Məhkəmə qərarları › İş №1(060)-751/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-751/2022

31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-751/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X2 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməyən hissəsi 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 2, otaq 18 ünvanında yaşamış, hazırda Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 ay 18 gün meddətə həbs qətimkan tədbiri seçilmiş, , hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq yolla talamaq məqsədilə 18 iyul 2022ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri 44-cü məhəllə ərazisində yerləşən Kimyaçılar parkında, oturacaqda istirahət məqsədilə əyləşən X3 məxsus 170(yiiz yetmiş) manat dəyərində “Redmi 8” markalı mobil telefonu oturacaqdan götürüb həmin yerdən qaçıb uzaqlaşmaqla zərərçəkmiş şəxs F.Zərərçəkmiş şəxs ümumilikdə 170(yüz yetmiş) manat məbləğində maddi zərər vuraraq özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 4 ünvanında daimi qeydiyyatda olsa da, Sumqayıt şəhəri 41-ci məhəllə, yataqxana 2, otaq 18-də anası Kubra, nənəsi Katya və qardaşı Rauf ilə birlikdə yaşamış, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci ıl tarixli amnistiya qərarı ilə cəzasının 06 ayı azaldılmış, müəyyən müddət cəza çəkdikdən sonra cəzasının sonu ilə azadlığa çıxmış, spirtli içki aüdəçisi olmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində xatırlamadığı ünvanda spirtli içki olan pivə içmiş, həmin içkinin təsirindən sərxoş vəziyyətdə olmuş, buna görə də təxminən saat 21 radələrində gəzmək üçün Sumqayıt şəhəri 44-cü məhəllə ərazisində yerləşən Kimyaçılar parkına getmiş, parkda bir az gəzdikdən sonra orada 2 nəfər cavan oğlanın oturacaqda əyləşib söhbət etdiklərini görüb onlara yaxınlaşıb onların yanında oturacaqda əyləşmiş, oturacaqda əyləşən zaman otaracağın üzərində qara rəngli mobil telefon görmüş, həmin mobil telefonu pula ehtiyacı olduğu üçün talamaq qərarına gəlmiş, həmin şəxslərlə təxminən 1-2 dəqiqə söhbət edəndən sonra onlar oturacaqdan qalxıb getməyə başlamış, mobil telefonu götürüb əlində saxlamış, həmin şəxslərin oturacaqdan qalxıb təxminən 5 metr getdikdən sonra telefon oturacaqda qaldığını xatırlamışlar, geriyə dönərkən telefonu onun əlində görmüşlər. Həmin şəxslərin onu tutacağını və telefonu da əlindən alacağını bilib telefonu şalvarının yan cibinə qoyub Sumqayıt şəhəri 5-ci mikrorayon istiqamətində qaçmağa başlamış, həmin şəxslərin gözündən yayınıb qaçdıqdan sonra taladığı mobil telefonu da yolda itirdiyini müəyyən etmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə maddi imkanı olmasa da, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə zərərçəkmiş şəxs X5 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 29 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. 18 iyul 2022-ci il tarixdə axşam saat təxminən 21:40 radələrində tanışı olan İsmayılla Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşən Kimyaçılar parkına gəzməyə istirahətə getmişlər, orada təxminən 15-20 dəqiqə gəzdikdən sonra parkın kənarında olan oturacaqda əyləşmişlər, təxminən orada 15-20 dəqiqə əyləşdikdən sonra tanımadığı cavan oğlan gələrək onların yanında oturacaqda onun sağ tərəfindən əyləşmiş, həmin şəxs onlarla söhbət etmiş, bir neçə dəqiqə sonra oturacaqdan durub uzaqlaşanda ona məxsus mobil telefonun həmin şəxsin əlində olduğunu görüb ondan telefonu geri qaytarmasını tələb etmiş, bu zaman həmin şəxs oradan qaçmağa başlamış, İsmayılla birlikdə həmin şəxsin arxasınca qaçmış, lakin həmin şəxsi itirdiklərindən hadisə barədə qardaşına məlumat vermiş və polis bölməsinə müraciət etmişlər. Ona məxsus talanmış mobil telefon 400 manat dəyərində “Redmi 8” markalı mobil telefon olmuşdur. Zərərçəkmiş şəxs X5 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin ödənilməsə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmədə şahid qismində dindirilən Şahid ifadəsində X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6060 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 ədəd 2019-cu ildən istifadədə olmuş “Redmi 8” markalı mobil telefonun satış üçün komplekləşdirilməsinə daxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 170.00 manat müyyən olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməyən hissəsi 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 28 iyul 2022-ci il tarixli qərarı ilə CMnin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hazırki hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli, Bakı Şəhəri, Yasamal rayon polis idarəsini istintaq şöbəsində CM-nin 180.2.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli (iş № 1(060)-751/2022) qərarını icra edərək, 30 sentyabr 2022-ci il tarixli 453/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və başqa cinayət işi üzrə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar