Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-76/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02.04.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli qərarı ilə CM-nın 234.4.2-ci maddəsi hökmdən xaric edilərək cəzası 10 il 09 aya endirilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 10.10.2019-cu il tarixli qərarı ilə CM-nın 76-cı maddəsinə əsasən 09 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, 27.07.2020-ci ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,487 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 20 iyul 2021-ci il tarixdə saat 13:10-da Sumqayıt şəhər polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 1-ci məhəllə ərazisində saxlanılıb polis idarəsində gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan hərbi formalı şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,487 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, sonuncu dəfə 02.04.2010-cu il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3, 93.1.4-cü maddələri ilə 11 il azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2019-cu ilin oktyabr ayında vaxtından əvvəl azadlığa çıxmışdır. Təxminən 15-16 ildir ki, narkotik vasitə qəbul etmiş və buna görə də onda asılılıq yaranmışdır. 20.07.2021-ci il tarixdə təxminən 12 radələrində Sumqayıt şəhərində yerləşən “Göyərçin” parkında olduqda tanımadığı şəxslə söhbət əsnasında onun da narkoman olduğunu bilmiş və həmin şəxs özündə narkotik vasitə oan heroin olduğunu bildirdikdə o, da həmin şəxsə 30 manat verərək 1 ədəd şəffaf rəngli sellofona bülükmüş bükülü almış və onu əynində olan hərbi formalı idman şalvarının sağ cibinə qoymuşdur. Arxayın yer tapdıqda ondan istifadə etməyi fikirləşmişdir. Oradan çıxaraq yaşadığ 1-ci məhəlləyə gəldikdə 20.07.2021-ci il tarixdə saat 13 radələrində 1-ci məhəllə ərazisində olduqda ona 3 nəfər mülki geyimdə şəxs yaxınlaşaraq onu saxlamışlar və özlərinin Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğunu, üzərinə video çəkiliş ilə şəxsi axtarış keçiriləcəyini deyərək Sumqayıt şəhər Polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində polis formasında olan şəxs özünü təqdim edərək təhqiqatçı olduğunu bildirmiş və ona özünü təqdim etməsini demişdir. O da özünü təqdim edərək ad soyadını, yaşadığı yeri və təvəllüdünü demişdir. Təhqiqatçı sonra ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğunu, ona görə də polis əməkdaşları tərəfindən saxlanıldığını deyərək ona hüquq və vəzifələri barədə bildirişi tanış olması üçün təqdim etmişdir. O da bildirişlə tanış olmuşdur. Daha sonra Sumqayıt şəhəri regional vəkil bürosunun vəkili Salman Qasımovu təqdim edərək hüquqlarını onun müdafiə edəcəyini demiş və ondan vəkilə etirazı olub-olmadığını soruşmuşdur. O, da etirazının olmadığını bildirmişdir. Təhqiqatçı daha sonra ona video çəkiliş ilə üzərində şəxsi axtarış keçiriləcəyini deyərək üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşmuşdur. O da onsuzda şəxsi axtarış zamanı cibində olan narkotik vasitənin tapılacağını fikirləşib, əynində olan hərbi formalı idman şalvarının sağ yan cibində olan şəffaf sellofona bükülmüş narkotik vasitəni çıxardaraq onlara təqdim etmişdir. Təhqiqatçı ondan həmin bükülüdə nə olduğunu soruşduqa o, narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Təhqiqatçı ondan heroini nə məqsədlə üzərində gəzdirdiyini, kimdən, nə vaxt, neçiyə aldığını soruşduqda o, həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün 20.07.2021-ci il tarixdə saxlanıldığı vaxtdan təxminən 1 saat əvvəl tanımadığı şəxsdən Sumqayıt şəhəri, “Göyərçin” parkının yaxınlığıda aldığını demişdir. Sonra üzərindən çıxan narkotik vasitə tərəzidə çəkilmiş və 1,57 qram olması müəyyən edilmişdir. Daha sonra isə həmin kütləni müvafiq qaydada qablaşdırmışlar, o və digər iştirakçılar imza çəkmişlər. Təhqiqatçı əlavə olaraq onun üzərində şəxsi axtarış keçirtdikdə üzərindən başqa qeyriqanuni heçnə aşkar olunmamışdır. Sonra müdafiəçi ona narkotik vasitənin özünün olubolmadığını, ona zor, təzyiq göstərilib-göstərilmədiyini soruşmuş və o da müdafiəçiyə narkotik vasitənin özünün olduğunu, ona hər hansı zor, təzyiq göstərilmədiyini demişdir. Polis əməkdaşları onu Sumqayıt şəhəri, 1–ci məhəllə ərazisində saxlayan zaman ona hər hansı zor tətbiq etməmişlər. Heroini aldığı şəxsi təsadüfən söhbət əsnasında tanımışdır. Onun soyadını, yaşadığı yeri, əlaqə nömrəsini bilməmişdir. Həmin şəxsi Sumqayıt şəhər ərazisində gördükdə təsadüfən söhbət əsnasında onun da narkoman olduğunu bilmiş və ondan özü istifadə etmək üçün narkotik vasitə olan heroin almışdır. Narkotik vasitə alqısatqısı ilə məşğul olmamış və yalnız özü istifadə etmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 20.07.2021-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı 1-ci məhəllədə 13 nömrəli binanın ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı küçə ilə hərəkətdə olduğunu görmüşlər. Bir neçə dəqiqə onu müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində kriminalist Rasim Paşayevin video görüntüyə alınması ilə onun və adlarını çəkdiyi polis əməkdaşlarının, eləcədə vəkil Salman Qasımovun iştirakları ilə təhqiqatçı Səadət Qənbərov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olubolmaması soruşulmuş və ona təklif olunmuşdur ki, əgər varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində bir bükümdə narkotik vasitə olduğunu bildirib əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olduğu soruşulduqda bildirmişdir ki, bükülünün içərisində narkotik vasitə olan heroin vardır, həmin heroini saxlanılmazdan təxminən bir saat əvvəl Sumqayıt şəhərində yeləşən göyərçin abidəsinin yaxınlığında tanımadığı şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Həmin bükülü açıldıqda içərisində tünd qəhvəyi əngli, xüsusi iyi olan narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkildikdə təxmini çəkisinin 1,57 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra narkotik vasitəyə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Şahid1 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 20 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-kimyəvi ekspertizasının 20.07.2021-ci il tarixli, 6/2990 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-in “Zərflər üçün № 124” möhür əksi, “vət.Təqsirləndirilən şəxs aşkar olunmuş...” və s. yazılar imzalar olan zərfdəki 01 bükümdə təmiz çəkisi 1,487 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi-1,487 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,437 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 27.09.2021-ci il tarixli, 3642 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 09.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02.04.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli qərarı ilə CM-nın 234.4.2-ci maddəsi hökmdən xaric edilərək cəzası 10 il 09 aya endirilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 10.10.2019-cu il tarixli qərarı ilə CM-nın 76-cı maddəsinə əsasən 09 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, 27.07.2020-ci ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 22.07.2021-ci il tarixli qərarı ilə onun barəsində həbsetmənin əvvəli 20.07.2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 20.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işim məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və həmin məhkəmənin 16.11.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 20.07.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əliliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,437 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli (iş № 1(060)-683/2021) qərarını icra edərək, 11 oktyabr 2021-ci il tarixli 1215 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,437 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-76/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-76/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver