Məhkəmə qərarları › İş №1(060)-748/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-748/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-748/2025 21.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, hazırda məhkumluğu olan, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 1, mənzil 62-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq narkotik vasitə olan marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 6,013 qram çəkidə xeyli miqdarda qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 11 avqust 2025-ci il tarixdə, saat 20:00-da Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Yusif Məmmədəliyev küçəsi, ev 44-ün yaxınlığında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 6,013 qram çəkidə xeyli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Sürücülük məktəbinin yanında polis əməkdaşları tərəfindən saxlanılmış və Polis Bölməsinə aparılmışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə ibtidai istintaqda verdiyi ifadəsində qeyd etdiyi kimi baş vermişdir. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə edib. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində elektron nəzarət vasitəsi olub. Bundan başqa saxlanılarkən ona hər hansı təzyiq göstərilməyib. Narkotik vasitənin marixuana növündən çəkmə üsulu ilə istifadə edib. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 20:00-da Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Yusif Məmmədəliyev küçəsi, ev 44-ün yaxınlığında piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxslər tərəfindən saxlanılmışdır. Bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirmiş, şifahi şəkildə hüquq və vəzifələrini izah edərək, video çəkliş aparmaqla üzərini yoxlayacaqlarını bildirmişlər. Bundan sonra ilk əvvəl üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Mən buna etiraz etməyərək, polis əməkdaşlarının təklifi ilə əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl 16:00 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən 50 manat müqabilində aldığı narkotik vasitə olan və “Nəşə” adlandırılan marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə götürüldükdən sonra polis əməkdaşları üzərini əlavə olaraq yoxladılar. Həmin vaxt üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları təqdim ediyi içərisində narkotik vasitə olan marixuana olan bükümün içərisinə baxış keçirməklə elektron tərəzidə çəkib, çəkisini müəyyən etmişdir. Təqdim etdiyi narkotik vasitə marixuana elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 6,24 qram olması müəyyən edilmişdir. Bundan sonra içərisi boş zərfə qablaşdırılmış, zərfin üzərində qeydlər aparılmaqla götürülmüşdür. Daha sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ 4- cü PB-nə dəvət etmişdir. Araz etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gəlmişlər. Bölmədə olan zaman isə xidməti otaqlardan birinə dəvət edilmiş, orda hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra isə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Yusif Məmmədəliyev küçəsi, ev 44- ün yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan bükümün qablaşdırıldığı zərfə baxış keçirilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra üzərindən hər hansı saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi bükümün içərisindəki kütlənin nə olduğunu, nə vaxt, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda təqdim etdiyi kağız bükümün içərisindəki kütlənin “nəşə” adlandırılan, narkotik vasitə marixuana olduğunu, saxlanılmamışdan əvvəl, xx.xx.2025-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində tanımadığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını və şəxsi istifadsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları bütün qeyd etdikləri ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, Araz da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs son söz olaraq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahid ifadələri, əməliyyat axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarış və təqdim olunmuş əşyalara baxış keçirilməsinə dair istintaq hərəkəti protokolları, maddi sübutlar, habelə digər toplanmış istintaq materialları ilə tam olaraq sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə əməliyyat məlumatı daxil oldu ki, Araz adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı vardır. Ona görə də Araz adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla saxlanılmış, ona hüquq və vəzifələri izah olunmuş, saxlanıldıqda üzərində olan bükümü təqdim etmiş, həmin bükümün marixuana olduğunu bildirmişdir. Həmin tərəfindən elektron tərəzidə çəkilərək, qablaşdırılmış, möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə aparılmış, bölmədə üzərinə təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə toplanmış material üzrə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20.00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 51-52-ci vərəqələrində olan 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 68-73-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarından görünür ki, həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixindən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 12-13-cü vərəqələrində olan 11 avqust 2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan şəffaf rəngli sellofan bağlamanı təqdim etdi. Həmin bağlama tərəfimdən açılan zaman içərisində yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə “Marixuana”ya bənzər bitki kütləsi ecildi. Sonra həmin bağlama elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 6.24 qram oldu. Sonra həmin bitki kütləsi qablaşdırıldı, saxlanılan şəxs və tərəfindən, imzalandı və götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş həmin kütləni xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, 20 yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli şəxsi axtarış və təqdim olunan əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, vəkilin iştirakı ilə və Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz predmetin olmadığını bildirdi. Onun üzərinə tərəfindən şəxsi axtarış keçirildi, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir predmet aşkar edilmədi. Bundan sonra təhqiqata təqdim edilmiş 01 ədəd möhürlənmiş bağlama açıldı və içərisində yaşıl rəngli, spesifik iyə malik bitki kütləsi aşkar edildi. Həmin bağlama tərəziyə qoyularaq çəkildi.Elektron tərəzidə həmin bağlamanın sellofanla birlikdə çəkisi 6.25 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərindən aşkar olunan həmin bitki kütləsini xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bitki kütləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırıldı Z N-nin 128 saylı möhürü ilə möhürləndi. Cinayət işinin 41-ci vərəqəsində olan 12 avqust 2025-ci il tarixli 20/720 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddəyə bənzər maddə...” əl yazıları olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 6,013 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 6,013 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 5,993 qram. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki, 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) bükümdə təmiz çəkisi 6,013 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 6,013 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 5,993 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 96-cı vərəqəsində olan Sumqayıt ŞPİ 4-cü Polis Bölməsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə marixuana əldə edilmə mənbəsinin müəyyən edilməsi və onun narkotik vasitə, eləcədə psixotrop maddələrin alqı-satqısı ilə məşğul olubolmasının müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsinə, eləcə də Təqsirləndirilən şəxs yaşadığı ərazidə yaşayan insanlarla bir sıra profilaktiki söhbətlər aparılmağına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi və yaxud əvvəllər bu kimi cinayətlərin törədilməsində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində məqsədyönlü əməliyyat-axtarış tədbirləri davam etdirilir. Gələcəkdə hər hansı müsbət bir nəticə əldə olunarsa dərhal əlavə məlumat veriləcəkdir. Cinayət işinin 112-118-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, üzərində hər hansı markalanma yazısı olmayan, yaddaşında 02 (bir) ədəd “VİD-20250811-WA0027” adlı, 69904kb həcmində, 05 dəqiqə 53 saniyə davam edən, rəngli formatda və açıq hava şəraitində çəkilmiş video görüntü, növbəti video “VİD20250811-WA0028” adlı, 74856 kb həcmində, 06 dəqiqə 47 saniyə davam edən, rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntü olan 01 (iki) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməyi nəzərə alınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki, 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) bükümdə təmiz çəkisi 6,013 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 6,013 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 5,993 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməyi nəzərə alınmışdır. Cinayət işinin 97-98-ci vərəqələrində olan 29 avqust 2025-ci il tarixli 5345 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən akınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 80-82-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, üzərində hər hansı markalanma yazısı olmayan, yaddaşında 01 (bir) ədəd “VİD-20250811-WA0027” adlı, 69904kb həcmində, 05 dəqiqə 53 saniyə davam edən faylın olduğu müəyyən olundu. Həmin fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında rəngli formatda və açıq hava şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Yusif Məmmədəliyev küçəsi, ev 44-ün yaxınlığı və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əvvəlində tikilinin, onun qarşısında daşlıq sahənin, tikilinin yan hissəsində isə torpaq örtüklü yolun göründüyü, bu cür video görüntünün bir neçə saniyyə davam etdikdən sonra video görüntüdəki yolla əynində ağ rəngli köynək və qara rəngli cins şalvar olan bir nəfər şəxsin video çəkliş aparılan istiqamətdə hərəkət etdiyinin göründüyü, həmin şəxsin video çəkliş aparan şəxs istiqamətində bir neçə metr məsafə qət etdikdən sonra onun hərəkət istiqamətinin sol hissəsindən iki nəfər şəxsin çıxaraq həmin şəxsə yaxınlaşdıqları və onu saxladıqları, daha sonra ilk şəxsin özünü saxlanılmış şəxsə təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkili, polis kapitanı Şahid1 olduğunu bildirdiyi, sonra saxlanılmış şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək həmin şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində gəzidirilməsi və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən şübhəli şəxs qismində saxlanıldığını bildirdiyi, daha sonra orda olan şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk özünü təqdim edən şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvvəkkili, polis polkovnik-leytenantı Şahid2 olduğunu, ikinci şəxsin özünü təqdim şəxsin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvvəkkili, polis mayoru Şahid3 olduğunu bildirdikləri, bundan sonra ilk olaraq özünü təqdim edərək Şahid1 olduğunu bildirən şəxsin saxlanılmış şəxsin hüquq və vəzifələrini izah etdiyi, bundan sonra isə həmin şəxsə üzərində yoxlama aparacağını bildirərək, bundan əvvəl isə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və predmet varsa təqdim etməsini təklif etdiyi, bu təklifdən sonra saxlanılmış şəxsin əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etdiyi, həmin sellofan bükümün içərisində narkotik vasitə olan, “nəşə” adlandırılan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni həmin gün təxminən 16:00 saatlarında Bakı şəhəri, 20 Yanvar ərazisində olarkən əvvəllər tanımadığı, adını, soy adını, ata adını, yaşadığı ünvanı, barəsində digər məlumatları bilmədiyi şəxsə 50 manat pul verərək, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra təqdim edilmiş bükümün içərisinə baxış keçirildiyi, daha sonra isə aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, içərisində yaşıl rəngli, bitki mənşəli kütlə olan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 6,24 qram olmasının müəyyən edildiyi, bundan sonra isə aşkar edilmiş bükümün içəris boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, daha sonra saxlanılmış şəxsin üzərinin axtarıldığı, həmin şəxsin üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, sonda özünü təqdim edərək əməliyyat müvvəkkili Şahid1 olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək digər zəruri hərəkətlərin icra edilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedəcəklərini bildirdiyi, bundan sonra isə video çəklişin dayandığı müşahidə olunur. Kompüterin “Windows Media” proqramı işə salındıqda diskin yaddaşında növbəti 01 (bir) ədəd “VİD-20250811-WA0028” adlı, 74856 kb həcmində, 06 dəqiqə 47 saniyyə davam edən faylın olduğu müəyyən olundu. Həmin fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Kənan Hacıyev olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən həmin şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Yusif Məmmədəliyev küçəsi, ev 44-ün yaxınlığında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər maddələrin aşkar edilərək qablaşdırılmaqla götürüldüyünü, götürülmüş narkotik vasitənin təqdim edildiyi barədə məlumat verdiyi, daha sonra xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 4cü PB-nin əməliyyat müvvəkkili, polis kapitanı Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvvəkkili, polis polkovnik-leytenantı Şahid2 olduğunu, üçüncü şəxsin özünü təqdim şəxsin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvvəkkili, polis mayoru Şahid3 olduğunu olduğunu bildirdikləri, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə xidməti otaqdakı digər şəxsində təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 olduğunu bildirdiyi, bundan sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izah edildiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildirişdə təqdim edildiyi, daha sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, həmin şəxsin üzərindən hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmetin aşkar edilmədiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş zərfin açıldığı, zərfin içərisindən bir ədəd sellofan bükümün aşkar edildiyi, həmin bükümün içərisinə baxış keçirilərkən içərisindən yaşıl rəngli bitki mənşəli kütlənin aşkar edildiyi, sonra isə elektron tərəzidə çəkildiyi, büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 6,25 qram olmasının müəyyən edildiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə müraciət edərək həmin bükümün onun üzərindən aşkar edilib edilmədiyini, həmin bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq həmin bükümün polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilərək götürüldüyünü, həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni həmin gün 1 saatlarında Bakı şəhəri, 20 Yanvar ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata alaraq üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin narkotik vasitənin aşkar edilərək götürüldüyünü, bundan sonra aşkar edilmiş həmin bükümün yenidən içərisi boş zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, zərfin üzərində qeydlər aparıldığı, zərfin üzərinin ilk əvvəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs, sonra müdafiəçi tərəfindən imzalandığı, sonra götürüldüyü, daha sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Araz İsmaylov olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümdəki kütlənin özünə məxsus olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzəri yoxlanılarkən aşkar edilmiş bükümdəki narkotik vasitəninözünə məxsus olduğunu bildirdiyi, sonda özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan videoçəkilişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan videoçəkilişin dayandırıldığı müşahidə olunur. Cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİnə verilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin 103-105-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 566/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Və xx.xx.2024-cü il tarixdən şöbədə qeydiyyat alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək cəzasının 11 ay 26 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 01 il 06 ay təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq müddətindəki ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-566/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 06 (altı) ay müddət azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2025-ci il tarixdən, yəni barəsində seçilmiş həbs qətimkan tədbirinin başlanğıcından hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən məhkəmə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 29 avqust 2025-ci il tarixli 5345 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicə təyin edilməlidir. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər ND-də (F19.2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,5993 qram çəkidə narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 06 (altı) ay müddət azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 5,993 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar