Məhkəmə qərarları › İş №1(060)-75/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-75/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-75/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əmklə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun xx.xx.2022-ci il tarixdə X1 17000 (on yeddi min) manata əldə etmiş olduğu “Kia Rio” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir edib baha qiymətə satacağına vəd verərək aldadıb, bu məqsədlə xx.xx.2022-ci il tarixdə avtomaşını Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Betonzavod ərazisi, Y.Məmmədov küçəsi, Əşya bazarının yaxınlığında alıb, daha sonra X4 öz avtomaşını kimi təqdim edərək sonuncuya 17000 (on yeddi min) manata sataraq əldə olunan pulu şəxsi ehtiyaclarına xərcləməklə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda 17000 (on yeddi min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, bibisi oğlu olan Süleyman ilə avtomobil alveri etdiyindən o, tanışı Zaura avtomobil almaq isdədiyini demişdir. İbrahim adlı şəxsi isə təxminən hadisədən 3-4 ay əvvəl tanıyıb və münasibətləri normal olmuşdur. İbrahim istifadəsində olan “Kia Rio” markalı avtomobili 17500 (on yeddi min beş yüz) manata satmaq isdədiyni dedikdə ona, avtomobili 17000 (on yeddi min) manata sat bizə adam var deyim gəlsin götürsün dedikdə, İbrahim avtomobili 17000 (on yeddi min) manata satmağa razılaşdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə bibisi oğlu Süleymana zəng edərək İbrahim “Kia Rio” markalı avtomobilini 17500 (on yeddi min beş yüz) manata satırdı qiymətini 17000 (on yeddi min) manata salmışam gəl baxaq dediyindən, aradan təxminən 01 (bir) saat keçəndən sonra Süleyman Zaur adlı dostu ilə birlikdə yanına gəldiyi və birlikdə İbrahimə məxsus olan “Kia Rio” marklı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilə gedib baxdıqlarını bildirmişdir. İbrahim avtomobili 17000 (on yeddi min) manata satdığını dedikdə, Zaur onunla razılaşaraq 17000 (on yeddi min) min manat pulu sayıb İbrahimə verdiyini, İbrahim pulu götürdüyünü, sonra notarusa gedib Zaurun adına baş etibarnamə verdiyini bildirmişdir. Zaurla aralarında olan söhbət zamanı ona maşını verin mənə kosmetik işlərini gördürüm və bu maşını 20000 (iyirmi min) minə satacam və yaxşı qazanc əldə edəcəyik dedikdə, Zaur razaılaşaraq, ”bügün maşını aparım evə səhər gətirib verərəm sənə” deməklə çıxıb getdiyini bildirmişdir. Səhərisi gün xx.xx.2022-ci il tarixdə Zaur yaşadığı Sulutəpə qəsəbəsindən Süleyman ilə birlikdə Sumqayıt şəhərinə gəldiyini və Sumqayıt şəhəri əşya bazarı adlanan yerdə görüşdüklərini və avtomobili təhvil aldığını göstərmişdir. Avtomobili Zaurdan almaqda niyyəti, maşını onlardan alandan sonra satıb və əldə etdiyi pulu öz maddi problemlərinə xərcləməkdən ibarət olduğunu bildirmişdir. Ona görə də həmin avtomobili Zaurla Süleymana bildirmədən satmaq qərarına gəldiyini və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmək üçün, həmin gün Rövşən adlı şəxsə Sumaqayıt şəhərində yerləşən əşya bazarında avtomobili 17000 (on yeddi min) manata satıb pulu alıb cibinə qoyduqdan sonra, ona gözlə mən gedib sənin adına avtomobilin sahibindən etibarnamə alıb gəlirəm dediyini bildirmişdir. Oradan həmin avtomobil ilə İbrahimin yanına getdiyini, İbrahimə maşını satırıq X3 adına ehtibarnamə vermək lazımdır, dedikdə o, etraz etmədiyini və Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən notariata getdiklərini və İbrahim orada Rövşənin adına baş etibarnamə verdiyini göstəmişdir. Həmin etibarnaməni gətirib Rövşənə verdiyini, avtomobili sürüb getdiyini bildirmişdir. Avtomobilin satışından əldə etdiyi 17000 (on yeddi min) manat pulu öz ehtiyaclarına xərcləmişdir. X7 şübhələnməsin deyə həmin avtomaşını satmaq adı ilə “Turba Az” saiyıtında 21500 (iyirmi bir min beş yüz) manata satışa qoyduğunu bildirmişdir. Aradan bir müddət keçəndən X7 avtomobili satıb-satmadığını soruşduqda onlara hələ satmadığını demişdir. Aradan 01 (bir) ay keçəndən sonra Süleymanla Zaur avtomobili sat, ya da ki, avtomobili gətir ver dedikdə məcbur olub avtomobili satmışam və pulunda xərcləmişəm, hazırda maddi vəziyyətim pisdir haçan imkan olsa qaytaracağam dediyini bildirmişdir. 2023-cü ilin fevral ayında Zaura vermək üçün Süleymana 2000 (iki min) manat pul verdiyini, Süleyman da aparıb həmin pulu Zaura verdiyini göstərmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyanı tam ödəmiş, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında, yəni 4250 (dörd min iki yüz əlli) manat pulu dövlət büdcəsinə ödəmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Süleyman adlı şəxsə avtomobil almaq isdədiyini demiş, Süleymanın qohumu Nurlan İbrahim adlı tanışınında "Kia Rio" markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğu və o, avtomobili satmaq istədiyini demişdir. xx.xx.2022-ci il tarixdə Zaurla birlikdə gedib avtomobilə baxdıqlarını və avtomobilin normal vəziyətdə olduğundan 17000 (on yeddi min) manata avtomobili almağa razılaşdıqlarını göstərmişdir. Oradan Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontoruna gəldiklərini və X5 həmin avtomobili etibarnamə əsasında ona satdıqdan sonra İbrahimə 17000 (on yeddi min) manat ödəniş etdiyini bildirmişdir. Avtomobildə sürtünmə izləri olduğundan Nurlan “bu maşının sürtüklərin boyatdırsaq yaxşı qiymətə sata bilərik” dedikdə ona Bakı şəhərində boya vurduraram deyə cavab vermiş və həmin vaxt Nurlan, “avtomobili ver mənə ucuz qiymətə Sumqayıtda boya vurdurum və burdada onu baha qiymətə sata bilərəm” dedikdə, etraz etməmiş və ona, maşını yeni almışam aparım evdkilərdə görsün səhər Süleymanla birlikdə gətirib verərik sənə deyə cavab verdikdə Nurlan razılaşmışdır. Avtomobili evə aparmış, xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində Süleymanla birlikdə Sumqayıt şəhəri, Əşya bazarının yaxınlığında etibarnamə əsasında idarə etdiyi "Kia Rio" markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili satması üçün tanıdığı Təqsirləndirilən şəxs vermişdir. Nurlan “narahat olmayın özüm boyatdırıb özümdə yaxşı qiymətə satacam” demiş və hətta o, avtomobili satmaq üçün “Turba Az” sayıtmda satışla bağlı elan yerləşdirmişdir. Aradan bir müddət keçəndən sonra Nurlandan avtomobili satıb-satmadığını soruşduqda o, hələ satmamışam deyə cavab verdiyini göstərmişdir. Sonradan yenə maraqlansa da o, gah avtomobili hələ sata bilmədiyini, gah da ki, satıb pulunu ala bilmədiyini dediyini və sonradan xx.xx.2022-ci il tarixdə X2 başqa bir şəxsdə etibarnamə verdiyini, adına olan etibarnaməni isə ləğv elətdirdiyini öyəndiyini bildirmişdir. Ona görə də, Təqsirləndirilən şəxs barəsində ərizə ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət etmiş, həmin 17000 (on yeddi min) manat pudan Süleyman vasitəsi ilə Nurlan 2000 (iki min) manat pulunu qaytardığını və 15000 (on beş min) manatı qaytarmadığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini bildirmişdir. İş materiallarında olan Şahid1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə baxış iclaslarını onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zaur onun dostudur, onlar bütün günü demək olar bir yerdə olurlar. Süleymanı isə Zaur vasitəsi ilə tanımış, Süleymanın da Zaurla yaxın dostluq əlaqələri olmuş və onlar Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə adlanan ərazidə yaşayırlar. Onlar Nurlan adlı şəxsi isə Süleyman adlı şəxs vasitəsi ilə tanımışlar, Nurlan Süleymanın qohumudur. Söhbət zamanı Zaur Süleymana demişdir ki, avtomobil almaq isdəyir. Süleyman Nurlan adlı qohumnun İbrahim adlı tanışı olduğunu demiş, onda “Kia Rio” markalı avtomobil vardır, o, avtomobili 17500 (on yeddi min beş yüz) manata satır, qiyməti 17000 (on yeddi min) manata endirmiş, əgər almaq isdəyirsə gedib Nurlanla görüşüb avtomobilə baxmaq olar. Süleyman Nurlana zəng etmiş, İbrahimdə olan avtomobilə baxıb almaq isdəyirik, o, etraz etməmiş və o, Süleyman, Zaur və Nurlanla birlikdə xx.xx.2022-ci il tarixdə Nurlanın yanına gəlmişlər və Nurlanla birlikdə Nurlanın dediyi İbrahim adlı şəxsdə olan "Kia Rio" markalı, 50-EC- 943 dövlət qeydiyyat nişanlı avtomobilə baxmışlar, avtomobil normal vəziyyətdə olmuş, qabaq və arxa hissəllərində isə sürtünmə izləri olmuşdur. Həmin vaxt Zaur 17000 (on yeddi min) manat pul sayıb avtomobilin sahibi olan İbrahim adlı şəxsə vermişdir. Sumqayıt şəhərində İbrahim Zaurun adına etibarnamə vermişdir. Orda olan söhbət zaman Zaur avtomobili aparıb Bakı şəhərində rəngləntdirəcəyini və sonra avtomobili satacaqlarını demişdir. Həmin vaxt Nurlan avtomobilin on averilməsini, o, Sumqayıt şəhərində ucuz qiymətə avtomobili rəngləndirəcəyini və yaxşıda qiymətə satacaqlarını, ən azı bu aftomobili 20000 (iyirmi min) manata satacağını bildirmişdir. Zaur onunla razılaşmış, amma ona bugün avtomobili aparım evdəkilərdə görsün, səhər avtomobili gətirib verəcəklərini, o da avtomobili rənglətdirib satar. Bu qaydada razılaşmışlar və onlar çıxıb getmişlər. Səhərisi gün, yəni xx.xx.2022-ci il tarixdə Zaur ona dünən aldığı avtomobili aparıb Nurlana vermələrini demiş, o da etraz etməmiş, o, Zaurun avtomobilinə əyləşmiş, Süleyman isə Zaurun aldığı “Kia Rio” markalı avtomobili sürmüş və onlar Sumqayıt şəhərinə gəlmişlər. Sumqayıt şəhərində Betonzavod ərazisndə , Y.Məmmədov küçəsində Əşya bazarı adlan ərazidə Nurlanla görüşmüşlər, Zaur avtomobili Nurlana vermiş və o, Süleymanla birlikdə Zaurun avtomobilinə əyləşib geri qayıtmışlar. Zaur avtomobili Nurlana verəndə Nurlan Zaura tam arxayın olmağını, narahat olmamasını, maşını rənglətdirib baha qiymətə satacağını demişdir. Aradan təxminən bir müddət keçmiş, lakin avtomobilin satılmasından xəbər çıxmamışdır. Nurlan həmin avtomobili satmaq üçün hətta “Turba az” sayıtında “Kia Rio” markalı avtomobili 21500 (iyirmi bir min beş yüz) manata satışa da qoymuşdur. Söhbət zamanı o, bir neçə dəfə Zaurdan avtomobilin satılıb-satılmadığnı soruşmuş, o da hələ satılmadığını bildirmişdir. Sonradan Nurlanın həmin avtomobili 17000 (on yeddi min) manata satdığını və pulunu mənimsədiyini eşitmişdir. Amma həmin avtomobili kimə satdığını bilməmiş, ona görə də Zaur polisə gedib Nurlan barəsində şikayət etmişdir. Zaur Nurlandan şikayət etdikdən sonra da Nurlan zaurun pulunu geri qaytarmamışdır. Nurlan Zaura həqiqətən avtomobili satıb və pullarını xərclədiyini etiraf etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət şi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallaında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin barəsində axtarışın elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-75/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxış iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 23792 №li, xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (on) saat sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar