Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-753/2022 10.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 259-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il, tarixdə saat 22 radələrində sərxoş vəziyətdə etibarnamə əsasında idarə etdiyi “Opel Zafira” markalı **-HH-*** qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Köhnə Corat qəsəbəsi ərazisində hərəkətdə olan zaman Zərərçəkmiş şəxsun ailə üzvləri ilə birlikdə yolun içi ilə hərəkətdə olmasını görüb avtomobili saxlayaraq Zərərçəkmiş şəxs “belə yolu keçmək olmaz” iradını bildirdiyi zaman sonuncu yaxşı edib yolu keçdiyini bildirməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Zərərçəkmiş şəxs R.Cabbarova kobud şəkildə müraciət edərək yaxasından tutub itələdiyi üçün sonuncu avtomobildən taxta parçasını götürüb Zərərçəkmiş şəxs başından bir zərbə vuraraq ona “alının sol hissəsinin yarası” kimi sağlamlığın qısa müddətli pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Opel Zafira” markalı **-HH-*** qeydiyyat nişanlı avtomobil ona məxsusdur və həmin avtomobili etibarnamə əsasında sürüclük vəsiqəsi ilə idarə edir. xx.xx.2022-ci il tarixdə kəndiçiləri Cəmaləddinin qızının “Dan Ulduzu” şadlıq sarayında olan toy məclisinə həyat yoldaşı Şahid5 ilə getmiş və orada iştirak edib, çağrılmış Şahid1lə birlikdə spirtli içki qəbul edərək təqribən saat 22 radələrində həyat yoldaşı və Ağagüllə özünə məxsus olan avtomobilə əyləşərək avtomobili idarə edib yaşadıqları evə tərəf gələn zaman evlərinə gedən yolun içi ilə dörd nəfərin yolu keçdiyini görüb avtomobilin sürətini azaldan zaman qonşusu olan Ələkbər ona yavaş sür iradını bildirərək avtomobili saxlatmış, o, “belə yolu keçmək olmaz” deyərkən onlardan birinin qonşuları Ələkbər olduğunu görmüşdür. Ələkbər onunla həm qonşuluqda qalmış, həmdə uzaq qohum olmuş, aralarında əvvəldən bir kəndçi olaraq kənd içində mübahisələri olmuş və münasibətləri yaxşı olmamış və o, tez tez ona söz atmışdır. Bu zaman Ələkbər onu görüb yaxşı eləyib yolu belə keçdiyini deyib avtomobilini saxlatdırmışdır. O avtomobildən düşən kimi ona “nə xoruzlanırsan” deyərək yaxasından tutmuşdur. Bu zaman Ağagül avtomobildən düşərək onları sakiləşdirməyə çalışmışdır. Ələkbər isə «qadınlar olmasaydı sənin dərsini verərdim» sözünü deyərkən Ağagül hər ikisinə “qadın qədrini bilsəniz belə etmərsiz” deyərək sakitləşdirməyə davam edən zaman Ələkbər onun yaxasından tutaraq onu itələmiş və o əsəbləşərək avtomobildə olan taxta parçasını götürüb Ələkbəri vurmuş və nəticədə ağac parçası Ələkbərin başından dəymiş və o bunu görüb peşman olub ona köməklik etməyə çalışmış, lakin onlar yaxında qaldıqları üçün evlərinə getmişlər və onlardan üzürxahlıq etmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri Köhnə Corat qəsəbəsi Corat poçtununu yanında baş vermiş, hadisə yerinə heç kim yığışmamış və onları Ağagül sakitləşdirmiş, hadisə vaxtı xəsarat almamışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ailə üzvləri, yəni oğlu Şahid3, Şahid4 və həyat yoldaşı Şahid2 ilə birlikdə yaşadığı Sumqayıt şəhəri Köhnə Corat qəsəbəsi, Nərimanov küçəsində yerləşən evindən çıxıb Nərimanov küçəsi ilə hərəkətə başlayıb baldızı Günel Həşimovanın evinə yola düşmüşlər. Evlərindən yolun kənarı ilə 150- metr məsafə qət etdikdən sonra qonşusu Rövşənə məxsus olan “Opel Zafira” markalı **-HH-*** qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb ona “yavaş sür” demiş, bu zaman Rövşən avtomobili saxlayaraq niyə yolun orta hissəsi ilə hərəkət etmələrini bildirərkən aralarında münaqişələr olduğundan “yaxşı edib yollan gedirəm” dedikdən sonra Rövşən avtomobili saxlamış və avtomobildən düşən zaman o, Rövşənin yaxasından tutaraq nə xoruzlanırsan dediyini görən Ağagül avtomobildən düşmüş, o, qadınlar olmasaydı dərsini verərdim bildirdikdə, Ağagül sakitləşmələrini demiş, bu zaman o, əsəbləşərək Rövşəni itələmiş, Rövşən də avtomobildən bir ədəd qara rəngli taxta parçasını götürüb baş nahiyəsindən bir zərbə vurmuş və o yerə yıxılmışdır. Özünə gəldikdə isə onlar avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Hadisə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri Köhnə Corat qəsəbəsi Nərimanov küçəsində baş vermişdir. Rövşən kənd adamı olmaqla, onunla uzaq qohumluğu da olmuş, lakin onunla münasibətləri normal olmamış və kənd içində bir neçə dəfə mübahisələri olmuşdur. Hadisə zamanı özü onlara xəsarət yetirməmiş, onun başı onlarla mübahisə etməyə qarışdığından ətrafa adamların yığışıb yığışmamasından xəbəri olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir və onunla barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə kəndiçiləri Cəmaləddinin qızının “Dan Ulduzu” şadlıq sarayında olan toy məclisinə getmiş, toy mərasimində Təqsirləndirilən şəxsla həyat yoldaşı Şahid5 görmüş və Rövşənlə birlikdə spirtli içki qəbul edərək təqribən saat 22 radələrində birlikdə Rövşənə məxsus olan avtomobilə əyləşərək yola düşmüşlər. Yaşadıqları evə tərəf gələn zaman evlərinə gedən yolun üstündə dörd nəfərin yolun içi ilə hərəkət etdiyni görüb Rövşən avtomobilin sürətini azaltmış və bu zaman həmin şəxslərdən biri olan Ələkbər korsan yavaş sür iradını bildirmiş və Rövşən avtomobili saxlayaraq “yolu belə keçmək olmaz” deyən zaman Ələkbər maşını saxlatdırmış və Rövşən maşından düşəndən sonra Ələkbər Rövşənin yaxasından tutaraq “nə xoruzlanırsan” deyərkən, o avtomobildən düşərək onlara yaxınlaşıb sakitləşdirməyə çalışmışdır. Həmin vaxt «qadınlar olmasaydı sənin dərsini verərdim» deyərkən o onlara “qadın qədrini bilsəniz belə etmərsiz” deyərək sakitləşdirməyə davam edən vaxtı Ələkbər Rövşənin yaxasından tutub itələmiş və Rövşən buna əsəbləşib avtomobildə olan taxta parçasını götürüb Ələkbəri bir dəfə vurmuş, nəticədə ağac parçası Ələkbərin başından dəymiş, Ələkbərin başından qan axdığını görən Rövşən peşman olaraq Ələkbərdən üzr istəmiş və onlar yaxında qaldıqları üçün evlərinə getmişlər. Hadisə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri Köhnə Corat qəsəbəsi Corat poçtununu yanında baş vermiş, hadisə zamanı ətrafa heç kim yığışmamış, xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə kəndiçiləri Cəmaləddinin qızının “Dan Ulduzu” şadlıq sarayında olan toy məclisinə getmiş, toy mərasimində həyat yoldaşı Təqsirləndirilən şəxsla qonşuları Şahid1lə birlikdə getmişlər və orada Rövşənlə Ağagül az miqdarda spirtli içki qəbul edərək təqribən saat 22 radələrində birlikdə Rövşənə məxsus olan avtomobilə əyləşərək yola düşmüşlər. Yaşadıqları evə tərəf gələn zaman evlərinə gedən yolun üstündə üç nəfər kişinin və 1 nəfər qadının yolun içi ilə hərəkət etdiyni görüb Rövşən avtomobilin sürətini azaldan zaman Ələkbər ona tərəf dönərək “korsan yavaş sür demiş” və Rövşən saxlayaraq “yolu belə keçmək olmaz” deyən zaman yolu keçənlərdən birinin həm qohum olduğu eyni zamanda kəndçiləri Ələkbər olduğunu görmüşdür. Ələkbər Rövşənə «yaxşı edib yolu keçirəm» demiş və maşını saxlatdırmışdır. Rövşən maşından düşəndən sonra Ələkbər Rövşənin yaxasından tutaraq “nə xoruzlanırsan” deyərkən Ağagüldə avtomobildən düşərək onlara yaxınlaşıb sakitləşdirməyə çalışmışdır. Ələkbər Rövşənlə mübahisə etmiş, aralarında baş verən söhbətləri eşitməmişdir. X4 itələmiş və Rövşən arxaya doğru addımlayaraq avtomobilə gəlib taxta parçasını götürüb Ələkbəri vurmuş, nəticədə ağac parçası Ələkbərin başından dəymiş, Ələkbərin başından qan axdığını görən Rövşən peşman olaraq Ələkbərdən üzr istəmiş və onlar yaxınlıqda qaldıqları üçün evlərinə getmişlər. Hadisə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri Köhnə Corat qəsəbəsi Corat poçtununu yanında baş vermiş, hadisə zamanı səs küyə heç kim yığışmamış, özü heç bir xəsarət almamışdır. Məhkəmə proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində ailə üzvləri, yəni oğlu Şahid3, Şahid4 və həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Sumqayıt şəhəri Köhnə Corat qəsbəsi, Nərimanov küçəsində yerləşən evindən çıxıb Nərimanov küçəsi ilə hərəkətə başlayıb bacısı Günel Həşimovanın evinə yola düşmüşlər. Evindən yolun kənarı ilə 150- metr məsafə qət etdikdən sonra bir ədəd “Opel Zafira” markalı **-HH-*** qeydiyyat nişanlı avtomobil saxlayaraq niyə yolun orta hissəsi ilə hərəkət etmələrini bildirmiş, həyat yoldaşı Ələkbər ona yola diqqətlə baxmalı olduğunu və onlar yolun kənarı ilə hərəkətdə olduqlarını deyərək ona irad bildirmişdir. Bu zaman Ələkbər sürücünün kənd adamı eyni zamanda qohumu olduğu Rövşən olduğunu bilmiş, o Fikrətin qohumu olsada münasibətləri yaxşı olmamışdır. Bundan sonra Rövşən avtomobili saxlayaraq avtomobildən düşmüş və Rövşənlə aralarında mübahisə yarandığı üçün Ağagüldə avtomobildən düşərək onları sakitləşdirmək istəyən zaman Ələkbər ona fikir verməyib mübahisəyə davam edən vaxtı Rövşənin yaxasından tutub onu itələyərək «qadınlar olmasaydı sənin dərsini verərdim» sözünü demişdir. Bu zaman Ağagül onlara “siz qadın bilənsiz” deyən vaxtı Ələkbər Rövşəni itələmiş və Rövşən avtomobildən qara rəngli taxta parçasını götürərək Ələkbərin başından bir zərbə vurmuş və nəticədə Ələkbərin başından qan gəlmiş və onlar birlikdə evə getmişlər. Hadisə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri Köhnə Corat qəsəbəsi Nərimanov küçəsində baş vermişdir. Hadisə zamanı heç bir xəsarət almamış, ətrafa heç kim toplaşmamışdır. Məhkəmə proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 və Şahid4 elan edilmiş ifadəsindən görünür ki, Şahid2 ifadəsinə oxşar ifadə vermişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər ərazisində 18 iyun 2022-ci il tarixdə saat 16:00-da tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs X3 ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Cabbar Cabarov və xx.xx.2009-cu il təvəllüdlü Maral Cabarova adlı övladları vardır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1300 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1301 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında həyat yoldaşıxx.xx.1989-cu il təvəllüdlü Şahid5, oğlu-xx.xx.2008-ci təvəllüdlü X5 oğlu, qızı-xx.xx.2009cu il təvəllüdlü X2 ilə birlikdə yaşayır. İş materiallarında olan İş materiallarında olan Sumqayıt şəhər İcra Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 244.1-1-ci maddəsi ilə təqsirli bilinərək 20 faiz dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 879 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alının sol yarısının yarasından ibarət xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 120, 221-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi, Ağagül Ağagülovun əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin icraatına hissəvi xitam verilməsi, Ağagül Ağagülovun iş üzrə təqsirləndirilən şəxs qismində iştirakına xitam verilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”ın ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilməsi, Sumqayıt ŞPİ-nin MSY-dən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır. Nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cinyət işi üzrə ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsinə iki azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-753/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-753/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver