Məhkəmə qərarları › İş №1(060)-75/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-75/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-75/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 06 ay 03 gün hissəsi 09 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməyən, Quba rayonu, Qonaqkənd qəsəbəsində nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,512 qram çəkidə ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamini” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cü PB-ya daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 aprel 2024-cü il tarixdə saat 23:55-də Sumqayıt şəhəri, 34-cü məhəllə, 2/48 saylı yaşayış binasının yaxınılığında yerləşən “Ülvi” kafesinin qarşısında saxlanılaraq 4-cü PB-nin inzibati binasına gətirilib orada həmin tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli şalvarın sol yan cibindən sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 ədəd bükümdə həmin psixotrop maddə olan “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “Ülvi” kafesində dostları Anar və Azərlə oturub çay içmişlər. O, telefonunu kafenin yanında olan telefon dükanına aparıb geri qayıdarkən kafenin qapısında onu dostları Azər və Anarla birlikdə axşam saat 10-a qalmış tutub Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsinə aparmışlar. Saxlanılarkən o, kafenin çölündə olmuşdur. Onu tutan zaman ona “qaçma, bölməyə gedək, izahat alıb, buraxacayıq” demişlər. O, onu bölməyə aparan polis əməkdaşlarının adlarını bilmədiyini qeyd etmişdir. Daha sonra onları polis bölməsində otaqların birinə aparmışlar və həmin otaqda dostları Azər və Anarla birlikdə olmuşdur. O, polis bölməsində müdafiəçi ilə təmin edilməmiş, müdafiəçi ən sonda gəlmişdir. Onun üzərində psixotrop maddə olmamışdır. Aşkar olunan psixotrop maddəyə onun heç bir aidiyyəti olmamışdır. Polis bölməsində Elnur Cəfərov adlı polis əməkdaşı ona bükümdə psixotrop maddə çıxarıb təqdim etmişdir. O, polis bölməsində olarkən təzyiq və təsir altında olmuşdur. Polis bölməsində onun kürəyinə yumruqla və üzünə sillə ilə vurmuşlar. O, döymə ilə bağlı olaraq 2024-cü ilin aprel ayında Sumqayıt Şəhər Prokurorluğuna şikayət vermişdir. Video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmazdan öncə ona psixotrop maddəni guya Novxanıdan alması barədə ifadə verməsi tələb edilmişdir. O, qorxduğundan üzərində psixotrop maddə olması ilə bağlı polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Elnur Cəfərov ona hədə-qorxu gələrək psixotrop maddəni bükümdə hazırlayıb ona vermiş, guya ona məxsus olması barədə ifadə verməsini tələb etmişdir. O, əvvəllər metamfetamindən istifadə etsə də, hazırda istifadə etmədiyini, sonuncu dəfə tutulmazdan 3-4 ay əvvəl istifadə etdiyini, istifadə etdiyi müddətdə tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, bir müddət xəstəxanada qalsa da, hazırda evdə müalicə alır, həftədə üç dəfə olmaqla dializə gedir. Bundan başqa, məhkəmə iclasında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarışahidlər dindirilərkən təqsirləndirlən şəxs məhkəmədə ifadə verən şahidlərin “Ülvi” kafesinin qarşısında onu saxlayan polis əməkdaşları olmadığını, onu saxlayan polis əməkdaşlarının başqa şəxslər olduğunu, həmin polis əməkdaşlarını tanımadığını, tanımadığı həmin polis əməkdaşlarının onu və yanında olan iki nəfərlə - Azər və Anarla birlikdə avtomobilə mindirib Sumqayıt ŞPİ-nin 4-cü PB-nə apardıqlarını, orada Elnur Cəfərov tərəfindən bükümlərin hazırlanaraq onlara verildiyini, Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməkdaşı Elnur Cəfərovla onun arasında üzləşdirmə aparılmadığını bildirmişdir. Həmçinin, məhkəmənin sualına cavab olaraq döyülməsi ilə bağlı Polis Bölməsində onun kürəyinə bir neçə dəfə yumruqla və üzünə sillə ilə vurulmasını, şəxsi axtarış zamanı onun gözünün altında olan zədənin isə polis əməkdaşlarına aidiyyəti olmadığını bildirmişdir. Göstərilənləri, aşkar olunan psixotrop maddənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, narkotik vasitəni daimi deyil, arada olmaqla istifadə etmiş, belə ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən yandırıb tüstüsünü udma yolu ilə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 23:55 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən 2/48 saylı yaşayış binasının yaxınlığında “Ülvi” kafesinin qarşısında olan zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 4-cü polis bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Sumqayıt şəhəri Pİ-nin 4-cü polis bölməsinə getməli olduğunu bildirmiş, o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə PB-ya getmişdir. PB-ya çatdıqdan sonra orada onu xidməti otaqların birində iki nəfər adlarını bilmədiyi “uqalovniklər” və Elnur adlı əməliyyatçı danışdırmağa başlamışlar. Belə ki, polislər ona demişlər ki, “iksindən birini seçməlisən, ya yarm qram metamfetamin götürürsən, ya da ki, külli miqdarla səni aformit edəcəyik”. O, qorxusundan yarım qram metamfetaminə razılaşıb götürmüşdür. Polislər ona demişdilər ki, üzərinə qoyulan metamfetamini çəkiliş zamanı desin ki, guya saxlandığı günü səhər saat 12 radələrində Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən almışdır. Daha sonra həmin polislərdən iki nəfər uqalovniklərdən biri onun kürək nahiyyəsindən bir-iki dəfə yumruqla, digəri isə üz nahiyyəsindən iki-üç dəfə şillə ilə vurmuşdur. Daha sonra ona çəkilişin başlandığını deyib onu həmin otaqdan başqa otağa gətirmişdilər. Həmin otaqlarda hansı səbəbdən saxlanılmağı bir daha ona bildirilməklə yanaşı ona hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X11 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X11 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin Sumqayıt ŞPİ-nin 4cü PB-nın baş təhqiqatçı, polis mayoru X7 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nın əməkdaşlarının onu narkotik vasitələrin və psixotrop maddələrin qanunusuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində PB-ya gətirdiklərini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini qeyd edib, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarını, onu və müdafiəçi X8 təqdim etmişdir. Ardınca təhqiqatçı, onun hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı, ondan üzərində istifadəsi qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə, psixotrop maddə vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynində olan göy rəngli şalvarın sol yan cibində saxladığı şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan 01 ədəd bükümü çıxardıb masanın üzərinə qoyur. Təhqiqatçı ondan həmin bükümdə nə olduğunu və onu haradan əldə etdiyini soruşduqda o, həmin bükümdə olan kütlənin psixotrop maddə olan “patı” adlanan “metamfetamin” olduğunu deyib həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Novxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata alıb öz şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən əlavə heç bir əşya, predmet aşkar olunmamışdır. Aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş kütləyə təhqiqatçı tərəfindən baxış keçirilməsinə başlanılmışdır. Bu zaman şəffaf rəngli sellofan kəsiyi açıldıqda içərisində ağ kristal şəkilli kütlə psixotrop maddə kustar üsulla hazırlanmış metamfetaminə bənzər maddə olduğu müəyyən olunmuşdur. Daha sonra həmin büküm büküldüyü şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron məişət tərəzisi vasitəsi ilə ölçülmüş, çəkisi 0,57 qram olduğu müəyyən olunmuş, sonra həmin büküm Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 (bir) ədəd ağ rəngli içərisi boş olan zərfə qoyaraq qablaşdırmış, zərfin üzəri Azərbaycan Respublikası DİN-in 128 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmış, zərf təhqiqatçı, müdafiəçi və onun tərəfindən imzalanmışdır. Sonra o, çəkiliş zamanı təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə və ya işgəncəyə məruz qalmadığını, narkotik vasitələr qəbul etdiyini, məqsədinin həmin maddələrdən istifadə etmək olduğunu bildirmişdir. Onun üzərinə baxış yalnız bir dəfə keçirilmişdir. Bundan sonra video çəkiliş dayandırılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ziddiyyətli ifadə verərək ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərində heç bir psixotrop maddə olmadığını, aşkar olunmuş metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması baradə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış video görüntü və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-da onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, həmin qrupa o və daha 3 nəfər polis əməkdaşı daxil edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında 18 aprel 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 2/48 saylı yaşayış binasının yaxınlığında olan “Ülvi” kafesinin qarşısında “pusqu” qurub ətraf ərazini müşahidə altına götürmüşdür. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin ərazidə saat 23:55-də “Ülvi” kafesinin qarşısında piyada hərəkətə olarkən sonuncunu saxlamışdılar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini, yəni, narkotik vasitələrin və psixotrop maddələrin qanunusuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğunu bildirib sonuncudan da özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə, psixotrop maddə olubolmamasını soruşanda sonuncu üzərində psixotrop maddə bükümü olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların hərəkətinin intensivliyini, əməliyyat şəraitini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayıb sonuncunun üzərində şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-ya getməli olduğunu demiş, Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə PB-ya getmişdir. Təqsirləndirilən şəxs PB-ya gətirilərək bu barədə bölmə rəhbərliyinə məruzə edilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nın inzibati binasında, xidməti otaqlardan birində bölmənin baş təhqiqatçısı, polis mayoru X7 özünü təqdim edərək şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt 1 saylı vəkil bürosunun vəkillərinin adlarının siyahısını ona təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil X11 dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Öncə Sumqayıt ŞPİnin 4-cü PB-nın baş təhqiqatçısı, polis mayoru X7 özünü təqdim etdikdən sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nın əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddlərin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyini qeyd edib axtarışda iştirak edən polis əməkdaşlarını, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxsin müdafiəçisi X8 təqdim etmişdir. Ardınca təhqiqatçı, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim etikdən sonra sonuncu sualları cavablandıraraq müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində istifadəsi qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə, yaxud, psixotrop maddə vardırsa təqdim etməsini xahiş etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibində saxladığı şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 01 (bir) ədəd bükümü çıxardıb masanın üzərinə qoymuş, təhqiqatçı ondan həmin bükümdə nə olduğunu və onu haradan əldə etdiyini soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin narkotik vasitə olan “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu deyib həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən 20 manata alıb öz şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir əşya, predmet aşkar olunmamışdır. Aşkar olunmuş şəffaf rəngli sellofan kəsiyinə bükülmüş kütləyə təhqiqatçı tərəfindən baxış keçirilməsinə başlanılmışdır. Bu zaman şəffaf rəngli sellofan kəsiyi açıldıqda içərisində ağ kristal şəkilli psixotrop maddə kustar üsulla hazırlanmış “metamfetaminə” bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Daha sonra həmin büküm şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə ölçülmüş, çəkisi 0,57 qram olduğu müəyyən olunmuş, sonra həmin büküm Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün 01 (bir) ədəd ağ rəngli içərisi boş olan zərfə qoyaraq qablaşdırmış, zərfin üzəri möhürlənərək qablaşdırılmış, zərf təhqiqatçı, müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmamış, narkotik vasitələr qəbul etdiyini, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, məqsədinin həmin maddələrdən istifadə etmək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışın yalnız bir dəfə keçirildiyini bildirmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılmışdır. Şahid1 məhkəmədə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs o, polis əməkdaşı Şahid2la birlikdə Sumqayıt şəhəri, 34-cü məhəllədə kafedə saxlamışlar, təqsirləndirilən şəxsi saxlayan və şəxsi axtarış zamanı iştirak edən əməkdaşlar o və Şahid2 olmuşdur. Təqsirləndirilən şəxsin yanında bir nəfər də gəldiyini, lakin, psixotrop maddəyə görə Təqsirləndirilən şəxs saxlanıldığını bildirmişdir. Sahili “Ülvi” kafesinin qarşısında saxlanılarkən onların üzərilərində telefon olmamış, əməliyyat tədbiri zamanı onlara telefon götürməyə icazə verilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytanantı Şahid2 ondan öncə ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, 18 aprel 2024-cü il tarixdə Sahil və Anarla birlikdə “Ülvi” kafesində kazino oynayıb çay içərkən polis əməkdaşları çayxanın içərisində onlara yaxınlaşaraq üzərilərini yoxlamışlar. Onların üstündən psixotrop maddə və ya narkotik vasitə aşkar edilməmişdir. Daha sonra onları bölməyə gətirmişlər. Onları Ziya adlı şəxsin otağına aparmış və onlar həmin otağa üç nəfər birlikdə daxil olmuşlar. Orada onlara bölərək narkotik vasitə verilmişdir. O, bölmədə onlara psixotrop maddə və ya narkotik vasitə verən şəxsi xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 18 aprel 2024-cü il tarixdə Sahillə birlikdə “Ülvi” kafesində çay içərkən polislər çayxanaya daxil olmuş, onları Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparmışlar. Onların üzərindən psixotrop maddə və ya narkotik vasitə çıxmamışdır. O, Sahillə birlikdə psixotrop maddə və ya narkotik vasitə istifadə etməmişdir. Polis bölməsində üçü də bir otaqda olmuşlar, polis əməkdaşları onların üstünü yoxlamış və heç nə çıxmamışdır. Onların üzərinə axtarış keçirənləri xatırlamadığını, ondan da cinayəti boynuna götürməsi tələb edildiyini, o, otaqda olarkən onlara qarşı heç bir təzyiq olmadığını bildirmişdir. O, otaqdan çıxdıqdan sonra kiməsə təzyiq olmuşsa da, bununla bağlı məlumatı olmadığını qeyd etmişdir. Onun özünü həmin gün saxlanmazdan bir neçə gün əvvəl başqa işlə bağlı tutduqları, hazırda Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:55 dəqiqədə Sumqayıt şəhəri, 34-cü məhəllə, 2/48 saylı yaşayış binasının yaxınılığında yerləşən “Ülvi” kafesinin qarşısında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübuti əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 25) “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə saat 01:52-dən saat 01:59-dək şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X11 təqdim olunmuşdur. Vəkilin iştirakı ilə və Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışda əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs özü əynində olan şalvarın sol yan cibindən içərisində ağ rəngli, kristalşəkilli maddə olan 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin “şüşə” olduğunu demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisi 0.57 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, həmçinin bildirmişdir ki, onun üzərindən aşkar olunan həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. (i.v.26- 27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2136 saylı nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №128” dairəvi möhür əksi və “... Şübhəli şəxs: Təqsirləndirilən şəxs – imza, imza, Qablaşdırdı: S.Hacəhmədov – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,512 qram olan ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata qəbul edildi 0,512 qram; nümunə götürüldü 0,05 qram maddə, qalıq 0,462 qram maddə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. (i.v.41-45) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 xx.xx.2024-cü il tarixli 640 nömərli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində sağ göz qapaqları və gözəltı nahiyyənin qançırı xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi mümkündür.(i.v.46- 48A) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək saat 10:00-da həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.64-66) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.76-80) Təqsirləndirilən şəxsin X9 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X9 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar Təqsirləndirilən şəxs saat 12:30-da təqdim edilmişdir. (i.v.92-93) Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,512 qram olan psixotrop maddə "metamfetamin” cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,462 qram çəkidə psixotrop maddə “metamfetamin” məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v.114) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X17n ambulator-məcburi X14nın xx.xx.2024-cü il tarixli 3618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.117-118) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(060)-117/2023 nömrəli qərarına əsasən təqdimat təmin olunaraq, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 03 (üç) gün hissəsi 09 (doqquz) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. (i.v.119-123) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 180.1-ci maddəsi ilə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 03 (üç) gün hissəsi 09 (doqquz) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v.127-128) Təqsirləndirlən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 129-130) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli ptorokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:40-da Sumqayıt şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmişdir. (i.v. 133) Tutulmuş təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin qüvvədə saxlanılması barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanmışdır. (i.v.137-138) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,512 qram psixotrop maddə “metamfetamin” cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonrakı qalıq qalmış çəkisi 0,462 qram çəkidə psixotrop maddə “metamfetamin”in saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2136 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 3618 nömrəli rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 640 nömrəli rəyi, üzləşdirmə protokolu, maddi sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs məxsus olmaqla aşkar edilərək götürülmüş psixotrop maddə “metamfetamin”-in təmiz çəkisinin məkhəmə-kimyəvi ekspertizasının rəyinə uyğun müvafiq olaraq 0,512 qram çəkidə olması əsas götürülmüşdür. (i.v.140-149) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-365/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Sumqayıt Şəhər Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qeyri-insani rəftar, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalması barədə Sumqayıt şəhər prokurorluğuna əvvəllər müraciətin daxil olmadığı, məhkəmənin müraciətinə əsasən hazırda araşdırma aparılması bildirilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə daxil olmuş məlumat əsasında Baş Prokurorluğun xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Tibb Mərkəzi X17 1 Nömrəli Xəstəxananın xx.xx.2025-ci il tarixli, 139 nömrəli arayışına əsasən xx.xx.2025-cı il tarixində, saat 18:15-də 1 nomrəli şəhər xəstəxanasının ARİT-İ şöbəsinə mədə-bağırsaq qanaxması, xroniki qlomerulonefrit, renal anemiya, xroniki böyrək xəstəliyi 5-ci mərhələ, nefrogen hipertoniya, dəqiqləşdirilməmiş virus hepatiti diaqnozu ilə qəbul olmuşdur, xəstə hal-hazırda nefralogiya şöbəsində stosionar müalicədədir. Sumqayıt Tibb Mərkəzi X17 1 Nömrəli Xəstəxananın xx.xx.2025-ci il tarixli, 174 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs həqiqətən Səhiyyə Nazirliyinin göndərişi ilə xx.xx.2025-ci tarixdən hal-hazıradək xəstəxananın hemodializ şöbəsində həftədə 3 dəfə olmaqla 4 saatlıq hemodializ seansı qəbul edir . Dz: “Xroniki böyrək xəstəliyi V mərhələ. Nefrogen hipertoniya, Renal anemiya, Xroniki qlomerulonefrit. Proqram hemodializ, (x/t №0003822) Unikal kod; **********03 Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ondan aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, həmçinin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Həmin şəxsi axtarış və götürmə protokolu və axtarış zamanı qeydə alınmış video çəkilişdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək istintaq dövründə aşkar edilmiş psixotrop maddəni qanunsuz olaraq əldə edərək daşımasını və saxlamasını səmimi olaraq bildirərək psixotrop maddəni əldə etməkdə məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmiş, törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində məhkəməyədək icraat dövründə polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlər etməsi barədə Sumqayıt şəhər prokurorluğuna müraciət etdiyini bildirsə də, Sumqayıt şəhər prokurorluğundan məhkəmənin qeyd edilən hal ilə bağlı sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən qeyri-insani rəftar, təsir və təzyiqlərə, fiziki zorakılığa məruz qalması barədə Sumqayıt şəhər prokurorluğuna əvvəllər müraciəti olmadığı müəyyən edilmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, müdafiəçinin iştirakı ilə və Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs özü əynində olan şalvarın sol yan cibindən içərisində ağ rəngli, kristal şəkilli maddə olan 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs soruşulduğu zaman o, həmin bükümün içərisində olan maddənin “şüşə” olduğunu demişdir. Həmçinin, məhkəmə iclasında DVD-R diskində olan video görüntülərdə Təqsirləndirilən şəxs gözünün altında olan zədə ilə bağlı verilən suala cavab olaraq həmin zədənin polis əməkdaşlarına aidiyyəti olmadığını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında tutulmazdan 3-4 ay öncə metamfetamindən istifadə etdiyini söyləsə də, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 3618 nömrəli narkoloji ekspertizanın rəyində onun metamfetamin və heroindən istifadə etməsi, sonuncu dəfə 2024-cü ilin mart ayında istifadə etdiyini bildirməsi göstərilmişdir. Qeyd edilən hallar təqsirləndirilən şəxsin əməlini gizlətməklə cinayət məsuliyyətindən yayınmaq məqsədini bir daha təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şahid özü də qeyd edilən gün Təqsirləndirilən şəxs ilə birlikdə saxlanıldığını və üzərində heç bir narkotik vasitə aşkar olunmadığını bildirməklə, özünün də təqsirləndirlən şəxs qismində cəlb olunduğu əmələ münasibətdə məsuliyyətdən yaxa qurmaq məqsədilə Təqsirləndirilən şəxs xeyrinə ifadə vermişdir. Həmçinin, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik vasitənin təsiri altında olduğundan olanları tam xatırlamadığını bildirmişdir. Eyni zamanda digər şahid X2 ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şahid təqsirləndirilən şəxsin dostu olduğundan məhkəmə onun ifadəsinə tənqidi yanaşır və şahidin dostunun xeyrinə olaraq onları hər üçünün birlikdə saxlanılması və üstünü yoxlama zamanı heç nə aşkar edilməməsi barədə ifadə vermişdir. Belə ki, qeyd olunan hala dair heç bir sübut təqdim olunmamış və onların saxlanılmasını, üzərilərinə baxış keçirilməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs xroniki böyrək xəstəliyi V mərhələ, Nefrogen hipertoniya. Renal anemiya, xroniki qlomerulonefrit. Hemodializ xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(060)-117/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ay 03 (üç) gün hissəsi 09 (doqquz) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş və hazırda məhkumluğu ödənilməmişdir. Lakin, ona daha əvvəl törətdiyi əməlinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, hazırki əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırki cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən narkotik vasitənin növünü və miqdarını, eləcə də, cəzanı yüngülləşdirən halı, yəni hemodializ xəstəliyindən əziyyət çəkməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3618 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3618 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,462 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmədə iclaslarında iştirakı və işlə tanış olduğu 68 saata görə 458 (dörd yüz əlli səkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,462 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 68 saata görə 458 (dörd yüz əlli səkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar