Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-76/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, üzərində sarı rəngli güllər olan sellofan torbaya bükülmüş, təmiz çəkisi 450 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, üzərində saxlayaraq daşımış, 11 sentyabr 2020-ci il tarixdə, saat 20:03-də Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 58/2 nömrəli yataqxananın arxasında Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə gətrilmiş və bölmənin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli köynəyinin altından, sağ böyründən, bir ədəd üzərində sarı rəgli güllər olan sellofan torbaya bükülmüş, təmiz çəkisi 450 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək, götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2005-ci ildən narkotik vasitə olan qurudulmuş marixuananı papirosun və siqaretin içinə doldurmaqla, siqaret kimi çəkir və bu yolla istifadə edir, başqa heç bir narkotik vasitədən istifadə etmir. 11 sentyabr 2020-ci il tarixdə, saat 15:00 radələrində, o, öz işləri ilə əlaqədar Bakı şəhərinə getmiş və Bakı şəhəri, Nizami rayonu, «8-ci Kilometr» adlanan yerdə yerləşən kolxoz bazarının yanında olan zaman təsadüfən əvvəllər gördüyü və üzdən tanıdığı, lakin, soyadını, atasının adını və ünvanını bilmədiyi Elşən adlı təxminən 45 yaşlı kişi ilə rastlaşmışdır. Elşən, onun, narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) istifadə etdiyini bildiyi üçün, pula ehtiyacı olduğunu və 80 (səksən) manata bir torba qurudulmuş marixuana satdığını ona bildirmişdir. O, Elşənə, narkotik vasitə olan qurudulmuş marixuana istədiyini bildirmiş, Elşən də ona, onu həmin yerdə gözləməyini deyərək, harasa getmişdir. O, həmin yerdə qalıb, Elşəni gözləmiş, təxminən 10 dəqiqədən sonra, Elşən onun yanına əlində bir ədəd üzərində sarı rəngli güllər olan sellofan torba ilə birlikdə gələrək, həmin torbanın içində yarım kiloya yaxın narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və onu kənara, adam olmayan yerə çəkib, torbanı açaraq, ona göstərmişdir. O, həqiqətəndə həmin torbanın içində yaşıl rəngli ot halında qurudulmuş marixuana olduğunu görüb, Elşənə 80 (səksən) manat pul vermiş və içində narkotik vasitə qurudulmuş marixuana olan torbanı Elşəndən götürüb, əynindəki boz rəngli uzunqol köynəyinin altına, sağ böyrünə qoyaraq, köynəyini şalvarının üstünə salmışdır ki, torba görünməsin. Onlar, Elşənlə sağollaşmışlar və bundan sonra, o, bir az da Bakı şəhərində bir neçə yerə dəyib, Sumqayıt şəhərinə qayıtmışdır. 11 sentyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində, o, köynəyinin altında, sağ böyründə, aldığı narkotik vasitə olan qurudulmuş marixuana olan torba olmaqla, Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən yataqxanalar olan yerdən keçib, yaşadığı evə gedən zaman, yataqxanaların birinin arxasında 3 nəfər mülki geyimdə və bir nəfər polis formasında olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər, digər polis əməkdaşı isə əlində videokamera ilə çəkiliş aparmışdır. Polis əməkdaşları özlərini təqdim edəndən sonra, ona özünü təqdim etməsini bildirmişlər və o da, polis əməkdaşlarına özünü təqdim edərək, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin polis əməkdaşları ona, narkotik vasitələrin istifadəsində və üzərində saxlamaqda şübhəli olduğu üçün, üzərinə şəxsi axtarış keçirilməli olduqlarını bildirmişlər və hüquq və vəzifələrini izah edərək, onu, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət etmişlər, o da, etiraz etməyərək, polislərlə birlikdə polis avtomobilində bölməyə getmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin xidməti otaqlarının birində ona vəkil Müdafiəçi təqdim olunmuşdur. Bundan sonra, ona, üzərinə şəxsi axtarış keçirələcəyi bildirilmiş və üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Ona görə də, o, məcbur olub, əynindəki şalvarının ciblərindən bir ədəd əl dəsmalını və bir ədəd kibriti, sonrada, əynindəki boz rəngli uzunqol köynəyinin altından, sağ böyründəki içərisində narkotik vasitə qurudulmuş marixuana olan, üzərində sarı rəngli güllər olan sellofan torbanı çıxardıb, polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları sellofan torbanı açıb, içərisində yaşıl rəngli qurudulmuş ot halında olan kütlə olduğunu görmüşlər və həmin ot halında olan kütlənin nə olduğunu, haradan, kimdən, hansı qiymətə və hansı məqsədlə aldığını ondan soruşmuşlar. O, polis əməkdaşlarına, əynindəki boz rəngli uzunqol köynəyinin altından, sağ böyründən, aşkar edilərək götürülmüş bir ədəd üzərində sarı rəngli güllər olan sellofan torbaya bükülmüş yaşıl rəngli qurudulmuş ot halında kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin gün, günorta vaxtı, Bakı şəhəri, «8-ci Kilometr» adlanan yerdə yerləşən kolxoz bazarının yaxınlığında üzdən tanıdığı, lakin, soyadını, atasının adını və ünvanını bilmədiyi Elşən adlı təxminən 45 yaşlı kişidən öz istifadəsi üçün 80 (səksən) manata aldığını bildirmişdir. Bundan sonra, polis əməkdaşları, videoçəkiliş aparılmaqla, onun üzərinə şəxsi axtarış keçirmişlər və onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar olunmamışdır. Daha sonra, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisini müəyyən etmək məqsədi ilə polis əməkdaşları həmin sellofan torbanı, içərisində narkotik vasitə olan qurudulmuş marixuana ilə birlikdə elektron tərəzinin üzərinə qoyaraq çəkmişlər və üzərində sarı rəngli güllər olan sellofan torba ilə birlikdə qurudulmuş marixuananın çəkisinin 470 qram olduğu müəyyən edilmişdir. Bundan sonra, onun əynindəki boz rəngli uzunqol köynəyinin altından, sağ böyründən aşkar olunmuş bir ədəd, üzərində sarı rəngli güllər olan sellofan tobanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana ekspertizaya göndərilməsi üçün, başqa bir kağız bağlamaya qoyularaq, qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar həm kağız bağlamanın üzərinə, həmdə protokola imza etmişlər. Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 3-cü PB-də əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, əldə etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 11 sentyabr 2020-ci il tarixdə, saat 19:30 radələrində, Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 58/2 nömrəli yataqxananın ətrafında tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Saat 20:03 radələrində keçirdikləri tədbirlər zamanı daxil olmuş məlumatda əlamətləri göstərilən Təqsirləndirilən şəxs onlar, Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 58/2 nömrəli yataqxananın arxasından keçdiyini görmüşlər, Sumqayıt şəhər Pİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Şahid4 özü ilə gətirdiyi «Panasonik» markalı videokameranı işə salmış və çəkiliş aparmağa başlamışdır. Onlar, Təqsirləndirilən şəxs yaxınlaşıb, onu saxlayaraq, xidməti vəsiqələrini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər, çünki mülki geyimdə olmuşlar. Həmin zaman bölmənin təhqiqatçısı, polis kapitanı X5 onlara yaxınlaşıb, özünü təqdim edərək, saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmiş və saxlanılan şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, ev 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli köynəyinin altında, sağ böyründə, nə isə saxladığı açıq-aşkar bilindiyi üçün, onlar ona, hüquq və vəziyələrini izah edərək, narkotik vasitələrin qəbulunda, əldə etməsində və üzərində saxlamasında şübhəli olduğu üçün, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməyərək, onlara öz razılığını bildirmişdir. Bundan sonra, videoçəkiliş davam etməklə, onlar, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə dəvət etmişlər, o da, etiraz etməyərək, xidməti avtomobildə onlarla birlikdə bölməyə getmişdir. Videoçəkiliş davam etməklə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəziyələri izah edilərək, huquqlarının müdafiəsi üçün təyin olunmuş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi da dəvət etmişlər, Təqsirləndirilən şəxs, həmin müdafiəçiyə etirazı olub-olmadığını soruşduqda, o, təyin olunmuş müdafiəçiyə etirazı olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs, üzərində qeyri-qanuni nə isə varsa, özünün təqdim etməsini təklif etmişlər və üzərinə şəxsi axtarış keçirməyə başlamalı olduqlarını bildirmişlər, Təqsirləndirilən şəxs birinci əynindəki şalvarının ciblərindən bir ədəd əl dəsmalı və bir ədəd kibrit, sonrada, əynindəki boz rəngli köynəyinin aldtından, sağ böyründən, orada saxladığı, üzərində sarı rəngli güllər olan sellofan torbanı çıxardıb təqdim etmişdir. Onlar, Təqsirləndirilən şəxs təqdim etdiyi, üzərində sarı rəngli güllər olan sellofan torbanı açaraq, içərisində bir ədəd də bir az balaca şəffaf sellofan torba olduğunu və həmin şəffaf sellofan torbanın içində yaşıl rəngli qurudulmuş ot şəkilində olan kütləni aşkar edib, götürmüşlər. Təqsirləndirilən şəxs əynindəki boz rəngli köynəyinin altından, sağ böyründən aşkar olunmuş, üzərində sarı rəngli güllər olan sellofan torbanın içərisində nə olduğu, haradan, kimdən, hansı qiymətə və hansı məqsədlə aldığı barədə sual qoyulduqda, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş qurudulmuş ot şəkilində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) olduğunu, həmin gün, günorta radələrində, Bakı şəhəri, Nizami rayonu, «8-ci Kilometr» adlanan yerdə yerləşən kolxoz bazarının yanında olan zaman, əvvəllər üzdən tanıdığı, lakin adını, soyadını, atasının adını və ünvanını bilmədiyi Elşən adlı təxminən 45 yaşlı kişidən öz istifadəsi üçün 80 (səksən) manata aldığını bildirmişdir. Daha sonra, onlar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər və onun üzərindən başqa heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar həmin qurudulmuş ot şəkilində kütlə sellofan torbanın içərisində elektron tərəzinin üzərinə qoyularaq, çəkisi ölçülmüş və sellofan torba ilə birlikdə həmin kütlənin çəkisninin 470 qram olduğu müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki boz rəngli köynəyinin altından, sağ böyründən aşkar etdikləri, üzərində sarı rəngli güllər olan sellofan torbaya bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə ekspertizaya göndərilməsi üçün, başqa bir sarı rəngli böyük kağız torbaya qoyularaq, qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar həm kağız torbanın üzərinə, həmdə protokola imza etmişlər. 11 sentyabr 2020-ci il tarixdə, saat 20:03 radələrində, Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 58/2 nömrəli yataqxananın arxasında Təqsirləndirilən şəxs saxlanılıb, Sumqayıt şəhər Pİ-nin 3-cü PBnə gətirilərkən, bölmənin xidməti otağında üzərinə şəxsi axtarış keçirilərkən və izahat verərkən, ona qarşı heç bir təziq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin CA üzrə kiçik inspektorları, polis serjantları Şahid2 və Şahid3 şahid X3 ifadəsinə oxşar ifadə vermişdirlər. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd DVD disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 11.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2020-ci il tarixli, 7/609 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, ağ kağız üzərində «Təqsirləndirilən şəxs üzərnindən aşkar olunmuş ...» sözləri yazılmış polietilen torbada bir ədəd sellofanda təmiz çəkisi 450,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 450,0 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 449,95 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 17.09.2020-ci il tarixli, 2580 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayından Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 22.09.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 12.09.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə nəzərə alınmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil Müdafiəçi 13 (on üç) saat iştirak etmişdir. Ona görə də 78 (yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli (iş № 1(060)-504/2020) qərarını icra edərək, 31 oktyabr 2020-ci il tarixli 1154 saylı orderə əsasən vəkil X4 onun vəkili təyin etmişdir. Müdafiəçi X7 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 8 (səkkiz) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 02 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-76/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-76/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver