Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-75/2023 28.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Nizami küçəsi 111, inzibati binada qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi, ev 7/11-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,791 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 18:10-da Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən Avtovağzalın yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,791 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 6-7 aydır ki, narkotik vasitə istifadəçilərinin “kakos”, “kola” adlandırdığı heroin istifadə edir. Heroini iniyeksiya yolu ilə damarına vurmaqla qəbul edir. 10 may 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 22 manata 1 büküm heroin, həmin heroini əridib damarına vurmaq üçün isə aptekdən 1 ədəd şpiris və 1 ədəd su ampulası alaraq istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 11 may 2022-ci il tarixdə, saat 18:10 radələrində Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən Avtovağzalın yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, saxlamaqda və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə ŞPİ-yə getmişdir. ŞPİ-də olarkən ona şübhəli şəxs qismində tutulacağı bildirilib özünə müdafiəçi seçməyi üçün Sumqayıt regional vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. O, həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün X1. Həmin vəkil polis idarəsinə gəldikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona özünü təqdim etməsi bildirildikdə, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona saxlanılmağının səbəbi izah edilib üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra onu saxlayan polis əməkdaşları özlərini təqdim etmiş və ona müdafiəçisi, Sumqayıt regional vəkil bürosunun vəkili X4 təqdim edilmişdir. Ona üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirmişdir. Hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmiş və həmin bildirişlə tanış olmuşdur. Sonra ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi bildirildikdə, üzərində olan ağ rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd tibbi şpirisi, 1 ədəd su ampulasını, üzərində olan göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi büküm açıldıqda içərisindən qəhvəyi rəngli, narkotik vasitə-heroin aşkar edilmişdir. Ona ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin “kakos” olduğunu, Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən 22 manata şəxsi istifadəsi üçün aldığını, 6-7 aydır ki istifadə etdiyini, üzərindən aşkar olunmuş ampulanı və şpirisi narkotik vasitəni iniyeksiya yolu ilə qəbul edərkən istifadə etdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, gödəkçəsinin sol yan cibindən 3 qutu siqaret, şalvarının sağ yan cibindən 1 ədəd alışqan aşkar edilmişdir. Aşkar edilmiş 3 qutu siqaret özünə qaytarılmışdır. Aşkar edilmiş bir ədəd büküm tərəzidə çəkildikdə çəkisinin 0,95 qram olması müəyyən olunmuş və qablaşdırılaraq götürülmüşdür. Videoçəkiliş yekunlaşdıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. O, saxlanılarkən, ŞPİ-nə gətirilərkən və ŞPİ-də olarkən ona qarşı heç kim, heç bir psixi və ya fiziki zor tətbiq etməmişdir. Həmin heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə 11 may 2022-ci il tarixdə, saat 18:10-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən Avtovağzalın yaxınlığında, o və CAŞ-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, saxlamaqda və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə ŞPİ-yə getmişdir. ŞPİ-də olarkən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı bildirilib özünə müdafiəçi seçməyi üçün Sumqayıt regional vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün X1. Həmin vəkil polis idarəsinə gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirildikdə, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmağının səbəbi izah edilib üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra o və Şahid2 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs müdafiəçisi, Sumqayıt regional vəkil bürosunun vəkili X4 təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olub- olmaması sual olunan zaman etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi bildirildikdə üzərində olan ağ rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd tibbi şpirisi, 1 ədəd su ampulasını, üzərində olan göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisindən qəhvəyi rəngli, narkotik vasitə-heroinə bənzər maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin “kakos” olduğunu, Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən 22 manata şəxsi istifadəsi üçün aldığını, 6-7 aydır ki istifadə etdiyini, üzərindən aşkar olunmuş ampulanı və şpirisi narkotik vasitəni inyeksiya yolu ilə qəbul edərkən istifadə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, gödəkçəsinin sol yan cibindən 3 qutu siqaret, şalvarının sağ yan cibindən 1 ədəd alışqan aşkar edilmişdir. Aşkar edilmiş 3 qutu siqaret Təqsirləndirilən şəxs özünə qaytarılmış, aşkar edilmiş bir ədəd büküm tərəzidə çəkildikdə çəkisinin 0,95 qram olması müəyyən olunmuş və qablaşdırılaraq götürülmüşdür. Videoçəkiliş yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyniməzmunlu ifadə verdi. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:10-da Sumqayıt şəhəri, Avtovağzalın yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qətimkan tədbirinin şərtlərini pozduğundan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə” 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmiş, eyni zamanda həmin tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarla cinayət işinin icraatı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək istintaq orqanına təqdim edilənədək dayandırılmışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:40-da Sumqayıt şəhər ərazisində tutulmuşdur. Bununla əlaqədar “Cinayət işi üzrə icraatın təzələnməsi barədə” xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan “Seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” 11 iyun 2022-ci il tarixli və “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan və iş materiallarında olan bir ədəd diskdəki görüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 18:10-da saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş, videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Videogörüntülərdən görünür ki, saxlanılan şəxsə özünü təqdim etməsini təklif edilir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilib üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir. Şəxsi axtarışda iştirak edən polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs müdafiəçisi, Sumqayıt regional vəkil bürosunun vəkili X4 təqdim edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi bildirildikdə, üzərində olan ağ rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd tibbi şpirisi, 1 ədəd su ampulasını, üzərində olan göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd bükümü təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisindən qəhvəyi rəngli, narkotik vasitə-heroinə bənzər maddə kütləsi aşkar edilir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün “kakos” olduğunu, Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən 22 manata şəxsi istifadəsi üçün aldığını, 6-7 aydır ki istifadə etdiyini, üzərindən aşkar olunmuş ampulanı və şpirisi narkotik vasitəni inyeksiya yolu ilə qəbul edərkən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, gödəkçəsinin sol yan cibindən 3 qutu siqaret, şalvarının sağ yan cibindən 1 ədəd alışqan aşkar edilir. Aşkar edilmiş 3 qutu siqaret Təqsirləndirilən şəxs özünə qaytarılır. Aşkar edilmiş bir ədəd büküm tərəzidə çəkildikdə, çəkisinin 0,95 qram olması müəyyən olunur və qablaşdırılaraq götürülür. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitənin, 1 ədəd şpirisin, 1 ədəd ampulanın özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən təziqə məruz qalmadığını bildirir. Videoçəkiliş yekunlaşır. Qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/2723 saylı, xx.xx.2022ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №124” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən...”və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,791 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)269/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən, Bakı Şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından, Azərbaycan Respublikası ƏN-nin PX-nin 16 saylı CÇM-nin rəisinin “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Suraxanı rayon məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 7(010)-539/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilmiş, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, 7-ci bəndinə əsasən məhkumluğu götürülmüş, xx.xx.2021-ci ildə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,791 qram narkotik vasitə - heroindən tədqiqatdan sonrakı qalıq qalmış 0,741 qram heroin, içərisində tamlıqları pozulmamış 01 ədəd şpiris və 01 ədəd su ampulası, eləcə də 01 ədəd alışqan olan bağlama cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli qərarla şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişinin əks etdirildiyi 01 ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4849 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-760/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin “Axtarışda olan şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt ŞİHB Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin 1 saylı Mənzil kommunal sahəsindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan AA1668041 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs bir azyaşlı (xx.xx.2018-ci il təvəllüdlü X5) uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,791 qram çəkidə narkotik vasitə - heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu növ cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 15 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,741 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. 01 ədəd şpiris və 01 ədəd su ampulası məhv edilməli, 01 ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan və qərarlara əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yenidən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək və 25 avqust 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək tutulub saxlanıldığı 04 (dörd) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 dekabr 2022-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,741 qram narkotik vasitə heroin, 01 ədəd şpiris və 01 ədəd su ampulası məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın, 01 ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-75/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-75/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver