Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-759/2025 07.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları, ev 48 ünvanında yaşayan, xx.xx.2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 iyul 2025-ci il tarixdə saat 10:30 radələrində Sumqayıt şəhəri, Xəzər bağları, ev 48 ünvanında birgə kirayə yaşadığı Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 1550 manat olan 1 ədəd saz simli musiqi alətini və 950 manat pulu oğurlayıb Zərərçəkmiş şəxs 2500 manat miqdarda maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq oğurlayıb talamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir evdə yaşayıb. Belə ki, o iyul İntiqama demədən və icazə almadan kirayə yaşadıqları evdən onun sazını götürərək dostları ilə dəniz kənarında ifa edib istirahət etmək istəmiş, lakin yolda qəza keçirdiyindən saz avtomobilinin yük yerində qalmışdır. Həmin gün avtomobil qəzası keçirdiyi üçün fikirli olmuş, avtomobili duracağa yerləşdirilmiş, beləliklə, fikirli olduğu üçün İntiqama sazını götürdüyünü xəbər etmək yadından çıxmışdır. Həmçinin, sazın qabının icərisində hər hansı miqdarda pul olmamışdır. Buna baxmayaraq, 200 manat pulu zərərçəkmiş şəxsə ödəyib. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, sazda ifa etməyi bacarmır, lakin həmin gün görüşəcəyi dostları sazda ifa etməyi bacarır. Saz işlək vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan “Ə sənin sazıvı neynirəm mən saz çalanam mən sualı mənə niyə verirsən” səs yazısı ona məxsusdur. Bir daha qeyd edir ki, fikirli olduğu üçün İntiqama sazını götürdüyünü deməyib. Bundan başqa, 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmış və sazın içərisində 950 manat pulun olduğunu etiraf etməsi ondan tələb edilmişdir. Məcbur qaldığı üçün sazın içərisində 950 manat olduğunu ifadəsində qeyd edib. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında 2017-ci ildən 2020-ci ilə qədər, pandemiyaya görə ev yiyəsinin razılığı olmadığına görə 1 il orada yaşaya bilməmiş, 2021-ci ildən həmin ünvanda kirayə yaşamışdır. O qaldığı otaqda ondan başqa İntiqam və Əhliman adlı şəxs qalır. Belə ki, İntiqam 5-6 aya yaxın müddətdə, Əhliman isə 2 ilə yaxın müddətdə həmin evdə kirayə qalırmış. 29 iyul 2025-ci il tarixdə, saat 17 radələrində o evdə olan zaman İntiqamın evdə olmadığını, Əhlimanın yerində uzanıb mobil telefonu ilə məşğul olduğunu görmüşdür. İntiqam saz simli musiqi alətindən istifadə edirmiş, xx.xx.2025-ci il tarixdə, günorta saatlarında İntiqama məxsus olan sazı onun icazəsi və xəbəri olmadan İntiqamın yatdığı çarpayının altından götürmüş və icarəyə götürdüyü “Hundai Accent” markalı maşının baqaj hissəsinə qoyaraq evi tərk etmiş, onun sazı götürməkdə məqsədi dənizə getmək və istirahət zamanı saz ifa etmək olmuşdur. Evdən gedən zaman avtomobililə yol qəzası törətdiyinə görə avtomobil ustasına getmiş, 07 avqust 2025-ci il tarixdə İntiqam rayondan gələndə sazının evdə olmadığını ona dedikdə o sazı götürdüyünü və avtomobildə saxladığını demişdir. Sazın şəklini çəkib onun vatsapına göndərmiş, İntiqam ona sazın qutusunun içində 950 manat pul olduğunu dedikdə o pulu görmədiyini bildirmişdir. Daha sonra ona İntiqamın atası zəng edərək 950 manat pulu ödəməyini dedikdə o pulu oğurlamadığını, lakin həmin pulu öz cibindən verəcəyini demişdir. O dənizə Tural və Ramin adlı dostları ilə getməyi planlaşdırmış, buna baxmayaraq yol qəzası törətdiyinə görə onları götürə bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını, hazırda işləməməsini, ailənin tək gəlir mənbəyi olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ilkin izahatı, zərərçəkmiş şəxsin ifadəsi, Şahid ifadəsi, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokol, xx.xx.2025-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi və götürmə haqqında” protokol, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi”nin ekspert komisyasının 03 nömrəli rəyi, xx.xx.2025-ci il tarixli “üzləşdirmə haqqında protokol”, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd saz simli musiqi aləti və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2025-ci il tarixdən Sumqayıt şəhəri, Xəzər bağları, ev 48 ünvanında aylıq kirayəsi 70 manata qalırmış. O qaldığı otaqda ondan başqa Şahin və Əhliman adlı şəxs da qalırmış. Belə ki, o xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində həmin evdən çıxmışdır. Yardımlı rayonuna getmiş, xx.xx.2025-ci il tarixdə rayondan Sumqayıt şəhərində kirayə qaldığı evə qayıtmışdır. Rayondan qayıtdığı gündən 2-3 gün sonra sazının çarpayının altında olmadığının fərqinə varmış. Bundan sonra o həmin evdə yaşayan hər kəsə və ev yiyəsinə zəng edərək sazını onların götürüb-götürmədiyini soruşmuşdur. Onlar da ona məxsus sazı görmədiklərini bildirmişlər. Bundan sonra oğurlandığını düşünüb ev yiyəsinə kameraya baxmağını bildirmişdir. Baxdıqda aşkar olundu ki, xx.xx.2025-ci il tarixdə ona məxsus sazı otaq yoldaşı Təqsirləndirilən şəxs götürüb. Şahindən bunu soruşduqda sazın onda olmadığını bildirmiş, sazı götürdüyü videogörüntünü ona göndərdikdə ona müxtəlif bəhanələr demiş, sazı götürərkən ona məlumat verməsinin yadından çıxmasını bildirmişdir. Sazı qoyduğu fıtrüyarın içində ona məxsus 950 manat pul da var idi. Saz yararsız hala düşdüyündən ona 2500 manat maddi ziyan dəymişdir. Əlavə ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə rayondan qayıdarkən sazının evdə olmadığını gördükdə həmin evdə yaşayan şəxslərdən, həmçinin Təqsirləndirilən şəxs və ev yiyəsindən sazın harada olmasını soruşmuş, onlar bilmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs ona “Vatsapp” sosial şəbəkəsindən səs ataraq “Ə sənin sazıvı neynirəm mən saz çalanam mən sualı mənə niyə verirsən” bildirmişdir. Sazın oğurlandığını düşündüyündən DİN-in 102 xidmətinə müraciət etmiş və bundan sonra kameraya baxmağa getmişdir. Baxan zaman müəyyən olunmuşdur ki, sazı Təqsirləndirilən şəxs götürüb. Şahinə zəng edərək polisə müraciət etdiyini və kameradakı videgörüntüdə sazı onun götürdüyünün əks olunduğunu bildirmişdir. Bundan sonra sazı götürməyini xatırladığını və bəhanələr gətirərək yadından çıxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o müxtəlif vaxtlarda iş olduqca fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs işlədiyi köşkdən tanıyır. İntiqamın qaldığı evə dəfələrlə qonaq gəlmişdir. Bir neçə dəfə o öz saz simli musiqi alətini onların evinə gətirmiş və saz ifa etmişlər. İntiqam sazı gətirərkən saz qabının içərisində ona məxsus müxtəlif əşyalar və pulun olduğunu görmüşdür. Sonuncu dəfə isə İntiqam təhsil haqqı üçün yığdığı pulu orada gizlətdiyini ona demişdir. Bunu ona deməyinin səbəbi isə onun pulunu saz qabına qoymağı barədə maraqlanmağı olmuşdur. İntiqam işlədikcə pulunu illik ödədiyi təhsil haqqı üçün pul yığırmış və onun bundan xəbəri var idi. Sonradan bilmişdir ki, İntiqamın otaq yoldaşı ona məxsus və xüsusi olaraq yığılmış sazı və qabın içərisində olan 950 manat pulu oğurlamışdır. Cinayət işinin 34-35-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:25-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 42-43-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə kifayət qədər əsaslar olmadığından iş üzrə şübhəli şəxs qismində iştirakına xitam verilmiş və saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 63-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 67-68-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli Sumqayıt ŞPİ-nin 4cü PB-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 09:00-da Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində saxlanılmış və Sumqayıt ŞPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 76-cı vərəqəsində olan “Diskə baxış keçirilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki. videogörüntülər olan bir ədəd diskdə “Видео WhatsApp 2025-08-10 в 15.52.0l_200b2641” adlı videogörüntüyə baxış keçirilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ağ rəngli maşının qarşısında qara rəngli geyimdə dayanmışdır. O, geyimini səliqəyə salaraq, ciblərini yoxladıqdan sonra ağ rəngli maşına daxil olur. Videogörüntülər olan bir ədəd diskdə “Видео WhatsApp 2025-08-10 в xx.xx.01197118fcl" adlı videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcə ağ rəngli maşının qapısını açaraq içəridən baqaj hissəni açır. Baqaj hissəni səliqəyə saldıqdan sonra maşına yenidən daxil olur və maşının yerini geriyə doğru dəyişir. Sonra isə həyətin qapısından içəri daxil olur. Təxminən 1 dəqiqə keçdikdən sonra isə sazı sazın saxlandığı qabla birlikdə götürüb maşının baqaj hissəsinə qoyur. Videogörüntülər olan bir ədəd diskdə “Видео WhatsApp 2025-08-10 в 15.52.03_5e6473dl“ adlı videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki. Təqsirləndirilən şəxs əlində saz və saxlanıldığı qab ilə birlikdə bağ evinin həyətindən qapının açaraq çölə çıxır. Odur ki. əldə olunmuş videogörüntünün köçürüldüyü CD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmalıdır. Cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ‘'Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi”nin ekspert komisyasının 03 nömrəli rəyində qeyd olunmuşdur ki, həmin saz musiqi aləti 1990-cı illərdə usta tərəfindən hazırlanıb. Alətin çanağı tut, qolu qoz ağacından, simləri metaldan aşıqları ebonitdəndir. Çanağın yan hissəsinə səs gücləndirici əlavə olunub. Aləti 550 (beş yüz əlli) manat məbləğində qiymətləndirmək olar. Cinayət işinin 81-83-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli ‘’üzləşdirmə haqqında protokoldan” görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə demişdir. Cinayət işinin 88-ci vərəqəsində olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixədək Zərərçəkmiş şəxs vurduğu 950 manat ziyanı qaytaracağına söz verir. Cinayət işinin 97-ci vərəqəsində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 950 manat puldan 200 manatı sonuncuya təhvil vermişdir. Cinayət işinin 98-ci vərəqəsində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 750 manatı hissə-hissə ödəyəcəyinə söz verilir. Cinayət işinin 91-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, lmaszadə İntiqam Azad oğlunun təqdim etdiyi içində səs yazısı olan 01 ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs “Ə sənin sazıvı neynirəm məne, ə saz çalanam mən, sualı mənə niyə verirsən” dediyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əlavə ifadəsində həmin səs yazısının ona məxsus olmasını təsdiqlədi. Odur ki, əldə olunmuş videogörüntünün köçürüldüyü CD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Cinayət işinin 65-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilib. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin 99-100-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin 101-106-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq əməlinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs səsyazısı olan 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 115-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs sazı özünə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, 2019-cu il təvəllüdlü X6 və 2018-ci il təvəllüdlü X2 Şahin Teyib oğlunun uşaqlarıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını, cinayətin predmeti olan sazın qaytarılmasını, 950 manat puldan 200 manatının zərərçəkmiş şəxsə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və iki azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 10 avqust 2025-ci il tarixdən 11 avqust 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, həmçinin 16 sentyabr 2025-ci il tarixdən 18 sentyabr 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 03 (üç) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən saat saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları, ev 48 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və eksertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2025-ci il tarixdən 11 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, həmçinin 16 sentyabr 2025-ci il tarixdən 18 sentyabr 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 03 (üç) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları, ev 48 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və eksertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-759/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-759/2025
07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver