Məhkəmə qərarları › İş №1(060)-76/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-76/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-76/2023 17.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Betonzavod ərazisindəki fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 15:10-da Sumqayıt şəhəri, 5-ci məhəllə, 3/26 saylı binanın qarşısında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılıb xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə istifadəçilərinin “kakos” adlandırdığı narkotik vasitə-heroindən istifadə edirdi. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün 1 büküm heroin alaraq üzərində saxlamışdır. Tutulana kimi demək olar ki, hər gün heroin qəbul edirdi. Narkotik maddəyə pulu ofisiant kimi işləyib qazanmışdır. Bir uşağına anası baxmışdır. İmkan etdikcə uşağına baş çəkmiş və maddi kömək etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 15:10da Sumqayıt şəhəri, 5-ci məhəllə, 3/26 saylı binanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində saxlanılması və daşınmasında şübhəli olduğundan saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 4-cü PByə getmişdir. PB-yə getdikdən sonra ona şübhəli şəxs qismində tutulacağı bildirilmiş və özünə müdafiəçi seçməyi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. O, həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün X1. Həmin vəkil PB-yə gəldikdən sonra üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona özünü təqdim etməyi bildirildikdə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona saxlanılmağının səbəbi izah edilib hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Sonra onu saxlayan 2 nəfər polis əməkdaşı və şəxsi axtarışda iştirak edən qadın polis əməkdaşı özlərini təqdim etmişdir. Sonra ona təqdim edilmiş siyahıdan seçdiyi müdafiəçisi, Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Qoşqar Abbasov təqdim edilmişdir. Ona üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirmişdir. Ona üzərində qanunla qadağan olunan əşya, vasitə varsa təqdim etməyi təklif edildikdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən narkotik vasitə-heroin aşkar edilmişdir. Ona ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümün “kakos” olduğunu, istifadəçisi olduğunu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş bir ədəd büküm tərəzidə çəkildikdə çəkisinin 0,38 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Sonra qadın polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Müdafiəçinin suallarına cavab olaraq 5-ci məhəllə ərazisində saxlanıldığını, polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmadığını, üzərindən aşkar olunan maddənin özünə məxsus olduğunu bildirmişdir. Sonra videoçəkiliş yekunlaşmış, üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da protokola imza etmişdir. O, saxlanılarkən, 4-cü PB-yə aparılarkən və 4-cü PB-də olarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmişdir. Həmin heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olduğunu göstərərək, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin CA üzrə kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 15:10-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci məhəllə, 3/26 saylı binanın qarşısında o və 4cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin istifadəsi, üzərində saxlaması və daşımasında şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə 4-cü PB-yə getmişdir. PB-yə getdikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı bildirilmiş və özünə müdafiəçi seçməyi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün X1. Həmin vəkil PB-yə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməyi bildirildikdə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra ona saxlanılmağının səbəbi izah edilib hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs saxlayan o və Şahid1, eləcə də şəxsi axtarışda iştirak edən Sumqayıt ŞPİ-nin İTŞ-nin YYÇ üzrə profilaktiki işin təşkili bölməsinin inspektoru X4 özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs müdafiəçisi, Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Qoşqar Abbasov təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya, vasitə varsa təqdim etməyi təklif edildikdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli, narkotik vasitə-heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümün “kakos” olduğunu, istifadəçisi olduğunu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş bir ədəd büküm tərəzidə çəkildikdə çəkisinin 0,38 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq götürülmüş, sonra qadın polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Müdafiəçi Qoşqar Abbasovun suallarına cavab olaraq Təqsirləndirilən şəxs 5-ci məhəllə ərazisində saxlanıldığını, polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmadığını, üzərindən aşkar olunan maddənin özünə məxsus olduğunu bildirmişdir. Sonra videoçəkiliş yekunlaşmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 15:10-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5ci məhəllə, 3/26 saylı binanın qarşısında o və 4-cü PB-nin CA üzrə kiçik inspektoru Şahid2 tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin istifadəsi, üzərində saxlaması və daşımasında şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə 4-cü PB-yə getmişdir. PB-yə getdikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı bildirilmiş və özünə müdafiəçi seçməyi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün X1. Həmin vəkil PB-yə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməyi bildirildikdə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra ona saxlanılmağının səbəbi izah edilib hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs saxlayan o və Şahid2, eləcə də şəxsi axtarışda iştirak edən Sumqayıt ŞPİ-nin İTŞ-nin YYÇ üzrə profilaktiki işin təşkili bölməsinin inspektoru X4 özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs müdafiəçisi, Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Qoşqar Abbasov təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması sual olunan zaman etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya, vasitə varsa təqdim etməyi təklif edildikdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli, narkotik vasitə-heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq təqdim etdiyi bükümün “kakos” olduğunu, istifadəçisi olduğunu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş bir ədəd büküm tərəzidə çəkildikdə çəkisinin 0,38 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq götürülmüş, sonra qadın polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Müdafiəçi Qoşqar Abbasovun suallarına cavab olaraq Təqsirləndirilən şəxs 5-ci məhəllə ərazisində saxlanıldığını, polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmadığını, üzərindən aşkar olunan maddənin özünə məxsus olduğunu bildirmişdir. Sonra videoçəkiliş yekunlaşmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da protokola imza etmişdir İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 03 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4164 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №128” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,280 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroinin təmiz çəkisi-0,280 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 0,230 qram). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4708 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, sonuncunun məhkəmə iclaslarındakı davranışı ilə həqiqətən törətdiyi cinayət əməlindən peşiman olmasını biruzə verməsi, ilk dəfə cinayət əməlini törətməsi və üzərindən aşgar olunmuş narkotikin miqdarı nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. İş materiallarından görünür ki, məhkəmədən yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt Şəhər Məhkəməsinə gətirilmiş, bu səbəbdən iş üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclas xx.xx.2022-ci il tarixə təyin olunmuş, lakin qeyd olunan tarixdə o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmiş, bu səbəbdən də xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul olunmuş, lakin həmin tarixdə sonuncunun məhkəmə iclasında iştirakı təmin olunmamış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü li tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-cü il tarixdə tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmiş və saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına aparılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 10 (on) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,230 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına Müdafiəçi vəkil təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 10 (on) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsindəki fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,230 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar