərilmiş, istintaq zamanı təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 06 ədəd bükümdə təmiz çəkisi - 5,25 (qalıq – 4,9 qram) qram və Şahid4 aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,15 (qalıq – 4,9) qram olan qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, mənzilinə və avtomobilinə baxış keçirilməsini əks etdirən 02 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış - 4,9 qram və 0,13 qram, ümumilikdə 5,03 qram qurudulmuş marixuana saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 02 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zaman özünün verdiyi etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, üzləşdirilmə protokolu, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmədə verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı, bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 5,03 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş “OPPO” markalı və Şahid4 götürülmüş “Redmi" markalı mobil telefonlar onlara geri qaytarılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı üçün ona narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 234,00 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-747/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 996 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 04 (dörd) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 5,03 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş “OPPO” markalı və Şahid4 götürülmüş “Redmi" markalı mobil telefonlar onlara geri qaytarılsın. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 234,00 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar