Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-759/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regonal Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 15.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SPM-518, yataqxana 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 10 avqust 2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi SMP-518 yat 1 otaq 2-də yerləşən Zərərçəkmiş şəxs məxsus evdən həmin evin açıq qapısını əli ilə itələyib açaraq evə qanunsuz daxil olub, yataq otağındakı şkafdan 800 manat dəyərində 01 ədəd 583 əyarlı üzərində 08 ədəd xırda birliyant qaşı olan 10 qramlıq qızıl üzüyü, 480 manat dəyərində 01 ədəd 583 əyarlı üzərində sadə yaşıl qaş olan 6 qramlıq qızıl üzüyü, 960 manat dəyərində 01 ədəd 583 əyarlı 12 qramlıq sadə qızıl üzüyü, 400 manat dəyərində 01 ədəd 583 əyarlı 5 qramlıq qızıl uşaq qolbağını, 480 manat dəyərində 01 ədəd 583 əyarlı ağ qızıldan ibarət 6 qramlıq qızıl üzüyü, 319 manat dəyərində 583\585 əyarlı halqa formalı 1 cüt qızıl sırğanı, 33 manat dəyərində 01 ədəd 925 əyarlı 1 cüt gümüş sırğanı, 7 manat dəyərində mis əsaslı ərintili 1 cüt sırğanı, 7 manat dəyərində 01 ədəd dəmir əsaslı ərintili gümüşü rəngli qol saatını, 5 manat dəyərində qiymətsiz metal ərintili 01 ədəd üzüyü, hər birinin qiyməti 1 manat olan ümumi qiyməti 6 manat təşkil edən 06 ədəd dəmir əsaslı ərintili qolbağı ümumilikdə 3497 manat qiymətində özgənin əmlakını saxlanc sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o ünvan 3 ünvanında tək yaşamışdır, subaydır. Nabat Elyasovanı, həyat yoldaşı Rafiqi və uşaqlarını yaxşı tanımış, onlarla eyni eyni binada yaşamışlar. Münasibətləri yaxşı olmuşdur. 10 avqust 2021-ci il tarixdə özünə “Samsung” markalı mobil telefon almış, telefona proqram yazdırmaq istəmiş, qonşusu Rafiqin oğlu Nemanın savadlı oğlan olduğu və bundan anlayacağını fikirləşdiyi üçün Nemanı axtarmışdır. Bu məqsədlə təxminən saat 21 radələrində Nemanın yaşadığı evə getmiş və yaşadığı mənzilin qapısını döymüşdür. Nemanın atası Rafiq qapını açan zaman Nemanı soruşmuş, Şahid1 ona cavab olaraq Nemanın anası ilə Sumqayıta toya getdiyini, evdə olmadığını bildirmiş və yatacağını deyərək içəri keçib qapını bağlamışdır. O, Şahid1 qapını kilidləmədiyini görmüş və həmin şəxsin evinə daxil olaraq oğurluq edəcəyinə qərar vermişdir. Pilləkanla 1-ci mərtəbəyə düşüb yenidən evə daxil olmaq üçün geri, Rafiqin, Zərərçəkmiş şəxs yaşadığı mənzilə qalxmışdır. Ehtiyatla qapının cəftəsinə toxunmuş və qapının açıq olduğunu görmüşdür. Qapını açıb baxan zaman televizorun səsi gəlmiş lakin, Rafiq görünməmişdir. O, buna görə də oğurluq etmək məqsədilə girişdən sağ tərəfdə yerləşən yataq otağına daxil olmuş və bu zaman yataq otağında olan güzgülü kamotun üzərində 01 ədəd qadın saatı, 01 cüt sırğa, 01 cüt büjiteriya sırğa, 06 ədəd büjiteriya qolbağın olduğunu görmüşdür. O, həmin əşyaları oğurlamaq məqsədilə götürüb cibinə qoymuş, sonra kamotun sürmələrində başqa qızıl zinyət əşyalarının olub-olmamasını yoxlayan zaman kamotun 1-ci sürməsində qızıl qabı görmüş, əlinə alaraq içərisinin boş və ya dolu olduğunu öyrənmək üçün silkələmiş və daha sonra içərisinə baxmadan həmin qabı da cibinə qoymuşdur. Sonra ehtiyatla otaqdan çıxıb öz yaşadığı evə gəlmiş, lakin, yene də, Şahid1 görməmişdir. Evdə oğurladığı qabı açıb baxmış və həmin qabın içərisində 03 ədəd üzük, 01 cüt halqa formasında olan sırğa, 01 ədəd nazik qızıl qolbağ olmuşdur. Həmin gün saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı mənzilindən oğurladığı qızılların həqiqi olub-olmamasını yoxlamaq üçün Sumqayıt şəhərinə, “Karvan Ticarət Mərkəzinə”, qızıl alışı və satışı məntəqəsinə getmək üçün evdən çıxmışdır. Lakin həmin gün Karvana getməmiş və 12 avqust 2021-ci il tarixdə gecə saat 04 radələrində evdən cıxmış və təxminən saat 19 radələrində Karvan Ticarət Mərkəzinə gedib qızıl zinyət əşyalarının alışı və satışı məntəqələrindən birinə yaxınlaşmışdır. Sonradan adını öyrəndiyi Vüsalə adlı xanımın işlədiyi həmin məntəqəyə yaxınlaşmış, Zərərçəkmiş şəxs yaşadığı mənzildən oğurladığı əşyaları Vüsalə xanıma təqdim edərək yoxlamasını, həmin əşyaların qızıl olubolmamasını ona deməsini xahiş etmişdir. Vüsalə xanım zinyət əşyalarını yoxlayıb qızıl olduğunu, lakin təmiz qızıl olmadığını və mislə qarışığının olduğunu bildirmişdir. O, Vüsalə xanıma qızılların özünə məxsus olduğunu və satmaq istədiyini, lakin sənədinin olmadığını demişdir. Xanım qızılları ondan almağa razı olmuş və qiymət təyin edərək 03 ədəd üzük, 01 cüt halqa formasında olan qızıl sırğa, 01 ədəd nazik qızılı qolbağa görə ona 630 manat pul vermişdir. O, oğurluq yolu ilə əldə etdiyi qızıl zinyət əşyalarının satışından əldə etdiyi 630 manat pulu götürüb Bakı şəhərində olan borcunu ödəmək üçün Bakı şəhərinə getmişdir. Təxminən xırda-xırda olan 100 manata yaxın borcunu ödəmiş, sonda 8-ci mikrorayona gedib oradan özünə idman ayaqqabısı, qısaqol köynək, şalvar almış və oğurluq yolu ilə eldə etdiyi 630 manat pulu xərcləyib qurtarmışdır. Lakin yataq otağında, güzgülü kamotun üzərindən götürdüyü 01 ədəd qadın saatı, 01 cüt sırğa, 01 cüt büjitüriya sırğa, 06 ədəd büjitüriya qolbağı özündə olmuş və həmin büjitüriya məhsullarını polis əməkdaşlarına təqdim etmişdir. Nabat Elyasovanın yaşadığı mənzilə oğurluq məqsədilə 10.08.2021-ci il tarixdə daxil olmuş, onun mənzilə daxil olduğunu heç kim görməmiş və bu barədə qabaqcadan kiməsə məlumat verməmişdir. Hadisəni tək törətmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığının nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rafiq Elyasov onun həyat yoldaşıdır. 10.08.2021-ci il tarixdə o və oğlu Neman toy mərasiminə getmişlər. Onlar toy mərasiminə getdikdən sonra yoldaşı Rafiq bir neçə saat sonra evə gəlmişdir. Həmin vaxtı Rafiq evdə qalmış və həmin günü gecə radələrində onlar da evə qayıtmışlar. 11.08.2021-ci il tarixdə saat 11 radələrində o, qardaşıgilə getmək istəyən zaman yataq otağında güzgünün qarşısındakı kamotun üzərinə qoyduğu qızıl zinət əşyalarının yerində olmadığını görmüşdür. Bir qədər evdə axtarış keçirdikdən sonra isə o, heç bir qızıl zinət əşyasını tapa bilməmiş və bu barədə yoldaşı Rafiqdən soruşmuşdur. Rafiq isə ona evdə olmadıqları müddətdə evə heç kəsin gəlmədiyini və yanlız qonşusu Rahibin evə gələrək oğlu Neymanı soruşduğunu ona söyləmiş və o, da bu barədə polisə məlumat vermişdir. Hadisə zamanı onların yaşadığı evdən 1000 manat dəyərində 01 ədəd 10 qramlıq 583 əyyarlı üzərində 08 ədəd xırda briliant qaş olan qızıl üzük, 500 manat dəyərində 01 ədəd 6 qramlıq 583 əyyarlı üzərində sadə yaşıl qaş olan qızıl üzük, 1000 manat dəyərində 01 ədəd 12 qramlıq 583 əyyarlıq sadə qızıl üzük, 400 manat dəyərində 01 ədəd 5 qramlıq 583 əyyarlı qızıl uşaq qolbağı, 500 manat dəyərində 01 ədəd 6 qramlıq 583 əyyarlı ağ qızıldan ibarət qızıl üzüyə nəzəri qaydada, 200 manat dəyərində 1 cüt halqa formalı üzəri qaşlı qızıl sırqa, 6 manat dəyərində 01 ədəd gümüşü rəngli saat, 30 manat dəyərində 01 cüt gümüş sırqa, 06 manat dəyərində 06 ədəd qolbaq, 05 manat dəyərində 01 ədəd gümüş üzük, 5 manat dəyərində 1 cüt şəffaf qaşlı sadə sırqa oğurlanmışdır. Onun həmin oğurluq hadisəsi ilə bağlı şübhələndiyi şəxs olmamışdır. Onlara bu oğurluqla bağlı ümumilikdə 3652 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs oğurluq hadisəsi ilə bağlı ona vurulmuş maddi zərər ödənilmədiyi üçün Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 1961-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP-518-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 10.08.2021-ci il tarixdə saat 21:30 radələrində işdən çıxıb evə gəlmişdir. Həyat yoldaşı Nabat və oğlu Neman həmin gün saat 18 radələrində Sumqayıt şəhərinə onun qaynının toy məclisinə getmişdir. O, təxminən saat 21:10 radələrində evdə olan zaman qapının döyəclənməsini eşidib çıxanda qapını döyəcləyən şəxsin onlarla eyni binada yaşayan Müslümov Rahib Yusif oğlu olduğunu görmüşdür. Rahib onun oğlu Nemanı soruşmuşdur. O, Rahibə Nemanın evdə olmadığını, Sumqayıt şəhərinə toya gediyini bildirmişdir. Bundan sonra Rahib pilləkəndən aşağı düşmüş və o, içəri keçib qapını örtmüş, lakin uşaqlar gələn zaman birdən yatmış olar deyə qapını arxadan kilidləməmişdir. Sonra yuyunmaq üçün hamama keçmiş, təxminən yarım saatdan sonra hamamdan çıxmış və evdə qonaq otağında televizora baxmışdır. Həmin gün axşam saat 23:15 radələrində yoldaşı və oğlu toydan qayıtmışdır. Səhəri gün yəni, 11 avqust 2021-ci il tarixdə təxminən saat 11 radələrində yoldaşı Nabat qardaşı evinə getmək istəyən zaman yataq otağında olan güzgülü kamotun üzərinə qoyduğu gümüş büjüteriyasını taxmaq istəmiş, lakin yerində olmadığını, biraz evi axtardıqdan sonra kamotun sürməsinə qoyduğu qızıl zinyət əşyalarının da orada olmadığını görmüşdür. Bundan sonra Nabat bütün evi axtarsa da qızıllarını tapa bilməmişdir. O, uşaqlar evdə olmadığı vaxt evdə olduğu üçün ancaq onlara gələrək oğlu Nemanın evdə olub-olmamasını soruşan qonşuları Rahibin piləkəndən düşdükdən sonra onun qapını bağlamadığını eşidib geri qayıdaraq evə daxil olub yataq otağından yoldaşına məxsus qızıl zinyət əşyalarını oğurlaya biləcəyini düşündüyü üçün bu barədə polisə şikayət etmək qərarına gəlmiş və Nabat bu barədə PB-nə ərizə ilə müraciət etmişdir. Oğlu Neman 7 ildir Türkiyədə yaşayır, orada təhsil alır, oğlunun Rahiblə heç bir əlaqəsi, münasibəti olmamışdır. Həmçinin o, Rahibin əvvəllər də dəfələrlə oğurluğa görə məhkumluq həyatı yaşadığına görə əmindir ki, bu oğurluq hadisəsini Rahib törətmişdir. Rahib yoldaşının və oğlunun toya getdiyini görüb onun yaşadığı evə oğurluq məqsədilə gəlmiş, onun evdə olduğunu görüb yalandan oğlu Nemanın evdə olmasını soruşmuş, sonra isə onun evin qapısını bağlamadığını görərək o, evə keçib hamama girdikdən sonra sərbəst evə daxil olmuş və yataq otağından yoldaşı Nabatın qızıl zinyət əşyalarını oğurlamışdır. Çünki 1977-ci il tarixdən hazıraDƏK yaşadıqları ünvanda yaşayır, heç kiminlə düşmənçilikləri və ya ədavəti yoxdur. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki,1980-ci il tarixdə Qubadlı rayonu, Hal kəndində anadan olmuş, hal hazırda ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və əvvələr məhkum olmamışdır. O, Sumqayıt şəhəri, Karvan ticarət mərkəzində xırda obyektdə qızıl zinət əşyalarının satışı işi ilə məşğuldur. Ara sıra qızıl satmaq istəyən müştərilərdən pul müqabilində qızılları almışdır. Belə ki, o, müştəri ona gətirdiyi qızıl zinət əşyasının çəkisini çəkdikdən sonra həmin malın əyarına baxaraq həmin zinyət əşyalarını sənəd əsasında, sənəd olmadıqda isə sənədsiz qəbul etmişdir. Təqsirləndirilən şəxs o, əvvələr görməmişdir. Həmin şəxslə heç bir ədavəti olmamışdır. 12 avqust 2021-ci il tarixdə saat 09 radələrində sonradan adını bildiyi Rahib adlı şəxs onun dükanına yaxınlaşmış, ona cibindən çıxartdığı qızıl zinət əşyalarını göstərək uşağının xəstə olduğunu və həmin qızıl zinət əşyalarının isə evinin əşyası olduğunu deyərək 03 ədəd qızıl üzüyü, 01 ədəd halqa formasında olan sırqanı, 01 ədəd nazik qızıl uşaq qolbağını təqdim etmiş və həmin qızıllara görə ondan 680 manat pul istəmişdir. O, da həmin qızıllara yağdaş edib baxan zaman üzüklərdən birinin ninsk prob yəni 375 əyyar olduğunu və üstünün də gümüş olmasını bildirib, həmin qızıllara görə ona yalnız 620 manat pul verəcəyini söyləmiş, bu zaman Rahib ondan əlavə taksi pulu verməyini xahiş etmiş və o, da sonda həmin şəxsə 630 manat pul vermişdir. Həmin vaxtı o, Rahibdən sənədi olub-olmamasını soruşan zaman Rahib uşağı xəstə olduğuna görə özündə olmadığını və bu səbəbdən heç bir sənəd gətirmədiyini söyləmişdir. O, da sonra həmin şəxsin uşağının xəstə olduğunu düşünərək daha Rahibdən pul almamışdır. Bundan başqa Rahibin ona satdığı qızıl zinət əşyalarından halqa formalı 1 cüt qızıl üzük onda olmuş, onu könüllü istintaqa təqdim etmiş, digər qızılları isə lom şəklinə gətirərək tanımadığı şəxslərə satmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 27.09.2021-ci il tarixli 6/3853 nömrəli rəyindəngörünürki,aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla tədqiqata təqdim olunmuş məlumatların 2021-ci ilin avqust aylarında olan orta bazar qiyməti ilə ümimi dəyəri təxminən 377,00 manat müəyyən edilir.Həmin əşyaların ayrı ayrılıqda adları və qiymətləri Cədvəl 2-də göstərilmişdir. 1) Təqdim olunan 319 manat dəyərində 583\585 əyarlı halqa formalı 1 cüt qızıl sırğa 2) Təqdim olunan 33 manat dəyərində 01 ədəd 925 əyarlı 1 cüt gümüş sırğa, 3) Təqdim olunan 7 manat dəyərində mis əsaslı ərintili 1 cüt sırğa 4) Təqdim olunan 7 manat dəyərində 01 ədəd dəmir əsaslı ərintili gümüşü rəngli qol saatı 5) Təqdim olunan 5 manat dəyərində qiymətsiz metal ərintili 01 ədəd üzük, 6) Təqdim olunan hər birinin qiyməti 1 manat olan ümumi qiyməti 6 manat təşkil edən 06 ədəd dəmir əsaslı ərintili qolbaq, Ekspertiza təyini haqqında qərarda nəzəri qaydada qiymətləndirilməsi göstərilən malların 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ulə ümumi dəyəri təxminən 3120,00 manat müəyyən edilir.Həmin əşyaların ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsinə əlavə edilmiş Cədvəl 1-də göstərilmişdir. 1) Nəzəri qaydada qeyd olunan 800 manat dəyərində 01 ədəd 583 əyarlı üzərində 08 ədəd xırda birliyant qaşı olan 10 qramlıq qızıl üzük 2) Nəzəri qaydada qeyd olunan 480 manat dəyərində 01 ədəd 583 əyarlı üzərində sadə yaşıl qaş olan 6 qramlıq qızıl üzük 3) Nəzəri qaydada qeyd olunan 960 manat dəyərində 01 ədəd 583 əyarlı 12 qramlıq sadə qızıl üzük, 4) Nəzəri qaydada qeyd olunan 400 manat dəyərində 01 ədəd 583 əyarlı 5 qramlıq qızıl uşaq qolbağını, 5) Nəzəri qaydada qeyd olunan 480 manat dəyərində 01 ədəd 583 əyarlı ağ qızıldan ibarət 6 qramlıq qızıl üzük. Cinayət işinin materiallarından görünür ki,iş üzrə maddi sübut olan 01 ədəd 925 əyarlı 1 cüt gümüş sırğa, 1 cüt mis əsaslı ərintili sırğa, 01 ədəd dəmir əsaslı ərintili gümüşü rəngli qol saatı, 01 ədəd metal ərintili üzük, 06 ədəd dəmir əsaslı ərintili qolbaq, 01 cüt qızıl halqa formalı sırqa Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 15.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırkı cinayəti törədən zaman məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs bu vaxta qədər, o cümlədən hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 14.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15.08.2021-ci ildə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 14.08.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 05.11.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 14 noyabr 2021-ci il tarixdən hesablanmaqla 29 noyabr 2021-ci il tarixədək uzadılmış və həmin məhkəmənin hazırlıq iclasının 23.11.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasıını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 14 avqust 2021-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd 925 əyarlı 1 cüt gümüş sırğa, 1 cüt mis əsaslı ərintili sırğa, 01 ədəd dəmir əsaslı ərintili gümüşü rəngli qol saatı, 01 ədəd metal ərintili üzük, 06 ədəd dəmir əsaslı ərintili qolbaq, 01 cüt qızıl halqa formalı sırqa Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (bir yüz on) manatTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 12noyabr2021-ci il tarixli (iş № 1(060)-759/2021) qərarını icra edərək, 16noyabr 2021-ci il tarixli 1410 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14.08.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 925 əyarlı 1 cüt gümüş sırğa, 1 cüt mis əsaslı ərintili sırğa, 01 ədəd dəmir əsaslı ərintili gümüşü rəngli qol saatı, 01 ədəd metal ərintili üzük, 06 ədəd dəmir əsaslı ərintili qolbaq, 01 cüt qızıl halqa formalı sırqa Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsSumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdikləri 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-759/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-759/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver