Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-754/2025 26.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0.541 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla daşımış, 25 avqust 2025-ci il tarixdə, saat 17:27 radələrində Sumqayıt ŞPİ NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı İcra Hakimiyyəti yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı təmiz çəkisi 0,541 qram metamfetamin əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o yol getdiyi vaxt polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilmiş və üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə ittiham aktında qeyd olunan kimi baş vermişdir. Üzərindən aşkar olunan psixotrop maddə ona məxsus idi, həmin psixotrop maddəni Corat qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Satış məqsədi olmamışdır. Polis əməkdaşları tərəfindən axşam saat 6 radələrində saxlanılmışdır. Saxlanılarkən ona hər hansı təzyiq və ya təsir göstərilməyib. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki. 25 avqust 2025-ci il tarixdə saat 17:27 radələrində o tək İnşaatçılar qəsəbəsi, Qubadlı İcra Hakimiyyəti yaxınlığında piyada keçən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını deyərək, xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etmişlər. Onlar onu üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu deyib, hüquqlarını izah edərək, üzərində qanunla qadağan olunmuş hansı əşyalar olduğunu soruşmuşlar. O əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş. Təqdim etdiyi bir büküm psixotrop maddə olan metamfetamini elektron tərəzidə çəkilərək 0,580 qram olması müəyyən olunmuş və qablaşdırılmış. Həmçinin sənədləşmə işləri aparmaq üçün onlarla birlikdə Sumqayıt ŞPİ-yə gəlmiş. Polis İdarəsində otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkil X4 iştirakı ilə və onun razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamış, Polis əməkdaşları onu saxlayan zaman üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamini bir daha onun iştirakı ilə elektron tərəzidə ölçülmüş. Həmin psixotrop maddə polis əməkdaşları tərəfindən yenidən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş, Qeyd edim ki, həmin psixotrop maddəni Sumqayıt şəhər, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata almış, bundan sonra protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və o digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün cinayəti etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, xx.xx.2025-ci il tarixli “əməliyyat- axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında"', xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokol, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/762/2025 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 5693 saylı rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilli Şahid2 ifadəsində bildirmişdir ki, 25 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Qubadlı rayon İcra Hakimiyyəti yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş, həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyəti yaxınlığında piyada keçən zaman videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamış və özlərini təqdim etmişlər, sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində olan sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxan zaman içərisində bir ədəd ağ kağızda olan ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra şəxsin polis idarəsinə aparılması təmin edilmiş, polis bölməsində təhqiqatçı tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti vəkilin iştirakı ilə videoçəkilişlə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3 Şahid2la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılış. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi. Qubadlı rayon İcra Hakimiyyəti yaxınlığında əməliyyat müşahidəsinə götürülmüş. Həmin gün saat 17:27 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyəti yaxınlığında piyada keçən zaman videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamış və özlərini təqdim etmişlər, sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim etmiş. Həmin bükülüyə baxan zaman içərisində bir ədəd ağ kağızda olan ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən olunmuş. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmiş. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüş. Bundan sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, qanunla qadağan edilmiş narkotik vasitə və ya digər maddə aşkar olunmamış, sonra isə digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə aparmışlar. Polis İdarəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış metamfetaminə bənzər maddə təhqiqatçıya təqdim olunmuş. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamış, şəxsi axtarış aparılması haqqında protokol tərtib olunaraq ucadan oxunmuş, həmin protokolu imzalarla təsdiq etmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 28-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17.27-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 53-54-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 74-79-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 9-10-cu vərəqələrində olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, əməliyyat müvəkilləri tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyəti yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində metamfetaminə bənzər maddə təqdim etmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə gətiriləndən sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, ancaq qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/762 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN “Zərflər üçün №124 möhür əksi, saat 17:27; saat 17:33; Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə(metamfetamin) 0,58 qr; /imza/ Təqsirləndirilən şəxs; l./imza/ Şahid3; 2./imza/ Şahid2; Tərtib etdi: /imza/ S.Qulamov” əl yazıları olan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,541 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,541 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,491 qram. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin 65-66-cı vərəqələrində olan Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli 1307 saylı rətindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Cinayət işinin 88-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yol ilə piyada hərəkətdə olan zamanı üç nəfər mülki geyimli şəxslər sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid3 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı üzərində baxış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs isə qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə “patı" olduğunu, həmin maddəni Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,541 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilir, qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 90-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamasında şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil Nail Məmmədovu təqdim edir və polis əməkdaşlarına da özlərini təqdim etmələrini bildirir, onlar da özlərini təqdim edirlər. Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşı Şahid3 bir ədəd zərfi təqdim edərək həmin zərfin içərisində bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğunu, həmin maddənin saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldüyünü bildirir. Soğru zamanı Təqsirləndirilən şəxs həmin zərfin içərisindəki bir ədəd bükümdə olan metamfetaminin ona məxsus olduğunu, saxlanılan zaman polis əməkdaşları tərəfindən onun üzərindən götürüldüyünü, həmin maddəni Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, qanunla qadağa olunmuş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Həmin 01 ədəd DVD formatlı disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 101-103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü ildə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl şərti azad edilib. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsilə ********* nömrəli cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilib. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 02 (iki) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 104-113-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 02 il 05 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 12 gün ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 il 04 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 1(060)-572/2025 nömrəli Sumqayıt Şəhər Məhkəməsinin göstərişindən görünür ki, həmin nömrəli hökm xx.xx.2025ci il tarixində qanuni qüvvəyə minmişdir. Cinayət işinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5693 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanserdə qeydiyyatdadır. Cinayət işinin 121-127-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz şəkisi 0,541 qram psixotrop maddə olan metamfetamin və 02 ədəd DVD disk is üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,491 ram metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü ildə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl şərti azad edilib. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 25 avqust 2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə şübhəli şəxs qismində tutulduğu 12 (on iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025ci il tarixdən hesablanmalı, hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5693 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,491 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 08 (səkkiz) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökmlə müəyyən edilmiş ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 12 (on iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,491 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs -oğlundan tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 (on) saata görə 110 (yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-754/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-754/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver