Məhkəmə qərarları › İş №1(060)-756/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-756/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-756/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci Ağdam rayonu, Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (himayəsində 03 azyaşlı övladı var), işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri Corat bağlar massivi, fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri Corat bağlar massivi, Corat qəbiristanlığının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi evin hasarından aşaraq qanunsuz həyətə daxil olub orada yerləşən iki mərtəbəli evin birinci mərtəbəsində olan saxlanc yeri hesab edilən qarajın pəncərəsinin dəmir barmaqlıqlarını əli ilə dartıb qopararaq içəriyə daxil olub qarajdan 700 manat dəyərində olan «İmei-qaz» markalı istilik sistemini (kombi aparatını), 220 manat dəyərində olan 01 ədəd işıq təmizləyicisini, 45 manat dəyərində olan 01 ədəd qırmızı rəngli laqondanı, 25 manat dəyərində olan 01 ədəd rezba açan açarı, 20 manat dəyərində olan 01 ədəd qızdırıcı elektrosobanı (peçi), 05 manat dəyərində olan 01 ədəd 02 metr uzunluğunda udilniteli (uzadıcı), 200 manat dəyərində olan müxtəlif krantlar, hamam duşu, «arko» materialları olan 01 diplomat dolu santexnik aksesuarlarını, 10 manat dəyərində olan 01 ədəd alüminium tavanı, biri 10 manat, 04-ü cəmi 40 manat dəyərində olan alüminium qazanları, 65 manat dəyərində olan 01 ədəd su motorunu, divara çəkilmiş 90 manat dəyərində olan təxminən 30 metr uzunluğunda olan içərisi mis materialdan olan kabeli söküb gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla, oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədi ilə vahid qəsdlə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi evin hasarından aşaraq qanunsuz həyətə daxil olub orada yerləşən saxlanc yeri hesab olunan yardımçı tikilinin giriş qapısını yerdən tapdığı dəmir parçası ilə sındırıb içəriyə daxil olaraq tikilidən biri 10 manat 30-u cəmi 300 manat dəyərində olan toyuğu, həmin gün saat 02 radələrində Zərərçəkmiş şəxs2 evinin həyətinə eyni qayda ilə qanunsuz daxil olaraq həmin yerdən biri 250 manat, üçü cəmi 750 manat dəyərində olan «Fokus» markalı 29 ölçülü velosipedləri, həmin gün saat 03 radələrində Zərərçəkmiş şəxs2 evinin həyətinə eyni qayda ilə qanunsuz daxil olaraq həmin yerdən 120 manat dəyərində olan Rusiya istehsallı «Uralzid» markalı qaynaq aparatını, 45 manat dəyərində olan 01 ədəd «Candan» markalı boru birləşdirən ütünü, 25 manat dəyərində olan 01 ədəd «Aivo» markalı açar dəstini, həmin gün saat 04 radələrində Zərərçəkmiş şəxs2 evinin həyətinə eyni qayda ilə qanunsuz daxil olaraq həmin yerdən biri 10 manat 10-u cəmi 100 manat dəyərində olan 20 mm diametrli 03 metr uzunluğunda düral materialdan olan su borularını gizli talayaraq Zərərçəkmiş şəxs2 1340 (bir min üç yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla, oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri Novxanı bağlar massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi evin məftil ilə çəkilmiş hasarından aşaraq həyətə qanunsuz daxil olub orada yerləşən saxlanc yeri hesab edilən anbarın qapısının qıfılını yerdən tapdığı dəmir parçası ilə sındırıb içəriyə daxil olaraq biri 35 manat ikisi cəmi 70 manat dəyərində alüminium qazanı, 150 manat dəyərində olan 01 ədəd təzə lüsturu (çilçırağı), cəmi 200 manat dəyərində stəkan və qab-qacaqları, biri 25 manat ikisi cəmi 50 manat dəyərində ət çəkən maşını, 80 manat dəyərində olan 01 xörək qaşıq dəstini gizli talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla, oğurluq cinayətini törətmişdir Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri Novxanı bağlar massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi evin məftil ilə çəkilmiş hasarından aşaraq həyətə qanunsuz daxil olmuş, lakin Zərərçəkmiş şəxs3 onu gördüyündən cinayət əməlini özündən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, maddi çətinlikləri olduğu üçün oğurluq etmək qərarına gəlib, bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri Corat bağlar massivinə getmiş, Corat qəbiristanlığının yaxınlığında olarkən orada yerləşən fərdi evin işıqlarının yanıq olmadığını görüb həmin evin hasarından aşaraq evin həyətinə daxil olmuşdur. Orada yerləşən evin birinci mərtəbəsində olan qarajın pəncərəsinin dəmir barmaqlıqlarını əli ilə dartıb qoparıb oradan içəriyə daxil olmuşdur. Qarajın içərisində olan «İmei-qaz» markalı istilik sistemini (kombi aparatını), işıq təmizləyicisini, qırmızı rəngli laqondanı, rezba açan açarı, qızdırıcı elektrosobanı (peçi), 02 metr uzunluğunda udilniteli (uzadıcını), müxtəlif krantlar, hamam duşu, «arko» materialları olan 01 diplomat dolu santexnik aksesuarlarını, aliminium tavanı, sayını dəqiq bilmədiyi aliminium qazanları, eləcə də divarda çəkilmiş içərisi mis olan təxminən 30 metr kabeli sökərək çıxarıb oğurlamışdır. Həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında oğurladığı əşyaları səyyar metal qəbulu həyata keçirən tanımadığı şəxsə dəyər dəyməzinə satıb əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə onunla qonşuluqda yaşayan Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən Eminə məxsus bağ evində daimi yaşayış olmadığından 28 mart 2022-ci il tarixdə saat 01 radələrində həmin bağ evinin həyətinə hasardan aşmaq yolu ilə daxil olmuşdur. Evin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin giriş qapısının qıfılını yerdən tapdığı dəmir parçası ilə sındırıb içəri daxil olmuşdur. Orada yerləşən hinə daxil olub 30 ədəd toyuğu elə oradan tapdığı un kisəsinə yığmışdır. Həmin yerdə xeyli əmlak olduğundan həmin əmlakları bir neçə dəfəyə oğurlamaq fikrinə düşmüşdür. Ona görə də 03 ədəd velosipedi, bir ədəd qaynaq aparatı, bir ədəd boru birləşdirən ütü, bir ədəd qabda olan açar dəstini və 10 ədəd düral materialından olan 3 metrəlik su borularını da saxlanc yerində oğurlamaqla həyətə yığmışdır. Əvvəlcə 30 ədəd toyuğu un kisəsinin içərisində oradan çıxaraq qonşuluqda olan boş bağ sahəsinə aparıb qoymuşdur. Dəmir parçasını yolda gedərkən harasa tullamışdır. Daha sonra həmin gün saat 02 radələrində yenidən Eminin bağ evinin həyətinə eyni qayda ilə daxil olaraq həyətə yığdığı 03 ədəd «Fokus» markalı velosipedləri, saat 03 radələrində bir ədəd qaynaq aparatı, bir ədəd boru birləşdirən ütü, bir ədəd qabda olan açar dəstini, saat 04 radələrində isə oradan 10 ədəd düral materialından olan 3 metrəlik su borularını eyni qayda ilə çıxarıb qonşuluqda olan boş bağ sahəsinə aparıb yığmışdır. Səhərisi günü, yəni saat 08 radələrində 30 ədəd toyuğu və 03 ədəd velosipedi qonşuluqda yaşayan Taleh kimi tanıdığı şəxsə 380 manata satmışdır. Digər əmlakları da səyyar şəkildə metal qəbul edən tanımadığı şəxsə 10 manata satmışdır. Bundan başqa, yenidən oğurluq etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri Novxanı bağları ərazisində kanalın kənarında yerləşən adı ona sonradan məlum olan İlqar adlı şəxsin evinin həyətinin ətrafına çəkilmiş məftil setkadan aşaraq həyətə daxil olub evdə adam olmadığını görüb həyətin giriş qapısından həyətə daxil olduqda sol tərəfdə yerləşən yardımçı tikilinin açıq olan taxta qapısından içəri daxil olaraq orada quraşdırılmış pitminutka aparatını söküb götürmüş və o həmin həyətdə oğurlamaq üçün çoxlu əşyalar olduğunu görmüş, lakin onların hamısını bir yerdə tək apara bilməyəcəyindən fikirləşmişdir ki, növbəti günlərdə ehtiyacı yarandıqca gəlib oradan oğurluq edər. O həmin pitminutka aparatını götürüb gəldiyi yerdən çıxaraq həmin gecəni küçədə qalmış və səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 08 radələrində oğurladığı əşyanı Sumqayıt şəhəri “Daş bazarı” adlanan yerə aparıb orada olan metal alanlara dəmir kimi 20 manata satmış və həmin pulu özü üçün yemək içməyə xərcləmişdir. xx.xx.2022-ci il tarixdə İlqarın evində adam olmadığını bildiyi üçün axşam qaranlıq düşdükdən sonra saat 22 radələrində İlqarın evinə həyətinin ətrafına çəkilmiş çəpərdən həyətə daxil olaraq həyətin giriş qapısından həyətə daxil olduqda sol tərəfində yerləşən anbarın dəmir olan qapısının asma qıfılını yerdən tapdığı dəmir parçası ilə sındırıb anbarda daxil olaraq oradan qaşıq və stəkan dəstini, 2 ədəd aliminium qazanı, 1 ədəd çilçırağı və 2 ədəd ətçəkən maşını götürüb gəldiyi yerdən çıxmışdır. Dəmir parçasını yolda gedərkən harasa tullamışdır. Həmin gecəni də küçədə keçirib səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində oğurladığı həmin əşyaları Sumqayıt şəhəri “Daş bazarı”da tanımadığı şəxslərə 70 manata satmış və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonuncu dəfə o xx.xx.2022-ci il tarixdə saat 19 radələrində təkrar İlqarın evinə gedərək elə bilmişdir ki, evdə adam yoxdur, evin həyətinin ətrafına çəkilmiş çəpərdən həyətə, sonra isə həyətin giriş qapısından həyətə daxil olmuş, ac olduğu üçün özü ilə gətirdiyi bir banka konservləşmiş əti götürüb bağda olan nar ağacının altında yeməyə başlamışdır ki, sonra anbara girib oğurluq etsin. Həmin vaxt ev sahibi İlqar onu bağda görüb ona yaxanlışıb bağında nə etdiyini soruşduqda, ona heç nə sözünü deyib qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt oradan heç bir əşya oğurlamamışdır. Sözügedən oğurluq cinayətlərini özü tək törətmiş, ona kömək edən olmamış və həmin oğurladığı əşyaları satıb əldə etdiyi puldan o heç kimə verməmiş, öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, oğurladığı əşyaları satdığı şəxslərdən heç biri onların oğurluq yolu ilə əldə etdiyini bilməmiş, onlara həmin əşyaların özünə məxsus olduğunu demişdir. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yerləşən iki mərtəbəli fərdi həyət evi ona məxsusdur. Evin birinci mərtəbəsi qaraj kimi nəzərdə tutulmuş həmin yerdə müxtəlif əşyalar saxlayırlar. O ailə üvzləri ilə yay mövsümündə orada yaşamışlar, qalan vaxtlar həftədə bir iki dəfə gedib baxıb nəzarət edib gəlmişlər. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində evə baxmaq üçün gedəndə evində oğurluq hadisəsi baş verdiyini yəni, evin qarajının yan tərəfdən olan pəncərəsinin dəmir barmaqlığını naməlum şəxs (şəxslərin) kəsib çıxardıb içəri daxil olub orada olan 1200 manat dəyərində olan «İmei-qaz» markalı istilik sistemi (kombi aparatı) 300 manat dəyərində işıq təmizləyicisi ilə birlikdə açıb oğurlandığını, kombi sistemində olan suyun isə evin birinci mərtəbəsinə qaraja axıb dolduğunu aşkar etmişdir. Bundan başqa tikinti alətləri, yəni təxminən 100 manat dəyərində 01 ədəd qırmızı rəngli markasını dəqiq bilmədiyi laqondanın, təxminən 50 manat dəyərində olan 01 ədəd rezba açan açarın, təxminən 30 manat dəyərində olan 01 ədəd markasını bilmədiyi qızdırıcı elektrosobanın (peçin), təxminən 10 manat dəyərində olan 01 ədəd 02 metr uzunluğunda udlinitelin (uzadıcının), təxminən 200 manat dəyərində olan müxtəlif krantlar, hamam duşu, «arko» materialları olan 01 diplomat dolu santexnik aksesuarlarının, divardan təxminən 150 manat dəyərində olan təxminən 30 metr uzunluğunda olan içərisi mis materialdan olan kabel söküb, təxminən 10 manat dəyərində 01 ədəd aliminium tava, biri 10 manat, 04 ədədi 40 manat olan aliminium qazanlar, evin həyətində olan təxminən 90 manat dəyərində markasını xatırlamadığı su motoru oğurlanmışdır. Dəymiş ziyan hələ də ödənilməmişdir, ziyanın ödənilməsini tələb edir və qanunauyğun qərar verilməsini xahiş etdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun Sumqayıt şəhəri Corat bağlar massivində fərdi yaşayış evi var. Həmin ünvanda daimi yaşayış yoxdurHəmin evdə ancaq yay aylarında yaşasa da, daimi nəzarət edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında həmin ünvana gəlib baş çəkmiş və axşam saatlarında daimi yaşadığı evə qayıtmışdır. xx.xx.2022-ci il il tarixdə saat 07 radələrində toyuqları yemləmək üçün bağ evinə gələn zaman həyətdə olan saxlanc yerinin qapısının açıldığını görüb oğurluq olması barədə DİN-in 102 xidmət mərkəzi zəng sisteminə məlumat vermişdir. Sonradan müəyyən etmişdir ki, həmin saxlanc yerindən istifadədə olmuş, 2017-ci il tarixdə aldığı biri 400 manat, üçü 1200 manat dəyərində olan «Fokus» markalı 29 ölçülü velosipedlər, 200 manat dəyərində olan Rusiya istehsallı «Uralzid» markalı qaynaq aparatı, biri 10 manat 30 ədədi 300 manat olan 30 ədəd toyuq, biri 10 manata 10 ədədi 100 manat dəyərində olan 20 mm diametrli 03 metr uzunluğunda düral materialdan olan su boruları, 75 manat dəyərində olan 01 ədəd «Candan» markalı boru birləşdirən ütü, 30 manat dəyərində olan 01 ədəd «Aivo» markalı açar dəsti oğurlanmışdır. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanın ödənilməsini tələb edir və qanunauyğun qərar verilməsini xahiş etdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri Novxanı bağlarında yerləşən fərdi yaşayış evində arvadı X3 və qızı Aişə ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evin qarşı tərəfində olan bağ sahəsində olduğu zaman bağ sahəsində nar ağacının altında bir nəfər şəxsin oturduğunu görmüş və ona yaxınlaşaraq onun bağında nə etdiyini soruşmuş, o qaçmışdır. Həmin gündən 4 gün əvvəldən başlayaraq həmin günədək olan müddət qədər hər gün evindən müxtəlif əşyaları, yəni evinin sağ tərəfində olan yardımçı damda olan 2022-ci ilin yanvar ayında 150 manat aldığı markasını xatırlamadığı 20 litrlik pitiminutka aparatının, hər biri təxminən 50 manatdan olan cəmi 100 manat dəyərində 2 ədəd aliminium qazan, 01 ədəd 350 manat dəyərində təzə lüstür (çilçıraq), təxminən cəmi 200 manat dəyərində qızina aldığı cehizlik stəkan və qab-qacaqlar, hər biri 25 manatdan cəmi 50 manat dəyərində markasını xatırlamadığı 02 ədəd ət çəkən maşın və 200 manat dəyərində xörək qaşıq dəsti oğurlanmışdır. O bağında gördüyü, adı ona sonradan məlum olan Zaur adlı şəxsdən onun bağında nə etdiyini soruşduqda ona heç bir söz demədən qaçıb bağdan çıxmışdır. Onu tuta bilməmiş, onun əlində heç nə olmamışdır. Onun evindən oğurluq olduğu günlərdə qonşular onun evindən həmin əşyaları üzü saqqallı, orta boylu, orta köklükdə bir şəxsin oğurladığını demişlər. Onlar həmin şəxsin küçədə onun bağ sahənin yanından keçib əlində nə isə apardığını görmüşlər. O həmin qonşuların adını bilməmişdir. Evindən olan oğurluq hadisəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə, saat 12:41-də DİN-in 102 xidmətinə məlumat vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir, ona görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətində sağ yan tərəfində tikilmiş tikilidə baş vermişdir. Tikilinin giriş qapısı dəmirdəndir. Digər tikilinin isə qapısı taxtadandır. Dəmir qapıda asma qıfıl var. Zərərçəkmiş şəxs3 bildirmişdir ki, həyətə daxil olunan giriş qapısının sol tərəfində yerləşən tikilidən bir ədəd pitminutka aparatı, ondan sonra olan tikilidən bir ədəd lüstur, 2 ədəd qazan, 2 komplekt stəkan və qaşıq dəsti, 2 ədəd ətçəkən maşın, dəmir qapısı olan tikilinin dəmir qapısından asma qıfılı sındırılaraq içəri daxil olmaqla, taxta qapısı olan tikilinin taxta qapısı açılaraq içəri daxil olmaqla naməlum şəxs tərəfindən oğurluq olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilmiş, protokola əlavə olunmuşdur. İş materiallarında olan “Hadisə yerinə əlavə baxışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir, hadisə baş verən yer Zərərçəkmiş şəxs3 kürsülü yaşayış evinin sağ yan tərəfində evə bitişik vəziyyətdə olan iki tikilidir. Evin həyətinə giriş qapısından daxil olduqda sol tərəfdə olan tikilidən Təqsirləndirilən şəxs kombi aparatını apardığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həyətin giriş qapısından həyətə daxil olduqda ikinci tikilinin giriş qapısını göstərib həmin dəmir qapıda olan asma qıfılı sındırmaqla oradan həmin tikiliyə daxil olduğunu, tikilinin içərisində olan bir neçə yeri göstərib lüsturu, qazanları, qaşıq və stəkan dəstini xx.xx.2022-ci il tarixdən olan müddətdə oğurlayıb satdığını bildirmişdir. Baxış zamanı sübuti əhəmiyyət kəsb edən əşya götürülməmişdir. Fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuşdur. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Sumqayıt şəhəri, Corat bağları massivi ərazisində yerləşən 2 mərtəbəli fərdi yaşayış evidir. Baxış zamanı evin 1-ci mərtəbəsinin qaraj və həmçinin zirzəmi kimi nəzərdə tutulan böyük dəmir qapı, həmin qapıda zədə izlərinin olmaması, lakin qarajın yan pəncərəsinin dəmir barmaqlığın sındırıldığı, qarajın isə ətrafının açıq olması müəyyən olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs1 naməlum şəxsin həmin pəncərənin dəmir barmaqlığının sındərma yolu ilə daxil olub əmlakının oğurlandıqlarını bildirmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 oöluna məxsus fərdi yaşayış evi və evin həyətyanı sahəsi, həmçinin yardımçı tikililərdir. Baxış zamanı müəyyən edilmişdir ki, evin ətrafı mişar daşları ilə hasarlanmışdır. Giriş darvazasında həyətə daxil olduqda iki mərtəbəli ev, sahə ilə saxlanc yeri və quş hini olduğu aşkar edilmişdir. Baxış zamanı saxlanc yerinin qıfılının sındırıldığı müəyyən edilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30-da tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o məhkəmə iclas zalından dərhal azad olunmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutuılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə saat 18:30-da tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5970 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların (istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart-may aylarına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2980,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 1 saylı MKS-nin 497 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 evindən oğurluq epizodu üzrə vurulmuş ziyanın məbləği 550 manat olması nəzərə alınaraq Təqsirləndirilən şəxs 550 manat vurulmuş ziyanla bağlı ittiham verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 3 azyaşlı uşağı (xx.xx.2021-ci il tarixli X4, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X5) vardır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxsnın ona isnad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində 3 azyaşlı uşağı olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən islah olunmasının qeyri mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək tutulub saxlandığı 02 gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 may 2022-ci il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənilməsini tələb edirlər. Ona görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmədıə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək tutulub saxlandığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzanın əvvəli 07 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar