Məhkəmə qərarları › İş №1(060)-754/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-754/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-754/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşa evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən salış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,850 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlaxaraq daşımış, xx.xx.2023-cü il saat 20:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən "Orbita” mebel evinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gəlirilmiş, Pİ-də xidməti otaqların birində üzərində aparılan şəxsi axtarış zamanı təmiz çəkisi 0,850 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitədən istifadə etmədiyi təqdirdə ağrıları başlayır. Ağrıları dözülməz olduğundan məcbur olub mütəmadi olaraq narkotik vasitədən istifadə etmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 01 (bir) büküm narkotik vasitə olan heroin alıb Sumqayıt şəhərinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Orbita” mebel evinin yaxınlığında olan zaman polis əməkdaşları onu yaxınlaşıb onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynindəki göy rəngli cins şulvarın sol van cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan "heroin"-ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olun "kakos” olduğunu, həmin maddəni bu gün, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisi, Şamaxinka dairəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan "heroin"ə bənzər maddə tərəziyə qoyulub çəkilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşman olmasını və himayəsində 03 (üç) azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-də polis kapitanı rütbəsində, baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 iyul 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-nə əməliyyat məlumatı daxıl olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirak elmişdir. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 1ci mikrorayon ərazisində yerləşən "Orbita” mebel evinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda video çəkilişlə, polis əməkdaşlarının və müdafiəçi X1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisi, "Şamaxinka” dairəsi ərazisində tanımadığı şəxsdən şəxsi istiiadəsi üçün 10 (on) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Raliq oğlunun təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki qəhvəyi rəngli narkotik vasitə olan ‘’heroin”-ə bənzər maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini istifadə etmək məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin TŞ-nin bas təhqiqatcısı, polis mayoru X3 orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər 02 (iki) nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüququ və vəzifələrin izah edilməsi haqqında bildirşin verildiyi görünmüşdür. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra saxlanılmış Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu üzərində ***-***-**-** nömrəsi olan '’Samsung'' markalı mobil telefonu, 01 (bir) ədəd şəffaf sellofan bükümü və sağ yan cibində saxlamış olduğu 141 manat pulu təqdim elmişdir. Həmin sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş maddələrin narkotik vasilə olan "kakos” olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisi, "Şamaxinka” dairəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 (on) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim eldiyi 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki qəhvəyi rəngli narkotik vasitə olan "heroin”-ə bənzər maddə elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumi çəkisinin 0,96 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim eldiyi üzərində ***-***-**-** nömrəsi olan "Samsung" markalı mobil telefon götürülmüş, lakin 141 manat pul sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2023-cü il tarixli, 6/3937 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №124’’ dairəvi möhür əksi olan, "Saxlanılan şəxs: Məmmədov S' sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,850 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı'na daxildir (İ siyahı). Qeyd: Heroinin təmiz çəkisi – 0,850 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,800 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X12" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının 26 iyul 2023-cü il tarixli, 4746 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,850 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,800 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan 10 saylı MKS tərəfindən veilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 03 (üç) azyaşlı uşaq vardır (2009-cu il təvəllüdlü X6, 2011-ci il təvəllüdlü X5 və 2020-ci il təvəllüdlü X7). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlər dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,850 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,800 qram narkotik vasitə olan heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,800 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar