Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-75/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Sumqayıt şəhəri, 2ci mikrorayon, ev 23/19, mənzil 11-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 6,802 qram narkotik vasitə olan heroini və 3,138 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 07 may 2021-ci il tarixdə saat 19:20 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin, NMBnin və 4-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİnin 4-cü PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə 6,802 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 3,138 qram çəkidə kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İkin məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də məhkəmə baxışının davamında özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona Azəbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilir. O, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, bir neçə dəfə məhkum olunmuşdur. O, sonuncu dəfə 2020-ci ilin dekabr ayında cinayət məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə o, şəxsi işləri ilə əlaqədar olaraq Novxanı qəsəbəsinə getmişdir. O, orada tanımadığı bir şəxslə söhbət etməyə başlamışdır. Həmin şəxs söhbət əsnasında onun narkotik vasitədən istifadə etdiyini bilmiş və narkotik vasitə istəyib istəmədiyini soruşmuşdur. O, isə istədiyini bildirdikdən sonra həmin tanımadığı şəxsə 80 manat verib bir bükümdə narkotik vasitə olan heroin və bir bükmdə psixotrop maddə olan metamfetamin almışdır. Sonra o, oradan Sumqayıt şəhərinə qayıtmışdır. Saat 19:20 radələrində o, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində piyada hərəkət edərkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar həmin vaxtı ondan adını və soyadını soruşandan sonra ona bildirmişlər ki, narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilinir. Buna görə də onun üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar polis maşınına əyləşmişlər və bir başa Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlmişlər. Orada xidməti otaqların birində ona vəkil X2 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd markası olmayan elektron tərəzini, bir ədəd bükümdə narkotik vasitə olan heroini və bir bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitəni həmin gün Novxanı qəsəbəsi ərasində tanımadığı şəxsdən 80 manata öz şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin çəkilmək üçün elektron tərəziyə qoyulmuşdur. Narkotik vasitənin çəkisinin 8,78 qram, metamfetaminin çəkisi isə 3,51 qram olduğu müəyyən olunmuş və qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra tərəzinin, narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini tutulduğu gün Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 80 manata şəxsi istifadəsi üçün almış və özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamış və olmur. O, narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir. O, tutulduqdan sonra ona ağır maddə ilə ittiham elan olunmuşdur. O, isə bu ittihamla razı olmamışdır, çünki o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ifadəsindəki ziddiyətləri izah edə bilməmiş, hansısa hala, sübuta istinad etməmişdir. Məhkəmə bunu təqsirləndirilən şəxsin özünü müdafiə üsulu hesab edir. Çünki Təqsirləndirilən şəxs sonradan ifadəsində göstərdikləri digər sübutlarla müqayisəli şəkildə araşdırılmış, ancaq həmin hallar təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən Sumqayıt şəhər polis idarəsinin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, «Xəzər Bağları» yaşayış massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin NMB-nin kiçik inspektoru X5, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 və Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis mayoru X6 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19:20 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Xəzər Bağları ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Polis bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla hüqüq və vəzifələri izah olunmuş və ona Sumqayıt regional vəkil bürosunun vəkili X2 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni və 01 ədəd markası olmayan elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümləri açarkən birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə, digər bükümdə isə ağ rəngli kristal şəkilli maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərdən birinin içərisində narkotik vasitə olan heroin, digərində isə «sakitləşdirici» olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni və digər maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni və digər kütləni yəni «Sakitləşdirici»ni həmin gün Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 80 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdəki maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər kütlə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni və psixotrop maddəni həmin gün Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 80 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini bildirmişdir. Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və satışı ilə məşğul olması ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələri kimlərə satması ilə bağlı onlarda hələlik məlumat yoxdur. Bu barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Təqsirləndirilən şəxs ifadəsində bir neçə nəfər tanımadığı şəxsin hasardan aşaraq həyətə daxil olmaları, həyətdə və evdə axtarış aparmaları ilə bağlı suala cavab verərəkən bildirmişdir ki, onun bu deyilənlərdən xəbəri yoxdur. Onlar əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlamışlar və 4-cü PBdə onun üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vüsal Abbasov, Şahid3 və Elnur Qocayev də oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 19:20-də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19:20-də yaşadığı ünvanın yaxınlığında saxlanılaraq PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PBnə gətirildikdən sonra PB-də xidməti otaqların birində inspektor-kriminalist rəqəmsal tipli "Panasonic'’ markalı videokameranı işə salmış, daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuş, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə bir etiraz etməmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 2 ədəd şəffaf rəngli sellofan bükümü, 1 ədəd markası olmayan tünd qəhvəyi rəngli arxasında QC.PASS. 200g/0.01 g yazıları olan elektron tərəzini təqdim etmişdir. Aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofan bükümlər açılmış, içərisinə baxarkən bir sellofan bükümdə spesifik iyə malik qəhvəyi rəngli maddənin, digər sellofan bükümdə isə ağ rəngli kristal şəkilli maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan qəhvəyi rəngli maddə kütləsi narkotik vasitə olan "heroin", ağ rəngli kristal şəkilli maddə kütləsi "sakitləşdirici"dir. Aşkar olunmuş həmin maddələri xx.xx.2021-ci il tarixdə Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən ümumilikdə 80 manat ödəməklə almış şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tərəzini isə mağazadan şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin isə şəffaf rəngli sellofan ilə birlikdə 8,78 qram olduğu, ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin isə şəffaf rəngli sellofan ilə birlikdə 3,51 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin maddələr və elektron tərəzi xüsusi qaydada qablaşdırılıb Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncudan aşkar olunmuş 1 ədəd "Vant" markalı siqaret qutusu, 1 ədəd alışqan, xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1864 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ““vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr və elektron tərəzi” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 6,802 qram, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vaistə heroindir və bir ədəd bükümdə təmiz çəkisi 3,138 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdəki bir ədəd arxasında “QC PASS 200g/0.01g” yazıları olan elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün olmamışdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. İş materiallarında olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunənin geri qaytarılmasına dair” akta əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinin ümumi təmiz çəkisi 6,802 qram və metamfetaminin təmiz çəkisi 3,138 qram olmuşdur. Tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra heroinin qalıq çəkisi 6,652 qram, metamfetaminin qalıq çəkisi 3,038 qram olmuşdur. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt şəhər prokuroru qarşısında vəsatət qaldırılmışdır. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər prokuroru tərəfindən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-208/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-208/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından Təqsirləndirilən şəxs müdafiəçisi X13 tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinin ümumi təmiz çəkisi 6,802 qram və metamfetaminin təmiz çəkisi 3,138 qram olmuşdur. Lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra heroinin qalıq çəkisi 6,652 qram, metamfetaminin qalıq çəkisi 3,038 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və qalıq çəkisi 6,652 qram olan heroin, qalıq çəkisi 3,038 qram olan metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmümə əsasən Azərbaycan Respublikası CM-nin 143.2-ci maddəsi ilə 02 il islah işləri (20 faiz) cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 143.2-ci, 39-cu maddələri ilə 02 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ali Məhkəmənin xx.xx.1996-cı il tarixli qərarı ilə xx.xx.1996-cı il tarixli hökm dəyişdirilmişdir. Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 207.2-ci, 189-1.2-ci, 38-ci, 41-ci maddələri ilə 02 il azadlıqdan məhrumetmə cəzasına (02 il şərti sınaq müddəti ilə) məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci, 221.2.2-ci, 221.3-cü, 132-ci, 66.3, 69.3 maddələri ilə 02 il 09 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci, 221.3-cü maddələri ilə 03 il 06 ay 15 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 67.1, 69.4-cü maddələri ilə 02 il 02 ay 05 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci il maddəsi ilə 01 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-ci maddələri ilə 01 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi “8 Noyabr-Zəfər Günü münasibətirlə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən 1 il müddətinə azaldılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 80182/21 saylı məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-146/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək cəzasının 28 gününü çəkmiş “8 Noyabr-Zəfər Günü münasibətirlə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış, hazırda 11 ay çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Yusif Məmmədov tərəfindən 302 C-21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2205 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində 2009-cu il tarixdən narkomaniya diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 323 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Sumqayıt şəhər 6 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2831 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda X8 İ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materaillarında olan 02 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun qərarı ilə cinayət işinin ibtidai istintaq müddəti 08 noyabr 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-446/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 08 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1864 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2831 saylı rəyi sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 6,802 qram heroin və 3,138 qram psixotrop olan maddə olan metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş amteraillarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-488/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 (on beş) gün müddətinə uzadılmışdır. İş materiallarında olan “Panasonic markalı videokamera vasitəsi ilə çəkilmiş və DVD diskinə yazılmış görüntülərə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 08 may 2021-ci il tarixdə saat 19:20 radələrində ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Röyal Rəcəbli özünü təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini istəyir. Daha sonra polis əməkdaşları özlərini təqdim edirlər. Bundan sonra X12 Təqsirləndirilən şəxs nə üçün polis bölməsinə gətirildiyini izah edir və ona hüqüq və vəzifələri ilə bağlı bildirişi və Sumqayıt regional vəkil bürosunun vəkili X1 təqdim edir. Sonra adları çəkilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə başlanılır. X12 Təqsirləndirilən şəxs bildirir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibində bir qutu siqaret və bir ədəd alışqan, göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd elektorn tərəzi və iki ədəd bükümdə olan kütlələri çıxarıb təqdim edir. Təhqiqatı Təqsirləndirilən şəxs elektron tərəzini haradan və nə məqsədlə aldığını soruşur. Təqsirləndirilən şəxs tərəzini çoxdan dükandan aldığını və gümüş alarkən istifadə etdiyini bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs bükümdə nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs bükümdəkikütlənin narkotik vasitə olan heroin olduğunu və Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 80 manata özü istifadə etmək üçün aldığını bildirir. Təhqiqatçı ikinci bükümdə nə olduğunu soruşur. Təqsirləndirilən şəxs ikinci bükümdəki kütlənin sakitləşdirici olduğunu və narkotik vasitə aldığı tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilir. Ağ rəngli kütlənin çəkisi 3,51 qram qəhvəyi rəngli kütlənin çəkisi isə 8,78 qram olaraq müəyyən edilir. Daha sonra müdafiəçi Təqsirləndirilən şəxs harada saxlanıldığını soruşur. Təqsirləndirilən şəxs isə Xəzər bağları ərazisində saxlanıldığını və ona təzyiq göstərilmədiyini bildirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxs ilkin məhkəmə baxışında özünü təqsirli bilməməsi və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən məhkəmə həmin ifadəyə tənqidi yanaşaraq sübut kimi qiymətləndirmir.Təqsirləndirilən şəxsin ibtidai istintaq və sonrakı məhkəmə baxışında vermiş olduğu etirafedici ifadəsi işin faktiki hallarına uyğun olduğundan həmin ifadələri sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən İ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, bir daha onun səhhətindəki problemləri nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 11 ay bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmuyu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 07 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs İ dərəcəli əlil olduğundan məcburi müalicə təyin edilməsinin mümkün olmaması və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-ın 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X13 tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,652 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 3,038 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, bundan başqa maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD isə iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 11 (on bir) ay azadlığın məhdudlaşdırılması cəzası 5 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 07 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs İ dərəcəli əlil olduğundan məcburi müalicə təyin edilməsinin mümkün olmaması və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil X13 tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,652 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 3,038 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-75/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-75/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver